15 in 14:53liqa

“Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş

“Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş
“Təklifi indi yox, hələ çempionatın gedişində almışdım”
Mövsümlərarası fasilə olmasına baxmayaraq, ən fəal klubun “Neftçi” olduğunu deyə bilərik. Klub rəhbərliyi dayanmaq bilmir. Çempionat başa çatandan sonra baş məşqçi Tərlan Əhmədovu və bir neçə futbolçunu yola salan “ağ-qaralar” yeni komanda formalaşdırır. Artıq yeni baş məşqçinin kimliyi məlumdu. Bakılıları uzun müddətdən sonra yenidən əcnəbi mütəxəssis – Roberto Bordin çalışdıracaq. Hələ ki edilən transferlər isə bizə yaxşı tanış olanlardı: Dario Federiko, Rəşad Eyyubov və Tural Axundov. Federikonu başa düşdük, bacarıqlı braziliyalıdı. Öz çıxışı ilə “Kəpəz”dən daha iddialı komandalarda oynamaq gücündə olduğunu çoxdan sübut edib. Lakin eyni sözləri ortabab premyer-liqa təmsilçilərinin əvəzolunmaz simalarından sayılan digər iki futbolçu haqda demək çətindi. “Neftçi” deyildiyi kimi çempionluğu hədəfləyibsə, Rəşad və Turalla bunu bacarmaq çətin olacaq.
Bu iki futbolçunun “kimyaçılar”ı “ağ-qaralar”a dəyişməsi sumqayıtlı azarkeşlərin qəzəbinə səbəb olub. Bir çoxu iddia edir ki, Turalla Rəşad yayda “Neftçi”yə keçəcəklərini bildiklərindən, çempionatın sonlarında “Sumqayıt”ın uğur qazanması üçün əllərindən gələni əsirgədilər. Ay aman ki, 3-cü yer ölkənin ən köklü klubuna qismət olsun. Lakin dünən əlaqə saxladığımız Axundov vəziyyətin heç də deyilən kimi olmadığını söylədi.
- Səni təbrik edir, gələcək karyeranda uğurlar arzulayırıq.
- Təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
- “Neftçi”nin təklifi gözlənilməz olmadı?
- Düzünü desəm, yox. Çünki təklifi indi yox, hələ çempionatın gedişində almışdım. Lakin həmin vaxt danışıqlara başlamadım. Özlərinə də bildirdim ki, yalnız mövsüm başa çatandan sonra sizinlə söhbət edə bilərəm. Premyer-liqa yekunlaşandan sonra oturub söhbət etdik və razılaşdıq.
- Səni “Neftçi”yə nə apardı? Hər halda, “Sumqayıt”da əsas heyət üzvü idin, kifayət qədər sevilirdin.
- Əlbəttə, bunu yaxşı başa düşürəm. Amma “Neftçi” adının nə demək olduğunu siz məndən yaxşı bilirsiz. İstər tarixi olsun, istər ad-sanı, istər azarkeşləri, istərsə də iddiası – bunlar hamısı hər bir futbolçunun diqqətini çəkə bilər. Səmimi deyim, “Neftçi”də oynamaq uşaqlıq arzum olub. Futbola başlayandan “Neftçi” adını eşitmişik. Sumqayıtlı azarkeşlərin məni anlayışla qəbul edəcəklərini düşünürəm.
- “Sumqayıt”da qalmağı düşünürdün heç, yoxsa “Neftçi”yə keçmək üçün günləri sayırdın?
- Gün saymırdım, sadəcə, düşünürdüm ki, mövsüm başa çatandan sonra “Neftçi” rəsmiləri ilə söhbət etmək olar.
- Sualı başqa cür qoyum: Samir Abasov “Sumqayıt”ı tərk etməsəydi, komandada qalacaqdın?
- Açığı, “Neftçi”dən təklif gələndə Samir müəllimin özünə də demişdim. “Sumqayıt” mənə yeni müqavilə şərtləri ilə bağlı müraciət etmişdi. Sadəcə, çempionatın başa çatmasını gözləyirdim ki, başqa variantları da gözdən keçirim.
- Belə başa düşdüm ki, Abasov “Sumqayıt”da qalsaydı belə, sən “Neftçi”yə keçəcəkdin.
- Hər şey ola bilərdi. Həmin an nələrin baş verəcəyini, hansı qərar qəbul edəcəyimi indi demək çətindi. Çünki artıq “Neftçi”ylə müqavilə bağlamışam.
- Mövsümün sonlarına yaxın Samir Abasov dəfələrlə narazılığını dilə gətirmişdi. Başqa komandaların “Sumqayıt”ın futbolçularına təklif göndərməsinə görə. Görünür, elə bunu nəzərdə tuturmuş.
- Mənə “Neftçi”dən təklif olsa da, bütün fikrim “Sumqayıt”daydı. Pis niyyətim olsaydı, təklif aldığımı özümdə saxlayardım, heç kimə deməzdim. Onsuz da mövsümün sonuna yaxın futbolçuların çoxu ilə başqa klublardan maraqlananlar olur, tək mən deyiləm ki. Fikrimcə, dünyanın hər yerində belədi, normaldı.
- Sənin, ardınca Rəşad Eyyubovun “Neftçi” ilə müqavilə bağlamasından sonra sosial şəbəkələrdə narazılıqlar baş qaldırıb. “Sumqayıt”lı fanatlar sizin başqa komandaya, xüsusən də “Neftçi”yə keçməyinizi qəbul edə bilmirlər. Hətta iddia edirlər ki, “kimyaçılar”ın mövsümün sonlarına yaxın uğursuz təsir bağışlamasında sizin rolunuz olub. Ki, Avroliqaya “Neftçi” vəsiqə qazansın, siz də bu komandanın heyətində çıxış edəsiz.
- Bilirəm, narazılıqlardan xəbərim var. Bu da normaldı, anlayışla qarşılayıram. Azarkeş hər zaman komandasının uğur qazanmasını istəyir. Bu baş vermədikdə isə ağıllarına hər cür fikir gəlir.
- Sənə elə gəlmir ki, “Sumqayıt”ın avrokuboklardan kənar qalmasının bir səbəbi də sən və digər futbolçuların cismən “Sumqayıt”da, ruhən başqa komandada olmasıydı. Sanki Samir Abasovun da, özünüzün də gedəcəyinizi bilirdiz.
- Samir müəllimin gedəcəyi ilə bağlı söhbət yox idi. Bildiyimə görə, komandada qalmaq istəyirdi. Avrokuboklardan kənar qalmağımızın səbəbi, fikrimcə, ehtiyat qüvvəmizin yetərli olmamasıydı. Sona yaxın həm psixoloji, həm də fiziki yorğunluq vardı. Başqa səbəblər axtarmaq düzgün olmaz.
- “Neftçi”də səni heç də asan rəqabətin gözləmədiyini bilirsən. Müdafiənin “sağ”ında illərdi əsas milliyə cəlb olunan Məhəmməd Mirzəbəyov oynayır.
- Hədəfim rəqabətdən qalib ayrılıb, əsas heyətdə yerimi bərkitməkdi. Rəqabətdən qorxan futbolçu deyiləm. Bir də ki, komandanın uğur qazanması üçün mütləq hər mövqedə rəqabət olmalıdı. Bu baş verdikdə futbolçular da daha çox çalışır, “artırırlar”.
- “Neftçi”nin maliyyə şərtləri “Sumqayıt”ınkından daha cəlbedici oldu?
- Elə də ciddi fərq yoxdu, aşağı-yuxarı eynidi. Kimlərsə pul dalınca gəldiyimi düşünə bilər, amma belə deyil. Dediyim kimi, “Neftçi”ni seçməyimdə məqsədim arzuladığım komandada oynamaq istəyinə görə oldu.
- Bu cür seçim etməyinə Kamran Quliyevlə Ceyhun Sultanovun “Neftçi”də çalışması təsir etdi? Hər halda, bir-birinizi vaxtilə “Sumqayıt”dan tanıyırdız.
- Desəm ki, sırf Kamran müəllimlə Ceyhun müəllimə görə gəlmişəm, yalan olar. Əlbəttə, onların “Neftçi”də olması yaxşı haldı, tanıdığım insanlardı. Klubda, komandada necə ab-hava yaratmaq bacarığında olduqlarını bilirəm. İnanıram ki, “Sumqayıt”a olduğu kimi, “Neftçi” üçün də faydalı olacaqlar.
- Geyəcəyin futbolkanın nömrəsi bəllidi?
- Oynadığım bütün komandalarda, demək olar, “18”i geymişəm. “Neftçi”də bu nömrə boş idi deyə “18”i seçdim.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar