25 may 13:38liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...zədəsi...

Çempionatın son turunun ən maraqla gözlənilən qarşılaşması Sumqayıtda baş tutdu. Əslində “Qəbələ” – “Qarabağ”, “Kəpəz” – “Neftçi” kimi duellərin olduğu turda başqa bir matçın bunları kölgədə qoyması təəccüblü səslənə bilər. Lakin oyunun əhəmiyyəti məhz “Kapital Bank Arena”da baş tutan qarşılaşmanı ön plana çıxardı. Çünki “Qarabağ”la “Qəbələ” uyğun olaraq “qızıl” və “gümüş”ü daha öncədən təmin etmişdi. Elə “qırmızı-qaralar”ın evdə keçirməli olduğu matçın rəqib meydanına salınmasına razılıq verməsi hər şeyi deyir. Gəncədəki duel isə yalnız qonaqlar üçün önəm daşıyırdı. “Neftçi” qələbə qazanmaqla Sumqayıtdakı oyunun nəticəsindən asılı olmayaraq “bürünc”ə yiyələnəcəkdi. Belə də oldu. “Sumqayıt” – “Zirə” matçında isə hər iki komanda Avroliqaya son şansını dəyərləndirməyə çalışdı. Əzmkar qələbə qazanan “qartallar” həmin fürsəti əldən vermədi. “Kimyaçılar” isə ardıcıl 5-ci matçda qalib gələ bilmədi. Halbuki bir neçə tur öncə “Sumqayıt”ın başqa komandalardan daha şanslı olduğu deyilirdi. Düzdü, qəsəbə təmsilçisi qalib gəlsə də, AL-i təmin etməyib. Bunun üçün kubokun finalında “Qəbələ”nin “Keşlə”ni məğlub etməsi lazımdı. Ancaq Ayxan Abbasovun yetirmələri üzərinə düşən işi gördü və artıq finalı gözləyir.
Sumqayıtdakı əzmkar qələbə “Zirə”yə asan başa gəlmədi. Qarşılaşmanın 43-cü dəqiqəsində Tellur Mütəllimovun ikili mübarizədə qaşı partladı. Buna baxmayaraq, başına sarğı qoyulan futbolçu sona qədər meydanda qalıb, komandasının qələbəsində pay sahibi oldu. Çox güman, qazanılan qələbə futbolçunun ağrı-acısını unutdurdu. Yaxşısı budu, Telluru dinləyək: “Həmin an zədə haqda düşünmürdüm. Əsas oyunun nəticəsini fikirləşirdim. Bütün məqsədimiz, hədəfimiz qalib gəlmək, ən azı xal qazanmaq idi. Ağır zədə deyil, bununla belə, 5-6 tikiş atılıb. Ancaq oyun vaxtı zədənin ağır-yüngül olması haqda fikirləşmirdim. Tam olaraq sərfəli nəticə qazanmağa köklənmişdik. Əlbəttə, bizi sevindirən nəticə hər şeyə dəydi. Qələbə ağrını-acını unutdurdu. Qalib gələndən sonra heç nə yada düşmür. İndi isə “Keşlə” – “Qəbələ” finalını gözləyirik”.
...dönüşü...
Premyer-liqanın 28-ci turunun son oyunu bayram ab-havasında keçdi. “Azərsun Arena”da mükafatlandırma mərasiminin keçiriləcəyi əvvəlcədən məlum idi. “Qarabağ” azarkeşləri “doğma divarlar” arasında ardıcıl 5-ci çempionluq kubokunun sevincini yaşadı. Özü də çempionatın son oyununda “köhlən atlar” əsas rəqiblərindən olan “Qəbələ”ni məğlub etdi. Bu ağdamlı azarkeşlərinin sevincini bir qədər də artırdı. Lakin “Qarabağ” azarkeşlərinin üzü təkcə buna görə gülmürdü. Onlar oyunun bitməsinə 1 dəqiqə qalmış yenidən coşdular. Səbəb isə uzun müddət yaşıl meydanlardan uzaq qalan Bədavi Hüseynovun dönüşü ilə bağlı idi. Matçın 2-ci uzatma dəqiqəsində Bədavi Elvin Yunuszadənin əvəzinə meydana çıxdı. Onun dönüşünə azarkeşlər biganə qalmadı. Belə ki, müdafiəçi hələ 4-cü hakimin yanında olanda başlayan alqış sədaları Hüseynov meydana daxil olan zaman daha da artdı. Təbii, Bədaviyə belə isti münasibət boşuna deyil. “Qarabağ”ın son illərdəki uğurlarında onun da əməyi az deyil. Bədavi təkcə Ağdam təmsilçisinin yox, yığmanın da əsas fiqurlarından biridi. Qeyd edək ki, mərkəz müdafiəçisi Çempionlar Liqasında, “Atletiko” ilə Bakıda reallaşan görüşdə (0:0) zədələnmişdi. Ondan sonra Almaniyada əməliyyat olunan futbolçunun mövsümü başa vurduğu deyilirdi. Lakin sonradan onun apreldə yaşıl meydanlara dönəcəyi xəbəri yayıldı. Çox güman, Qurban Qurbanov onu riskə atmamaq üçün oynatmırdı. Yalnız son turda, çempionluq kubokunun qalıdırılacağı matçda şans verməyi lazım bildi. Görəsən, futbolçu dönüşü haqda nə düşünür? Hüseynov bunları dedi: “Heç bir futbolçunun zədələnməsini istəmərəm. Təbii, yenidən yaşıl meydana qayıtdığım üçün şadam. Azarkeşlərə də dəstəklərinə görə təşəkkür edirəm”.
...qadağası
“Kəpəz” elitayla vidalaşdı. Düzdü, bəziləri hələ də ümidini tam itirməyib. Növbəti mövsüm Gəncə təmsilçisinin elitada mübarizə aparacağını düşünənlər var. Belə fikirləşənləri də qınamaq olmur. Ölkə futbolunda son an sürprizləri heç də nadir hallarda yaşanmır. Ancaq İcraiyyə Komitəsinin son iclasında komanda sayının artırılması ilə bağlı qərar verilmədi. Birinci diviziondan isə təkcə “Sabah” tələblərə cavab verib. Heç olmasa, aşağıdan iki komanda lisenziya ala bilsəydi, iştirakçı sayını 10-a qaldırmaq olardı. Başqa sözlə, “Kəpəz”i də bu yolla elitada saxlamaq mümkün idi. Lakin 9 komandalı birincilik heç də xoş görünməyəcək, eyni zamanda idman prinsipləri də pozulacaq. Bu üzdən Gəncə klubuna “yaşıl işıq yandırılacağı” heç də inandırıcı deyil. Elə son turda “Neftçi” ilə matçda (1:2) da gəncəli azarkeşlər buna etiraz etmək istəyib. Lakin onların stadiona gətirdikləri pankartlar içəri buraxılmayıb. Maraqlıdı ki, onlardan birinin üzərində Cümhuriyyətlə bağlı yazı olub. Konkretləşdirsək, “Xəmsə”nin hazırladığı pankartda “Cümhuriyyət quran kişilərin nəvələriyik” sözləri yazılıbmış. Ancaq polislər onun içəri keçirilməsinə imkan verməyib. Bundan başqa, qarşılaşmanın gedişində iki azarkeş bölməyə aparılıb. Yaşananlarla bağlı “Xəmsə”nin fəal üzvlərindən Müşfiq Məmmədovla danışdıq: “Bizim fanklubun üzvlərinin çoxu Bakıda olur. Hər şeyi burda hazırlayıb getmişdik. Gəncəyə bir qədər gec – saat 3-də çatdıq. Stadiona gedib pankartların içəri salınmasını razılaşdırmaq istəyirdim. Çatanda artıq bildim ki, oyunöncəsi iclas da qurtarıb. Yenidən PFL-lə razılaşdırdıq. Ancaq polis dedi ki, əvvəlcədən razılaşdırılmayıb deyə olmaz. Əslində o təkcə pankart deyildi. Xoreoqrafiya şəklində hazırlamışdıq. Bəziləri yazır ki, uşaqları həmin plakatlara görə tutublar. Ancaq belə olmayıb. Həmin pankart, ümumiyyətlə, stadiona keçirilmədi. Dedilər ki, ancaq fanklubların adının yazıldığı plakatlar ola bilər. Ancaq uşaqlar başqa bir pankart da açmaq istəyib. Bunun üstündə söz atışması olmuşdu və uşaqları bölməyə aparmışdılar. Lakin axşam saat 8-9 radələrində onları buraxmışdılar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar