20 may 21:58liqa

Mütəxəssislərin proqnozları haçalandı

Mütəxəssislərin proqnozları haçalandı
Mirbağır İsayev: “Samir Abasovun komandası psixoloji basqının altından çıxa bilməyəcək”
Bazar günü, premyer-liqanın son turunda bütün diqqətlər Sumqayıtdakı “Kapital Bank Arena”ya yönələcək. “Zirə”ni qəbul edəcək şəhərin eyniadlı komandası Avropa Liqasına vəsiqə uğrunda son “döyüşünə” çıxacaq. Düzdü, 4-cü olmaq hələ qitəmiqyaslı yarışlara qatılmağı tam rəsmiləşdirmir. Qarşıda ölkə kubokunun finalı var ki, “Keşlə” “Qəbələ”ni məğlub edə bilsə, vəsiqənin sahibi olacaq. Ancaq əksər mütəxəssislərin və proqnozsevərlərin fikrincə, neçə illərdi titul arzsunda olan “Qəbələ” bu şansı əldən verməyəcək və premyer-liqanı 4-cü yerdə başa vuran komanda yayda ölkəmizi Avropa Liqasında təmsil edəcək.
“Sumqayıt” – “Zirə” görüşü barədə mütəxəssislərin də fikirlərini oyrənməyi lazım bildik. Görəsən, onlar hansı komandanı daha şanslı sayır, kimin qalib gələcəyini düşünür? Bəribaşdan onu da bildirək ki, hər iki komandanın istər futbolçuları, istər məşqçilər korpusu, istərsə də rəhbərliyi həftəboyu qəzetimizə açıqlamalarında meydana yalnız 3 xal üçün çıxacaqlarını bildiriblər.
Mahmud Qurbanov: “Bazar günü bizi çox maraqlı və gərgin qarşılaşma gözləyir. Hazırkı durumda “Zirə”nin cüzi də olsa, üstünlüyü var. Ayxan Abbasovun komandasına heç-heçə də bəs edir ki, mövsümü 4-cü pillədə başa vursun. “Sumqayıt”ı isə ancaq qələbə qane edir. Bu o demək deyil ki, Bakı klubu meydana məhz heç-heçə üçün çıxacaq. Bunu düşünsələr, “yana” bilərlər. Məncə, oyunda hansı komanda daha çox istəkli olsa, o da qələbə qazanacaq. “Sumqayıt”ın “doğma divarlar” arasında oynamasına baxmayaraq, şansları 50-nin 50-yə dəyərləndirərdim”.
Ağasəlim Mircavadov: “Zirə” son iki turda qələbə qazanmaqla psixoloji üstünlüyə yiyələnib. “Sumqayıt” isə əksinə, artıq 3 oyundu qələbə qazana bilmir. Bu fakt istər-istəməz özünü göstərəcək. Meydan sahiblərinin üstünlüyü ondadı ki, hər oyunda yetərincə qol vəziyyətləri yaradırlar. Təəssüf ki, Azərbaycan futbolunun “qara yarası” – qol imkanlarını boşa vermək Samir Abasovun komandasında da özünü göstərir. Ayxan Abbasovun yetirmələri isə əksinə, 90 dəqiqə boyunca o qədər də təhlükəli hücumlar qurmurlar, əvəzində əldə etdikləri imkanlardan maksimum istifadə edirlər. Adətən, belə qarşılaşmanın taleyini bir qol həll edir. Fikrimcə, baxımlı olmayan, ancaq gərginliyin son həddə olduğu görüş izləyəcəyik. Kim az səhv etsə, o da sonda gülən tərəf olacaq. Şanslara gəlincə, Azərbaycanda heç vaxt meydan amili önəm daşımayıb. İstisna hal kimi ancaq Lənkəran və 10-15 il əvvələ kimi Gəncəni göstərmək olardı. Odu ki, bazar günü baş tutacaq oyunda şanslar 50-nin 50-yədi”.
Təbriz Həsənov: “Sumqayıt” son turlarda qələbəyə həsrət qalmasına baxmayaraq, oyun planında rəqiblərdən heç nə ilə geri qalmadı. Sadəcə, yaxaladıqları qol imkanlarını reallaşdıra bilmədilər. “Zirə” son iki oyunda qələbə qazanıb özünə gəlməyi bacarsa da, mövsümün son görüşünə müdafiədəki ciddi itkilərlə çıxacaq. Hücum futbolu nümayiş etdirən meydan sahibləri üçün isə bu məqam əlavə üstünlük deməkdi. Adətən, belə matçlarda psixoloji hazırlıq önə çıxır. Ola bilsin, “Sumqayıt”ın üzərində basqı var, futbolçular məcazi mənada “ölüm və ya qalım” qarşısındadı. Buna baxmayaraq, fikrimcə, son oyunda onlar qarşıya qoyulan məqsədə nail ola biləcəklər. Proqnozum 60-ın 40-a meydan sahiblərinin xeyrinədi”.
Mirbağır İsayev: “Bir ara hamı “Sumqayıt”ın uğurlu çıxışından, Avropa Liqasına vəsiqə qazanacağından ağızdolusu danışırdı. Nə oldu? Ölkə kubokunun yarımfinalını da nəzərə alsaq, komanda artıq 5 oyundu qələbəyə həsrətdi. Qələbəsiz seriya istər-istəməz həm məşqçilər korpusu, həm də futbolçular üzərində psixoloji gərginlik yaradıb. Təzyiq altında olan komanda isə heç vaxt uğur qazana bilmir. “Zirə”də hər şey əksinədi. Qış fasiləsindən sonra eniş yaşayan komanda əsas məqamda, çempionatın həlledici anında özünə gəlməyi bacardı və son iki tur da göstərir ki, “Zirə” relsə düşüb. Onu da nəzərə almaq lazımdı ki, 1 xal Ayxan Abasovun yetirmələrinə bəs edir. Məncə, Samir Abasovun komandası psixoloji basqının altından çıxa bilməyəcək və oyun heç-heçə bitəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar