17 may 23:20liqa

“Zirə”lilər qələbəyə köklənib

“Zirə”lilər qələbəyə köklənib
Anar Nəzirov: “İlk dəqiqədən son saniyəyə kimi vuruşacağıq”
Mövsümün son turunun ən maraqla gözlənilən qarşılaşması “Kapital Bank Arena”da gerçəkləşəcək. “Sumqayıt” – “Zirə” duelində güzəştsiz mübarizənin şahidi olacağıq. Hər iki komanda Avroliqaya can atır. “Kimyaçılar” yalnız qələbə qazanmaq haqda düşünürsə, “qartallar”a 1 xal da kifayət edir. Uzun müddət qalib gələ bilməyən “Zirə” sindromu qıra, son iki turda qələbə qazana bilib. “Sumqayıt” isə əksinə, uğurlu seriyanın ardından ardıcıl 4 oyunda qalib gəlməyi bacarmayıb. Odu ki, düşərgələrdə fərqli əhval-ruhiyyənin yaşandığı birmənalıdı. Ötən sayımızda “Sumqayıt”ın futbolçularının sözügedən matçla bağlı fikirlərini öyrənmişdik. Bu dəfə isə “Zirə”lilərlə əlaqə saxladıq.
Vüqar Mustafayev: “Qış fasiləsindən sonrakı 11 oyunda qələbə qazana bilmirdik. Ancaq son iki turda əzmkarlıq göstərərək qalib gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdı. Artıq “Sumqayıt”la oyuna hazırlaşırıq. Bizi çətin səfər qarşılaşması gözləyir. Rəqibimiz evdə çox yaxşı oynayır. Ötən tur “Qəbələ” ilə matçda da bunun şahidi olduq. Düzdü, “Sumqayıt” həmin görüşdə uduzdu, lakin daha çox qol vəziyyəti yaratdı, daha yaxşı oynadı. Bununla belə, biz də həvəslə hazırlaşırıq. Baş məşqçimiz rəqibi təhlil edib, lazımi tapşırıqları verib. Sumqayıta sərfəli nəticə qazanmaq üçün gedəcəyik. Bilirəm ki, onlar da bizim kimi düşünür. Onlara yalnız qələbə, bizə isə qələbə ilə yanaşı, heç-heçə də sərf edir. Ora uduzmamaq üçün gedirik. Məğlub olmamağa çalışmalıyıq. “Sumqayıt”ın son nəticələrinə gəlincə, qışdan sonra biz də eyni vəziyyətlə üzləşmişdik. Rəqib 4 oyundu qələbə qazana bilmir. Bu durum bizə tanış olduğundan, istər-istəməz onların üzərində müəyyən qədər təzyiq olacaq. Komanda olaraq sakit, rahat və səbrli şəkildə lazımi nəticəni əldə etməyə çalışacağıq. Mövsümün yekununda hansısa uğura imza atmaq istəyirik. Bürünc medal şansımız çox azdı. Çünki “Neftçi”nin “Kəpəz”ə məğlub olacağı bir qədər real deyil. Odu ki, Avroliqa haqda düşünürük. Bunun üçün “Sumqayıt”la oyunda sərfəli nəticə qazanıb, kubokun finalını gözləməliyik. İtkilər komandamıza təsir etməyəcək. Onların yerinə meydana çıxan futbolçular əllərindən gələni edəcək ki, komanda lazımi nəticəni qazana bilsin. Meydana hamı qələbə üçün çıxır. Biz də bunun üçün döyüşəcəyik, ən azı heç-heçə etməliyik. Çünki 1 xal da bizə bəs edir. Lakin heç-heçə arxasınca getsək, bizə çətin ola bilər. Bu üzdən qələbə haqda düşünürük”.
Vüsal İsgəndərli: “Məşq edirik, istəkliyik. Əhval-ruhiyyə yaxşıdı. Son iki turda əldə olunan qələbələr bizi daha da ruhlandırıb. Əlimizdə şans var. “Sumqayıt”la oyunda qələbə qazanıb, beynəlxalq arenada mübarizə aparmaq istəyirik. Azarkeşlərin də gözlədiyi kimi maraqlı oyun olacaq və hər kəs idman mübarizəsinə şahidlik edəcək. Hazırda asan rəqib yoxdu. İstər səfərdə, istərsə də evdə qələbə qazanmaq üçün var gücünü ortaya qoymalısan. Biz heç bir komanda ilə oyuna 1 xal üçün çıxmamışıq. “Qarabağ”, “Qəbələ”, “Neftçi” olsa belə. Kim olur-olsun, qələbə üçün mübarizə aparırıq. Bu dəfə də öz oyunumuzu oynayıb, qələbə qazanmağa çalışacağıq. “Sumqayıt” son qarşılaşmalarda qələbə qazanmasa da, oyunlarına baxırıq və görürük ki, lazım olan futbolu oynayırlar. Sadəcə, biz də son iki tura kimi qələbə qazana, bir neçə oyunda qol vura bilmirdik. İndi də onlarda eyni durumdu. İstəkləri çoxdu, hücum edirlər, xeyli sayda imkanlar yaradırlar. Lakin olmur, alınmır. Bu da bir qismətdi. Oyun baxımından da “Sumqayıt” yaxşı oyun sərgiləyir. Samir Abasovun komandasının göstərdiyi futbol göz qabağındadı. Bu dəqiqə elə yaşdayam ki, rəqibin nə düşündüyünü götür-qoy etmək haqda düşünmürəm. İşim baş məşqçi mənə şans verdiyi oyunda çıxıb mübarizə aparmaq, onun tapşırıqlarını yerinə yetirməkdi. Əsas öz oyunuma köklənmişəm. Rəqibin nə etmək istədiyi, bizim üçün nə hazırladığı bizə maraqlı deyil. Baş məşqçimiz nə desə, çıxıb onu yerinə yetirməyə çalışacağıq. Bizdə hər bir oyunçunun önəmi böyükdü. Ancaq Jozef Bum yoxdusa, Sadiq Quliyev var. Tutaq ki, neçə oyun Sadio Tounkara olmadı, baş məşqçi mənə güvənirdi. Əsas odu ki, baş məşqçi hamıya eyni dərəcədə güvənir. Bütün futbolçular komanda üçün eynidi”.
Anar Nəzirov: “Komandada hər şey yaxşıdı. Elə bir oyundu ki, bu matç haqda nəsə demək artıqdı. Qarşılaşmanın vacibliyini, məsuliyyətini yaxşı başa düşürük. İndidən hamı bu oyunu gözləyir. Hələ 4-5 gün qalmasına baxmayaraq, hər kəs “Sumqayıt”la matça köklənib. Bu qarşılaşmanın önəmi ilə bağlı uzun-uzadı danışmaq yersiz olar. İlk dəqiqədən son saniyəyə kimi vuruşacağıq. Qış fasiləsindən sonra 11 oyun qələbə qazana bilməmişdik. Bu cür sindromun nə demək olduğunu yaxşı başa düşürük. Ancaq sonda həmin uğursuz seriyaya son qoya bildik. İndi də “Sumqayıt” 4 oyundu qələbə qazanmır. Rəqib də bu qarşılaşmanın önəmini dərk edir. Belə deyim, bu oyun başqa matçlara oxşamır. Sanki finaldı. Hər iki komanda qələbə üçün əlindən gələni edəcək. “Sumqayıt” da özəl futbol nümayiş etdirən komandadı. Biz də bunu yaxşı bilirik. Məşqçilərimiz rəqibi təhlil edir. Rəqib düşərgədən olan müsahibələri də oxuyuram. Onların da bu oyuna necə hazırlaşdığını təsəvvür etmək çətin deyil. Meydana 1 xal üçün çıxsaq, səhv olar. Dünya təcrübəsində də belə düşüncənin uğursuzluq gətirdiyinin şahidi olmuşuq. Düzdü, 1 xal da bizə kifayət edir. Lakin biz ora futbol oynamağa, qələbə arxasınca gedirik. Sona dəqiqəyə kimi vuruşacağıq. “Sumqayıt” da öz meydanında inamlı təsir bağışlayır, hər oyuna qələbə üçün çıxır. Ordakı dost-tanış futbolçularla da danışırıq. Onlar öz meydanlarında rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməyə çalışırlar. “Sumqayıt” da oyunun məsuliyyətini dərk edir. Bizim kimi onların da Avroliqaya getmək şansı var. Şəhər ilk dəfə beynəlxalq arenada təmsil oluna bilər. Odu ki, bundan istifadə etməyə çalışacaqlar. Biz də mübariz komandayıq, uğursuz sindromu qıra bildiksə, bu sınaqdan da üzüağ çıxa biləcəyik”.
Adil Nağıyev: “Sumqayıt”la görüş bizim üçün final oyunudu. Mövsümü 4-cü pillədə bitirə bilərik. Bu üzdən vacib bir qarşılaşmadı. Ancaq bütün oyunlara necədisə, bu qarşılaşmaya da elə hazırlaşırıq. Son iki turda qələbə qazanmışıq. Komandada əhval-ruhiyyə yaxşıdı. Qələbəyə köklənmişik. Necə olacağını isə zaman göstərəcək. Əsas məsələ qələbə qazanmaqdı. Avroliqaya gedib-getməmək isə sonranın işidi. Bu artıq şans, qismət məsələsidi. Qış fasiləsindən sonra uzun müddət qalib gələ bilməmişdik. Sonradan işlər yoluna düşdü. Hər komandada belə vəziyyət yaşana bilər. “Sumqayıt” ardıcıl 4 turda uda bilməsə də, yaxşı oyun sərgiləyir. Qol imkanları olur, yararlana bilmirlər. Ancaq biz belə şeylər haqda düşünmürük, öz oyunumuza köklənmişik. Meydandakı mübarizədən kənar amillərə diqqət ayırmırıq. Tutaq ki, rəqibin qələbə qazana bilməməsi haqda fikirləşmirik. “Suqamyıt” evdə oynayacaq, doğma meydanda daha yaxşı təsir bağışlayır. Meydan sahibi kimi üstünlük onlardadı. Biz də meydana qələbə üçün çıxacağıq. Ancaq heç-heçə də bizə sərf edir. Bununla belə, yaxşı oyun göstərməyə və qalib gəlməyə çalışacağıq. Bilirsiz ki, komandamız 11 oyun qələbə qazanmayanda, 7-8 futbolçumuz oynamırdı. Lakin bu gün 5 nəfər oynamırsa, bu “Zirə”nin məğlub olacağı demək deyil. Bizim elə bir heyətimiz var ki, hamı istənilən an oynamağa hazırdı. Bu məqam bizdə problem olmayıb. “Sumqayıt”la görüşdə də meydana çıxan hər kəs özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar