27 may 10:41liqa

Samir Abasov “Sumqayıt”a dönməyəcək

Samir Abasov “Sumqayıt”a dönməyəcək
“İddialı, ciddi hədəfləri olan klubu çalışdırmaq, nəticə qazanmaq istəyirəm”
“Zirə” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”dan ayrıldığını bildirən Samir Abasovun adı bu gün müxtəlif klublarla yanaşı hallansa da, 40 yaşlı mütəxəssisin yenidən “kimyaçılar”ın “sükanı arxasına” dönəcəyi də söylənilir. İstər “ağ-göylər”in prezidenti Riad Rəfiyev, istərsə də AFFA-nın baş katibi Elxan Məmmədov Samir bəylə bağlı suala ikibaşlı cavab verməklə yadda qalmışdılar. Qeyri-müəyyənliyi aradan qaldırmaq üçün dünən Abasovla danışmağa qərar verdik.
- Yəqin ki, ağır keçən mövsümdən sonra istirahət edirsiz?
- Belə istirahətdən heç olmaz. Neçə gündü qızdırma içindəyəm. Sifətim də şişib. Ola bilsin, ilboyu yığılıb qalan stress, keçirdiyim əsəb sarsıntıları indi-indi özünü göstərir. Axşam U-20-nin oyunu izləmək üçün Mərdəkana getmək istəyirdim. Ancaq bilmirəm, bu vəziyyətdə gedə biləcəm, ya yox. Hələ məktəblərdə tədris mövsümü başa çatmadığından uşaqları dərsə aparıb-gətirirəm, evin bəzi yarımçıq qalan işlərini yoluna qoymağa çalışıram. Bir sözlə, hələ istirahətə vaxt yoxdu.
- Son günlər yenidən “Sumqayıt”ı çalışdıracağınızla bağlı söz-söhbət dolaşır.
- Mən bilmirəm, kim sizə nə deyib, nəyə əsaslanıb “Samir Abasov “Sumqayıt”da işinə davam edəcək” fikrini səsləndirib. Bu barədə nə Elxan Məmmədovla, nə də Riad Rəfiyevlə söhbətimiz olub. “Zirə” ilə matçdan sonra klub prezidenti zəng vurub görüşmək istədiyini bildirdi. Sözünü yerə salmayıb, onunla görüşdüm və qərarımı dəyişməyəcəyimi bildirdim. Fikrimcə, geriyə addım atıb, fikrimi dəyişsəm, Sumqayıt azarkeşlərinə xəyanət etmiş olaram. Düzdü, onu da bilirəm ki, onların əksəriyyəti məni yenidən baş məşqçi postunda görmək istəyir. Lakin artıq “qatar gedib”. Mən gündə bir fikrə düşüb, vədinə əməl etməyənlərdən deyiləm. Pis-yaxşı “Sumqayıt”da nəsə etdim. Bu şəhəri, şəhərin komandasını bəlkə də məndən çox istəyən ikinci bir məşqçi yoxdu. Buna baxmayaraq, qərarımı dəyişmək niyyətim yoxdu.
- Müsahibələrinizin birində Rusiyada olan tanış agentlərdən sizə yeni klub tapmağı xahiş edəcəyinizi bildirmisiz. Ölkə xaricinə yollanmaq fikriniz ciddidi?
- Bunun nəyi pisdi? Bəlkə yanlış addım atıram? Bəlkə nəsə bilirsən, mənə demirsən?
- Niyə bu qədər narahat olduz? Sadəcə, istər bəzi futbolçular, istərsə də məşqçilər klubsuz və ya işsiz qalan kimi “mənə xaricdən təklif var” deyib ucuz piarla məşğul olurlar.
- Bununla nə demək istəyirsən? Sən ki idman mediasında məni hamıdan yaxşı tanıyırsan. Səncə, mən belə edərəm? Nə futbolçu, nə də məşqçi kimi heç vaxt reklam dalınca qaçmamışam. Belə fikrim də olmayıb. O ki qaldı Rusiya məsələsinə, Moskvada futbol camiəsində çalışan dostlarım və tanışlarım var. Onların arasında məşqçilər, klub funksioneri, agentlər çoxdu. “Spartak”ın məşqçilər korpusunda yer alan, ÇSKA rəhbərliyinə yaxın olan dostlarım daim “Sumqayıt”ı izləyiblər, nəticələrdən xəbərdardılar. İş prinsipimə pis-yaxşı bələddilər. Burda özümə iş tapmasam, onlardan xahiş edəcəm ki, mənə yardımçı olsunlar. İşsiz qalası deyiləm ki... Özüm də darıxıram. Mənim üçün fərqi yoxdu, Azərbaycan, Türkiyə, Rusiya və ya başqa Avropa ölkəsi. Təki normal işləmək üçün şərait olsun.
- Ancaq adınız bəzi yerli klublarla yanaşı hallanır.
- Vallah, hamı deyir, mətbuat yazır. Ortada isə konkret heç nə yoxdu.
- Bir neçə klubdan eyni vaxtda təklif alacağınız halda, seçim zamanı nəyə üstünlük verəcəksiz?
- İlk növbədə klubun qarşıya qoyduğu məqsədə. Artıq iddialı, ciddi hədəfləri olan klubu çalışdırmaq, nəticə qazanmaq istəyirəm.Bu yolu seçəndə qarşıma bir məqsəd qoymuşam: məşqçi kimi zirvələri fəth etmək. Ortabab klublarda çalışmaq mərhələsini adlamışam. Mənim maaşla bağlı söylədiklərim ictimaiyyət arasında başqa cür yozuldu. Bir çoxları “Samir pul davası edir” düşündülər. Pul çox şeydi, ancaq hər şey deyil. Bəli, mən də hamı kimi çox qazanmaq istəyirəm. Kimsə bunun əksini desə, deməli, o adamın başı ya xarabdı, ya da yalançıdı. Ancaq indiki məqamda məşqçi kimi mənə ən vacib olan, yenə deyirəm, ciddi hədəfləri olan klubda işləməkdi. Maaş məsələsi şərtlərim arasında 4-cü, 5-ci pillədədi.
- “Zirə” ilə oyundan sonra işlətdiyiniz “reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur” sözləri heç də birmənalı qarşılanmadı. Çoxları bunu futbolçuları aşağılamaq kimi qəbul etdi. Doğrudan da sizin komandanızda “şikəstlər” top qovurdu?
- Niyə media hər şeyi qara görməyə çalışır? Reabilitasiya mərkəzində şikəstlər yox, bərpa dövrü keçənlər olur. Mən də bunu nəzərdə tutmuşam. “Sumqayıt” məhz belə idi. Heç kimə lazım olmayan futbolçuları əlacsızlıqdan düşərgəyə dəvət etmişik. Sizə bir nümunə çəkim. İki il öncə Rəşad Eyyubovu komandamda görmək istəyirdim. Fikrimi Ceyhun Sultanova bildirdim. O da sağ olsun, futbolçu ilə danışdı. Ancaq Rəşad “Qəbələ”də qalmaq istədiyini söylədi. Özüm də onunla danışdım. Eyni sözləri mənə də təkrarlayıb “Qəbələ”də özümü göstərib əsas heyətin oyunçusu olmaq istəyirəm” deyərək, “Sumqayıt”a gəlməkdən imtina etdi. Həmin mövsüm isə Eyyubov “Qəbələ”nin heyətində səhv etmirəmsə, 1 və ya 2 oyuna çıxdı. O bizə heç kimə lazım olmayan vaxtda gəldi. Və yaxud Cavid İmamverdiyev nümunəsi. Hamı deyirdi ki, o daha heç vaxt yüksək səviyyədə futbol oynamayacaq. Ancaq “Sumqayıt”a gələndən sonra üzərində işlədik, dəfələrlə təkbətək söhbət edib özünə əminliyini qaytardıq. Bu gün hamı İmamverdiyevdən danışır. Belə nüansları nəzərə alıb “reabilitasiya mərkəzi” fikrini səsləndirmişəm. Bir məşqçi də bir mövsümə 2-3, uzağı 4 futbolçunu “dirildə” bilər. Bütün komanda ilə bunu etmək qeyri-mümkündü. Bu gün mətbuatda “Sumqayıt”la anlaşmağa yaxın olan futbolçuların adları qeyd olunur. Baxın, görün onlar kimlərdi? Yenə eyni melodiya. Mənim yenidən, daha dəqiq desəm, sıfırdan komanda qurmağa həvəsim yoxdu. Bir mövsüm onurğa sütununu yaradırsan ki, növbəti ildə heyətə bir qədər də əl gəzdirib, nəyəsə nail olasan. Ancaq hər dəfə mövsümlərarası fasilə gələndə eyni sözləri eşidirsən.
- 11 turluq məğlubiyyətsiz seriyadan sonra mövsümün sonunu bərbad keçirdiz. Məhz son nöqtəni qoya bilmədiyinizə görə bu gün “Sumqayıt” Avropa Liqasından kənarda qaldı. Sizcə, “sınma anı” harda oldu və kimdi buna görə müqəssir?
- Hamımız. Kollektiv olaraq, məqsədimizə çatmamışıqsa, deməli, hamının az-çox günahı var. Hər şey “Keşlə” ilə kubok oyunlarından başladı. Kubokda uğursuz çıxışdan sonra komanda toparlana bilmədi. Əslində belə olacağını mən və köməkçilərim əvvəlcədən bilirdik. Hətta öz aramızda gec-tez kollektivdə eniş yaşanacağını danışırdıq. Bunu da şərtləndirən səbəb ehtiyat oyunçular skamyasının kasad olması idi. Hansısa aparıcı oyunçu zədələnirdisə və ya cəzalanırdısa, onu meydanda layiqincə əvəzləyə biləcək futbolçu tapa bilmirdim. Sonuncu pillədə qərarlaşan komandanın belə ehtiyat qüvvəsi bizdən çox idi. 13-14 futbolçu ilə mövsümü yola vermək çox çətindi. Bütün bunlar ən pis məqamda, mövsümün sonunda özünü göstərdi. Media da “Sumqayıt”a qarşı bir qədər yaxşı davranmadı. Ən gərgin məqamda əksər futbolçularımızın adları başqa klublarla yanaşı çəkildi. Bunun düz-yalan olduğunu deyə bilmərəm. Ancaq bu tip xəbərlər istər-istəməz oyunçuya təsir edir, oyuna köklənməyə mane olur. Fikri haçalanan futbolçu heç vaxt meydanda var qüvvəsi ilə mübarizə apara bilməz. Bunu futbolçu olduğum dönəmdən yaxşı bilirəm.
- Sizinlə birgə məşqçilər korpusu da “Sumqayıt”dan ayrıldı. Yeni iş yerində yenə həmin köməkçilərlə işləyəcəksiz?
- Buna şübhəniz olmasın. Biz bir komandayıq və nəyə qadir olduğumuzu bilmək istəyirik. Bəlkə elə doğrudan da bizim yarıtmaz işimiz “Sumqayıt”ı avrokuboklardan kənarda qoydu. Hansısa klubdan iş təklifi alsam, ilk şərtim köməkçilərimin də mənimlə birgə işləməsi olacaq. “Sumqayıt”ın büdcəsi kasad olduğundan video-analitik, fiziki hazırlıq üzrə məşqçimiz yox idi. Yeni klubda isə onların da olmasını istəyəcəm. Keyfiyyətli iş üçün bunların hamısı vacibdi. Bunu özümdən uydurmuram, bütün Avropa bu yolla gedir.
- Futbol camiəsində belə fikir dolaşır ki, növbəti mövsümdə premyer-liqanın səviyyəsi daha da aşağı enəcək. “Qarabağ” aparıcı oyunçularla vidalaşır, “Neftçi”nin yeni transferlərindən səs-soraq yoxdu, “Qəbələ”nin gələcəyinin necə olacağı kubokun finalından asılıdı. Siz necə düşünürsüz?
- “Qarabağ”a görə narahat olmayın. Gedənlərin əvəzinə daha səviyyəli, onların yaratdığı boşluğu dolduracaq futbolçular dəvət olunacaq. Buna əmin ola bilərsiz. Bildiyim qədər “Neftçi” də xeyli güclənəcək. “Zirə” və “Qəbələ” də normal kollektiv formalaşdıracaq. “Keşlə”nin də planlarından az-çox xəbərim var. “Səbail”, “Sabah” və “Sumqayıt” barədə isə heç nə deyə bilmərəm. Bu sualı həmin klubların rəhbərliyinə verin.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar