23 may 11:02liqa

Mövsümün son turu qonaqları güldürdü

Mövsümün son turu qonaqları güldürdü
Beləliklə, ölkə çempionatına yekun vuruldu. Dünən “Azərsun Arena”da keçirilən oyunla premyer-liqa başa çatdı. Sonuncu tur dramatik alındı. Təbii ki, söhbət əsasən Sumqayıtda və Gəncədə baş tutan oyunlardan gedir. Maraqlıdı ki, hər iki görüşdə qonaqlar 2:1 hesabıyla qalib gəldi. Digər qarşılaşmalarda da ikincilər tək qolla sevindi. Düzdü, mövsümün son oyunu “Azərsun Arena”da keçirildi. Ancaq bildiyiniz kimi, “Qarabağ” həmin görüşə nominal qonaq kimi çıxmışdı.
“Bayıl Arena”dakı qarşılaşma turnir cədvəli baxımından heç nə ifadə etmirdi. Son 4 turda uduzmayan “Keşlə” bu matçdan da boynubükük ayrılmadı. Samir Əliyevin texniki zonada olmadığı oyunda “Səbail” daha təcrübəli rəqiblə bacarmadı. Baxmayaraq ki, debütant ilk hissədə qapısını toxunulmaz saxlamışdı. Ancaq ikinci yarıda Məmməd Quliyevin qolu həlledici oldu.
Sumqayıtda ölüm-qalım savaşının gedəcəyi hələ 1 həftə öncədən bilinirdi. Elə də oldu. Dolu tribunalar qarşısında baş tutan görüşdə adrenalin ən yüksək səviyyədə idi. Cavid İmamverdiyevin qolu sumqayıtlıları sevincə boğdu. Amma bu sevinc 68-ci dəqiqəyədək davam etdi. Aleksandr Dedovun uzaqdan dəqiq zərbəsi Sumqayıtı sükuta qərq etdi. Bu azmış kimi, əlavə vaxtda qapısında daha bir qol görən “kimyaçılar” qələbə gözlədiyi qarşılaşmadan məğlubiyyətlə ayrıldı. 5-ci yer Avroliqaya vəsiqənin əldən çıxması demək idi.
“Zirə” hətta bürünc medalı da qazana bilərdi. Təbii, Şəhriyar Əliyev Gəncədə kobud səhvə yol verməsəydi. Bunadək Ruslan Abışovun qoluna Şəhriyar Rəhimov adekvat cavab vermişdi. Ancaq stopperin kobud səhvi hər şeyi həll etdi. “Kəpəz” qapını bərk çırpa, “Zirə” isə medal qazana bilmədi. İndi ümid “Qəbələ”nin kuboku qazanmasına qalıb. Belədə Avroliqaya getmək mümkündü. “Bürünc”ü hesabına yazan “Neftçi” isə bu mənada rahatdı. İndi əsas sual komandanı Avroliqaya hansı mütəxəssisin hazırlaşdıracağıyla bağlıdı. Çünki Tərlan Əhmədovun flaqmanda qalıb-qalmayacağı bilinmir.
Dünən “Azərsun Arena”da baş tutan görüş quru prinsipiallıqdan başqa bir şey ifadə etmirdi. Belə deyək, meydanda nüfuz savaşı gedirdi. Dani Kintananın penalti qolu azmış kimi, ilk hissənin sonunda Cavid Hüseynovun meydandan qovulması “Qəbələ”nin qələbə ümidini minimuma endirdi. İkinci yarıda qol görmədik və çempion mövsümü qələbəylə başa vurdu. Növbəti çempionatın daha gərgin keçməsi və titul sahibinin son turda müəyyənləşməsi ümidiylə...
Topaz premyer-liqası
28-ci tur
20 may
Səbail – Keşlə 0:1
Kəpəz – Neftçi 1:2
Sumqayıt – Zirə 1:2
21 may
Qəbələ - Qarabağ 0:1
Yekun cədvəl
1. Qarabağ 28 20 5 3 37-13 65
2. Qəbələ 28 14 7 7 43-26 49
3. Neftçi 28 14 4 10 39-28 46
4. Zirə 28 12 8 8 36-30 44
5. Sumqayıt 28 11 7 10 34-33 40
6. Keşlə 28 8 7 13 29-39 31
7. Səbail 28 6 5 17 19-39 23
8. Kəpəz 28 3 5 20 18-47 14
Bombardirlər: Baqali Dabo (Qəbələ) - 13, Amil Yunanov (Sumqayıt) - 10, Stiven Jozef-Monroz (Qəbələ) - 9.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar