19 fev 12:07liqa, manset

Bütün oxlar Fariz Yusifovu göstərir

Bütün oxlar Fariz Yusifovu göstərir
Xaqani Məmmədov sürpriz də edə bilər

Hər kəs səbirsizliklə fevralın 19-nu gözləyir. Çempionluq uğurunda mübarizə aparan iki prinsipial rəqibin dueli böyük maraq doğurur. “Qəbələ” ilə “Qarabağ” bu dəfə birincilərin stadionunda üz-üzə gələcək. Son vaxtlar tərəflər arasındakı münasibətlərin yetərincə gərgin həddə çatması intriqanı birəbeş artırıb. Xüsusən rəqiblərin bundan öncəki görüşündə yaşananlar mövsümün olaylarından idi. Bir sözlə, artıq neçə gündü ki, “Qəbələ” ilə “Qarabağ” arasında baş tutacaq növbəti matç müzakirə mövzusuna çevrilib. Əsas sual doğuran məqam isə hakimliklə bağlıdı. Ədalət təmsilçilərinin qış fasiləsindən sonrakı oyunlarda bir-birinin ardınca kobud səhvlərə yol verməsi, bununla da əsas tənqid hədəfinə çevrilmələri məsələni aktullaşdırır. Biz də “derbinin hakimi kim olsun” sualının ən uyğun variantı üzərində “baş sındırdıq”. O da dəqiqdi ki, Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun indi çətin seçim qarşısındadı. Ən xırda səhv baha başa gələ bilər. Odu ki, HK sədri də, çox güman, bu variantlar üzərində var-gəl edir. Əslində fasilədən sonrakı hakim səhvləri, hazırkı durum onun da seçim imkanını minimuma endirib.

Həsənovun iki cəhdi: biri uğurlu, biri uğursuz
Təbii, bu cür mərkəzi qarşılaşmaları FİFA referiləri idarə etməlidi. Ölkədaxili yarışlarda, gərgin oyunlarda təzyiqə alışan ədalət təmsilçiləri sabah beynəlxalq arenada da özünü daha rahat hiss edər. Ancaq söhbət beynəlxalq dərəcəli hakimlərdən gedirsə, Rəhim Həsənovun Qəbələdə iş başında olacağı inandırıcı deyil. Bunun da səbəbi var. Qeyd edək ki, tərəflərin cari mövsüm hər iki oyununu Rəhim idarə edib. Düzdü, FİFA referisi ilk sınaqdan üzüağ çıxmışdı. Yadınızdadısa, “Qəbələ”nin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hansısa klub rəsmiləri, məşqçilər və ya futbolçular ədalət təmsilçisini günahlandırmamışdı. Xatırladaq ki, Həsənov həmin görüşdə meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusunu sarı vərəqəyə layiq görmüşdü. Nə “qırmızı”, nə də penalti olmuşdu. Bəlkə də elə buna görə Xaqani Məmmədov tərəflərin ikinci duelini də eyni hakimə həvalə etməyi lazım bilmişdi. Ümumiyyətlə, cari mövsüm eyni komandaların bir neçə oyununa eyni hakimin təyinat alması faktı var. Bir nümunə göstərək. AZAL-la “Qarabağ” arasındakı görüşləri xatırlayaq. Cari mövsüm bu rəqiblərin hər üç duelini Orxan Məmmədov idarə edib. Yəni Rəhimin də 2-ci dövrədə keçirilən “Qarabağ” – “Qəbələ” matçına (2:1) təyinatı bu məntiqlə edilmişdi. Lakin həmin oyunda yaşananlar – şübhəli penalti, qarşılaşmanın nəzərdə tutulan vaxtdan artıq oynanılması, məhz həmin dəqiqələrdə qol vurulması, Riçard Almeydanın “qırmızı”dan sonra texniki zonanı tərk etməməsi kimi məqamlar böyük söz-söhbətə səbəb oldu. Təbii, bütün bunları sadalamağımız boşuna deyil. İlk iki oyundakı idarəçiliyi yada salmaq, bununla da Rəhimin budəfəki görüşə təyinat almayacağını əminliklə demək olar. Bundan başqa, Həsənovun həftəiçi birinci divizion oyununa təyinat aldığını da qeyd edək.

Əliyarın şansı var, ancaq...
Əslində heç bir başqa amil olmasaydı, oyunu idarə edəcək hakimin Əliyar olacağını düşünərdik. Bəlkə də Məmmədov ən çox fəxr etdiyi yetirməsinə də güvənəcək. Lakin bəzi məqamlar qeyd olunmalıdı. Əvvəla, Ağayev ötən tur “Qəbələ”nin oyununu idarə edib. Bir komandanın ardıcıl iki matçına eyni hakimin təyinat alması normal qarşılanmayacaq. Özü də “Zirə” ilə görüşdə (2:2) bir sıra səhvlər qeydə alınıb ki, onu yenidən “qırmızı-qaralar”ın oyununa göndərmək səs-küy doğura bilər. Düzdü, Xaqani bəy mətbuata açıqlamasında Zirədəki idarəçiliyə toxunaraq, Əliyarı günahsız sayıb. O, kobud səhvi yan xətt hakimində görüb: "Baş hakim üçün epizodu görmək çətindisə, o, laysmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən Zeynal Zeynalov ağır cəzaya məruz qalıb". Bəlkə də bu açıqlama ilə HK sədri Ağayevin derbiyə təyinatının mümkünlüyünə işarə vurmaq istəyib. Ancaq daha öncə də həmin görüşlə bağlı konkret epizodlar üzərində dayanmış, Ağayevin də bir sıra yanlış qərarlarının olduğunu bildirmişdik. Bir sözlə, Əliyarı da Qəbələdə görməsək, təəccüblənməmiliyik. Söhbət baş hakim kimi təyinatdan gedir. Digər FİFA referisi Ömər Paşayev isə ötən tur “Qarabağ”ın oyununda olub. Yəni inanmaq çətindi ki, Xaqani bəy yenicə berynəlxalq dərəcəyə yiyələnən yetirməsini təzyiqlə üz-üzə qoysun. Digər tərəfdən isə Əliyarla bağlı dediyimiz bir məqam Ömər üçün də keçərlidi. Belə ki, bir hakimə eyni komandanın ardıcıl ikinci oyununa təyinat verilməsi inanadırıcı görünmür.

Ən real namizəd: Fariz Yusifov
FİFA referilərinin derbiyə yolu sadaladığımız məqamlar üzündən bağlı olduğu bir vaxtda önə Fariz Yusifov çıxır. İllərin təcrübəsini çiynində daşıyan, karyerasında dəfələrlə bu cür ağır oyunların öhdəsindən gələn sabiq FİFA referisinin şansı çox yüksəkdi. Elə ötən sayımıza açıqlama verən sabiq hakimlər də bu oyunun Fariz bəyə həvalə olunmasını ən düzgün variant kimi dəyərləndiriblər. Qeyd edək ki, Yusifov fasilədən sonra “Qəbələ” – “Neftçi” (1:0) və “Neftçi” – “Sumqayıt” (1:0) görüşlərini idarə edib. Xüsusən sonuncu görüşü, demək olar, qüsursuz idarə edən təcrübəli referi derbiyə təyinat yolunda önəmli addım atdı. Düzdü, “Qəbələ” – “Neftçi” matçında kobud hakim səhvi qeydə alındı. Ancaq orda yanlış qərar Yusifovun yox, yan xətt hakimi Yaşar Abbasovun idi və laysman buna görə cəzalandırıldı. Təcrübəsi, oyuna nəzarəti yaxşı bacarması, təzyiq və ya təsir altına düşməməsi, qışdan sonra hansısa kobud səhvinin qeydə alınmaması kimi məqamlar sabiq FİFA referisinin xeyrinədi.

Sədr sürpriz də edə bilər
Premyer-liqa hakimlərindən Elvin Əsgərovla Orxan Məmmədov da birinci divionun 16-cı turunun oyunlarına təyinat alanlar arasındadı. Bu üzdən onların həftəsonu derbidə fit çalacağı inandırıcı deyil. Ramil Diniyevin cəzalı olması isə hər kəsə bəllidi. Əslində Rauf Cabbarovun da müəyyən şansı var. Qış fasiləsindən sonra cəmi bir oyunda – “Qarabağ” – “Zirə” (2:0) matçında əsas söz sahibi olub. Heç bir gərginliyin yaşanmadığı matçda ədalət təmsilçisinin hansısa səhvinin şahidi olmamışıq. Bu baxımdan Cabbarovun da Yusifov qədər olmasa belə, derbiyə təyinatı mümkündü. Qalan iki referiyə gəlincə, İnqilab Məmmədovla Rəvan Həmzəzadədən hanısınınsa “Qəbələ” – “Qarabağ” matçına təyinatı gözlənilən deyil. Xatırladaq ki, məhz 17-ci turda “Qəbələ” – AZAL (2:0) matçının baş hakimi İnqilab idi. Həmin oyunda aşkar penaltinin verilməməsi, üstəgəl, epizodun yaşandığı qapının arxasında məhz Həmzəzadənin olması onların derbiyə təyinat almaq şansını lap azaldır. Ötən tur bu iki hakimdən heç biri təyinat almadı və ola bilsin, həmin səhvə görə cəzalanıblar. Düzdü, bütün məqamları gözdən keçirdik və Yusifov hamıdan daha şanslıdı. Ancaq Xaqani bəyin nə qərar verəcəyini söyləmək bir qədər çətindi. Onun bu məsələdə axına qarşı getməsi, sürpriz təyinatla hər kəsi təəccübləndirməsi də mümkündü.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar