10 in 13:08liqa

Nazim Süleymanovun minimum hədəfi Avroliqadı!

Nazim Süleymanovun minimum hədəfi Avroliqadı!
“Futbolçu kimi yetişdiyim şəhərin futbol tarixinə tarix yazan məşqçi kimi möhür vurmaq istəyirəm”
Sonuncu dəfə 2013/14 mövsümündə “Neftçi”nin “sükanı arxasında” olan Nazim Süleymanov 4 illik fasilədən sonra yenidən baş məqşçi kimi premyer-liqa təmsilçisini çalışdıracaq. Ötən sayımızda xəbər verdiyimiz kimi, ötənlərin məşhur futbolçusu dünyaya göz açdığı, futbolda ilk addımlarını atdığı Sumqayıtın eyniadlı komandasının baş məşqçisi təyin olunub. Dünən “kimyaçılar”ın yeni çalışdırıcısı ilə söhbətləşdik. Nazim bəy yeni mövsüm üçün iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq iqtidarında olan komanda formalaşdırmağı planlaşdırdığını bildirməklə yanaşı, başqa mətləblərə də toxundu.
- Öncə “Sumqayıt”ın baş məşqçisi olmağınız münasibəti ilə sizi təbrik edirik.
- Təbrikə görə təşəkkür edirəm.
- Necə düşünürsüz, “Sumqayıt”ı çalışdırmaq sizin üçün çətin olmayacaq?
- Sualınıza sualla cavab vermək istəyirəm. Sizin işiniz asandı?
- Siz necə düşünürsüz?
- Məncə, ən çətin işi sizinkidi. Elə bizim işimiz, yəni məşqçi işi də asan deyil. Ümumiyyətlə, dünyada asan iş yoxdu. Hər peşənin özünəxas məsuliyyəti var. Əsas odu, sənə tapşırılan vəzifənin öhdəsindən gələsən. Mən də çalışacam ki, etimadı doğruldum və futbolçu kimi ilk addımlarımı atdığım Sumqayıtın komandasını daha yüksək pillələrə qaldırım. Bu işin öhdəsindən gələcəm, ya yox - bunu çempionat göstərəcək. Ümid edirəm ki, bu çətin missiyanın öhdəsindən gələcəm.
- Ötən mövsüm Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” avrokuboklara vəsiqə qazana bilməsə də, baxımlı oyunla, demək olar ki, hamının rəğbətini qazanmışdı. Yeni baş məşqçi kimi bunun davamını gətirə biləcəksiz?
- Doğrudan da geridə qalan mövsümdə Abasovun komandası premyer-liqanın ən yaxşı komandalarından biri idi. Bunu hamı etiraf edir. Ancaq müəyyən səbəblərdən son nöqtəni qoymağı bacarmadılar. Çalışacam ki, “Sumqayıt”ı yeni pilləyə qaldırım. Açıq deyirəm, futbolçu kimi yetişdiyim şəhərin futbol tarixinə tarix yazan məşqçi kimi möhür vurmaq istəyirəm. Minimum vəzifəmiz Avropa Liqasına vəsiqə qazanmaqdı.
- Rəhbərlikdən iş təklif alanda hansı hissləri keçirdiz?
- Klub prezidenti Riad Rəfiyevdən dəvət gəldi. Bir neçə dəfə görüşdükdən sonra razılığa gəldik. Dünən (srağagün) axşam isə təyinatım rəsmiləşdi.
- Ötən “futbol ili” ilə müqayisədə heyətdə yetərincə itkilər var. Əksər aparıcı futbolçular klubdan ayrılıb. Bəziləri də yol üstədi. Yeni komanda formalaşdırmaq çətin olmayacaq?
- Bu işin altına girmişiksə, deməli, özümüzə güvənirik və yeni planlarımız var. Məncə, çətin olmayacaq.
- Baş məşqçi kimi yeni işinizdə ilk addımınız nə olacaq?
- Bu suala artıq cavab vermişəm. Təkrarın biliyin anası olduğunu nəzərə alsaq, bunu deyə bilərəm. Müqavilə bağlanılıbsa, deməli, artıq işə başlamışıq. İlk növbədə transfer çalışmaları ilə məşğul olmalıyıq. Sonra isə yay hazırlıq planlarını müəyyənləşdirəcəyik. Komandadakı futbolçuların və yeni transferlərin siyahısı mənə təqdim olunub. Hamısını bir daha nəzərdən keçirəcəm.Yeni mövsümə hazırlıq baxımından yetərincə vaxtımız var.
- Özünüz müqavilə bağlasaz da, hələ ki köməkçilərinizin adına aydınlıq gəlməyib. Kiminlə işləyəcəksiz?
- Hələ ki bununla bağlı yekun qərara gəlməmişəm. Düzdü, müəyyən planlarım var. Ancaq köməkçi kimi nəzərdə tutduqlarımın mövqeyini öyrənmədiyimdən hələ bu suala konkret cavab verə bilməyəcəm.
- "Sumqayıt"ın geridə qalan mövsümdə qarşıya qoyulan məqsədə çata bilməməsində ehtiyat oyunçular skamyasının kasad olması da sözünü dedi. Yəqin ki, bu nüansları nəzərə alacaqsız...
- Bununla bağlı rəhbərliklə söhbətimiz olub. Heyət nə qədər güclü olsa da, ehtiyat oyunçular skamyasında oyunu gücləndirəcək, baş məşqçinin işinə yarayacaq futbolçular olmalıdı. Elə etməliyik ki, ehtiyat qüvvə lazım olan anda bizə yardım etsin. Bu yöndə də iş aparılacaq.
- Baş məşqçi olaraq qarşınıza konkret hədəf qoyulub?
- Rəhbərliklə bu barədə də müzakirələrimiz olub. Danışıqlardan sonra belə razılaşdıq ki, Avroliqaya vəsiqə uğrunda mübarizə aparaq. Baş məşqçi olaraq çalışacam ki, hədəfə çataq.
- Sizcə, məhdud büdcə ilə buna nail olmaq olar?
- Hələ vaxtımız var. Çalışacağıq ki, komandanı gücləndirək. Gedənlərin yerinə yenilər dəvət olunacaq. Büdcəsindən, imkanından asılı olmayaraq, hər bir komandada yeniliklər olur. Yeni dəvət olunanlar da etimadı doğrultmalı, komandaya faydalı olmalıdılar.
- “Sumqayıt”ın bəlli strategiyası var. Siz də bilirsiz ki, doğma şəhərinizin komandasına legioner dəvət olunması qadağan olunub. Legionersiz qarşıya qoyulan hədəfə çatmaq çətin olmayacaq? Onu da nəzərə alın ki, sələflərinizin hamısı bu məsələyə görə narazılıq ediblər.
- Strategiya belə müəyyənləşibsə, çalışacağıq ki, azərbaycanlı futbolçularla irəli addımlayaq. Hər kəsin hadisələrə öz baxış bucağı var. Ona da hörmətlə yanaşmaq lazımdı. Samir Abasov yaxşı komanda yaratmışdı. Amma son oyunlarda yaşananları nəzərə alsaq, nəsə çatmadı. Səhvlərdən nəticə çıxarmaq, irəliyə boylanmaq lazımdı.
- Heyət məsələsinə toxunmadız...
- Ötən mövsüm əsas heyətdə yer alan Amil Yunanov, Tural Axundov, Rəşad Eyyubov, Azər Salahlı kimi futbolçular komandanı tərk edib. Əsas qolkiper Fərhad Vəliyev isə karyerasını bitirərək, məşqçilik fəaliyyətinə başlayıb. Adını çəkdiklərimiz iistisna etsək, qalanları yenə düşərgədədi. Heç şübhəsiz, yaranan boşluqları dolduracağıq və komandaya yeni oyunçular dəvət olunacaq. Bununla bağlı klub prezidenti ilə söhbətimiz olub. Çalışacağıq ki, daha yaxşı komanda formalaşdıraq.
- Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev. Bu futbolçular böyük ehtimalla yeni mövsümdə rəhbərliyiniz altında çıxış edəcəklər...
- Fikrimcə, hər bir baş məşqçi belə futbolçuları premyer-liqada sərəncamında görmək istəyər. Hər birinin yetərincə təcrübəsi var və inanıram ki, bizim komandaya gələcəkləri halda “Sumqayıt”a faydalı olacaqlar. Rəhbərliklə söhbət zamanı transfer məsələsinə də xüsusi toxunduq. Klubun prezidenti Riad Rəfiyev və idman direktoru Zamiq Hüseynov bu məsələyə həssas yanaşdıqlarını bildirdilər.
- “Sumqayıt”ın mövsümlərarası hazırlıq planı hazırdı?
- Komandamız Avroliqaya vəsiqə qazanmadığından, hələ vaxtımız var. Rəhbərliklə bu barədə söhbət aparacağıq. Yəqin ki, toplanışın ilk mərhələsində Sumqayıtda bir araya gələcəyik. Ondan sonra isə Türkiyəyə yollanacağıq. Sonuncu - üçüncü mərhələ yenə Sumqayıtda olacaq. Çempionatın nə vaxt başlayacağını biləndən sonra planlarımız da tam dəqiqləşəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar