22 may 16:28liqa, reportaj

Sumqayıtlıların Avroliqa arzusu puç oldu

Sumqayıtlıların Avroliqa arzusu puç oldu
111. Sumqayıt – Zirə 1:2 (1:0)
23. Mehdi Cənnətov – 4,0
19. Azər Salahlı – 4,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
3. Vurğun Hüseynov (k) – 4,0
2. Rail Məlikov – 4,0
(13. Bəhlul Mustafazadə, 25) – 4,0
18. Tural Axundov – 4,0
5. Vüqar Bəybalayev – 4,5
97. Xəyal Nəcəfov – 4,0
(6. Kamal Mirzəyev, 66) – 4,0
10. Cavid İmamverdiyev – 5,0
7. Cavid Tağıyev – 4,0
(11. Ehtiram Şahverdiyev, 72) – 4,0
9. Amil Yunanov – 4,0
Ehtiyat oyunçular
1. Fərhad Vəliyev
36. Süleyman Süleymanov
17. Nicat Qurbanov
32. Rəşad Eyyubov
70. Ülvi İsgəndərov
77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev

1. Anar Nəzirov (k) – 5,5
18. Yani Urdinov – 5,5
5. Adil Nağıyev – 5,5
39. Sadiq Quliyev – 5,0
14. Tellur Mütəllimov – 5,5
4. Vüqar Mustafayev – 5,0
(7. Sadio Tounkara, 46) – 5,5
11. Viktor İbokoyi – 5,5
19. Aleksandr Dedov – 6,0
38. İlkin Muradov – 5,0
17. Vüsal İsgəndərli – 5,0
(29. Comal Uilyams, 46) – 5,5
43. Riçard Qadze – 5,0
(77. Misahib Abbasov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
10. Orxan Əliyev
16. İbrahim Aslanlı
57. Kənan Zülfiqarov
87. Müşfiq İlyasov
88. Elşən Abdullayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aleksandr Dedov
Qollar: C.İmamverdiyev, 13 (1:0). A.Dedov, 68 (1:1). S.Tounkara, 90+5 (1:2).
Vərəqələr: V.Mustafayev, 11 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 43 (qeyri-idman hərəkəti). R.Qadze, 45+3 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 57 (qeyri-idman hərəkəti). A.Dedov, 74 (oyunun bərpasını ləngitmək). Y.Urdinov, 81 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+2 (qeyri-idman hərəkəti). S.Tounkara, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
20 may. Sumqayıt. Kapital Bank Arena. 1300 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Həftəboyu “Kapital Bank Arena”da baş tutacaq matçın əhəmiyyəti barədə ətraflı məlumat vermişdik. Qısaca xatırladaq ki, bu oyunun nəticəsi böyük ölçüdə cari mövsüm avrokuboklara yollanacaq 4-cü komandanın adına aydınlıq gətirməliydi. Düzdü, qarşıda hələ ölkə kubokunun finalı var və “Keşlə” sürprizə imza atıb “Qəbələ”ni dogma meydanında udsa, premyer-liqada 4-cü olan komanda qitəmiqyaslı turnirlərdən kənarda qalacaq. Ancaq bu oyundan öncə istər futbol ictimaiyyəti, istərsə də media Avropaya yollanacaq qatarın sonuncu sərnişinin məhz bu dueldən qalib ayrılan komanda olacağını ehtimal edirdi ki, hadisələri qabaqlayaraq bildirək ki, “Zirə” qarşıya qoyulan məqsədin öhdəsindən gəlməyi bacardı. “Qartallar”ı “kimyaçılar”la görüşdə 1 xal da qane etsə də, 5-ci uzatma dəqiqəsində fasilədən sonra meydana çıxan Tounkara 9 ay boyunca könül verdikləri komandanı avrokuboklarda görmək eşqi ilə alışıb-yanan, istiyə-soyuğa baxmadan daim tribunaları dolduran sumqayıtlı azarkeşlərin arzusunun üstündən çalın-çarpaz xətt çəkdi. 68-ci dəqiqəyə qədər isə oyun meydan sahiblərinin istədiyi məcrada gedirdi. İlk hissənin 13-cü dəqiqəsində “ağ-göylər”in lideri İmamverdiyev baxımlı qola imza atmaqla yerli futbolsevərlərin sevinməsinə imkan yaratdı. Künc zərbəsindən sonra qonaq müdafiəçilər topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verdilər. Cərimə meydançasının küncündə “mərmi”ni qəbul edən Cavid “9-luğ”u dəqiq nişan aldı. Qoldan sonra da hücumların sayını azaltmayan “kimyaçılar” ilk 45 dəqiqənin ağası idi desək, yanılmarıq.
Yalnız qələbə üçün meydana çıxan “Sumqayıt”ın ikinci hissədə də eyni oyunu nümayiş etdirəcəyi gözlənilirdi. Ancaq Ayxan bəy fasilədə etdiyi əvəzetmələrlə qarşılaşmaya damğasını vurdu. Cinahların zəif təsir bağışladığını görən mütəxəssis Tounkara ilə Uilyamsı döyüşə atmaqla uğurlu gediş edib, qüvvələr nisbətinin “qartallar”ın xeyrinə dəyişməsini təmin etdi. İkinci hissədə daha fəal təsir bağışlayan qonaqlardan fərqli, meydan sahibləri sönük oyunla yadda qaldılar. Və bunun acısını 68-ci dəqiqədə çəkdilər. Dedov təxminən 23 metrdən qüvvətli zərbə ilə toru silkələdi. Buraxılan qolda Cənnətovun da günahının olduğunu qeyd etmək lazımdı. Qolkiper zərbə anını və topun hara istiqamətləndiyini görsə də, vaxtında reaksiya verə bilmədi. Heç-heçə sərf etmədiyindən artıq“kimyaçılar” irəli atılmaq məcburiyyətində qalmışdı. Düşünülməmiş , “Məmmədağa, vur qabağa” prinsipi ilə qurulan hücumlar isə fayda vermədi. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə komandasının korner vuruşu zamanı irəli gedən Cənnətovun “çərçivə”ni boş qoyması Tounkaranın işinə yaradı. Malili oyunçu topu ələ keçirəndən sonra uzun reyd edib, “mərmi”ni boş qapıya göndərməkdə çətinlik çəkmədi. Bu qol sumqayıtlıların sonuncu ümidini də dəfn etdi.

Gözdən qaçmadı
* Matçın 43-cü dəqiqəsində qonaqların futbolçusu Tellur Mütəllimovun ikili mübarizədə qaşı partladı. Buna baxmayaraq, başına sarğı qoyulan futbolçu sona qədər meydanda qalıb, komandasının qələbəsində pay sahibi oldu.
* Təxminən 50-yə yaxın “Zirə” azarkeşi çempionatın son oyununda komandaya dəstək vermək üçün Sumqayıta gəlmişdi.
* 28-ci dəqiqədə Cavid İmamverdiyevlə Sadiq Quliyev arasında mübahisə yaşansa da, hakim bunu gözdən qaçırdı.
* 39-cu dəqiqədə hakimin qərarından narazı qalan Riçard Qadzenin ingilis dilində söyüşünü stadiondakıların hamısı, o cümlədən baş hakim də eşitdi. Ancaq nədənsə Rauf Cabbarov forvarda şifahi xəbərdarlıq belə etmədi.
* Oyun başa çatandan sonra “Zirə”nin paltardəyişmə otağında sözün yaxşı mənasında aləm bir-birinə dəymişdi. Klubun fəxri prezidenti Orxan Məmədovun təbrikə gəlməsi isə futbolçuları bir qədər də ruhlandırdı və alqış sədaları dəhlizi başına götürdü.
RƏŞAD
Buy Best Legal Steroids
Buy Anabolic Steroids Onlines

<a href="https://buylegalsteroid.us/#">Buy 100% Legal Steroids</a>
<a href="https://buylegalsteroid.club/#">Buy Steroids Online</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar