22 may 15:57liqa, reportaj

“Neftçi” istəyinə çatdı, Tərlan Əhmədov hamıya təşəkkür etdi

“Neftçi” istəyinə çatdı, Tərlan Əhmədov hamıya təşəkkür etdi
İsgəndər Cavadovu Gəncədə sorğu-suala tutdular
110. Kəpəz (Gəncə) – Neftçi (Bakı) 1:2 (0:0)

22. Sergey Litovçenko – 5,0
13. Şəhriyar Rəhimov – 6,0
5. Tural Nərimanov – 5,0
4. Şəhriyar Əliyev – 4,5
18. Tural Cəlilov – 5,0
16. Qiuli Mancqaladze – 5,5
20. Tərzin Cahangirov – 5,5
10. Tural Rzayev – 5,5
7. Roman Hüseynov – 5,5
91. Dario Federiko (k) – 5,5
21. Murad Səttarlı – 4,5
(9. İlkin Sadıqov, 64) – 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
2. Yusif Cəfərov
16. Ayxan Əsədov
17. Əli Səmədov
19. Emin Zamanov
48. Dieqo Qusmao
66. Qaraxan Əliyev
72. Şöhrət Quliyev
96. Cavid Əsgərov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Şəhriyar Rəhimov

1. Səlahət Ağayev – 4,5
5. Anton Krivotsyuk – 5,0
25. Kiril Petrov – 4,5
15. Ruslan Abışov (k) – 6,0
21. Məhəmməd Mirzəbəyov – 5,5
8. Emin Mahmudov – 5,5
93. Soni Mustivar – 5,0
7. Namiq Ələsgərov – 6,5
17. Rəhman Hacıyev – 6,0
11. İqnasio Errera – 6,0
(19. Fransisko Qarsiya, 80 – qiymətsiz/
6. Rəşad Sadiqov, 89) – qiymətsiz
22. Mirabdulla Abbasov – 5,0
(9. Lukas Qomes, 72) – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
12. Mayk Kampaz
77. Elvin Sərkərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: R.Abışov, 64 (0:1, N.Ələsgərov). Ş.Rəhimov, 67 (1:1, R.Hüseynov). L.Qomes, 79 (1:2).
Vərəqələr: Ş.Əliyev, 16 (qeyri-idman hərəkəti). K.Petrov, 70 (qeyri-idman hərəkəti). T.Rzayev, 73 (qeyri-idman hərəkəti) – sarı. K.Petrov, 87 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏHİM HƏSƏNOV, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
20 may. Gəncə. Şəhər stadionu. 5000 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Gəncədəki oyunu tarixi derbi də adlandırmaq olardı. Vaxtilə bu komandaların dueli böyük futbol bayramına çevrilirdi. Ancaq “Kəpəz”in əvvəlki əzəmətini itirməsi və elitanı tərk edəcəyinə aydınlıq gəlməsi fonunda bu oyunda anşlaq yaşanmırdı. Görüş meydan sahibləri üçün formal xarakter daşıyırdısa, “Neftçi” üçün həyati önəm kəsb edirdi. Gəncədə mümkün qələbə flaqmana bürünc medal qazandıracaqdı. Ancaq “Zirə”nin Sumqayıtda büdrəməsi də “ağ-qaralar”ı “Kəpəz”lə qarşılaşmanın nəticəsindən asılı olmayaraq, medalçı edəcəkdi.
İlk yarı sakit məcrada keçdi. Komandalar tam gücünü ortaya qoymurdu. Sanki havanın bir qədər sərinləşməsini gözləyirdilər. Bununla belə, ilk 10 dəqiqədə hər iki qapı qarşısında bir təhlükəli vəziyyət yaşandı. “Neftçi”nin cərimə zərbəsi zamanı “Kəpəz”in müdafiəçisinin başla tərs vuruşunu Litovçenko tirin üzərindən aşırdısa, Federikonun “mərmi”sində cüzi dəqiqlik çatmadı. Bir müddət komandalar ərazi üstünlüyünə yiyələnməyə çalışdılar. Ustalıq səviyyəsi daha yüksək olan qonaqlar topla daha çox oynayan tərəf idi. Meydan sahibləri isə pusquda durub, ani əks-hücum şansı gözləyirdilər. 17-ci dəqiqədə Namiq Ələsgərovun başla vuruşu Litovçenkonun qucağına getdi.
“Kəpəz”in heyətində Dario fəallığıyla seçilirdi. “Sambaçı”nın texniki keyfiyyətlərini işə salması yerli azarkeşləri ümidləndirirdi. Hissənin ortalarında Federikonun sol cinaha ötürməsi bir qədər sürətli alınsaydı, Şəhriyar Rəhimov hesabı aça bilərdi. “Neftçi”nin futbolçuları son 5 dəqiqədə iki dəfə Sergeyin ustalığını yoxladı. Litovçenko əvvəlcə Rəhmanın, daha sonra isə Namiqin uzaqdan zərbələri zamanı sayıqlığı itirmədi. Fasiləyə yaxın Səttarlı “dirilmişdi”. Ancaq Gəncə təmsilçisində komanda oyunu uğurlu alınmadığından fərdi təşəbbüslər rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermirdi.
Sumqayıtdan gələn qol xəbəri “Neftçi”ni daha da rahatlaşdırdı. Əhval-ruhiyyənin yüksəlməsi oyunlarına müsbət təsir göstərmişdi. Ələsgərovun iki zərbəsi yaddaqalan oldu. Daha sonra İqnasio şansını yoxlasa da, “çərçivə”yə düşə bilmədi. Mahmudovun “mərmi”sini “Kəpəz”in qapıçısı çətinliklə kornerə çıxardı. Qonaqların təzyiqi tezliklə fayda verdi. Namiqin qapı qarşısına havalandırdığı topu Ruslan başla tora qovuşdurdu. Halbuki Litovçenko mövqeyini tərk etsəydi, qonaqların kapitanının fərqlənməsinə mane ola bilərdi. Ancaq “ağ-qaralar”ın sevinci çox çəkmədi. Hüseynovun ara ötürməsindən sonra Rəhimov “status-kvo”nu bərpa etdi. Bu epizodda Səlahətin kobud səhvə yol verdiyini qeyd etməliyik. Ağayev “Kəpəz”in kapitanının qapı qarşısına paralel ötürmə verəcəyini gözlədiyindən yaxın küncü bağlamağı unutmuşdu. 70-ci dəqiqədə isə Cahangirovun güclü zərbəsində cüzi dəqiqlik çatmadı.
Get-gedə oyun sərtləşir, hakim tez-tez fitini səsləndirməli olurdu. Tərlan Əhmədovun bərabərlik qolundan sonra meydana buraxdığı Qomes səhnəyə çıxdı. Şəhriyar Əliyevin kobud səhvindən sonra qapıçıyla üzbəüz qalan hücumçu qonaqları yenidən hesabda önə çıxardı. Stopper oyunun sonuna kimi başını yırğalaya-yırğalaya, buraxdığı səhvin təəssüfünü yaşaya-yaşaya meydanda var-gəl elədi. Kirilin 2-ci sarı vərəqəni alaraq meydandan qovulması isə gəncəliləri müəyyən qədər ümidləndirdi. Uzatma dəqiqələrində Mancqaladzenin başı üzərindən aşırma zərbə vurmaq cəhdi alınmasa da, gürcü legioner azarkeşlərin alqışını qazandı. Hələ bu harısıdı?! Əliyev günahını yuya da bilərdi. Ancaq başla “çərçivə”yə düşə bilmədi. Beləliklə, “Neftçi” medal həsrətinə vaxtilə “qızıl oyun”da üzü güldüyü Gəncədə son qoydu.
SƏRXAN

Gözdən qaçmadı
* İlk yarının gedişində “Xəmsə”nin rəhbəri Adil Məmmədov “Xəmsə” və "Kəpəz Ultras"ın iki üzvünün saxlanıldığını şəxsi “feysbuk” səhifəsində paylaşdı. Buna səbəb isə onların Cümhuriyyətin 100 illiyi ilə bağlı plakat açmaq istəyi olub. Polislər fanatların üzərinə yeriyiblər, təhqirə yol verilib. Nəticədə 2 azarkeş polis bölməsinə aparılıb.
* Gəncəlilər olduqca qəzəbli idi. Komandalarının elitadan düşməsinin günahını AFFA-da görən azarkeşlər əvvəlcə jurnalistlərə şikayət etdilər, daha sonra isə VİP-lojadan boylanan İsgəndər Cavadovu görüb, dərdlərini ona çatdırdılar.
* Stadiona gələn azarkeşlərdən biri “Qalatasaray”a sevgisini büruzə vermişdi. Belə ki, 16-cı sektorda bir gün əvvəl 21-ci dəfə Türkiyə çempionu olan klubun bayrağı asılmışdı.
* “Forza Neftçi” 24-cü, “Kəpəz Ultras” və “Xəmsə” isə 13-cü sektorda qərarlaşmışdı. Qonaq azarkeşlər yerli fanatlarla müqayisədə yetərincə fəal idi. VİP-lojanın aşağısında əyləşən tamaşaçılar “Kəpəz”in fanklublarından daha çox hay-küy salır, komandalarına dəstək verirdilər.
* Tərlan Əhmədovun idman geyimi ağ rəngdə idi. Komandası da bu rəngli formada meydana çıxdığından baş məşqçi əyninə tərlik keçirmişdi.
* İlk hissənin ortalarında polislər “Forza Neftçi”nin üzvlərindən birini “qaralamışdı”. Ancaq problem “sülh”lə yoluna qoyuldu və fanklub yenidən şüarlar, nəğmələr səsləndirməyə davam etdi.
* İkinci yarıda oyunu izləyənlər arasında cüdoda yeganə dünya çempionumuz olan Elxan Məmmədov (100 kq) da var idi. Yığmamızın kapitanı, çox güman, “Kəpəz” rəsmisi, vaxtilə Cüdo Federasiyasının baş katibi olan Elnur Camalxanovun dəvətiylə Gəncə stadionuna təşrif buyurmuşdu. Qeyd edək ki, millimiz hazırda Göygöldə sentyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlaşır.
* “Neftçi”nin hesabı açmasından sonra qonaqların rəhbərliyinin sevinci yerli azarkeşləri qıcıqlandırdı. Gəncəlilərin etirazının artdığını görən flaqmanın prezidenti Kamran Quliyev onları sakitliyə çağırdı və arzusuna çatdı.
* 83-cü dəqiqədə “Forza Neftçi”nin yerli azarkeşlərə xas “bura Gəncədi, burdan çıxış yox” şüarını rəqibə atmaca kimi başa düşmək olardı.

Reaksiyalar
Tərlan Əhmədov: “Komandanın başına keçəndə 6 oyuna 1 xalı vardı. İndi 46 xalla 3-cü yeri tutduq. Bütün “Neftçi” ailəsini təbrik edirəm. Burda mehriban ailə yaratdıq və bunun faydasını gördük. Klubun əvvəlki prezidenti Orxan Hüseynzadəni, sabiq çalışdırıcı Elxan Abdullayevi, aşpazımızı, sürücümüzü və azarkeşlərimizi təbrik edirəm. Hər birinin bu uğurda payı var. Fanatlarımız ilboyu bizə dəstək verdilər. Qarşımıza bu hədəf qoyulmasa da, Avroliqaya vəsiqə qazandıq... Petrov qırmızı vərəqə aldıqdan sonra məcburiyyətdən yenicə meydana buraxdığım Fransiskonu əvəzləməli oldum. Qatoya buna görə üzrxahlıq etdim... Hələ mənə rəhbərlikdən heç bir təklif gəlməyib. Mayın 31-də müqaviləmin müddəti bitir... Allahın əmrinə qarşı çıxa bilmərəm. Hər bir futbolçu oruc tutmaqda azaddı... Bura gələndə də demişəm ki, “Neftçi”nin yetirmələrinin geri qayıtmasını istərdim. İstər Cavid olsun, istərsə də Araz. Ancaq hər hansı transfer söhbətindən xəbərim yoxdu”.
Yunis Hüseynov: “Oyun ağır keçdi. Mövsümün son görüşünə çıxdıq. Nəticə əldə etmək istəyirdik. Qarşılaşmanın ədalətli nəticəsi bərabərlik idi. Təəssüf ki, kobud səhvdən sonra qol buraxdıq və uduzduq. Jurnalistlərə böyük hörmətim var. İndiyə kimi heç bir jurnalist deyə bilməz ki, Yunis müəllim telefonuma cavab verməyib. Dünən bir yazı çıxmışdı. Bizim haqqımızda yaraşmayan yazı idi. Belə şeylər olmamalıdı. Komandanı ruhdan salırlar. Belə çıxır ki, “Neftçi” “Qarabağ”ı, “Səbail”i çirkin yollarla məğlub edib? Əldə fakt olmalıdı. Şəhriyar fikirləşdi ki, qapıçı topu götürəcək. Sadəcə, anlaşılmazlıq oldu. Futbolda gözlənilməz hallara çox rast gəlirik. Bunu nəyəsə bağlamaq lazım deyil. Bu gün qalib gəlmək istəyirdik. Komandanın necə vuruşduğunu görürdüz. Birinci diviziona düşdüyümüzü deyirlər. Belə vəziyyətdə komandanı psixoloji cəhətdən hazırlamaq çox çətin idi. Kaş bu qərar mayın 25-də açıqlanaydı. Rəhbərliklə görüşmüşəm. Hələ ki gözləyirik. Yəqin ki, yaxın bir həftəyə bir qərar veriləcək. Hələ də ümid edirik ki, komandamız elitada qalsın. Bizə bir il də şans verilməsini istərdik. “Kəpəz”i 1-ci dəstəyə salsalar, orda oynayıb-oynamayacağı bilinmir. Bunu zaman göstərəcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar