06 in 11:08liqa

Ozobiçlə Rahil “Qarabağ”da

Ozobiçlə Rahil “Qarabağ”da
Rəşad Sadıqov daha bir il oynamağa razılıq verdi
Mövsüm başa çatandan sonra İbrahim Şehiç, Riçard Almeyda, Pedro Enrike, Ramil Şeydayev, Əfran İsmayılov, Arif Daşdəmirov, Elvin Yunuszadə, Rahid Əmirquliyev və Ağabala Ramazanovla yollarını ayıran “Qarabağ” artıq transfer çalışmalarına start verib. Düzdü, yeni gələnlərin heç biri sürpriz ad deyil. Hələ çempionatın sonlarında adları çəkilənlərin yayda “köhlən atlar”la anlaşacaqları deyilirdi. Qalmışdı işin rəsmi tərəfi, o da baş tutdu.
İlk transfer Filip Ozobiç olub. 27 yaşlı yarımmüdafiəçiylə nə az, nə çox - 3 illik müqavilə imzalanıb. Maraq üçün qeyd edək ki, Ozobiçə Riçard Almeydanın əvəzləyicisi gözüylə baxılır. Düzdü, oyun üslubları arasında müəyyən fərqlər olsa da, faktiki hər ikisi yarımmüdafiənin mərkəzində çıxış etməsi və komandasının “düşünən beyni” olması ilə yadda qalıb. Azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Filipin Qurban Qurbanovun rəhbərliyi altında özünü necə göstərəcəyi maraq doğurur.
Xatırladaq ki, “Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Moskva “Spartak”ında başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində - “Hayduk”da (Split) davam etdirib. 2013-cü ildə Xorvatiya “Slaven”inə transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ”yə transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb. “Qarabağ”ın yeni transferi Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.
Ozobiç xəbərinin ardından klub saytı daha bir transferin adını açıqladı. Bu, Qurban Qurbanovun dönəmində yığmaya cəlb olunan və 2 oyunda meydana çıxmaq imkanı qazanan Rahil Məmmədovdu. Maraqlıdı ki, onunla da 3 illik anlaşma əldə olunub. Mərkəz müdafiəçisi olan Rahilin Elvin Yunuszadənin əvəzinə gətirildiyi sirr deyil. Və çox maraqlıdı ki, hər iki futbolçu “Neftçi”nin yetirməsidi. Rəşad Sadıqov, Yakub Jezniçak və Bədavi Hüseynovun varlığında 22 yaşlı mərkəz müdafiəçisinin işinin çətin olacağı dəqiqdi. Görünür, Qurbanov daxili çempionatda Məmmədova oynamaq imkanı yaradacaq.
Peşəkar karyerasına 2014/15 mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. O, “Neftçi”nin formasında 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub.
Mövsümün sonunda karyerasını başa vuracağı deyilən Rəşad Sadıqov isə daha bir il oynamaq qərarına gəlib. “Köhlən atlar”ın kapitanı klub rəhbərliyi ilə görüşdən sonra başa çatan müqavilə müddətinin daha 1 il uzadılmasına razılıq verib.
Hazırda “Qarabağ” rəsmilərini düşündürən əsas məsələ Dani Kintana ilə müddəti başa çatan müqavilənin uzadılmasıdı. İspan yarımmüdafiəçi əməkhaqqının artırılmasına nail olmaq üçün hələ ki susur. Halbuki indiyə qədər olan müqaviləsindəki məbləğ heç də aşağı sayıla bilməz. Qapıçı və hücumçu axtarışları isə davam etməkdədi. Siyahıda 10-dan artıq futbolçunun adı olsa da, Qurbanov tələsmək istəmir. Bəziləri isə karyerasını “Qarabağ”da davam etdirməyə razılıq verməyib. Maraqlıdı ki, Dmitri Nazarovun da ağdamlılarla müqavilə bağlayacağı deyilir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar