18 may 23:02liqa

Fanklublar dəstək sözü verdi, qələbə istədi

Fanklublar dəstək sözü verdi, qələbə istədi
“Kimyaçı Ultras”ın rəhbəri xüsusi bəstələr hazırlayıb
Hər bir komanda üçün “doğma divarlar” amili önəmlidi. Bunun da əsas səbəbi azarkeşlərin dəstəyi ilə bağlıdı. Düzdü, stadiona alışmaq məsələsi də var. Ancaq oyun vaxtı fanatların hayqırtıları futbolçulara əlavə ruh yüksəkliyi verir. Xüsusi önəmli qarşılaşmalar zamanı ev-səfər məsələsi həlledici ola bilir. Çünki bu cür oyunlarda istənilən detal qarşılaşmanın taleyinə təsir edə bilər. Tribunalardan güclü dəstək alan komanda isə qələbəyə bir addım yaxın olur. Başqa sözlə, sevimlisini lazımi səviyyədə irəli səsləyən, ruhlandırmağı bacaran azarkeşlər qələbədə müəyyən pay sahibi olur. Düzdü, ölkəmizdə say baxımından ciddi fanat kütlələrinin formalaşdığını demək olmaz. Lakin ayrı-ayrı fanklublar bu mənada bəzi addımlarıyla diqqət mərkəzinə düşə bilib. Premyer-liqanın son turunda da azarkeşlərin üzərinə böyük yük düşəcək. Onların komandalarına verdiyi dəstək mövsümün taleyini həll edə bilər.
Bütün futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi “Sumqayıt” – “Zirə” matçında da fanatlardan çox şey asılı olacaq. Öz meydanında çıxış edən “kimyaçılar” bu baxımdan bir addım öndədi. Axı, sumqayıtlıların sevimlilərinə necə dəstək verdiyini oyunlarda görmüşük. “Tribunlar dolacaq” deməklə hansısa möhtəşəm say haqda xüsusi xəbər vermək fikrində deyilik. Çünki “Kapital Bank Arena” cəmi 1326 tamaşaçı tutur və demək olar, hər ev oyununda nəinki dolur, hətta kifayət qədər azarkeş ayaqüstə, stadionun ətrafına çəkilmiş torun arxasından oyunu izləyir. Deməli, anşlaq olacağı birmənalıdı. Bəs görəsən, komandaların azarkeş qrupları oyuna necə hazırlaşır? Onlar dəstək üçün xüsusi nələrsə düşünüb?
Vüqar Heybətov (Qartal): “Təbii, komandadan qələbə gözləyirik. Hazırda “Zirə” yaxşı durumdadı. Necə deyərlər, ağır günlərimiz geridə qaldı. Komandanın “Sumqayıt”la matçda qalib gələcəyinə inanırıq, heç-heçə haqda belə fikirləşmirik. Doğrudu, 1 xalla da 4-cü yeri təmin edirik. Ancaq əsas hədəf qələbə, minimum vəzifə heç-heçədi. Bütün uşaqlar dəstək verməyə hazırdı. Oyun günü də “Zirə”nin yanında olacağıq. Lazımi dəstəyi verəcəyik, rəqib azarkeşlərin kölgəsində qalmayacağıq. Yerli fanatların daha çox olacağı şübhə doğurmur. Çünki komandaları evdə oynayır. Dəqiq say deyə bilmərəm, amma “Zirə”nin tərəfdarlarının oyuna marağı böyükdü. Bəzən elə olur ki, gözləmədiyin adamlar fankluba qoşulur. Xüsusi şüar və ya pankarta gəlincə, bununla fanklub üzvləri məşğul olur. Dediyim kimi, çətin günləri geridə qoyduq. O vaxt Ayxan müəllim istefaya səslənəndə hər kəs eyni cür düşünmürdü. Artıq azarkeşlər çoxdan birləşib və komandanın yanındayıq. Bəzi obyektiv səbəblər uğursuz nəticələrdə rol oynamışdı. Sadəcə, komanda özünə gələ bilmirdi. Yaxşı ki, son iki turda qələbə qazandıq və əhval-ruhiyyə hazırda yüksək səviyyədədi”.
Nəriman Mirzə (Kimyaçı Ultras): “Qarşılaşma üçün gözəl ideyalarımız var. Sadəcə, öncədən açıqlamaq istəmirik. Hər şeyi oyun günü gerçəkləşdirəcəyik. Bəstələr hazırlayırıq. Azarkeşin işi dəstək olmaq, futbolla yaşamaqdı. “Kimyaçı Ultras” fanat qrupunun rəhbəriyəm, bəstələri də özüm yazıram. Oyun vaxtı həmin bəstələri oxuyacağıq. Bir sözlə, gözəl ideyalarımız var və qarşılaşma zamanı onları həyata keçirəcəyik. “Sumqayıt” hansı komanda ilə oynayırsa, qələbə qazanacağına inanırıq. Son oyunlarda komandanın qalib gəlməməsi bizdə narahatlıq yaratdı. Bir məsələni də vurğulayım. “Qarabağ” Çempionlar Liqasında çıxış etdi, iki oyunda Avroliqanın hazırkı qalibi “Atletiko”ya uduzmadı. Lakin “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı, yarımfinala yüksəldik. Bizi narahat edən məqam da məhz “Qarabağ” kimi komandaya qalib gəlib, premyer-liqanın debütantı “Səbail”ə uduzmaqdı. Elitanın sonuncusu olan “Kəpəz”lə heç-heçə etdik. Halbuki qalib gəlib 3 xalı Sumqayıta gətirməliydik. Ad çəkmək istəmirəm, futbolçulardan biri “Qəbələ” ilə oyundan öncə bizə söz vermişdi ki, qalib gələcəyik. Ancaq məğlub oldular. Həmin görüşdə “Sumqayıt” rəqib qapısına 10 hücum etdi, lakin heç birində fərqlənə bilmədi. “Qəbələ” isə əks-hücumdan iki qol vurdu. Həmin oyunda bizim çox narazılığımız oldu. Polislər bizə azarkeşlik etməyə imkan vermədilər. İlk yarıda torun arxasından dəstək verdik, yalnız ikinci hissədə tribunaya qalxdıq. İncikliyi “Zirə” ilə oyun günü unudacağıq, çünki bizə qələbə vacibdi. Lakin ümumilikdə orda yaşananlar yadımızdadı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar