16 fev 16:30liqa, reportaj

Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi

Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi
Rəşad Qasımov sabiq komandasını paltardəyişmə otağında təbrik etdi

71 AZAL (Bakı) - İnter (Bakı) 0:1 (0:0)
23. Aqil Məmmədov – 6,0
24. Emin Cəfərquliyev (k) – 5,0
3. Tural Hümbətov – 4,5
5. Kamil Hüseynov – 5,0
18. Ruslan Əmircanov – 5,0
14. İlqar Ələkbərov – 4,5
77. Arkadi Qalperin – 5,0
(19. Elnur Süleymanov, 61) – 4,5
8. Sadio Tounkara – 5,0
7. Kamal Mirzəyev – 4,5
27. Rəşad Abdullayev – 5,0
9. Röyal Nəcəfov - 4,5
(10. Nuqzar Kvirtiya, 73) – 4,5
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
2. Elşad Manafov
11. Frank Madu
16. Feyzi Aşkan
17. Eltun Hüseynov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Aqil Məmmədov

1. Səlahət Ağayev - 5,5
22. İlkin Qırtımov - 5,5
3. Denis Silva - 5,5
14. Zurab Xizanişvili - 5,5
27. Adrian Skarlatake - 5,5
4. Slavik Alxasov - 5,0
24. Fuad Bayramov - 5,0
10. Elnur Abdullayev - 5,0
8. Nizami Hacıyev (k) - 6,5
7. Mirsahib Abbasov - 5,5
( 9. Pərdis Fərcad-Azad, 80) - qiymətsiz
11. Rauf Əliyev - 5,5
(6. Samir Zərgərov, 90+3) - qiymətsiz
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sertan Taşkın
17. Abbas Hüseynov
19. Mirhüseyn Seyidov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Nizami Hacıyev
Qol: N.Hacıyev, 84.
Vərəqələr: T.Hümbətov, 30 (qeyri-idman hərəkəti). F.Bayramov, 66 (qeyri-idman hərəkəti). N.Kvirtiya, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELVİN ƏSGƏROV, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
13 fevral. Şüvəlan. AZAL Arena. 500 tamaşaçı (3050 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
AZAL 3-cü dövrəyə 3 məğlubiyyətlə start verib. Düzdü, həm "Qarabağ", həm də "Qəbələ" ilə görüşdə hakim ədalətsizliyiylə üzləşib. Hər halda, Tərlan Əhmədovun komandası son pillədən qurtulmaq istəyirsə, əlindən gələndən artığını etməlidi. "İnter" isə çempionatın 2-ci yarısına "Kəpəz" üzərində darmadağınla başladı. Lakin davamını gətirə bilmədi. Belə ki, "Sunqayıt"la heç-heçə edən Zaur Svanadzenin yetirmələri ötən tur "Neftçi"yə uduzdu. Bir sözlə, hər iki komandaya qələbə hava-su kimi vacib idi.
Bəribaşdan qeyd edək ki, oyun darıxdırıcı olmadı. Matçın əvvəli və ilk yarının sonları qarşılıqlı hücumlar, ikinci hissə isə tam qonaqların aşkar üstünlüyü şəraitində keçdi. Qol vəziyyətlərinin sayı yetərincə çox oldu. Artıq 2-ci dəqiqədə "İnter" "təyyarəçilər"in müdafiəsinin çürük olduğunu ortaya çıxardı. Mirsahib təkbaşına topla xeyli irəliləyib rəqibin cərimə meydanına daxil oldu. Zərbə anında ona riskli “sürüşmə” fəndiylə təhlükəni önləyən Tural Hümbətov mane oldu. Bir qədər sonra Rauf Mirsahibin ötürməsindən sonra qapıçıyla üzbəüz qalsa da, yan xətt hakiminin ofsayd bayrağı hücumu başa çatdırmağa imkan vermədi. AZAL-ın ilk həmləsi 8-ci dəqiqəyə təsadüf etdi. Daha doğrusu, Sadio uzaqdan zərbə ilə qapıçını sınağa çəkdi. Zərbə qüvvətli alınsa da, hədəfdən azacıq yayındı. 17-ci dəqiqədə Rəşad Abdullayevin cərimə zərbəsi də yaddaqalan oldu. Bu dəfə top sol dirəyin bir neçə santimetrliyindən çölə çıxdı. Yarım saatın tamamında Tural Hümbətov cərimə meydançasının həndəvərində sarı vərəqə hesabına növbəti təhlükəni önlədi. Əks halda, Nizami Aqil Məmmədovla üzbəüz qalacaqdı. Baş hakim Elvin Əsgərov Əmircanovun yaxında olduğunu nəzərə alıb, epizodu “son ümid folu” kimi dəyərləndirmədi. Hissənin sonlarına doğru yenidən hər iki tərəf açıq oynamağa başladı. Gah bu, gah da digər komanda meydanın mərkəzini sürətlə keçsə də, qeyri-dəqiqlik hesabın açılmasına mane olurdu.
Qeyd etdiyimiz kimi, ikinci hissədə meydanda ağalıq edən tərəf “İnter” idi. Fasilədən sonra ilk təhlükəli vəziyyət 51-ci dəqiqəyə təsadüf etdi. Nizaminin uzaqdan zərbəsini Aqil yumruğuyla dəf etdi. Qayıdan topa daha yaxın olan Slavikin iki metrdən baş zərbəsində isə dəqiqlik çatmadı. Hərçənd qol olsaydı belə, hesaba alınmayacaqdı. Çünki Alxasov zərbə anında ofsaydda idi. Bir neçə dəqiqə sonra "İnter" yenidən qola yaxın oldu. Mirsahibin cinah ötürməsini Nizami sol ayaqla tamamlasa da, Aqil əla reaksiya ilə qola imkan vermədi. Epizodun davamında Slavikin hədəfə düşməyən zərbəsini daban toxunuşu ilə "çərçivə"yə yönəldən Rauf isə ofsayda düşdü.
Getdikcə təzyiqi artıran qonaqlar 68-ci dəqiqədə AZAL-a həyəcanlı anlar yaşatdı. Nizaminin bir dəqiqə ərzində ardıcıl iki zərbəsini Aqil əla reaksiya ilə dəf etdi. 75-ci dəqiqədə bu ikili növbəti dəfə diqqət mərkəzinə düşdü. Hacıyevin 22-23 metrdən mükəmməl vuruşunu təcrübəli qolkiper eyni gözəllikdə - baxımlı seyvlə tirin üstündən aşırmağı bacardı. Pərdis oyuna qoşulandan sonra AZAL-ı tam meydanın özünə aid hissəsinə çıxışdıran "İnter" 84-cü dəqiqədə hesabı açmağı bacardı. Nizami, nəhayət, istəyinə çatdı. Onun cərimə meydançasının qarşısından qüvvətli zərbəsindən sonra əla qol izlədik. Top tirə dəyib tora düşdü. Zaur Svanadzenin yetirmələri qoldan sonra da təşəbbüsü əldən vermədi. Beləliklə, AZAL üçün kabusa çevrilən “İnter” “təyyarəçilər”in qələbə həsrətini 14 oyuna çatdırdı.
Reaksiyalar
Zaur Svanadze: “Bizim üçün vacib oyun idi. “Neftçi”yə məğlubiyyətdən sonra toparlanmaq lazım idi və bunu bacardıq. Oyunumuzun keyfiyyətindən razı qaldım. Çoxlu qol vəziyyəti yaratdıq. Gec də olsa, qələbə topunu vurub 3 xal qazandıq. Artıq bu matçı unudub "Zirə" ilə görüşə hazırlaşacağıq. Nizami haqda nəsə demək artıqdı. Qol vurur, komanda üçün çox iş görür. Robert Prosineçkiyə onunla bağlı nə deyə bilərəm? Məncə, nəsə deməyə ehtiyac yoxdu. Siz də görürsüz, qiymətləndirirsiz. Nizami belə davam etsə, yığmanın qapıları onun da üzünə açılacaq".
Tərlan Əhmədov: "Bu gün komandamı tanıya bilmədim. Qış fasiləsindən sonrakı üç oyundakı çıxışımızdan əsər-əlamət yox idi. Hücumla orta xəttin əlaqəsi çox zəif idi. Artıq bu oyun arxada qaldı, səhvlər aradan qaldırılmalıdı. Görünür, hələ çox işimiz var. Rəqibi təbrik edirəm. "İnter" bizim üçün arzuolunmaz rəqibdi. Mənim rəhbərliyim altında bu rəqibi yenə bilməmişik. Görünür, 5 müdafiəçili sistemə qarşı zəifik. Belə müdafiəni yarmaq üçün fərdi ustalığı yüksək olan futbolçulara ehtiyac var. Rəşad Abdullayevlə Sadio Tounkara bu funksiyanı lazımınca yerinə yetirmədi. Aqressivliyimiz çatışmırdı. Zəif oyunumuzu ötən turlarda üzləşdiyimiz hakim səhvləriylə əlaqələndirmək istəməzdim. Bu, bizim üçün bəhanə ola bilməz. Peşəkar futbolçu dünənlə yaşamamalıdı”.

Gözdən qaçmadı
* Qar yağmasına baxmayaraq, oyunu xeyli azarkeş izləyirdi. "İnter"li tərəfdarlar da az deyildi. Onların ikinci hissənin gedişində səsləndirdiyi şüar isə diqqəti daha çox çəkdi. “İnter”in aramsız hücumları nəticəsində Aqil Məmmədovun üzərinə çox yük düşdü. Səlahət Ağayev isə işsiz qalmışdı. Azarkeşlər də buna görə Aqillə zarafatlaşdılar: “Səlahət məşq edir, Aqil tərləyir".
* Hakimin final fitindən dərhal sonra tribunadan enən "İnter"in sabiq prezidenti Rəşad Qasımov paltardəyişmə otağına baş çəkib qələbə münasibətiylə futbolçuları təbrik etdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar