08 in 00:04liqa

“Sabah”ın büdcəsi 2 milyon manatdı!

“Sabah”ın büdcəsi 2 milyon manatdı!
Elşad Əhmədov: “Vaxtilə Azərbaycanda oynamış legionerlərə üstünlük verəcəm”
“Xəzər”in lisenziya şərtlərini yerinə yetirmədiyinə görə elitaya buraxılmamasından sonra bu şansdan “Sabah” maksimum yararlandı. Eyni şərait Elşad Əhmədov üçün də yaradıldı. Həmin Əhmədov ki, “Xəzər”i birinci divizionun çempionu etmişdi. Görünür, baş məşqçinin bu uğuru “Sabah” rəhbərliyinin diqqətindən yayınmadı. Onlar Arif Əsədovdansa, Elşad bəylə çalışmağı qərara aldılar.
“Tələbələr”in çalışdırıcısının başı qarışıqdı. Növbəti mövsüm üçün normal komanda qurmaq istəyir. Artıq indidən transfer çalışmalarına start verilib, hədəfdə olan digər futbolçularla da danışıq aparılır. Lakin bəzi suallar var ki, onlara hələ də aydınlıq gətirilməyib. Əhmədovla söhbətdə cavabı məlum olmayan mövzular ətrafında söhbətləşdik.
- Əvvəlki söhbətimizdə klubla rəsmi müqavilə bağlamadığınızı demişdiz. Artıq sizi “Sabah” rəsmisi hesab etmək olar?
- Söhbətimiz olub, anlaşma əldə olunub. Ancaq rəsmi müqavilə, xeyr, bağlanmayıb.
- Təlim-məşq toplanışı ilə bağlı planlarınız necədi?
- İyunun 18-də Bakıda yığışırıq. Bir həftə seleksiya xarakterli məşqlərimiz olacaq. Həmin dövrdə futbolçular həkim müayinəsindən də keçəcək. İyunun 25-dən iyulun 2-nə qədər gündə bir dəfə olmaqla məşqləri davam etdirəcəyik, üstəlik, bir sınaq görüşü keçirmək istəyimiz var. İyulun 2-dən 13-nə qədər Bakıda ilk toplanış baş tutacaq. Bu zaman kəsiyində futbolçuları 3 yoldaşlıq görüşündə iş başında görəcəyik. Üçgünlük fasilədən sonra komanda Türkiyəyə yola düşəcək. Dəqiq desəm, iyulun 16-dan 29-na qədər Boluda məskunlaşacağıq. Orda daha 4 yoxlama matçının baş tutması nəzərdə tutulub. Daha bir oyun isə Bakıya qayıdandan sonra olmalıdı. Ümumilikdə 9 görüş fikirləşmişik.
- Köməkçilərinizin adları tam dəqiqləşib?
- “Xəzər”də birgə işlədiyim Rövşən Babayev olacaq və vaxtilə “Neftçi”nin əvəzedicilərində çiyin-çiyinə çalışdığım Vitali Kovalyovla Səttar Əliyev. Hər biri ilə söhbət olub, lakin rəsmi müqavilə bağlanmayıb. Fiziki hazırlıq üzrə mütəxəssis isə əcnəbi olacaq.
- Tanıdığınız adamdı, yoxsa bu işlə rəhbərlik məşğul olur?
- Tanıdığım adamdı, özüm istəmişəm.
- Azərbaycanda işləyib?
- Bəli-bəli.
- Kimdi ki?
- Ad çəkə bilməyəcəm.
- Niyə?
- Çünki iki nəfərlə danışıq aparırıq. Ona görə də ad çəkməyim düzgün olmaz. Hər ikisini tanıyırsız.
- Rəhbərliklə görüşürsüz?
- Əlbəttə.
- Konkret kiminlə əlaqədə olursuz?
- Maqsud Adıgözəlov var, klubun baş direktorudu. Klubun işləri ilə birbaşa o məşğul olur. Lazım olan sualları da Maqsud müəllimə veririk.
- Hədəf nə olacaq? İlk mövsümdə rəhbərliyin sizdən istədiyi nədi?
- Bildiyiniz kimi, premyer-liqada debüt mövsümündə avrokuboklarda iştirak imkanımız yoxdu. Ona görə də əsas məqsədimiz layiqli futbol sərgiləmək olacaq. Təbii, yaxşı nəticə də öz yerində.
- Rəhbərliyi bildik, bəs baş məşqçi kimi qarşınıza hansı hədəfi qoymusuz? Məsələn, mövsümü minimum neçənci pillədə başa vurmağı arzulayırsız?
- Açığı, pillə haqda düşünməmişəm. Məzmunlu futbol sərgiləyib, yaxşı yerlərin birində qərarlaşmaq istəyirik. Premyer-liqaya alışmalı, ab-havanı hiss etməliyik.
- Büdcə nə qədər olacaq?
- Açığı, hansısa rəqəm təsdiqlənməyib. Söhbət 2 milyon manat ətrafında gedir. Amma dediyim kimi, rəsmi rəqəm yoxdu.
- Mətbuatda daha artıq məbləğ yazılmışdı...
- Xeyr. Təxminən 2 milyon manat olacaq.
- Bu dəqiqə əsas məsələ komandanın formalaşmasıdı. Futbolçuların cəlb olunması yolunda nə kimi işlər görürsüz?
- Gecə-gündüz axtarırıq (gülür). Özünüz də bilirsiz ki, ölkədə keyfiyyətli futbolçu qıtlığı var. İlk növbədə seçimlərdə diqqətli olmalıyıq. Tələsik iş görmək istəmirik. Ona görə də bizə layiq olanlarla müqavilə bağlayacağıq.
- Kərim Diniyev, Məqsəd İsayev, Elvin Məmmədov – “Sabah”ın bu üç futbolçu ilə anlaşdığını bilirik. Növbədə kimlər var?
- Kərimlə Məqsəd bəli, razılıq veriblər. Daha doğrusu, tərəflər arasında anlaşma əldə olunub. Amma Elvinin məsələsi açıq qalıb. Söhbət olub, lakin tam dəqiq deyil.
- Ötən il Arif Əsədovun rəhbərliyi altında oynayanlardan kimlərisə saxlayacaqsız?
- Üç nəfərə seleksiya xarakterli məşqlərdə şans verəcəyik. Bunlar Elşad Manafov, Elgün Uluxanov və Raul Yaqubzadədi. Hazırkı durumlarına baxacağıq, bizi qane etsələr, qalacaqlar. Əks halda başqalarını gözdən keçirəcəyik.
- Bəs “Xəzər”də rəhbərliyiniz altında oynayanlardan kimləri gətirəcəksiz?
- Ad açıqlamayacam, 6-7 nəfər olacaq. Onlar da digərləri kimi baxışdan keçəcəklər.
- “Qarabağ”, “Qəbələ”, “Neftçi” kimi komandalarda əsas heyətdə möhkəmlənə bilməyənləri icarəyə götürmək fikriniz var?
- Buna hazırlıq prosesinin gedişində baxacağıq. Açığı, icarə müqaviləsinə üstünlük verilməsinin tərəfdarı deyilik. Birbaşa müqavilə bağlamaq daha yaxşıdı. Hətta belə bir fikrimiz olsa belə, bu, ən sonuncu variant olacaq.
- Legioner olacaq?
- Bəli.
- Neçə nəfər?
- Dəqiq say deyə bilmərəm. Hardasa 5 futbolçu olacaq.
- Artıq danışıqlara start verilib?
- Düzü, tanıdığım legionerlərə üstünlük verməyə çalışıram. Belə deyim, vaxtilə Azərbaycanda oynayanlara. Hələ ki konkret heç nə yoxdu. Baxırıq, maraqlanırıq, danışırıq.
- Komanda rəqiblərini “Əlincə Arena”da qəbul edəcək?
- Bəli.
- Orda baza da var. Yoxsa ancaq meydanı icarəyə götürmüsüz?
- Açığı, indiyə qədər yalnız stadionun icarəsi barədə söhbət olub. Fikrimiz var ki, bazanı da götürək. Belə olsa, işimiz asanlaşar. Bu haqda söhbət olub, amma dəqiq bir şey yoxdu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" Bütün xəbərlər
Ən çox oxunanlar