23 may 11:07liqa

Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil

Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil
“Standard” rəhbərliyi ilə danışmaq lazımdı”
Azərbaycana gələn legionerlər, heç şübhəsiz, klublarımıza tramplin gözüylə baxır. Məsələn, “Səbail”, “Kəpəz”, “Keşlə” kimi komandalarda top qovanların arzusu özünü “Qarabağ”la “Qəbələ”nin baş məşqçilərinə bəyəndirmək olur. İddialı komandalarda çıxış edənlərin hədəfi isə avrokuboklardı. Onlar Avroliqada və ya Çempionlar Liqasında səviyyəsini ortaya qoymaqla daha adlı-sanlı, imkanlı klubların diqqətini çəkmək istəyirlər. Dino Ndlovunun 750 min avroya satılması, Riçard Almeydanın yolüstə olması dediklərimizin sübutudu.
Müsahibim Faruk Miyadı. Həmin Miya ki, müqavilə ilə Belçika nəhəngi sayılan “Standard”a məxsus olsa da, yanvardan sonra dünyada heç kimin tanımadığı “Səbail”də top qovmaq qərarına gəldi. Uqanda yığmasının yarımmüdafiəçisinin məqsədi forma yığmaq, daha iddialı komandalardan birinə keçmək idi. Az vaxt keçməsinə baxmayaraq, Faruk özünü yaxşı tərəfdən göstərə bildi. Və bunun nəticəsində adı “Neftçi” və “Zirə”ylə yanaşı çəkilir. Əslində onunla çoxdan söhbətləşmək istəyirdim. Lakin telefonda danışmaq istəmədiyindən, müsahibəni üzbəüz verə biləcəyini deyirdi. “Səbail” – “Keşlə” matçından sonra, yorğun olmasına baxmayaraq, danışmağa razılıq verdi.
- Çempionat başa çatdı. Özünü necə hiss edirsən?
- Bu gün qalib gəlmək istəyirdik, amma alınmadı. Bir var zəif oynayıb uduzasan, bir də var o qədər qol şansını boşa verib məyus olasan. Mənə ən çox təsir edən budu. Həm “Səbail”, həm də mənim üçün premyer-liqada ilk mövsüm idi. Düzdü, sondan 2-ci pilləni tutduq, amma heç bir rəqibin qapazaltısı olmadıq. Bu sevindirici haldı. Təcrübəsizlik özünü göstərirdi. Hər oyunda azı 2-3 real qol şansını əldən verirdik. Bu da yekun nəticədə özünü göstərdi. “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə qolları vursaydıq, qalib də gələ bilərdik.
- “Səbail” üçün premyer-liqada ilk mövsüm olduğunu başa düşdüm. Bəs sənin üçün? Burda qalmaq fikrin var?
- Mən əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonraki proses məndən asılı məsələ deyil. Bildiyiniz kimi, “Standard”a məxsusam, Azərbaycanda çempionat başa çatdı, bu isə o deməkdi ki, Belçikaya qayıtmalıyam.
- Ürəyindən nə keçir? “Səbail”də qalmaq, yoxsa “Standard”da oynamaq?
- “Standard” Avroliqaya vəsiqə qazanıb. Bu isə olduqca yaxşı haldı. İlk növbədə klub rəhbərliyi ilə görüşüb, danışmalıyam. Təbii, hər bir futbolçu avrokuboklarda oynamağı arzulayır, o cümlədən də mən.
- “Səbail”də əsas heyət üzvü olmaq yaxşıdı, yoxsa “Standard”da ehtiyatda qalmaq?
- Bu dəqiqə nəsə demək çətindi. “Standard”dakı vəziyyətə baxmalıyam. Bu dəqiqə orda nəyin necə olduğunu bilmirəm. Baş məşqçinin haqqımda nə düşündüyündən də xəbərsizəm. Deməyim odu ki, hər şey mənim istəyimlə deyil. Baş məşqçi, yaxud rəhbərlik “burda qal” deyəndən sonra nəyisə dəyişə bilmərəm.
- Son vaxtlar adın “Neftçi” və “Zirə”ylə yanaşı çəkilir. Xəbərdarsan?
- Fasilə dönəmində bir futbolçunun adının digər komandaların transfer planında olması normaldı. Tək mən deyiləm, bütün futbolçularla maraqlanırlar.
- Deməli, doğru məlumatdı...
- Mənə heç kim zəng vurmayıb, nə də kiminləsə danışmışam.
- Maraqlansalar, zəng vursalar, necə?
- Mənim üçün heç bir problem yoxdu. Az öncə dediyim kimi, avrokuboklarda çıxış etmək hər bir futbolçunun arzusudu. Mən də qüvvəmi orda sınamaq istərdim. Lakin bu məsələdə əsas söz sahibi mən deyiləm. “Standard”la danışmaq lazımdı.
- Bəs sənin mövqeyin?
- Heç bir problem yoxdu, oynayaram.
- Yeri gəlmişkən, “Standard”dan Azərbaycana, həm də debütant “Səbail”ə gəlməyin necə baş tutdu?
- Belə bir variantın olduğunu öyrənəndən sonra bir qədər düşündüm. Özüm üçün müəyyən təhlillər apardım və gələcəyim baxımından əlverişli şans olduğunu qərara alıb gəldim. Rəhbərlik də sağ olsun, heç bir maneə törətmədilər. Bura gəlməklə düz qərar verdiyimi deməliyəm. Üstəlik, özümü xoşbəxt hiss edirəm. Azərbaycanda oynamaq mənim üçün yaxşı təcrübə oldu. Yeni dostlar qazandım, yeni mühitlə tanış oldum. Həm də klub seçməkdən çox şey asılıdı. “Səbail” mənim üçün uğurlu komanda oldu. Bir neçə ay əvvəl Çempionlar Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ”la oyunlarda qapımızdan cəmi 1 qol buraxırıqsa, deməli, bu komandanın gələcəyi var. Növbəti mövsüm əla olacaq.
- Azərbaycan futbolunun, çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Ümumilikdə normaldı. Amma kifayət qədər çatışmazlıqlar var ki, onları aradan qaldırmaq problem deyil. Ən çox diqqətimi çəkən oyunlar arasında fasilənin çox olmasıdı. Avropanın aparıcı futbol ölkələrində komandalar həftədə üç oyun keçirir. Və futbolçular bundan məmnundular, daha çox oynamaq istəyirlər. Azərbaycanda isə əsasən həftəyə bir oyun düşür. Çox nadir hallarda iki görüş keçirə bilərsən. Belə olduqda da oyunların tempi aşağı düşür, dinamiklik azalır. İnsanların futbola az maraq göstərməsini də başa düşə bilmirəm. “Qarabağ” Çempionlar Liqasının qrupunda çıxış edir, Avroliqaya vəsiqə uğrunda 3-4 komanda arasında qızğın mübarizə gedir, lakin azarkeşlər stadiona gəlmək istəmir. Razılaşın ki, oyun keyfiyyəti nə qədər üstün olsa da, azarkeşsiz tribunalar meydanda yaşananları “öldürür”.
- Bura gələnə qədər ölkəmiz, futbolumuz, mədəniyyətimiz haqda nəsə bilirdin?
- Düzünü deyim? Yalnız Azərbaycan adlı ölkənin varlığından xəbərdar idim. Başqa heç nə bilmirdim. Təklif alandan sonra müəyyən məlumatlar topladım və dərhal razılıq verdim.
- Diqqətini çəkən nə oldu?
- Hər şeydən əvvəl “Qarabağ”ın Çempionlar Liqasında oynaması və “Ateltiko”yla görüşlərdə məğlub olmaması. Başa düşdüm ki, bu cür komandanın mübarizə apardığı liqa zəif ola bilməz. İnternet qaynaqlarına göz gəzdirdim və məlum oldu ki, vaxtilə “Qəbələ”ylə “Neftçi” Avroliqanın qrupunda çıxış edib. Digər xoş məlumat isə Azərbaycanın müsəlman ölkəsi olmasıdı. Çünki özüm də müsəlmanam. Bakının gözəlliyindən danışmağa dəyməz. İnanılmaz paytaxtınız var, çox müasir və işıqlıdı.
- Dediyin kimi, müqavilə ilə “Standard”a məxsussan və ola bilsin, bir də Azərbaycana qayıtmadın. Xaricdəki dostlarına ölkəmizdə gördüklərin barədə nə danışacaqsan?
- Yalnız və yalnız xoş sözlər deyəcəm. Haqlı olaraq tərifləyəcəm, şəkillər göstərəcəm. Burda olduğum 4 ay ərzində özümü doğmalarımın yanında hiss etdim. Hamı mənə qardaş gözüylə baxdı və bundan çox razıyam. Siz məni yola salırsız? (gülür)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar