Mövsüm başa çatmasa da, “Qəbələ” indidən heyətdə “təmizlik” əməliyyatına başlayıb. “Qırmızı-qaralar” hollandiyalı futbolçu Dion Malone ilə yollarını ayırıb. 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Ötən mövsüm ərəfəsində heyətə qatılan qaradərili futbolçu bölgə təmsilçisində 21 oyun keçirib. Premyer-liqada 18 matça çıxan Malone Avropa Liqasında 3 oyunda iştirak edib. Dionun erediviziyada çıxış edən sabiq klubu “Den Haaq”a qayıdacağı istisna olunmur.