16 fev 15:42liqa, manset

Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi

Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi
FİFA referisinin idarə etdiyi oyunda üç kobud səhv

Çempionatın ikinci yarısının startı hakim səhvləri ilə əlamətdar oldu. Demək olar, hər tur hansısa oyunda və yaxud oyunlarda nəticəyə təsir edən yanlış qərarlara rast gəlinir. Yalnız çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ” yox, bütün klublar hakimlikdən gileylənir. Hər turdan sonra hansısa klub hakim səhvlərini əlində bayraq edir. Belə matçlardan biri də son turda Zirədə baş tutdu. “Qəbələ” görüşün son saniyələrində üstünlüyü əldən verərərək, xal itkisi ilə üzləşdi. Oyun ərzində qonaqlar azlıqda da qaldı. Debüt matçına çıxan Rasim Ramaldanov iki sarı, ardınca qırmızı vərəqə alaraq meydandan qovuldu.
Son dəqiqəyə kimi çoxları Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasının matçı normal idarə etdiyini düşünürdü. Lakin heç də elə deyilmiş. Söz sahibləri son dəqiqədə iki kobud - nəticəyə təsir edən səhvə yol verib. Məhz bu səhvlər “Qəbələ” tərəfini yenidən ayağa qaldırıb. “Neftçi” və AZAL-la oyunlardakı yanlış qərarlara “səhv” adı qoyan “qırmızı-qaralar”ın rəsmiləri “Zirə” ilə matçda yaşananları “qərəz” adlandırır. Daha doğrusu, onlar iddia edirlər ki, “Neftçi” və AZAL-la matçlarda hakimlər bilərəkdən, onları susdurmaq üçün xeyirlərinə qərar veriblər. Biz isə “Zirə” - “Qəbələ” matçında yaşanan mübahisəli epizodları bir-bir diqqətinizə çatdırırıq.

1-ci epizod
57-ci dəqiqə: “Zirə”nin hücumçusu Riçard Qadze topu sinəsi ilə saxlayarkən “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ayağını göyə qaldıraraq, rəqibi zərərsizləşdirməyə çalışır. Hətta Ramaldanovun ayağı Qadzenin sinəsinə və qoluna toxunur. Ağayev də düzgün olaraq epizodu qayda pozuntusu kimi dəyərləndirir və Rasimə sarı vərəqə göstərir. Ümumiyyətlə, bu epizodla bağlı mübahisə etməyə dəyməz.

2-ci epizod
74-cü dəqiqə: “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov rəqibini aşkar kobudluqla yıxır. Onun Elvin Məmmədova qarşı qaydalardan kənar hərəkətini “Zirə”nin əks-hücumunun qarşısını almaq cəhdi kimi dəyərləndirmək olar. Belə olan halda, bir sarı vərəqəsi olan Abbasov ikinci sarı və qırmızı vərəqə ilə meydandan qovulmalıydı. Lakin Əliyar Ağayev, sadəcə, fit çalmaqla kifayətləndi. Bəlkə də epizod meydanın “Zirə”yə aid hissəsində yaşandığı üçün Əliyar bəy əlini cibinə atmadı. Amma onun səhv etdiyi göz önündədi.

3-cü epizod
74-cü dəqiqə: Ürfanın layiq olduğu qırmızı vərəqəni almadığı epizodun ardınca “Zirə” cərimə zərbəsi yerinə yetirir və topu irəlidə tək olan Qadzeyə çatdırmaq istəyir. Top müdafiəçiləri, daha dəqiq desək, mərkəzdə qərarlaşan Rasimi keçir. Dərhal sürət yığan Riçard Ramaldanovdan təxminən 1 metr öndədi. Müdafiəçi qanalıya mane olur, onun irəliləməsinə açıq-aşkar imkan vermir. Əliyar Ağayev isə epizoddan xeyli uzaqdı. O, laysman Zeynal Zeynalovun işarəsindən sonra Ramaldanova ikinci sarı, ardınca qırmızı vərəqə göstərərək, meydandan qovur. FİFA referesinin bu qərarına etiraz etmək doğru olmaz.

4-cü epizod
90+3-cü dəqiqə: “Zirə” bütün komanda ilə hücumdadı. Akim Latifu sağ cinahdan cərimə meydançasına doğru ötürmə edir. Topu ələ keçirmək istəyən “Zirə”nin hücumçusu Nurlan Novruzov rəqib müdafiəçi Ürfan Abbasovu güləş fəndi ilə yerə yıxır. Epizodun 7-8 metrliyində olan beynəlxalq dərəcəli fit sahibi isə qayda pozuntusunu görmür, ya da görməzlikdən gəlir. Zeynalov da onun kimi məqamı gözdən qaçırır. Bu səhv olmasaydı, “Zirə”nin 2-ci qolu vuracağı inandırıcı deyildi.

5-ci epizod
90+4-cü dəqiqə: Elvin Məmmədov topu künc zərbəsindən oyuna daxil edir. Hücuma qoşulan Krneta isə onu başla qapıçı meydançasına doğru göndərir. Bu məqamda müdafiəçilərdən ən azı bir metr öndə olan olan Qadze topu Bezotosnının ayaqları arasından qapıya vurur. Yəni forvard aşkar oyundankənar vəziyyətdən hesabı bərabərləşdirdi. Son saniyələrdə oyunun nəticəsinə təsir edən bu cür səhv isə bağışlanmazdı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar