23 may 10:59liqa

Çempion kubokuna qovuşdu

Çempion kubokuna qovuşdu
Kapitanlar kəllə-kəlləyə gəldi
Dünən ölkə çempionatının 2017/18 mövsümünə yekun vuruldu. Premyer-liqanın 28-ci turunun son oyunu "Azərsun Arena"da gerçəkləşdi. "Qəbələ" əslində evində keçirməli olduğu qarşılaşmada "Qarabağ"la üz-üzə gəldi. Matç bitdikdən sonra mükafatlandırma mərasiminin baş tutacağı məlum idi. "Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldıracaqdı. Bundan başqa, qızıl, gümüş və bürünc medallar da sahiblərinə təqdim olunacaqdı.
Xüsusi hazırlıq
"Qarabağ" oyuna xüsusi hazırlaşmışdı. Jurnalistlər üçün vəsiqələr ayrılmışdı ki, onunla stadiona enmək, mükafatlandırmanı yaxından izləmək və işıqlandırmaq mümkün idi. Bundan başqa, xüsusi broşür də hazırlanmışdı. Orda "köhlən atlar"ın çempionluqları, Çempionlar Liqasındakı çıxışı, rekordları haqda məlumat yerləşdirilmişdi.
Fərqli başlanğıc
Futbolçular meydana azyaşlı uşaqların əlindən tutaraq çıxmışdı. Buna qədər isə meydanın mərkəzində hərbi orkestr qərarlaşmışdı. Start fitindən öncə orkestr dövlət himnimizi səsləndirdi. Tribunalar da onlara qoşuldu. Onu da qeyd edək ki, stadionda dövlət bayraqları da kifayət qədər idi. Həmçinin "Qarabağ"ın çempionluqlarını əks etdirən plakatlar da quraşdırılmışdı.
Kapitanlar kəllə-kəlləyə gəldi
Fasilə ərəfəsində meydanda qarışıqlıq yarandı. Daha doğrusu, əvvəlcə Cavid Hüseynovla Dani Kintana arasında mübahisə düşdü. "Qəbələ"nin kapitanının rəqibi vurması hakimin gözündən yayınmadı. Ancaq hakim Hüseynova qırmızı vərəqə göstərənə qədər Cavidlə Rəşad Sadıqov kəllə-kəlləyə gəldi. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra onları ayırmaq mümkün oldu. Cavid isə "qırmızı" aldı. Hə, mükafatlandırmadan öncə Hüseynovla Sadıqovu yan-yana gördük. Artıq onlar problemi həll edib barışmışdı.
Bədavi alqışlarla döndü
Oyunun uzatma dəqiqələrində Bədavi Hüseynov Elvin Yunuszadəni əvəzlədi. Azarkeşlər Bədavinin meydana daxil olmasına biganə qalmadı. Uzun müddət yaşıl meydanlardan uzaq qalan müdafiəçinin dönüşü alqış sədaları altında baş tutdu.
Çempionluq kuboku və atəşfəşanlıq
Nəhayət, hər kəsin səbirsizliklə gözlədiyi an yetişdi. Əvvəlcə "bürünc"ün sahibi "Neftçi" səhnəyə dəvət olundu. Qeyd edək ki, medalları PFL prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edirdi. Yeri gəlmişkən, "Neftçi"nin prezidenti Kamran Quliyev, həmçinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev medal aldı. Ardınca çempionatın 13 qolla bombardiri olan Baqali Dabo xüsusi mükafatına qovuşdu. O selfi çəkə-çəkə hədiyyəni qəbul etdi. Daha sonra "Qəbələ"lilər "gümüş"ü aldılar. Ən sonda çempion "Qarabağ" səhnəyə dəvət edildi. Bundan öncə isə Ağdam klubunun prezidenti Abdulbari Gözəl də səhnədə yerini tutmuşdu və medalların bir hissəsini o verdi. "Qarabağ"lılar əvvəlcə qızıl medallarını aldılar. Ardınca isə bir mövsümün əziyyətinin bəhrəsi olan kuboku başları üzərinə qaldırdılar. Bu zaman atəşfəşanlıq "Azərsun Arena"nı ağuşuna aldı. Sonda onu da qeyd edək ki, baş məşqçilərin mətbuat konfransı keçirilmədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar