15 in 13:58liqa

Ötən mövsümün “dil pəhləvanları”

Ötən mövsümün “dil pəhləvanları”
Samir Abasov hamıya yuxarıdan aşağı baxır
Rəhmətlik Böyükağa Hacıyev ona görə mətbuatın dostu idi ki, müsahibələrində, mətbuat konfranslarında heç vaxt şablon ifadələr səsləndirmir, suallara ətraflı və əhatəli cavab verir, yeri gələndə həmkarlarının, AFFA və PFL rəsmilərinin “bostanına daş atmaqdan” çəkinmirdi. Son illərdə Samir Abasov və Tərlan Əhmədov onun “yerini abad etmişdi”. Bu mənada növbəti mövsüm mətbuat konfranslarının cansıxıcı keçəcəyini güman etmək olar. Çünki bu mütəxəssislər də işsiz məşqçilərin sırasına qoşuldu. Amma özləri olmasa da, sözləri qalıb. Beləliklə, başa çatan mövsümdə məşqçilərin ən çəkici açıqlamalarını ümumiləşdirmək fikrindəyik.
Samir Abasov liderdi
İlk öncə yada salaq ki, 2017/18 mövsümündə 12 məşqçi iş başında olub. “Neftçi”, “Keşlə” və “Kəpəz” iki və daha çox mütəxəssisin xidmətindən yararlanıb. Hərçənd mövsüm başa çatandan sonra daha üç klub – “Qəbələ”, “Sumqayıt” və “Səbail” də baş məşqçisini dəyişdi. Sitatlara gəlincə, 28 turda 11 çalışdırıcı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Yalnız “Keşlə”ni mövsümün gedişində tərk edən Zaur Svanadze ölkəmizdən “səssiz-səmirsiz” ayrılıb.
Bu mənada Samir Abasov liderdi. “Dil pəhləvanı” 7 çarpıcı açıqlama ilə diqqəti çəkib. “Sumqayıt”ın sabiq çalışdırıcısını Qurban Qurbanov təqib edir. “Qarabağ”ın və millinin baş məşqçisi 4 turda “praqmatizm” çərçivəsini aşıb. Bununla belə, təcrübəli mütəxəssis əsasən öz yetirmələrindən bəhs edib. Gah Mahir Mədətovun “ulduz xəstəliyinə tutulmasından” danışıb, gah himni oxumayan Rahid Əmirquliyevin müdafiəsinə qalxıb, gah da Dino Ndlovunun “Qarabağ”dan ayrılmasından sonrakı açıqlamalarına reaksiya verib.
Çempionatboyu adı “turun sitatları”na düşən mütəxəssislərin sıralamasında “üçlüy”ü 3 məşqçi qapayır. “Neftçi”nin və “Qəbələ”nin sabiq məşqçiləri - Tərlan Əhmədovla Roman Qriqorçuk, həmçinin “Zirə”li Ayxan Abbasov 3 dəfə “tutuzdurub”.
Samir Abasov – 7 dəfə (11, 16, 18, 20, 22, 27, 28-ci turlar)
Qurban Qurbanov – 4 (2, 8, 17, 26)
Tərlan Əhmədov – 3 (6, 12, 15)
Roman Qriqorçuk – 3 (7, 19, 24)
Ayxan Abbasov – 3 (9, 10, 23)
Praqmatik məşqçilər
Çempionatı ümumi və praqmatik fikirlərlə yola verən mütəxəssislər də var. Elxan Abdullayev, Samir Əliyev, Ramiz Məmmədov və Yuri Maksimov hərəyə bir dəfə “Turun sitatı” rubrikamızın qəhrəmanı olublar. Amma insafən, xələf-sələf olan Maksimovla Məmmədov “bir deyiblər, pir deyiblər”. Xüsusilə də müvəqqəti sahib çıxdığı postu ukraynalıya təhvil verən Ramiz bəy getməmişdən bir qədər əvvəl “hər şeyi açıb danışsam, böyük partlayış olacaq” mesajını verməklə əslində “Keşlə”dəki təlatümün carçısı olmuşdu.
Şahin Diniyev – 2 (4, 5)
Yunis Hüseynov – 2 (14, 25)
Elxan Abdullayev – 1 (1)
Samir Əliyev – 1 (3)
Ramiz Məmmədov – 1 (13)
Yuri Maksimov – 1 (21)
SEÇMƏ SİTATLAR
28 turdakı açıqlamalardan 10 seçmə sitatı oxuculara təqdim edirik. Bəribaşdan qeyd edək ki, “10-luğ”u 6 məşqçi formalaşdırır. Seçmə sitatlardan ibarət “10-luğ”un tən yarısı Samir Abasova aiddi. Başqa sözlə, “Sumqayıt”ın sabiq çalışdırıcısının 7 sözündən 5-i “gözə girir”.
8-ci tur
“Rahidi “içəri” salmaq lazımdı?”
Rahid himn oxumayıb deyə, “içəri” salmaq lazımdı? Bu haqda düşünməmişəm. Rahid bundan əvvəl də yığmanı kapitan sarğısı ilə meydana çıxarıb. Himni oxumaq vətənə sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olublar. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı. Rahidə insan kimi həmişə qibtə etmişəm.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi
11-ci tur
“Yan xətt hakiminin səhvi onun 10 qatı idi”
Laysman Rza Məmmədovun "Neftçi" ilə əlaqəsindən və o komandanın azarkeşi olduğundan məlumatım yox idi. Bunu bilməmək bəlkə də bizim səhvimiz idi. Zədəlilərimiz Tural Axundovla Cavid Tağıyev fasilədən sonra üstümə şığıdılar ki, bu necə ola bilər? Həmin oyunçulara necə cavab verim? Axı, bu necə ola bilər? Mən də məəttəl qalmışam. O qədər də yox da. Ötən tur "Neftçi" ilə oyunda Fərhadın son dəqiqələrdə buraxdığı qola çoxu deyirdi ki, təcrübəli qapıçıya yaraşmaz. Bu gün yan xətt hakiminin səhvi onun 10 qatı idi”
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
13-cü tur
“Hər şeyi açıb danışsam, böyük partlayış olacaq”
Bəzi futbolçular bacardıqlarından xeyli aşağı oynayırlar. Onların zəif çıxışının səbəbini başqa yerdə axtarmaq lazımdı. Hər şeyi burda açıb danışsam, böyük partlayış olacaq. Ehtiyac yoxdu. Mən sözümü dedim, siz jurnalistlər hansı tərəfə yozursuz-yozun. Adlarını açıqlamayacam, amma ayrı-ayrı futbolçularla oturub söhbətimi edəcəm. İstəsələr, bundan artığını oynaya bilərlər. Ola bilsin, kimlərsə özü üçün əsas heyətdə yerini təmin edib, kimlərsə də artıq indidən qış fasiləsinə yollanıb. Bu komandanı dağıdıb, yenidən qurmaq lazımdı”.
Ramiz Məmmədov, “Keşlə”nin baş məşqçisi
15-ci tur
“Şəxsi həyatıma heç kim qarışmasın!”
Heç kimə cavab vermək istəmirəm, hər adamın öz fikri var. Heç kimin şəxsi həyatına qarışmamışam. Ona görə də mənim şəxsi həyatıma qarışmağa heç kimə icazə vermirəm. İşdən sonra hər birimiz azadıq, harasa gedə, kiminləsə görüşə, gəzə bilərik. Bunların mənim “Neftçi”dəki işimə aidiyyatı yoxdu. Bu gün məğlub olsaydıq və məni tənqid etsəydiz, buna sevinərdim. “SKA-Xabarovsk”dan 8 qol buraxdıq, Antalyada qələbə qazana bilmədik – bunlara görə ünvanıma yönələn tənqidləri qəbul edirəm. Məni komandamın oyununa, nəticələrinə görə tənqid etsinlər, şəxsi həyatıma heç kim qarışmasın!
Tərlan Əhmədov, “Neftçi”nin baş məşqçisi
16-cı tur
“Qoy, indi kimlərsə özlərini alçalmış hiss etsin”
Bu vaxta qədər də bir mən idim, bir də komanda. Klubumuzun prezidenti gedib, Allah işini avand etsin. Futbolçuları deyə bilmərəm, amma rəhbər işçilərdən kimlərsə gedə bilər. Kamran müəllimlə aramız istidi. Oyundan sonra da məni təbrik etdi. Biz özümüzü oyundan öncə alçalmış kimi hiss edirdik. Qoy, indi kimlərsə özlərini o cür hiss etsinlər.
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
18-ci tur
“Prezidentlərə “gəlin, burdan milliyə gedə bilərsiz” deyirik”
Əvvəl bilirdik ki, klubun prezidenti var. Məşqlərimizi edib, oyunlara çıxırdıq. Bu gün prezident yoxdu, amma yenə də həmin məcrada davam edirik. Çalışırıq ki, onların yoxluğunu hiss etdirməyək. Əvvəl futbolçunu “bişirmək” üçün “Sumqayıt”a gəl, burdan milliyə cəlb oluna bilərsən” deyirdiksə, indi prezidentlərə “gəlin, burdan milliyə gedə bilərsiz” deyirik.
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
21-ci tur
“Mənə göstərilən məbləğdən 10 qat aşağısı ilə qarşılaşdım”
Məni düzgün başa düşün. Güclü futbolçu 4 aylıq müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz. Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Bu üzdən transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm. Çünki mənə göstərilən məbləğdən 10 qat aşağısı ilə qarşılaşdım.
Yuri Maksimov, “Keşlə”nin baş məşqçisi
25-ci tur
“Ağıllı olun, elə etməyin ki…”
Mən hər zaman mediaya açıq insan olmuşam. Nəyisə dəqiqləşdirmək istəyirsizsə, mənimlə əlaqə saxlayın. "Səbail"lə oyundan öncə də komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, müxtəlif xoşagəlməz fikirlər səsləndiriblər. Yazıqlar o söz-söhbətdən sonra oyuna çıxmaq istəmirdilər, gecənin bir yarısına kimi hər biri ilə ayrı-ayrılıqda söhbət edib vəziyyəti izah etmişəm. Sizə açıq deyirəm, oyunçularıma kənardan təzyiqlər var. Həmin adamların da kimlər olduğunu yaxşı bilirəm, açıb hər şeyi desəm... Vaxtı çatanda hər şeyi danışacam. Ancaq indi həmin şəxslərə bir sözüm var: ağıllı olun, elə etməyin ki…
Yunis Hüseynov, “Kəpəz”in baş məşqçisi
27-ci tur
“Hər şey “Neftçi” üçün hesablanıb”
“İcraiyyə Komitəsinin iclası mayın 20-dən sonra olsaydı, nə olacaqdı? Dünya dağılmayacaqdı ki? İndi "Kəpəz" gedib "Neftçi" və ya “Zirə” ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı vermirsiz? O istidə, saat 4-də biz “Kəpəz”ə qarşı oynayırıq. İstinin təsirindən uşaqlar qaça bilmirdilər. Biz həmin oyunda qızıldan qiymətli 2 xal itirdik. Bir neçə il öncə "Sumqayıt" mövsümün sonunda 12-ci yeri tutduğu halda premyer-liqada qalmışdı. İndi necə olur ki, "Kəpəz"i saxlamırsız? Bütün bunları görəndə istər-istəməz düşünürsən ki, hər şey “Neftçi” üçün hesablanıb”.
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
28-ci tur
“Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur”
Biz görə-görə ki, oyunçular çökür, dayanıblar, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımi səviyyədə oyunçu yoxdu. Bütün mövsümboyu onsuz da məcburiyyətdən Əlinin papağını Vəlinin başına qoymaqla məşğul olmuşuq. Özümüz özümüzü aldatmışıq. Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildi komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budu. Artıq bura mənim üçün deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdı.
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar