17 fev 13:29liqa, manset

“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu

“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu
Qəbələlilər həsrətlə bu matçı gözləyir

Premyer-liqada get-gedə hərarət artır. “Qarabağ”la “Qəbələ” arasındakı rəqabət tədricən daha da qızışır. Hakim səhvləri istər-istəməz iki klubun münasibətlərini daha da kəskinləşdirir. Titul uğrunda savaşda şəxsi oyunlar böyük önəm daşıyır. Ölkə futboluna könül verənlər 19-cu turu səbirsizliklə gözləyir. Axı bu turda məhz çempionluğa iddialılar üz-üzə gələcək. Bazar günü Qəbələdə keçiriləcək oyuna maraq həddən artıq böyükdü. Xüsusən də meydan sahibləri bu görüşə daha həyati önəm verir. Axı mümkün məğlubiyyət liderlə aradaki fərqi 6 xala çatdıracaq. Belədə “Qarabağ” çətin ki, bu fərqin aradan qalxmasına imkan versin. Başqa sözlə, yenilgi “Qəbələ” üçün çempionluq hədəfindən böyük ölçüdə uzaqlaşmaqla nəticələnəcək. Klub rəhbərliyi də, komanda da bunun fərqindədi. Bu üzdən yalnız və yalnız qələbəyə, çempionluğa kökləniblər. Elə klubun rəsmi “feysbuk” səhifəsində yerləşdirilən promo videoçarx da bundan xəbər verir. 2,5 dəqiqəlik görüntüdə “Qəbələ”yə qarşı yol verilən hakim haqsızlıqlarının icmalı yerləşdirilib. Roman Qriqorçukun “Zirə” ilə son oyundan sonra söylədiyi bu cümlələr xatırlanıb: “Futbolçulara dedim ki, başınızı dik tutun, məyus olmayın! Oyunda əleyhimizə çox şey baş verdi. Amma biz belə vəziyyətdə ağlaya bilmərik. Sadəcə, bilirik ki, reallıq budu”. Daha sonra isə müəyyən mənada atmacayla dolu azarkeşlərə çağırış ifadə olunub: “Bu yolda maneələr çoxdu. Maneələr bizi qorxutmur. Bu il bizik çempion. 8 dəqiqə gec olsa belə... Dəstəyiniz uğurumuzdu!”
Bunu azarkeşlər çox yaxşı qarşılayıb. Əlbəttə, fanatların müəyyən mənada damarını tutmaq, onları coşdurmaq, tribunaya səsləmək üçün bu tip addımlar alqışlanmalıdı. Bəs görəsən, bunun davamı olacaqmı? Ümumiyyətlə, bazar günü keçiriləcək qarşılaşmaya maraq hansı səviyyədədi? Bilet satışı həyata keçirilirmi? “Qəbələ”nin marketinq meneceri Səməd Nəsibovu dinləyək: “Bildiyiniz kimi, bizdə biletlərin qiyməti standart 50 qəpikdi. Oyundan bir-iki gün əvvəl biletlər alınmır deyə həmin gün satılır. Əvvəllər bilet satışı zamanı uduş kampaniyalarımızı olurdu. Artıq bunu həyata keçirmirik. Bu görüşə Qəbələdə maraq çox böyükdü. Demək olar ki, hamı bu qarşılaşmadan danışır. Təbliğat-təşviqat məqsədiylə daha bir videoçarx hazırlayıb, səhifəmizdə yerləşdirməyi planlaşdırırıq. Ancaq həmin promo görüntünün detallarını sirr kimi saxlamaq daha məqsədəuyğun olar”.
Nə deyirik, təki atılan addımlar, görülən işlər fayda versin və fevralın 19-da 4500 yerlik stadionda anşlaq olsun. Axı futbol azarkeşlə gözəldi!
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar