27 may 10:57liqa

Premyer-liqanın statistik mənzərəsi

Premyer-liqanın statistik mənzərəsi
“Sumqayıt” cəmi 23 futbolçunun xidmətindən yararlanıb
Daha bir uzun marafon başa çatdı. Söhbət premyer-liqanın 2017/18 mövsümündən gedir. Ötən il avqustun 11-də başlayan yarış bu il mayın 21-də yekunlaşdı. Bildiyiniz kimi, 8 komandanın iştirak etdiyi və 4 dövrədən ibarət olan birincilik 28 turdan ibarət idi. Bu isə 112 qarşılaşma deməkdi. Mübarizənin sonunda “Qarabağ” çempion oldu və “qızıl”a yiyələndi. “Qəbələ” gümüş, “Neftçi” isə bürünc medallara sahib çıxdı. Premyer-liqanı son pillədə bitirən “Kəpəz” elitanı tərk etdi. Çempionatla bağlı yalnız bir məsələ cavabını tapmayıb. O da sıralamada 4-cü olan “Zirə”nin Avroliqaya gedib-getməyəcəyidi. Bu isə kubokun finalında qeydə alınacaq nəticədən asılıdı. “Keşlə” – “Qəbələ” matçında “qırmızı-qaralar” qalib gəlsə, “qartallar” ardıcıl ikinci mövsüm beynəlxalq arenada çıxış edəcək. Əks halda çempionatı 6-cı yerdə başa vuran “Keşlə” Avroliqaya vəsiqə qazanacaq. Bütün bunlara mayın 28-də keçiriləcək final oyununda aydınlıq gələcək. İndi isə çempionatın başa çatan mövsümü ilə bağlı bəzi statistik məqamlara diqqət yetirək.
Maraqlıdı ki, turnir cədvəlinin son iki pilləsində qərarlaşan “Səbail”lə “Kəpəz” daha çox oyunçunun xidmətindən yararlanıb. Başa çatan mövsümdə hər iki komandanın şərəfini 33 futbolçu qoruyub. “Keşlə” bu mənada onlardan 1 futbolçu geri qalırsa, “Qarabağ”la “Zirə”də oyunçu sayı (31) eynidi. “Neftçi”nin “bürünc”ündə 27, “Qəbələ”nin “gümüş”ündə isə 26 futbolçunun əməyi var. “Sumqayıt” ən az – 23 futbolçu ilə mübarizə aparıb. Bu bir daha “kimyaçılar”ın baş məşqçisi Samir Abasovun futbolçu qıtlığından şikayətlənməsinin boşuna olmadığını göstərir. Bir sözlə, 2017/18 mövsümündə komandaların heyətində hansı futbolçuların şans qazandığı, onların oyun, dəqiqə, qol və vərəqə sayı ilə tanış olaq.
1 2 3 4 5
Qarabağ
1. Mahir Mədətov 24 1843 8 2
2. Miçel 23 1695 3 7 (1)
3. Maksim Medvedev 22 1816 1 1
4. Riçard Almeyda 22 1660 5 (2) 4
5. Dani Kintana 22 1585 5 (1) -
6. Coşqun Diniyev 22 1357 1 2 (1)
7. Qara Qarayev 21 1505 - 1
8. Elvin Yunuszadə 20 1663 2 2
9. Pedro Enrike 19 1274 3 2
10. Ansi Aqolli 19 1240 - 1 (1)
11. Rəşad Sadıqov 18 1602 - 4
12. İbrahim Sehiç 18 1560 - - (1)
13. Rahid Əmirquliyev 15 1062 - 2
14. Vild-Donald Gerye 15 1056 1 4
15. Ramil Şeydayev 15 809 1 1
16. Yakub Jezniçak 14 978 - 4
17. Dino Ndlovu 13 896 5 2
18. Əfran İsmayılov 13 538 2 -
19. Abbas Hüseynov 10 777 - -
20. Anton Kanibolotski 6 540 - -
21. Bədavi Hüseynov 6 376 - -
22. Ağabala Ramazanov 6 182 - 1
23. Şahruddin Məhəmmədəliyev 5 416 - 1
24. Elşən Abdullayev 5 309 - -
25. Arif Daşdəmirov 4 353 - 1
26. Tarik Elyunussi 4 338 - 2
27. Eltun Turabov 1 45 - -
28. Ibrahim Aslanlı 1 45 - -
29. Ruslan Hacıyev 1 37 - -
30. Nicat Süleymanov 1 13 - -
31. Zaur Fərzəliyev 1 11 - -

Qəbələ
1. Baqali Dabo 27 2119 13 1
2. Dmitri Bezotosnı 26 2275 - 1
3. Ürfan Abbasov 25 2250 - 4
4. Qismət Alıyev 24 2016 - 7
5. Ruslan Qurbanov 24 1393 2 (1) 3
6. Famussa Kone 23 1391 6 3
7. Stiven Jozef-Monroz 22 1751 9 3 (1)
8. Asif Məmmədov 22 1395 2 4
9. Voislav Stankoviç 21 1726 - 5
10. Vitali Vernidub 20 1655 - 2
11. Filip Ozobiç 19 1466 5 (1) 3
12. Cavid Hüseynov 18 1466 3 (1) 1 (2)
13. Dion Malone 18 1083 - 2
14. Elvin Camalov 18 1056 - 5
15. Təmkin Xəlilzadə 12 615 - 3
16. İlqar Qurbanov 11 711 - -
17. Elvin Məmmədov 11 504 2 3
18. Rasim Ramaldanov 9 684 - 2
19. Tellur Mütəllimov 7 548 1 -
20. Ekiqo Ehiosun 6 279 - 2
21. Deyv Bultuis 4 248 - -
22. Roman Hüseynov 4 190 - -
23. Aqil Məmmədov 3 245 - -
24. Endi Hallidey 3 242 - 3
25. Hacıağa Hacıyev 3 177 - 2
26. Yusif Nəbiyev 3 135 - - (1)

Neftçi
1. İqnasio Errera 28 2074 8 3
2. Ruslan Abışov 27 2404 5 6
3. Rəhman Hacıyev 27 2089 6 (1) 2
4. Namiq Ələsgərov 27 1789 5 3
5. Derlis Meza Kolli 26 2226 1 6 (1)
6. Anton Krivotsyuk 25 2196 - 6
7. Mirabdulla Abbasov 25 1174 5 2 (1)
8. Kiril Petrov 24 2157 1 10 (1)
9. Emin Mahmudov 22 1679 1 6
10. Məhəmməd Mirzəbəyov 21 1878 - 1
11. Rəşad Sadiqov 20 1303 1 2 (1)
12. Rəşad Əzizli 17 1530 - -
13. Lukas Qomes 14 373 2 -
14. Hüqo Barqas 13 857 3 2
15. Səlahət Ağayev 11 990 - 1
16. Fransisko Qarsiya 11 437 - 1
17. Elnur Cəfərov 9 297 - -
18. İlkin Qırtımov 6 461 - 2
19. Daniel Seqoviya 6 294 - -
20. Soni Mustivar 6 264 - 1
21. Pavel Dreksa 4 346 - 1
22. Məqsəd İsayev 4 271 - -
23. Fəhmin Muradbəyli 4 181 - 1
24. Ömər Buludov 3 168 - -
25. Tarzin Cahangirov 3 102 - -
26. Mayk Kampaz 3 12 - -
27. Mateo Mujek 2 99 - -

Zirə
1. Vüqar Mustafayev 26 2127 - 6
2. Viktor İbokoyi 25 1161 1 4
3. Adil Nağıyev 24 1997 1 4
4. Vüsal İsgəndərli 24 1146 5 3
5. Riçard Qadze 23 1904 7 6
6. Milan Duriç 22 1642 5 (3) 8 (1)
7. Yovan Krneta 19 1654 1 3
8. Jozef Bum 17 1485 - 4
9. İlkin Muradov 17 1159 - 5 (1)
10. Anar Nəzirov 16 1440 - 2
11. Sadio Tounkara 16 941 3 5
12. Sadiq Quliyev 15 1068 - 2
13. Təmkin Xəlilzadə 13 1122 4 4
14. David Manqa 13 635 - -
15. Yani Urdinov 12 1018 – 6 (1)
16. Comal Uilyams 12 697 1 2
17. Kamal Bayramov 11 990 - 1
18. Tellur Mütəllimov 11 886 1 -
19. Aleksandr Dedov 11 757 4 2
20. Qabriel Matey 10 795 - 2
21. Elşən Abdullayev 9 500 1 -
22. Mirsahib Abbasov 8 302 - 1
23. Yusif Nəbiyev 7 509 - 1
24. Aleksandr Şemonayev 7 306 - -
25. Müşfiq İlyasov 5 367 1 -
26. Orxan Əliyev 5 270 - -
27. Nicat Qurbanov 5 111 1 1
28. İbrahim Aslanlı 4 360 - -
29. Kerven Belfort 2 90 - -
30. Elgün Nəbiyev 2 57 - -
31. Abdulla Seyidəhmədov 1 90 - -

Sumqayıt
1. Cavid İmamverdiyev 28 2257 6 1
2. Amil Yunanov 28 2244 10 (1) 1
3. Bəxtiyar Həsənalızadə 27 2430 2 6
4. Azər Salahlı 27 2361 1 1
5. Tural Axundov 27 2285 4 (3) 6
6. Vüqar Bəybalayev 25 1988 - 8
7. Fərhad Vəliyev 23 2070 - -
8. Rəşad Eyyubov 23 1874 3 1
9. Xəyal Nəcəfov 23 1637 - 6
10. Rail Məlikov 22 1783 - 2
11. Ehtiram Şahverdiyev 22 1117 1 4
12. Vurğun Hüseynov 20 1800 1 5
13. Cavid Tağıyev 18 1086 - 2
14. Kamal Mirzəyev 18 762 - 1
15. Bəhlul Mustafazadə 16 945 2 1
16. Elnur Abdullayev 7 214 - 1
17. Ülvi İsgəndərov 6 134 - 1
18. Mehdi Cənnətov 5 450 - 1
19. Nicat Qurbanov 5 143 1 2
20. Ramil Hasanov 4 109 - -
21. Fərid Kərimzadə 2 21 - -
22. Səbuhi Abdullazadə 1 7 - -
23. Rüfət Abdullazadə 1 3 - -

Keşlə
1. Slavik Alxasov 28 1947 4 2
2. Denis Silva 27 2379 - 3
3. Adrian Skarlatake 27 2339 4 4
4. Pərdis Fərcad-Azad 25 1870 4 6
5. Tərlan Quliyev 21 1827 1 4 (1)
6. Orxan Sadıqlı 21 1803 - 2
7. Fuad Bayramov 21 1510 2 8
8. Sərtan Taşkın 20 1394 2 2
9. Məmməd Quliyev 19 762 1 3
10. İlkin Qırtımov 13 1123 – 5 (1)
11. Elnur Abdullayev 12 979 - 1
12. Mirsahib Abbasov 12 626 - 1
13. Ebrima Sohna 11 879 - 1
14. Sezar Meza Kolli 11 824 - 1 (1)
15. Andre Klennon 11 756 2 3
16. Mirhüseyn Seyidov 11 710 - 1
17. Herve Tçami 11 653 - -
18. Samir Zərgərov 11 640 - 3
19. Kamran Ağayev 9 717 - -
20. Vaqif Cavadov 9 591 3 2
21. Əlibəy Məmmədli 9 423 - 2
22. Nizami Hacıyev 8 592 2 1
23. Nemanya Stoyanoviç 8 559 - 2
24. Cabir Əmirli 7 505 - -
25. Məqsəd İsayev 6 298 1 2 (1)
26. Aqşin Quluzadə 4 335 1 -
27. Murad Qayalı 4 214 - -
28. Rafael Məhərrəmli 4 107 - -
29. Padio Pablo 2 99 - 1
30. Əsəd Məsimov 2 51 - -
31. Sinan Akkoyun 1 90 - -
32. Oleq Hüseynov 1 5 - -

Səbail
1. Vüqar Nadirov 25 1594 3 2
2. Elman Taqayev 25 1496 2 3
3. Emil Balayev 24 2160 - 2
4. Tamazi Tsetsxladze 24 1969 - 8
5. Eltun Yaqublu 22 1841 1 7
6. Nurlan Novruzov 21 980 - 3
7. Maudo Jarjue 20 1728 - 6
8. Kamal Qurbanov 19 1552 - 3
9. Ayron Stati 19 1465 1 -
10. Nikoloz Apakidze 14 1230 1 3
11. Rahil Məmmədov 13 1170 - 4
12. Yevgeni Koçuk 13 1151 2 (1) 3
13. Faruk Miya 13 1021 2 -
14. Kərim Diniyev 13 961 - -
15. Fəhmin Muradbəyli 13 954 3 -
16. Pərviz Qaraxanov 11 913 - 2
17. Edqaras Zarskis 10 869 - -
18. Murad Ağayev 10 665 - 2
19. Vahid Orazsahedov 10 544 - 1
20. Adrian Popoviçi 9 667 1 (1) -
21. Renan Telyes 9 505 - 1
22. Aqşin Muxtaroğlu 8 437 - 1
23. Aqşin Qurbanlı 8 398 1 -
24. Murtuz Abakarov 6 336 1 1
25. Amit Quluzadə 6 202 - -
26. Orxan Qurbanlı 5 111 - -
27. Raul Yaqubzadə 5 79 - -
28. Elxan Əhmədov 4 360 - -
29. Təyyar Məmmədov 4 38 - -
30. Yamin Ağakərimzadə 3 99 - -
31. Ruslan Əmircanov 2 180 - -
32. Emin Mehdiyev 2 44 - -
33. Murad Musayev 1 1 - -

Kəpəz
1. Şəhriyar Rəhimov 27 2430 2 (1) 6
2. Şəhriyar Əliyev 26 2304 1 9
3. Tural Rzayev 24 1325 - 3
4. İlkin Sadıqov 22 1166 1 4
5. İlyas Səfərzadə 18 1047 2 2
6. Tural Cəlilov 15 1220 - 2
7. Davud Kərimi 14 1260 - -
8. Sergey Litovçenko 14 1260 - -
9. Novruz Məmmədov 14 1244 - 3
10. Tərzin Cahangirov 14 1138 1 1
11. Dario Federiko 13 1154 4 (2) 3
12. Kərim Diniyev 13 1102 4 (2) 1
13. Dedimar Fereyra 13 960 – 3 (1)
14. Ceyhun Cavadov 13 577 - 1
15. İqor Korotetski 12 1034 1 1
16. Viktor Laki 12 1005 1 -
17. Qiuli Mancqaladze 12 1001 - 7
18. Samir Zərgərov 11 921 - 2
19. Roman Hüseynov 11 845 - 1
20. Samba Dialo 11 739 - -
21. Kamran Abdullazadə 10 459 – 3 (1)
22. Sergey Çernışev 10 415 - 1
23. Şadon Vinçester 8 616 - -
24. Dieqo Qusmao 7 384 - 2
25. Azad Kərimov 7 377 - 1
26. Məhəmməd Qurbanov 6 464 - -
27. Tural Nərimanov 6 420 - -
28. Azər Məmmədov 6 326 - 1
29. Murad Səttarlı 4 246 - 1
30. Mansur Alaci 3 46 - -
31. Fərid Məmmədov 2 72 - -
32. Yusif Cəfərov 2 35 - -
33. Aydın Qasımov 2 33 - -
1 – futbolçu, 2 – oyun sayı, 3 – dəqiqə, 4 – qol (penalti), 5 - vərəqə (qırmızı).

Məndə sığar iki cahan...
Eyni futbolçunun adını iki klubun siyahısında görüb təəccüblənməyin. Həmin oyunçular qış fasiləsində komandasını dəyişənlərdi. Qeyd edək ki, ötən mövsüm 15 futbolçu iki klubun şərəfini qoruyub. Bunlar Elnur Abdullayev (Keşlə, Sumqayıt), Elşən Abdullayev, İbrahim Aslanlı (hər ikisi “Qarabağ”, “Zirə”), Fəhmin Muradbəyli (Neftçi, Səbail), İlkin Qırtımov (Keşlə, Neftçi), Kərim Diniyev (Kəpəz, Səbail), Məqsəd İsayev (Neftçi, Keşlə), Mirsahib Abbasov (Keşlə, Zirə), Nicat Qurbanov (Zirə, Sumqayıt), Roman Hüseynov (Qəbələ, Kəpəz), Samir Zərgərov (Keşlə, Kəpəz), Tərzin Cahangirov (Neftçi, Kəpəz), Tellur Mütəllimov, Təmkin Xəlilzadə, Yusif Nəbiyevdi (hamısı “Qəbələ” və “Zirə”).

Səhv düşəndə yerimiz...
Yuxarıda futbolçuların vurduqları qollar göstərilib. Lakin oyunçulardan bir neçəsi qapıları səhv salıb. Ümumiyyətlə, ötən mövsüm 8 avtoqol qeydə alınıb. Rəqib oyunçuların bu cür uğursuzluğuna ən çox sevinən komanda “Sumqayıt”dı. “Kimyaçılar”la oyunda “Keşlə”dən Denis Silva və Adrian Skarlatake, “Zirə”dən isə Jozef Bum avtoqolla yadda qalıb. Ancaq “gənclik şəhəri” təmsilçisi “Keşlə”nin “borcunun yarısını qaytarıb”. Rail Məlikov paytaxt təmsilçisi ilə dueldə qapıları səhv salıb. Avtoqoldan ən çox əziyyət çəkən komanda da məhz “Keşlə”di. “Sumqayıt”la matçlardakı 2 avtoqoldan başqa, Murad Qayalı “Kəpəz”lə oyunda da öz komandasını məyus edib. “Qəbələ”dən Vitali Vernidub “Səbail”lə, Voislav Stankoviç isə “Keşlə” ilə matçda topu öz qapısına göndərib. “Qarabağ”dan Rahid Əmirquliyev “Neftçi” ilə dueldə uğursuzluq yaşayıb. Göründüyü kimi, “Qarabağ”, “Qəbələ” və “Zirə”yə rəqib avtoqoluna sevinmək qismət olmayıb. “Neftçi”, “Səbail” və “Kəpəz”in oyunçuları isə bu cür səhvə yol verməyib.

Baş məşqçilər
Premyer-liqada 13 baş məşqçi iş başında olub. Elitanın 5 komandası marafonu eyni çalışdırıcının rəhbərliyi altında keçirib. Bunlar “Qarabağ”, “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail”di. “Kəpəz” iki, “Keşlə” və “Neftçi” isə üç baş məşqçiyə ehtiyac duyub. İlk iki turdan sonra “Neftçi” Elxan Abdullayevlə yollarını ayırdı və komanda əvəzedicilərin çalışdırıcısı Elşad Əhmədova həvalə olundu. O, müvəqqəti olaraq bu işi icra edirdi və “ağ-qaralar”ı iki oyuna çıxardıqdan sonra postu Tərlan Əhmədova “təhvil verdi”. “Keşlə”də 10-cu turdan sonra Zaur Svanadze istefa verdi. Onun əvəzinə Ramiz Məmmədov gəldi və əslində o da bu işin müvəqqəti icraçısı idi. Onsuz da Məmmədovun rəhbərliyi altında paytaxt təmsilçisi keçirdiyi 4 oyunun hamısında uduzdu. Rəhbərlik isə ukraynalı Yuri Maksimovla anlaşdı. “Kəpəz”ə gəlincə, Şahin Diniyev 12-ci turdan sonra uğursuz nəticələr üzündən postundan ayrıldı. Onu əvəzləyən Yunis Hüseynov isə daha bərbad göstəricilərlə yadda qaldı və gəncəlilər premyer-liqanı tərk etdi.
1 2 3 4 5 6
1. Qurban Qurbanov 28 20 5 3 37-13
2. Tərlan Əhmədov 24 14 3 7 38-23
3. Roman Qriqorçuk 28 14 7 7 43-26
4. Ayxan Abbasov 28 12 8 8 36-30
5. Samir Abasov 28 11 7 10 34-33
6. Yuri Maksimov 14 6 5 3 20-15
7. Samir Əliyev 28 6 5 17 19-39
8. Zaur Svanadze 10 2 2 6 7-14
9. Şahin Diniyev 12 2 1 9 9-20
10. Elşad Əhmədov 2 0 1 1 0-1
11. Yunis Hüseynov 16 1 4 11 9-27
12. Elxan Abdullayev 2 0 0 2 1-4
13. Ramiz Məmmədov 4 0 0 4 2-10
1 – baş məşqçi, 2 – oyun sayı, 3 – qələbə, 4 – heç-heçə, 5 – məğlubiyyət, 6 – top fərqi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar