17 may 23:19liqa

Sumqayıtda ölüm-qalım savaşı

Sumqayıtda ölüm-qalım savaşı
Premyer-liqanın yekunlaşmasına cəmi 1 tur qalıb. Belə deyək, sentyabrda start götürən marafonun sonuna gəldik. Əslində 28-ci tura qədər çempionatla bağlı bir sıra suallar cavabını tapıb. “Qarabağ” “qızıl”ı, “Qəbələ” “gümüş”ü qazandı. “Kəpəz” isə sonuncu yeri tutaraq elita ilə vidalaşdı. Ancaq Avroliqaya 2 vəsiqənin sahibi hələ də bilinmir. Həmin 2 yerə 4 komanda iddiasını sürdürür. “Keşlə” kuboku götürsə, Avroliqaya gedəcək. Belədə 4-cü yer əhəmiyyətini itirəcək. Lakin indiki halda 3 komanda - “Neftçi”, “Zirə” və “Sumqayıt” AL uğrunda mübarizə aparır. “Neftçi” son turda “Kəpəz”lə qarşılaşacaq və “ağ-qaralar” minimum 4-cü yeri özü üçün təmin edib. Bununla belə, qələbə qazanmaqla həm “bürünc”ə yiyələnmək, həm də heç kimdən asılı olmadan Avroliqaya yollanmaq istəyir. “Sumqayıt”la “Zirə”nin duelində isə “qan su yerinə axacaq”. Baxmayaraq ki, son turda “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək, mərkəzi oyun məhz “Kapital Bank Arena”da gerçəkləşəcək.
“Zirə”: yüksəliş və itkilər
Qış fasiləsindən sonra qəsəbə təmsilçisi 11 oyun qələbə qazana bilmədi. Təbii, zədələr, cəzalar, bir neçə oyunda isə ciddi hakim səhvi uğursuz nəticələrdə rol oynamışdı. “Zirə”nin Avroliqa şansı xeyli azalmışdı. Lakin mövsümün sonuna yaxın “qartallar” özünə gəlməyi bacardı. Ardıcıl iki oyunda “Səbail” (1:0) və “Kəpəz”i (2:1) məğlub edən Ayxan Abbasovun komandası yenidən AL perspektivini artırdı. Təbii, bunda “Sumqayıt”ın enişi də müəyyən rol oynadı. Ancaq son iki turda qazanılan qələbələrin “Zirə”yə əlavə ruh yüksəkliyi verdiyini də qeyd etməliyik. Odu ki, “qartallar” “Sumqayıt”la oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. Amma heyətdəki itkiləri də qeyd etməliyik. Milan Duriç və Jozef Bum vərəqə cəzalısı olduğuna görə oyunu buraxır. Yovan Krneta isə artıq uzun müddətdi zədədən əziyyət çəkir və “kimyaçılar”la görüşdə də meydanda olmayacaq.
“Sumqayıt” sindromu qıra biləcək?
Maraqlıdı ki, “Sumqayıt”da proseslər tərsinə getdi. Qış fasiləsindən sonra möhtəşəm çıxış edən Samir Abasovun yetirmələri adından söz etdirməyi bacardı. Lakin nə baş verdisə, komanda uğursuzluq zolağına düşdü. “Gənclik şəhəri” təmsilçisi premyer-liqa çərçivəsində keçirdiyi son 4 oyunda qələbəyə həsrətdi. Bu matçlardan üçünü “doğma divarlar” arasında keçirən komanda hər 3 görüşdə məğlub olub. Yalnız Gəncə səfərindən 1 xalla dönməyi bacarıb. Əlbəttə, uğursuzluq seriyasının düşərgədə gərginlik yaratdığı birmənalıdı. Özü də “Sumqayıt”a yalnız qələbə sərf edir. “Zirə” isə 1 xalı qazanmaqla da hədəfinə çata bilər. Bu oyun iki futbolçu üçün xüsusi əhəmiyyət daşıyır. Söhbət Nicat Qurbanovla Cavid Tağıyevdən gedir. Qurbanov bu qış fasiləsində “Zirə”ni “Sumqayıt”a dəyişdisə, Tağıyev yayda eyni marşrut üzrə hərəkət etmişdi.
Yenə bu şəhərdə üz-üzə gəldik...
Yarımbaşlığı Ramiz Rövşənin məşhur şeirinin misralarından seçməyimiz boşuna deyil. Ötən mövsümün sonuna yaxın da “Sumqayıt”la “Zirə” belə taleyüklü qarşılaşmada münasibətləri aydınlaşdırmışdı. Belə ki, premyer-liqanın 26-cı turu çərçivəsində tərəflər “Kapital Bank Arena”da üz-üzə gəldi. “Kimyaçılar” qələbə qazansaydı, Avroliqa yolunda önəmli addım atmış olacaqdı. Ancaq Mirabdulla Abbasovun 83-cü dəqiqədə vurduğu qola “Zirə” penalti ilə cavab verdi. 4-cü uzatma dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini Milan Duriç dəqiq yerinə yetirdi. Bu heç-heçə qəsəbə təmsilçisinə daha çox sərf etdi. Qalan iki oyunda 6 xal əldə edən Ayxan Abbasovun komandası Avroliqada iştirak hüququ qazandı. “Sumqayıt” isə həmin heç-heçədən sonrakı 2 turda yalnız 3 xal qazandı. Doğrudu, hadisələrin sonrakı axarı göstərdi ki, Samir Abasovun komandası qalib gəlsəydi belə, AL-ə vəsiqə verən yeri tuta bilməyəcəkdi. Ancaq “Zirə” məğlub edilərdisə, “gənclik şəhəri” təmsilçisinin qalan oyunlara fərqli əhval-ruhiyyədə çıxacağı da şübhə doğurmurdu. Eləcə də “qartallar” həmin matçda uduzsaydı, son iki turda təzyiq altında olacaqdı. Bir sözlə, tarixi matçda qeydə alınan heç-heçə “Zirə”nin işinə yaradı və “Sumqayıt”ın taleyi artıq öz əlində olmadı. Xatırladaq ki, sözgedən matçda “Sumqayıt”ın start heyətində olan futbolçulardan yalnız üçü hazırda komandada yoxdu. Bunlar Fərhad Qıstarov, Mirabdulla Abbasov və Məhəmməd Qurbanovdu. Qəsəbə təmsilçisi üçün sərfəli nəticənin qazanılmasında iştirak edən Akim Latifu, Migel Lorentso, Sezar Meza Kolli, Elvin Məmmədov və Təmkin Xəlilzadə isə hazırda “Zirə”də deyil. Göründüyü kimi, aradan keçən 1 ildə “qartallar”ın heyəti daha böyük dəyişikliyə məruz qalıb. Təbii, budəfəki görüşdə “Sumqayıt” tarixin təkrarlanmamasına çalışacaq, “Zirə” isə bunun əksi üçün mübarizə aparacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar