16 fev 16:21liqa, manset

“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram”

“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram”
Təmkin “Qarabağ”la “Qəbələ”nin fərqindən danışdı

Ötən turun maraqlı qarşılaşmalarından biri də Zirədə baş tutdu. Bakəətrafı qəsəbə təmsilçisi çempionluğa iddialı “Qəbələ”ni qonaq etdi. Məhsuldar, dramatik məcrada keçən 90 dəqiqə nəfəsləri kəssə də, sonda rəqiblər meydanı “sülh”lə tərk etdi. Yeri gəlmişkən, “qırmızı-qaralar” matçı azlıqda başa vurdu. Oyun başa çatar-çatmız Əliyar Ağayevin idarə etdiyi qarşılaşma sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bir çoxları “qartallar”ın təkcə özü üçün yox, həm də “Qarabağ” naminə var gücünü ortaya qoyduğunu düşünür. Qonaqların kapitanı Cavid Hüseynov da məsələ ilə bağlı “Zirə”nin “bostanına daş atmağı” unutmayıb. Bəs görəsən, “qartallar”ın oyunçuları komandanın ünvanına səslənən ittihamlar haqda nə düşünür? Doğrudanmı birvaxtlar futbolumuzda yaşanan “İnter” – “Simurq” qardaşlığı bu dəfə “Qarabağ”la “Zirə”nin timsalında özünü göstərir? Bu və bizi maraqlandıran başqa məsələlərlə bağlı “Zirə”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə ilə söhbətləşdik.
- “Qəbələ”nin kapitanı Cavid Hüseynov mətbuata açıqlmasında “matç başa çatandan sonra “Zirə”nin futbolçuları heç-heçəyə elə sevinirdilər ki, sanki çempion olublar” söyləməklə bir növ sizə “ilişib”. Doğrudanmı 1 xala görə böyük şadyanalıq etmisiz?
- “Qəbələ” tərəfinin nə fikirləşdiyi mənim üçün önəm kəsb etmir. 88-ci dəqiqədə qapımızda qol görmüşdük. Hesab 2:1 onların xeyrinə olandan sonra, demək olar, hamı fikirləşirdi ki, qonaqlar meydanı 3 xalla tərk edəcək. Biz isə sona qədər mübarizə aparıb əsas vaxta əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirməyi bacardıq. Buna görə sevinməməliyik? Belə götürəndə, onlar ikinci dəfə bizi meydanın mərkəzinə dəvət edəndə, bütün komanda bu qolu çılğınlıqla qeyd etdi. Futbolçuların hərəsi bir tərəfə qaçırdı, ehtiyat oyunçular skamyasında oturanlar və baş məşqçi qolu bayram etmək üçün meydana çıxmışdı. Özləri də qol sevincini böyük sevinclə qeyd etdilər. Bəlkə bunu unudublar? Məncə, belə xırda detalları şişirtmək, bunu müzakirə mövzusu etmək düzgün deyil.
- “Zirə”nin bir tur öncə “Qarabağ”la matçda “dişsiz” təsir bağışlaması, “Qəbələ” ilə oyunda isə əksinə, böyük əzmlə mübarizə aparması da futbol ictimaiyyəti arasında bir çox müzakirələrə yol açıb. “Qarabağ” – “Zirə” qardaşlığı haqda söylənilənlərə münasibətini bilmək istərdik.
- Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram. Hansı qardaşlıqdan söhbət gedə bilər? Bizim üçün qarşılaşdığımız rəqibin fərqi yoxdu. Biz “Neftçi”yə də, “Sumqayıt”a da, “Qarabağ”a da eyni gözlə baxır, bütün rəqiblərə hörmətlə yanaşırıq. Belə çıxır, sabah hansısa komandaya uduzsaq, deyəcəklər ki, “Zirə” o klubla yaxın münasibətdədi? Cari mövsümdə iki dəfə “Sumqayıt”a uduzmuşuq. Niyə həmin matçlardan sonra heç kim bizi nədəsə ittiham etmədi? Hamı bilir ki, “Qarabağ”la “Qəbələ” fərqli oyun sərgiləyən komandalardı. Qurban Qurbanovun komandası bizi topsuz qoyub yordu və oynamaq üçün boş zona vermədi. “Qəbələ” isə əksinə, həm özü açıq futbol oynayır, həm də rəqibə oynamağa imkan verir. Biz də bundan yararlanıb, onlardan xalı almağı bacardıq.
- Sənin üçün hansı komandanın sərgilədiyi oyun xoşdu?
- Bu haqda danışmaq istəmirəm. Hər komandanın, hər məşqçinin özünəxas oyun üslübu var. Kim nəyi bacarırsa, ondan da istifadə edir.
- Hər halda, “Qarabağ”ın yetirməsi sayıldığından Ağdam klubunun oyun üslubu sənə daha yaxındı...
- Qurban müəllimin komandası əsasən top saxlayır, hücumu müdafiədən qurmağı xoşlayır. Roman Qriqorçukun komandası isə topu ələ keçirən kimi sürətli hücum qurmağa çalışır. Meydana çıxan futbolçu baş məşqçinin verdiyi tapşırığı yerinə yetirməyə çalışdığından, özünün istəyindən asılı olmayaraq, komandanın oyun modelinə uyğun hərəkət etməlidi.
- Qış fasiləsindən sonra “Zirə”də bir canlanma hiss olunur. Ayxan Abbasovun gəlişindən sonra komanda daha şən futbol oynayır. Yeni baş məşqçi nəyi dəyişdi?
- Düşərgəmizə yeni futbolçular qoşuldu. Bu gün “Zirə”də səviyyəli, döyüşkən kollektiv formalaşıb. Şükürlər olsun ki, qış fasiləsində çəkdiyimiz əziyyət bəhrəsini verməkdədi. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq.
- Sözündən belə çıxır ki, yüksəlişin yeganə səbəbi yeni transferlərdi. Bəs baş məşqçi amili?
- Qışa qədər heyətimizdə yer alan futbolçular da pis deyildi. Sadəcə, yeni gələnlər gücümüzə bir qədər də güc qatdılar. Baş məşqçimiz də bu cür sağlam kollektivə rəhbərlik etməklə bacarığını ortaya qoyur.
- Ötən mövsüm “Zirə” avrokuboklara vəsiqə qazansa da, məlum səbəblərdən mübarizədən kənarda qaldı. Necə düşünürsən, bu il eyni nəticəni təkrarlaya biləcəksiz?
- Bizim əsas hədəfimiz də budu. Düzdü, çətin olacaq, ancaq sona qədər mübarizə aparıb məqsədimizə çatmağa çalışacağıq. Növbəti tur bizi “İnter”lə çətin oyun gözləyir. Avrokuboklara vəsiqə uğrunda mübarizədə onlar əsas rəqiblərimizdən biridi. Orda da güclü futbolçular toplaşıb. Ümid edirəm ki, onlara qalib gəlməklə əsas rəqiblərimizlə aradakı xal fərqini azalda biləcəyik.
- Əksər mütəxəssislərin fikrincə, 8 komandalı premyer-liqanın səviyyəsi ötən illərlə müqayisədə çox aşağı düşüb. Bu fikirlə razısan?
- Tam razılaşdığımı deyə bilmərəm. Ola bilsin, ötən illərdə çempionluq uğrunda daha çox komanda mübarizə aparırdı, premyer-liqada iştirak edən komandaların sayı çox idi, klublarımızın heyətində daha adlı-sanlı legionerlər top qovurdu. İndi bütün bu sadaladıqlarım olmasa da, çempionatda gərginlik ötən illərdən heç də az deyil. Hər bir xalı qazanmaq üçün 90 dəqiqə əzmlə mübarizə aparmalısan. Bu gün “bu rəqibi tək ayaqla keçəcəyik” deyə bir şey yoxdu. Premyer-liqanın səviyyəsi aşağı düşsəydi, iki klubumuz Avroliqanın qrupunda iştirak etməzdi.
- Son günlər futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu süni örtük problemidi. “Zirə”nin də ev oyunlarını keçirdiyi arena məhz belədi. Həftəiçi məşqləri də bu örtükdə keçdiyinizi nəzərə alsaq, onun orqanizmə mənfi təsirini siz daha çox hiss edirsiz. Çətin deyil belə şərtlər altında oynamaq?
- Əlbəttə, hamı istəyir ki, təbii örtükdə məşq etsin, futbol oynasın. Ancaq bu gün süni örtükdə oynamağa məcburuq. Bu tək bizim yox, əksər klublarımızın çatışmayan cəhətidi. Şikayətlənməyimiz heç nəyi dəyişmir. Hələ ki nəyimiz var, ondan yararlanırıq. Yəqin ki, gələcəkdə bu yöndə dəyişikliklər olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar