18 may 22:28liqa

“Kəpəz”lilər “Neftçi” ilə matça köklənib

“Kəpəz”lilər “Neftçi” ilə matça köklənib
Rəhimovla Əliyev birinci divizionda oynamaq istəmir
Ötən həftə AFFA-nın Lisenziya Komissiyasının qərarı “Sabah”ı sevindirib, “Xəzər”i məyus etdi. Məyus olan klublardan biri də “Kəpəz” idi. Çünki əsasnaməyə uyğun olaraq, Gəncə təmsilçisi elitanı tərk etməlidi. Qeyri-adi nəsə baş verməsə, azərbaycansayağı müdaxilələr olmasa, “sarı-göylər” bir neçə ildən sonra yenidən 1-ci divizionda oynayacaq. Hərçənd ötən həftə baş məşqçi Yunis Hüseynov komandanın aşağı dəstədə çıxış etməsinin sual altında olduğunu söyləmişdi. Bir növ çalışdırıcı növbəti mövsüm premyer-liqada oynamağa icazə verilməyəcəyi halda “Kəpəz”in fəaliyyətinə xitam veriləcəyinə eyham vurmuşdu. Bir sözlə, klubda vəziyyət heç ürəkaçan deyil. Belə bir vəziyyətdə komanda mövsümün son oyununu əzəli rəqib “Neftçi”yə qarşı keçirəcək. Futbolçular bakılılarla görüşə hansı motivasiya ilə çıxacaq? Digər tərəfdən, komanda elitanı tərk etsə, divizionda oynamağa razılaşacaqlarmı? Bu yerdə xatırladaq ki, “Yuventus” vaxtilə A seriyasından uzaqlaşdırılanda, ulduz futbolçuların əksəriyyəti komandaya sadiq qaldı. B seriyasında komandalarını çempion edib, yenidən elitaya daşıdılar. Bəs görəsən, “Kəpəz”in futbolçuları bu fədakarlığa hazırdı?
Şəhriyar Rəhimov: “Növbəti mövsüm “Kəpəz”də qalıb-qalmayacağımı zaman göstərəcək. Bu suala 1 dəqiqə ərzində cavab verə bilmərəm. Oturub rəhbərliklə söhbət etmək lazımdı. “Kəpəz”ə çox öyrəşmişəm. Ancaq klub 1-ci divizionda çıxış etsə... Açığı, premyer-liqada oynamaq istəyirəm. Komandanın Gəncədə qalması məsələsi var. Futbolçular üçün orda yaradılacaq şərait necə olacaq və sair bu kimi şərtləri oturub, müzakirə etmək lazımdı. Mən evliyəm və “Kəpəz”in Gəncədə məskunlaşması mənim üçün problem yaradır. Bu üzdən bütün təfərrüatlara aydınlıq gətirmək lazımdı. Son oyunda motivasiyamız azarkeşlər olacaq. Bu il onları sevindirə bilmədik. Heç olmasa, son qarşılaşmada gəncəlilərə qələbə bəxş edək. “Neftçi” – “Kəpəz” dueli əzəli derbidi. İndi komandamız zəif olsa da, prinsipiallıq qalır. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Ölkədə heç bir komandanın bu qədər azarkeşi yoxdu. Belə tərəfdarlara görə şükür etməliyik”.
Şəhriyar Əliyev: “Komandanın durumuyla bağlı çox söz-söhbət gəzir. Hələ dəqiq bir şey bilinmir. “Kəpəz” elitada qalsa, burda oynayacam. 1-ci divizionda çıxış etsə, o zaman klubdan ayrılacam. Çünki hazırda premyer-liqa təmsilçilərindən birindən təklif almışam. Bu təklifi dəyərləndirəcəm. O ki qaldı “Neftçi” ilə oyuna... Üç ildi bu komandayla oynayırıq. Turnir cədvəlindəki mövqeyimizdən asılı olmayaraq, derbi elə derbidi. Bu oyuna çox ciddi hazırlaşırıq. Çalışacağıq ki, son matçda qalib gələk”.
Tural Rzayev: “Hələ dəqiq bir şey bilinmir. Komandamızın 1-ci divizionda oynayacağı tam dəqiqləşməyib. Çox istərdim ki, “Kəpəz” elitada qalsın. Müqaviləmin müddəti mövsümün sonunda başa çatır. Bundan sonra necə olacağını zaman göstərəcək. Bir gəncəli futbolçu kimi doğma komandamda yoluma davam etmək istərdim. “Neftçi” ilə oyuna da çox ciddi hazırlaşırıq. Klubla bağlı qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, komanda daxilində ab-hava çox yaxşıdı. Heç olmasa, son oyunda qələbə qazanmaq istəyirik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar