16 may 12:08liqa

“Qəbələ” son oyunu Bakıda keçirməyə razılaşdı

“Qəbələ” son oyunu Bakıda keçirməyə razılaşdı
“Azərsun Arena”dakı görüş mayın 21-nə salındı
“Qarabağ” çempionluğu rəsmiləşdirəndən bəri kuboka nə zaman və harda sahib çıxacağı haqda söz-söhbət gəzir. Artıq neçə vaxtdı ki, “Qəbələ” – “Qarabağ” oyununun bölgədə yox, paytaxtda baş tutmaq ehtimalı müzakirə olunurdu. Bu, Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü idi. Çempionatı təşkil edən qurum “qırmızı-qaralar”a müraciət edib və müsbət cavab alıb. Beləliklə, qızıl və gümüş medalçıların son dueli Qəbələ şəhər stadionunda yox, “Azərsun Arena”da keçiriləcək.
Əslində hadisələrin axarı bundan xəbər verirdi. Bir müddət öncə “Qəbələ”nin fanklubu “Red Black Army”nin mövqeyini öyrənmişdik. Azarkeş qrupu da yerdəyişməyə razı idi. “Əzəli rəqib meydanımızda kubok qaldırmasın” fikri səbəb göstərilmişdi. Elə “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında da Roman Qriqorçuk PFL-in təklifinə müsbət rəy bildirmişdi.
Artıq məsələ həllini tapıb. “Qəbələ” son oyunu Bakıda keçirməyə razıdı. Bununla bağlı klubun vitse-prezidenti Fariz Nəcəfovdan açıqlama aldıq: “PFL bizə rəsmi qaydada müraciət etdi ki, bizim üçün oyunun Bakıda keçirilməsi rahat olar. Həm “Qarabağ”a kubok təqdim olunsun, həm “Qəbələ”yə, həm də 3-cü yerin sahibinə medallar verilsin. Oyun Qəbələdə keçirilsəydi, bürünc medalçının orda təltif edilməsi mümkün olmayacaqdı. Biz də razılığımızı verdik. Çünki bizim üçün bu oyunun nəticəsi heç bir önəm daşımır. Artıq 2-ci yeri tutacağımız rəsmiləşib”.
Amma burda yenə sual yaranır. Bürünc medal Gəncəyə aparılacaq, yoxsa Bakıda qalacaq? Çünki 3-cü yerin sahibi olmağa üç komanda iddialıdı. “Neftçi”, “Zirə” və “Sumqayıt”ın bürünc medalı qazanacağı bilinmir. Artıq PFL bu məsələnin də həll yolunu tapıb. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən aldığımız məlumata görə, məhz bürünc medalçını da “Azərsun Arena”da təltif etmək məqsədiylə “qızıl” və “gümüş” sahiblərinin dueli bir gün sonraya – mayın 21-nə təyin edilib. Halbuki daha öncə son turun bütün qarşılaşmalarının ayın 20-də baş tutacağı açıqlanmışdı.
Məsələylə bağlı “Qəbələ”nin iki fəal azarkeşinin də mövqeyini öyrəndik. Onlar da yerdəyişmədən narazı deyil.
Vüqar Kovalyov: “Əslində “Qəbələ”nin çempionluq şansları olacağı halda oyunun Bakıda keçirilməsini nəinki mənim kimi fanat, heç baş məşqçimiz Roman Qriqorçuk da istəməzdi və buna razılaşmazdı. İndiki halda bunun heç bir önəmi yoxdu. Bizim meydanda kubok qaldırmasınlar, harda qaldırırlar-qaldırsınlar. Lap Ağdamda qaldırsınlar”.
Sevinc Novruzova: “Təbii, “Qəbələ” fanatı olaraq çox istərdim ki, son qarşılaşma təqvimdə göstərildiyi kimi Qəbələdə baş tutsun. Komandamızın son oyunu doğma meydanda, doğma azarkeşləri önündə keçirilsin. Amma danılmaz faktdı ki, bu oyunun nəticəsindən asılı olmayaraq, çempionatın qızıl və gümüş medallarının sahibləri artıq bəllidi. Həm də oyunun vaxtını klub rəhbərliyi PFL-lə razılaşdırıb. “Qəbələ” azarkeşləri olaraq bizim üçün məkanın və zamanın fərqi yoxdu. “Qəbələ” adının olduğu hər yerdə biz də varıq. Matçın nəticəsindən asılı olmayaraq, maraqlı qarşılaşma gözləyirəm. Fikrimcə, qollu heç-heçə olacaq. Bizim üçün əsas “Keşlə” ilə final qarşılaşmasıdı. İnanıram ki, komandamız mayın 28-də baş tutacaq oyunda qələbə qazanıb, kuboku başı üzərinə qaldıracaq”.
Necə deyərlər, alan razı, satan razı. Bəs peşəkarlıq? Harda görünüb ki, iki komandanın mövsümboyu 4 oyunundan 3-ü birinin meydanında keçirilsin? Nahaq yerə axtarmayın. Buna yalnız analoqu olmayan məmləkətdə - Azərbaycanda rast gəlmək olar...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar