23 may 10:57liqa, reportaj

“Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi

“Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi
109. Qəbələ – Qarabağ (Ağdam) 0:1 (0:1)
22. Dmitri Bezotosnı – 5,0
33. Təmkin Xəlilzadə - 5,0
5. Rasim Ramaldanov – 5,0
15. Vitali Vernidub – 5,0
18. İlqar Qurbanov – 5,5
8. Qismət Alıyev – 5,0
4. Elvin Camalov – 3,0
(19. Filip Ozobiç, 28) – 5,0
9. Baqali Dabo – 5,0
(10. Ruslan Qurbanov, 75) – 4,5
45. Famussa Kone – 4,5
(11. Asif Məmmədov, 46) – 5,0
14. Cavid Hüseynov (k) – 4,5
28. Stiven Jozef-Monroz – 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
3. Voislav Stankoviç
6. Elvin Məmmədov
29. Hacıağa Hacıyev
34. Urfan Abbasov
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: İlqar Qurbanov

13. İbrahim Şehiç – 5,5
5. Maksim Medvedev – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
32. Elvin Yunuszadə - 5,5
(55. Bədavi Hüseynov, 90+2) – qiymətsiz
30. Abbas Hüseynov – 5,5
2. Qara Qarayev – 5,5
91. Coşqun Diniyev – 5,0
(7. Rahid Əmirquliyev, 71) – 4,5
44. Ağabala Ramazanov - 4,5
(90. Ramil Şeydayev, 66) – 5,0
8. Miçel – 5,0
99. Dani Kintana – 6,0
11. Mahir Mədətov – 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
17. Elçin Rəhimli
24. Nihad Tamazov
66. Cavid Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
Qol: D.Kintana, 22-p.
Vərəqələr: A.Ramazanov, 15 (hakimi aldatmağa cəhd). R.Sadıqov, 50 (qeyri-idman hərəkəti). F.Ozobiç, 74 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 85 (hakimə etiraz) – sarı. C.Hüseynov, 45+2 (rəqibi bilərəkdən əllə vurmaq) – qırmızı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
21 may. Suraxanı. Azərsun Arena. 3000 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Çempion futbolçuların bir adəti var: boynuna asılan qızıl medalı xəfifcə dişləyər, guya onun xalis olmasını sınayarlar. Ardıcıl 5-ci mövsüm titulunu qoruyan “Qarabağ”lılara isə medalı boynuna keçirməzdən əvvəl onun dəyərini yoxlamaq fürsəti verilmişdi. “Qəbələ”ni ud və yüksək əyarın bir də saflığını azarkeşlərinə sübut et! Necə olsa, “Qəbələ” öz ayağı ilə gəlmişdi “Azərsun Arena”ya. Əslində çempionatda titul qazana bilməyən, kubokda isə buna yaxın olan “qırmızı-qaralar” istəsəydi, mükafatlandırma mərasimi Qəbələdə keçiriləcəkdi. Ancaq “Məhəmməd dağa yox, dağ Məhəmmədə doğru gəldi”.
Çempionla vitse-çempionun dueli Rəşad Əhmədova həvalə olunmuşdu ki, o, ötən tur elə ağdamlıların iştirakıyla baş tutan oyunda debüt etmişdi. Hansı ki, Qurban Qurbanovun komandası “Keşlə”yə böyük hesabla uduzmuşdu. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gənc hakimi ardıcıl iki tur eyni komandanın görüşünə yollamasına özümüzü fərqli prizmadan yanaşmağa məcbur edək: mingəçevirli referi daha iri çaplı komandaların duelində sınandı. Bu o deməkdi ki, o, ötən tur etimadı artıqlaması ilə doğruldub. Bu dəfə onun qərarları nəticəyə təsir etsə də, gənc referini qərəzli idarəçilikdə günahlandırmaq ədalətsizlik olar.
Üzdə formal xarakterli, əslində isə imic savaşına xidmət edən qarşılaşmaya tərəflər optimal heyətlə çıxmışdı. Düzdü, meydan sahibi (əslində nominal) sarı vərəqə cəzalısı Geryenin xidmətindən məhrum idi. Əvəzində son turlarda istirahət edən, daha doğrusu, vaxtını U-20 yığması ilə keçirən Rəşad Sadıqov, eləcə də “Keşlə” darmadağınında iştirak etməməklə təsəlli tapan Dani Kintana, Maksim Medvedev və Qara Qarayev heyətdə yer almışdı. Uzun fasilədən sonra Bədavi Hüseynovun adı matçın protokoluna daxil edilmişdi. “Qəbələ”də isə onsuz da bu baxımdan sıxıntı yox idi.
İlk təhlükəli vəziyyət 13-cü dəqiqəyə təsadüf etdi. Rəqibini əks-hücumda yaxalayan “Qəbələ”də Cavid fərqlənə bilərdi. Stivenin ara ötürməsindən sonra Maksimin arxasından çıxıb sürətlə cərimə meydançasına şığıyan kapitan üzbəüz epizodda dəqiq zərbə endirə bilmədi. 18-ci dəqiqədə Şehiçin səhvindən sonra az qala Jozef-Monroz topu boş qapıya göndərəcəkdi. Di gəl ki, hücumçu topu uzaq küncə fırlada bilmədi. Bir neçə dəqiqə sonra isə futbolun yazılmamış qanunu – “vurmayana vurarlar” prinsipi işə düşdü. Hərçənd hesabın açılmasında “Qəbələ”nin futbolçusu Elvin Camalovun “əməyi” az olmadı. O, əvvəlcə təhlükəli nöqtədə topu itirdi, ardından cərimə meydançasında arxadan Kintanaya qarşı kobud oynayıb penaltiyə bais oldu. Səbəbkar isə bu şansı boşa vermədi. Qriqorçuk Camalovun bu səhvini bağışlamadı və az sonra erkən əvəzetmə riskini gözə alıb onu oyundan çıxardı, Ozobiçi döyüşə atdı. 40-cı dəqiqədə bəxt “Qarabağ”ın üzünə güldü. Jozef-Monroz cərimə meydançasında topu ələ keçirib uzaq küncü nişan almaq istədi. Ancaq zərbəsi dirəkdən döndü. Fasilə ərəfəsində “Qəbələ” daha bir zərbə aldı. Hakimin fitindən sonra Cavid Hüseynovla Dani Kintana, daha sonra Rəşad Sadıqov arasında mübahisə yaşandı və aqressiv davranan “Qəbələ”nin kapitanı qırmızı vərəqə aldı.
İkinci hissənin ilk təhlükəli həmləsini Kintananın ifasında izlədik. İspan yarımmüdafiəçi uzaqdan zərbə ilə Bezotosnını sınağa çəkmək istədi. Ancaq top hədəfdən yayındı. Bir saatın tamamında “Qəbələ” azlıqda qol vura bilərdi. İlqar yaxın məsafədən fərqlənə bilmədi. Daha doğrusu, Şehiç əla reaksiya ilə onun vuruşunu zərərsizləşdirdi. Bir qədər sonra ikinci hissədə oyuna qoşulan Asifin zərbəsindən sonra isə top toru yandan silkələdi. Qurban Qurbanov zədədən dönən və hələ hazır görünməyən Ağabalanı Şeydayevlə dəyişdikdən sonra “Qarabağ” hücumda daha kəsərli oynamağa başladı. Elə Ramil özü dərhal fərqlənə bilərdi. Cinahdan cərimə meydançasına daxil olan hücumçunun həlledici zərbəni vurmasına son anda İlqar əngəl oldu. Matçın sonları isə cansıxıcı alındı. Tərəflərdə aqressivlik çatmırdı, sanki futbolçular vaxtından əvvəl kubok və medalları almağı düşünürdü. Beləliklə, Rəşad Əhmədovun final fiti bu həsrətə son qoydu və ardından təşkil olunan mükafatlandırma mərasimində hər kəs haqq etdiyi medalına qovuşdu.
MİRAĞA

Reaksiyalar
Abdulbari Gözəl: "İlk gündən “Qarabağ”a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz “Qarabağ”ı tanıtmaqdı. Bu komanda ilə çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik. “Qarabağ”ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, “Azərsun” fəhlə şirkətidi. Bu bir həqiqətdi. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildi çempion oluruq. Bu mövsüm işimiz çox çətindi. Çünki Avropanın ən güclülərinə ÇL-in təsnifat mərhələlərində rəqib olacağıq. Ona uyğun da hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandı. Biz ona hər cür səlahiyyəti vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik.Yeni transferlər olacaqmı? Mütləq! Bir neçə gün səbirli olsaz, görəcəksiz. Yaxşı alternativlər var. Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindi. Onlar illərin klublarıdı, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq. Avrokuboklara yüksəlməsək, çox şey itirərik. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdı. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk”.
İlqar Qurbanov: “Çox maraqlı və mübarizə səviyyəsi yüksək olan oyun getdi. “Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzulayıram. Ümid edirəm ki, yenə bizi sevindirəcəklər. Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı. Qarşıda vacib final görüşü var. Ən azı kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq. Yığmaya çağırılmağım? Sevindirici haldı. Şükürlər olsun ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə təşəkkür edirəm. İnşallah, yaxşı olar”.
Riçard Almeyda: "Təkcə futbolda yox, həyatda da belədi. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər. Hara gedəcəyimlə bağlı hələ dəqiq qərar verməmişəm. “Fiorentina”? Bu haqda nəsə eşitməmişəm. Müqavilə imzalananda hamı yeni klubumun adını biləcək. Yığmaya gəlincə, nə qədər ki mənə ehtiyac var, Qurban Qurbanovun hər çağırışında millinin yanında olacam. Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfdi. Təbii ki, Azərbaycanla bağlı yalnız müsbət sözlər deyə bilərəm. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burda yad hiss etmir. Sadəcə, futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək. Atamla məsləhətləşdim və belə qərar verdim. Səbəb maddi məsələ deyildi".
Cavid Hüseynov: “Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalıydım. Lakin heç birindən yararlana bilmədik. Rəşadla aramızda yaşananlara gəlincə, yenə də problem yoxdu (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündü. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi... Qarşıda önəmli matçımız var. “Qəbələ”nin kuboku qazanma şansı yarıbayarıdı. Final bir oyundan ibarətdi. Gərgin və maraqlı görüş olacaq”.
Ramil Şeydayev: "Qarabağ”da qalmaqla bağlı dəqiq nəsə yoxdu. Hələ tam qərar verilməyib. Burda qalmaq istərdim. Amma hər şey məndən asılı deyil. Yaxşı mövsüm keçirdim. Azərbaycan çempionu oldum. Oyun planında inkişaf etdim. Çoxlu məşq etdim, qarşıma qoyduğum hədəflərə çatmağa çalışdım. Bunun üçün klubuma təşəkkür edirəm”.
FARİZ
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar