17 fev 13:42liqa, manset

“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim”

“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim”
Fariz Nəcəfov hakim səhvlərindən gileyləndi

Son vaxtlar “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin (KK) iclaslarında daim iştirak edir. Halbuki əvvəllər klubun başqa rəsmiləri tədbirə qatılırdı. Fariz bəy budəfəki iclasdan sonra jurnalistlər önünə çıxdı. Daha doğrusu, danışmaq istəmirdi və həmkarlarımızın təkidindən sonra sualları cavabladı.
- “Qarabağ” rəsmisi Asif Əsgərovla qızğın müzakirə aparırdız. Maraqlıdı, nədən danışırdız?
- Keçmiş oyunları müzakirə edirdik. Bəzi matçlarda olan mübahisəli epizodlarla bağlı fikir mübadiləsi aparırdıq. Bilirik ki, bizi “Qarabağ”la qarşıda gərgin oyun gözləyir. Çox maraqlı görüş olacaq. İnanıram ki, mübarizə yalnız iki komanda arasında gedəcək.
- KK-nın gündəliyinə ölkə futbolunda o qədər də vacib olmayan məsələlər salınıb...
- Açığı, iclasda hansı məsələlərin müzakirə olunması KK-nın sədri və katibi tərəfindən qeydə alınır. İstənilən klub hansısa məsələni təklif edə bilir. Bu, bizim 2017-ci ildə ilk görüşümüz idi. Ola bilər ki, az məsələ müzakirəyə çıxarılmışdı. Ancaq önəmli olduğunu düşünürəm. Bir neçə il öncə də “Neftçi” əvəzedicilərin əsas komandadan bir gün sonra oynamasını müzakirəyə çıxarsa da, həmin vaxt qəbul olunmamışdı. Biz yenidən bu məsələni PFL və aidiyyəti qurumlara təklif etdik. Gündəlikdə qeyd edilməyən başqa məsələlər də oldu. Rəsmi olmadığı üçün mən bunları açıqlaya bilmərəm.
- “Qəbələ”ni ən çox narahat edən amillərdən biri də premyer-liqada 4 klubun süni meydanda oynamasıdı. Yəqin razılaşarsız, bu amil çempionluğa oynayan komanda üçün heç də yaxşı hal deyil...
- Bəli. Ötən il “Qəbələ” tərəfindən bu məsələ gündəmə gətirilmişdi. Aidiyyati qurumları da günahlandırmıram. Çünki klublarda vəziyyət fərqlidi. Bu klubların üzərinə düşən işdi. AFFA onlara yalnız dəstək ola bilər. Amma meydanlar həddən artıq bərbad gündədi. “Kəpəz” – “Qarabağ” matçını (0:1) televiziyadan izlədim. Ora hansısa ucqar kənd meydanından da betərdi. Orda futbol oynanılmaz. Ona görə bunu qabartmıram ki, fevralın 28-də “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Biz orda oynayacağıq. Oynayacağıq ki, söz-söhbət olmasın. Gəncə azarkeşlərinə böyük hörmətim var. Onlar Azərbaycanın ən yaxşı klub azarkeşlərindən biridi. Onları futbolsuz qoymaq olmaz. Amma orda futbol oynamağı dayandırmaq lazımdı ki, azarkeşlər də meydanın düzəldilməsini tələb etsinlər. Klub olaraq biz də dəstək verə bilərik. Belə ki, keyfiyyətli ot hazırlayan yaxşı mütəxəssislər təklif edə bilərik. O cür regionda meydan olmalıdı. Meydan olmayan yerdə futbol yoxdu. Həmçinin AZAL-ın, “Zirə”nin meydançası bərbad vəziyyətdədi.
- “Qəbələ” – “Qarabağ” oyunu ətrafında böyük ajiotaj yaranıb və əsas müzakirə mövzusu hakimlikdi. Həmin matçı əcnəbi hakimin idarə etməsi ilə bağlı təklifiniz varmı?
- “Qəbələ” 2010-cu ildən iddialı çıxış etməyə başlayıb. Həmin gündən bəri bir azərbaycanlı kimi utanmışam deməyə ki, xarici mütəxəssislər cəlb olunsun. Çünki xaricdən mütəxəssis gətirilməsini istəməklə demək istəyirik ki, Azərbaycanda ədaləti qoruya bilən adam yoxdu. Mən bunu deməyə utanıram. Qoy bu fikri formalaşdıranlar, bizi buna məcbur edənlər utansınlar. Mən də istəyirəm ki, hər oyunda haqq-ədalət olsun. Amma belə şəraitdə başqa variant haqda düşünməyə məcbur olursan. Söhbət təkcə “Qəbələ” – “Qarabağ” görüşündən getmir. Başqa komandaların görüşlərində də eyni şeylər baş verir. “Neftçi” ilə matçda ofsayddan qol vurduq, lehimizə qərar verildi. Amma istəmirəm, qardaş. Həmin hakim kim idisə, sağ olsun. Amma belə səhv eləməsin. Ondansa Fariz Yusifov Ruslan Abışovun ikinci sarısını verərdi. Bu olardı ədalətli. Nə “Neftçi” inciyərdi, nə də biz narazı qalardıq. 10 nəfərə qarşı qələbə qazanardıq və ya uduzardıq, bu öz işimizdi. Həmçinin “Zirə” ilə axırıncı görüşdə. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə oyunlarımızda qərəzli qərarlar verib. “Qarabağ” – “Qəbələ” görüşündə Rəşad Sadiqova qırmızı vərəqə verdirib, əleyhimizə ofsayddan qollar vurulub. “Zirə” ilə görüşdə də həm sarı vərəqə verdirdi, həm də qapımıza ofsayddan qol vurdurdu. Özü də düz xəttin üstündə idi, çox yaxşı da görürdü.
- Bütün klublar hakimlərdən gileylənir. Bu səhvlər nədən qaynaqlanır?
- Bu məsələyə birmənalı yanaşmaq olmur. Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim. Klublar Komitəsində də bu məsələni açıq şəkildə dedim. Baxmayaraq ki, bəzi klublar AFFA tərəfindən idarə olunurlar. Qeyri-normal haldı. Amma AFFA-nı da başa düşürəm. Klubların ortada qalmaması üçün AFFA bu dəstəyi verir. Onlarsız futbolumuz olmaz. Amma hər şeyin son nöqtəsi var. Haqqı deməyə bilərsən. İclasda dedim ki, haqsızlığı ört-basdır etməyə çalışan adama salam verməyəcəm.
- Ötən iclasda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təcrübəli mütəxəssisin dəvət olunmasl müzakirə olunmuşdu. Bu məsələ gündəmdə qalırmı?
- Mənə elə gəlir ki, hakimliyi həddən artıq müzakirə edirik. Klub olaraq bu barədə danışmağımız düzgün deyil. Amma bir şeyi deyə bilərəm, məsələ o vaxt pik həddə çatır ki, hamının qərəz kimi gördüyü bir epizodla bağlı Hakimlər Komitəsinin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar tam əksini deyirlər.
- Belə bir fikir gəzir ki, “Qəbələ” çempion olmasa, büdcəsi azalacaq və klub rəsmiləri bu səbəbdən hakim səhvlərindən çox danışırlar. Bu nə dərəcədə doğrudu?
- Biz ardıcıl iki mövsümdü Avroliqada uğurlu çıxış edirik. Klub prezidenti Tale Heydərov da, mən də deyirik ki, ən birinci vəzifəmiz ölkəmizi xaricdə uğurlu təmsil etməkdi. Ölkə çempionu olmaya bilərik. İstər zəif olaq, istərsə də kənar amillər təsir etsin. Biz ölkəmizi xaricdə uğurlu təmsil etməyə çalışırıq. Amma siz deyən məsələ barədə söhbət olmayıb, klub prezidenti də belə bir söz deməyib.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar