16 fev 15:41liqa, manset

PFL-in qəribə standartları...

PFL-in qəribə standartları...
...və ya Azərbaycanın Avropaya aidiyyatı yoxdu?

Artıq neçə müddətdi “futbolçu qəbiristanlığına” çevrilmiş “AZAL Arena”nın bərbad durumda olması müzakirə mövzusudu. Bununla bağlı elita klublarının rəsmilərinin, premyer-liqada top qovan futbolçuların fikrini öyrənməklə yanaşı, Şüvəlandakı arenaya süni örtük döşəyən şirkətin rəhbəri olan bolqarıstanlı Dmitri Bratanovla da əlaqə saxlamışdıq. Bratanov “təyyarəçilər”in ev oyunlarını keçirdiyi arenanın örütüyünə UEFA tərəfindən verilən sertifikatın etibarlılıq müddətinin başa çatdığını bildirmişdi.
Sən demə, bu məsələdə “AZAL Arena” tək deyil. Belə ki, hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşan, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın da süni örtüyünə verilən sertifikatın müddəti bitib. Bu haqda bilgini “kimyaçılar”ın prezidenti Kamran Quliyevdən almışdıq. Qəzetimizin ötən sayına müsahibə verən Kamran bəy qitə futbol qurumu tərəfindən onlara verilən sertifikatın 2016-cı ilin dekabrından etibarsız sayıldığını açıqlayıb: “Həmin sənəd bizə ikiilliyə verilmişdi. Ötən ilin sonunda sertifikatın müddəti bitib. Sizə bir məqamı da xatırladım ki, həmin sənəd bizə avrokuboklar üçün verilmişdi. Ancaq daxili çempionat üçün problem yoxdu”.
Düzdü, “kimyaçılar”ın meydanının “sintetikası” hələ ki “təyyarəçilər”in meydanı kimi futbolçuların qəniminə çevrilməyib. Bu üzdən “Kapital Bank Arena”nın örtüyündən şikayət edənlər, demək olar ki, yoxdu. Ancaq klub prezidentinin sözündən belə çıxır ki, sabah “ağ-göylər” qitəmiqyaslı turnirlərə qatılsa, UEFA həmin arenada matç keçirilməsinə icazə verməyəcək. Səbəb isə örtüyün Avropa standartlarına uyğun gəlməməsidi.
Görəsən, necə olur ki, qitə futbol qurumuna cavabdehlik daşıyan şəxslər futbolçuların qeydinə qalıb “minalanmış” meydanda oyun keçirilməsinə icazə vermədiyi halda, PFL bütün bunlara göz yumur? Bəlkə Azərbaycanın Avropaya heç aidiyyatı yoxdu, millimiz və klublarımız Afrika, Avstraliya və Okeaniya futbol qurumlarının təşkil etdiyi turnirlərdə iştirak edirlər? Yox, biz Avropa ailəsinin üzvüyüksə, yığmamız və elita klubları UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatılırsa, arenalarla bağlı ikili standartlara yol verilməməlidi. Ölkə çempionatının təşkilinə cavabdehlik daşıyan qurum mövsümün startı ərəfəsində stadionları təftiş edərkən bütün nüansları nəzərə almalıydı. Belə çıxır ki, məsələn, qitə futbol qurumu sintetik otun hündürlüyünü 10 sm tələb etdiyi halda, PFL üçün bu göstərici 3 sm olsa da, keçərlidi. Necə deyərlər, qurum “basməmmədi”, “gördün, özünü görməzliyə vur” prinsipi ilə çempionat keçirir.
Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin də fikirlərini öyrənməyi lazım bildik: “Çempiontın startı ərəfəsində bizim nümayəndələr stadionları təftiş edərkən süni örütüklü meydanların heç birinin sertifikatının müddəti bitməmişdi. Bu üzdən həmin arenalarda premyer-liqa matçlarının keçirilməsinə icazə verildi. Bundan başqa, klublara lisenzya iki şərtlə verilir: avrokuboklarda və daxili çempionatda iştirak etmək üçün. “Sumqayıt” da cari mövsüm üçün ikinci lisenziyaya sahib çıxıb ki, bunun da şərtləri birincidən fərqli, bir qədər yumşaqdı. Qış fasiləsində hər bir stadionun, o cümlədən “Kapital Bank Arena”nın örtüyünə əl gəzdirilib, müəyyən işlər görülüb. Fikrimcə, hazırda həmin meydanda çempionat oyunu keçirmək üçün heç bir problem yoxdu. Bundan başqa, bizdə olan məlumata görə, yaxın vaxtlarda Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda təmir işlərinə start veriləcək. Həmin arena tam hazır olandan sonra, böyük ehtimalla, “Sumqayıt” ev oyunlarını təbii örtüklü meydanda keçirəcək. Belə olan halda isə yenidən süni örtüyə sertifikat alınmasına da ehtiyac duyulmayacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar