16 fev 16:37liqa, reportaj

“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı

“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı
Samir Abasov: “Haramları olsun”

72 Neftçi (Bakı) – Sumqayıt 1:0 (0:0)
53. Maksim Vaylo – 5,5
29. Georgi Navalovski – 5,5
6. Pavel Dreksa – 5,0
25. Kiril Petrov – 5,0
27. Məqsəd İsayev – 5,0
15. Ruslan Abışov (k) – 5,5
23. Tərzin Cahangirov – 5,0
11. İqnasio Errera – 5,5
(17. Rəhman Hacıyev, 74) – 4,5
8. Zdenek Folprext – 5,5
(9. Hüqo Barqas, 78) – qiymətsiz
7. Namiq Ələsgərov – 6,0
12. Daniel Seqoviya – 5,5
(80. Edson Kastilya, 90+1) – qiymətsiz
Ehtiyat oyunçular
33. Boban Baykoviç
22. Mahir Şükürov
10. Cavid İmamverdiyev
19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

1. Fərhad Vəliyev – 6,0
19. Azər Salahlı – 4,5
(74. Yusif Nəbiyev, 67) – 4,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
2. Rail Məlikov – 5,0
(9. Amil Yunanov, 88) – qiymətsiz
3. Vurğun Hüseynov (k) – 5,0
42. Kamran Abdullazadə - 4,5
97. Xəyal Nəcəfov – 4,5
7. Sergey Çernışev – 5,0
8. Nicat Muxtarov – 4,5
10. Məhəmməd Qurbanov – 5,0
(77. Ehtiram Şahverdiyev, 80) – qiymətsiz
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
18. Süleyman Əhmədov
20. Fərhad Qıstarov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Fərhad Vəliyev
Qol: H.Barqas, 86.
Vərəqələr: K.Petrov, 69 (qeyri-idman hərəkəti). G.Navalovski, 76 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 82 (qeyri-idman hərəkəti). H.Barqas, 86 (qeyri-idman hərəkəti). M.İsayev, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FARİZ YUSİFOV, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Bakı).
13 fevral. Bakı. Bakcell Arena. 1800 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Mövsümün ikinci yarısında uduzmayan komandalar “Bakcell Arena”da münasibətləri aydınlaşdırdı. Əlverişsiz hava şəraiti nə “Neftçi”yə, nə də “Sumqayıt”a istədiyi kimi oynamağa imkan verirdi. Xüsusən ilk yarının baxımsız alındığını söyləyə bilərik. “Ağ-qaralar” topa daha çox nəzarət edir və sağ cinahdan hücumlar qurmağa çalışırdı. Bu mənada Namiq Ələsgərovun fəallığını qeyd edə bilərik. Ancaq cinah asmaları faydasız idi. “Sumqayıt”ın mərkəz müdafiəçiləri “2-ci mərtəbə”də rəqibə şans vermirdi. 39-cu dəqiqədə Seqoviyanın zərbəsi qapıçıdan qayıtdısa, Navalovskinin təkrar vuruşu dəqiq olmadı. İki dəqiqə sonra Errera “çərçivə”ni tapmadı. Az sonra “Sumqayıt”ın müdafiəçiləri qapı qarşısında “ətdən divar hördü”. Nə Seqoviya, nə də Folprext bu “sədd”i aşa bildi.
İkinci yarıda “Neftçi” üstünlüyü tam ələ keçirdi. Ancaq uzun müddət Fərhadın müqavimətini qırmaq mümkün olmadı. Əvvəlcə Ələsgərov təkbətək zamanı Vəliyevə uduzdu. Az sonra İsayevin zərbəsi qapının üstündən keçdi. 5 dəqiqə sonra Namiq yenə Fərhadı məyus edə bilmədi. 58-ci dəqiqədə Navalovskinin zərbəsi nə qədər gözəl idisə, təcrübəli qolkiperin qurtarışı bir o qədər möhtəşəm idi. Az sonra topu əlindən buraxan qapıçını Folprext cəzalandıra bilmədi. Bir saatın tamamında Mirabdulla sabiq komandasını məyus etmək fürsətini qaçırdı. Çernışevin zərbəsində də dəqiqlik çatmadı. 70-ci dəqiqədə Abbasov Vaylo ilə dueldən məğlub ayrıldı. Bir qədər sonra Namiq yüzfaizlik qol vəziyyətini qaçırdı. Bir neçə futbolçudan sıyrılan Ələsgərov bir neçə metrdən “çərçivə”yə düşə bilmədi. Bir qədər sonra Fərhad Folprextin başla zərbəsini möhtəşəm seyvlə dəf etdi. 81-ci dəqiqədə Seqaviyanın başı üzərindən vuruşunu da Vəliyev zərərsizləşdirə bildi. Nəhayət, 86-cı dəqiqədə cərimə meydançasında topu qəbul edən Barqas zərbə mövqeyinə çıxıb, küncü dəqiq nişan aldı. Bu epizodda Fərhad da aciz idi. Oyuna artırılmış sonuncu dəqiqədə Ehtiramın zərbəsi güclü alınsa da, dəqiq deyildi. Beləliklə, “Sumqayıt”ın 7 oyunluq məğlubiyyətsizlik seriyası “Bakcell Arena”da qırıldı.
SƏRXAN

Gözdən qaçmadı
* Günortadan şiddətlənən qar “Bakcell Arena”nın qazonunu ağ örtüyə bürümüşdü. Bu üzdən qarşılaşma çəhrayı topla oynanıldı. Fasilədə stadionun əməkdaşları cərimə meydançalarını qardan təmizlədi. Ancaq bu işi 15 dəqiqəyə yekunlaşdıra bilmədiklərindən nəzərdə tutulan sahəni tam təmizləmək mümkün olmadı.
* “İnter”lə oyunda diqqətimizi çəkən “Köhnə 13” yenə “Neftçi”ni qələbəyə səsləyirdi. Yeni yaranmış fanklub 4-cü sektorda qərarlaşmışdı.
* Mərkəzi tribunaların tavanından iri ölçülü “Neftçi” loqosu asılıb ki, bu da xoş görüntü yaradır.
* Son dəqiqələrdə Samir Abasov diqqət mərkəzinə düşdü. Tamaşaçılardan kimlərsə ona söz atdı. “Sumqayıt”ın baş məşqçisinin buna reaksiyası çox sərt oldu. Ancaq nə həmin azarkeşlərin, nə də çalışdırıcının söylədiklərini eşidə bildik. Abasov bundan sonra əsəbləşib, əlcəklərini oturacağa atdı. O, topu irəliyə gec atan Fərhad Vəliyevə də qəzəbləndi.
* Final fitindən sonra “Neftçi”nin futbolçuları qələbə sevincini əvvəlcə “Forza Neftçi”, sonra isə “Köhnə 13” ilə bölüşdü.

Reaksiyalar
Samir Abasov: “Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız burda qırıldı. Bu yenilgini faciəyə çevirməyəcəyik. Evdə AZAL-la oyunumuz bundan da çətin olacaq. Futbolçuları həmin görüşə kökləməyə çalışacağıq. Hava şəraiti oynamağa imkan vermədi. Bir nöqtəyə kimi mübarizə apardıq. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. “Neftçi”nin gücləndiyini yazırlar. Açığı, biz elə həmin “Neftçi”yə qarşı oynadıq. Hələ dünyanın sonu deyil. “Neftçi” ilə Sumqayıtda da qarşılaşacağıq. İnşallah, orda qalib gələrik. İkinci hissədə rəqib böyük qüvvə ilə irəli atıldı. Qara görə istədiyimiz kimi oynaya bilmədik. Topu alandan sonra əks-hücuma çıxmaq istəyirsən, ancaq meydanın əlverişsiz durumu dəqiq ötürmələr verməyə, topla irəliləməyə imkan vermir. Belədə topu yenə itirirsən və yenə qapına doğru çəkilirsən. Rəqibin ardıcıl hücumları yekunda qolla nəticələndi. “Neftçi” “va-bank” getdi. Bunun qarşısında dayana bilmədik… Növbəti mövsümlə bağlı hər hansı planımız yoxdu. Hələ ki yalnız cari mövsüm haqda fikirləşirik. Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindi… İki azarkeş heç gözləmədiyim halda məşqçilər korpusuna etirazını bildirdi. Haramları olsun. Bu cür komanda düzəlt, onlar da belə etsin. Bilmirəm, bəlkə də heç onlar “Sumqayıt”ın azarkeşləri deyildi. Elədisə, mən onları heç sumqayıtlı saymıram. Təhqiramiz ifadə işlətmədilər, amma elə söz deyildi ki, bəlkə təhqir etsəydilər, ondan yaxşı idi. Ola bilər, hansısa futbolçumuzun yaxınları idi. Belə şey eləməsinlər. Bu birbaşa onların yaxınlarına təsir edəcək. Hesab açılmamış Amil Yunanovu meydana buraxa bilməzdim. Bəlkə Süleyman Əhmədovu Sergey Çernışevin yerinə, ya da Bəhlul Mustafazadəni müdafiəni gücləndirmək üçün qoldan öncə meydana buraxmaq olardı”.
Elxan Abdullayev: “Hər iki komanda gözəl futbol göstərdi. Rəqibimiz əzmkar idi. Fərhad Vəliyevin ustalığı hesabın daha böyük olmasına imkan vermədi. Əsas odu ki, 3 xal qazandıq. Komandanı təbrik edirəm. Qardan şikayət etməyim doğru olmaz. Hər iki tərəf eyni şərtlər altında oynadı. Sözsüz, quru meydanda daha maraqlı mübarizə izləyərdik. Ancaq havanı biz seçmirik. Yağışlı, qarlı havada futbolçulara bir qədər fərqli göstərişlər veririk… Mahir Şükürov karyerasını davam etdirmək istəsə, oynaya bilər. Düzdü, onun üçün indi çətindi. Forma yığır, sonra zədələnir. Belədə yenə formadan düşür. Ancaq karyerasıyla bağlı məsələyə özü qərar verməlidi. Legioner limitinə görə qapıda son 2 oyunda Maksim Vayloya şans verdim. Cavid İmamverdiyev, Fəhmin Muradbəyli və Rəhman Hacıyev hələ tam formaya düşməyib. Bəlkə gələn oyunda qapıda Boban Baykoviç duracaq. Rəqibə uyğun seçim edirik”.
Hüqo Barqas: “İlk dəqiqələrdən oyunumuzu özümüz çətinləşdirdik. Erkən qol vurmaq istəyirdik. Amma ilk hissədə buna nail ola bilmədik. İkinci yarıda da işimiz çətin oldu. Çünki rəqib qapıçı yaxşı oyun göstərdi. Bu çıxışına görə onu təbrik edirəm. Buna baxmayaraq, sonda gözlədiyimiz qol gəldi və biz qələbə qazandıq. Mən də bu münasibətlə komanda yoldaşlarımı, rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Hava şəraiti oyunumuza mane oldu. Buna baxmayaraq, hücumlar qurub, epizodlar yarada bildik. Amma hava şəraiti yaxşı olsaydı, bəlkə bundan da çox epizodlar yarada bilərdik. Komanda şəklində sona qədər mübarizə apardıq, axtardığmız qolu sonda vurub, qələbə qazana bildik. Qələbəyə də layiq idik. Bunu ilk dəqiqələrdən nümayiş etdirirdik. Baş məşqçi tapşırıq verdi ki, oyunun sonlarına az qalıb və fürsət düşən kimi qapıya zərbələr endir. Bu zərbələrdən biri qola çevrilə bilər. Mən də məşqçinin dediklərinə əməl etdim və qol vurdum. Hər oyunçu üçün qol vurmaq onu növbəti oyuna daha yaxşı motivasiya edir. İnanıram ki, növbəti qarşılaşmalarda qollarımı sıralayacam. Açığı, stadionumuzda bu cür ab-hava gözləmirdim. Çox xoşuma gəldi. Azarkeşlər hər dəqiqə bizə dəstək oldu. Çalışacağıq ki, azarkeşlərimizi növbəti oyunlarda da sevindirək. Düzdü, rəqib qapıçı çox yaxşı oyun nümayiş etdirdi, bunu danmaq olmaz. Amma bu cür matçlarda qol vuran futbolçu oynun ən yaxşısı sayılır. Mən də özümü seçərdim. Bunun üçün də yaxşı mükafat gözləyirəm” (gülür).
Zdenek Folprext: “Çox vacib qələbə qazandıq. Belə oyunlarda qolun gözəlliyi önəm daşımır. Əsas odu ki, qol vurub qələbə qazanasan. “Sumqayıt”ın qapıçısı bu gün möhtəşəm idi. Mən zərbə endirəndə artıq qol sevincimi qeyd etmək üçün qaçırdım ki, qolkiper əla reaksiya nümayiş etdirərək topu çıxardı. İlk hissədə qarlı hava üzündən meydana uyğunlaşmaqda çətinlik çəkdik. Ancaq fasilədən sonra oyunumuz alındı. 2017-yə yaxşı başlamışıq. Fikrimcə, daha da yuxarı pillələrə qalxacağıq. Ümid edirəm ki, bütün komandalar üçün təhlükəli rəqib olacağıq. Düzdü, “Qəbələ”yə uduzduq. Ancaq mən “Qarabağ”ı daha güclü komanda sayıram”.
Məhəmməd Qurbanov: “Hava şəraiti yaxşı oynamağa imkan vermədi. Hər oyunda qol vurmaq istəyirəm. Ancaq bu gün alınmadı. İkinci yarının əvvəllərində yaxşı oynadıq. Amma sonra qapımıza doğru çəkilmək məcburiyyətində qaldıq. Baş məşqçi müdafiə olunmağımızı yox, hücum edib qol vurmağı tapşırmışdı. Fərhad bir neçə dəfə bizi qoldan xilas etdi. Son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik. Ancaq Ehtiramın zərbəsi dəqiq alınmadı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar