14 in 00:13liqa

“Keşlə” Kamranla Vaqifi də razı saldı

“Keşlə” Kamranla Vaqifi də razı saldı
Yalnız Pərdislə Sezarın məsələsi açıq qalır
Yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” daha iki futbolçu ilə ortaq məxrəcə gəlib. Paytaxt təmsilçisi qapı xətti ilə bağlı problemi yoluna qoyub. Belə ki, Kamran Ağayevin rəhbərliklə danışığı müsbət nəticələnib. Bundan başqa, Vaqif Cavadov da karyerasını qəsəbə klubunda davam etdirməyə qərar verib. Hər iki oyunçu qısa müddətdə yeni müqaviləyə qol çəkəcək. Bununla da “Keşlə”də Pərdis Fərcad-Azad istisna olmaqla, yerli futbolçularla danışıqlar yekunlaşıb. Qeyd edək ki, bakılılar yerli oyunçulardan yalnız Məqsəd İsayevlə Qara Qarayevi yola salıb.
Legionerlərə gəlincə, ölkə kubokunun son qalibi mərkəz yarımmüdafiəçiləri - qambiyalı Ebrima Sohna və serbiyalı Nemanya Stoyanoviçlə yollarını ayırıb. Qış fasiləsində gələn bu legionerlərdən 30 yaşlı Sohnanın müqaviləsinin müddəti bitib. Ukraynalı baş məşqçi Yuri Maksimov etimadı tam doğrultmayan Ebrimanın xidmətində maraqlı olmayıb. Beləliklə, onun tövsiyəsi ilə rəhbərlik müqaviləni yeniləməyib. Stoyanoviç isə Vyana "Qarabağ"ından cari mövsümün sonunadək icarəyə götürülmüşdü. 24 legioner müqaviləylə məxsus olduğu Avstriya klubuna qayıdıb. Xatırladaq ki, "Keşlə"dən ilk ayrılan da qışda gələn əcnəbi mərkəz yarımmüdafiəçisi idi. Çexiyanın "Zlin" klubundan cari mövsümün sonunadək götürülən 29 yaşlı argentinalı Pablo Podionun gedişi hələ finaladək bəlli oldu. Hələlik açıq qalan əsas məsələ komandanın lideri Sezar Meza Kolli ilə bağlıdı. “Keşlə” rəhbərliyi “Qəbələ” ilə də danışıq aparan italiyalıdan hələ də cavab gözləyir. Təlim məşq toplanışının startına qədər Sezar da “hə-yox”unu deməlidi.
Yeri gəlmişkən, komanda iyunun 20-də Bakıda bir araya gələcək. Paytaxtdakı qısa hazırlıqdan sonra Bakı klubu təlim-məşq toplanışının əsas mərhələsi üçün Türkiyəyə yollanacaq. İyunun 23-dən iyulun 6-na qədər qardaş ölkədə hazırlıq keçəcək “Keşlə”nin 3 və ya 4 yoxlama oyununda qüvvəsini sınayacağı bildirilir. Qarşılaşmaların vaxtı və rəqiblərin kimliyi isə hələlik bilinmir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar