14 fev 15:21liqa, reportaj

Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları

Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları
“Qəbələ”nin azarkeşləri Əliyar Ağayevi təhqir etdi

69 Zirə (Bakı) - Qəbələ 2:2 (0:1)
1. Anar Nəzirov – 5,0
28. Təmkin Xəlilzadə - 4,5
23. Yovan Krneta – 5,5
5. Adil Nağıyev – 5,0
39. Sadiq Quliyev – 5,0
16. Akim Latifu – 5,5
(9. Nurlan Novruzov, 89) – qiymətsiz
6. Vüqar Mustafayev – 5,0
11. Viktor İbokoyi – 5,5
(8. Milan Duriç, 85) – qiymətsiz
10. Elvin Məmmədov (k) – 5,5
7. Amadu Sanqar – 5,0
(92. Cavid Tağıyev, 53) – 4,5
43. Riçard Qadze – 6,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
32. Sahil Cəfərov
44. Migel Lorentso
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Riçard Qadze

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov – 5,0
3. Voislav Stankoviç – 5,5
5. Rasim Ramaldanov – 4,5
88. Tellur Mütəllimov – 5,5
7. Nika Kvekveskiri – 5,0
19. Filip Ozobiç – 6,0
14.Cavid Hüseynov (k) – 5,5
(4. Elvin Camalov, 90+2) – qiymətsiz
10. Ruslan Qurbanov – 4,5
(77. Araz Abdullayev, 64) – 4,0
9. Sergey Zenyov – 5,5
(17. Məhəmməd Mirzəbəyov, 77) – qiymətsiz
31. Daniel Subotiç – 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
18. Baqali Dabo
21. Roman Hüseynov
27. Teo Uiks
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: D.Subotiç, 37 (0:1, S.Zenyov). V.İbokoyi, 53 (1:1). F.Ozobiç, 88 (1:2, C.Hüseynov). R.Qadze, 90+4 (2:2, Y.Krneta).
Vərəqələr: R.Ramaldanov, 57 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 59 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 66 (qeyri-idman hərəkəti). V.İbokoyi, 72 (qeyri-idman hərəkəti). A.Nağıyev, 78 (qeyri-idman hərəkəti). V.Mustafayev, 82 (qeyri-idman hərəkəti). D.Subotiç, 90+3 (qeyri-idman hərəkəti) – sarı. R.Ramaldanov, 74 – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeylanov, Rza Məmmədov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
12 fevral. Zirə. İdman Kompleksinin stadionu. 1100 tamaşaçı (2000 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.


Günün ikinci oyunu Zirədə baş tutdu. “Avrokuboklar zonası”na düşmək uğrunda mübarizə aparan meydan sahibləri qarşısına çempionluq məqsədi qoyan “Qəbələ”ni qəbul edirdi. “Qarabağ”ın Gəncədə minimal hesabla qələbə qazanması qonaqların səfərdən üç xalla dönmək istəyini birə-beş artırmışdı desək, yanılmarıq. Əks halda liderlə xal fərqi artacaqdı. Əlbəttə, Roman Qriqorçukun komandası matçdan öncə favorit idi. Lakin heyətdə, xüsusilə müdafiə xəttində itkilərin olması qonaqları narahat etməyə bilməzdi. Üstəlik, qışda həm oyun üslubu, həm də heyəti yetərincə dəyişikliyə məruz qalan “Zirə”nin doğma meydanda asanlıqla təslim olacağını çox az adam təxmin edirdi. 90 dəqiqənin tamamında onlar da yanıldılar.
Qarşılaşma sakit tempdə start götürdü. Düzdü, qonaqlar daha çox topa sahib olmağa, cinahlardan hücumlar təşkil etməyə çalışırdı. Lakin “Zirə”nin arxa xətt oyunçularının inamlı oyunu və qonaqların qeyri-dəqiq ötürmələri buna imkan vermirdi. Qəbələlilər daha fəal olsa da, ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. 6-cı dəqiqədə küncdən zərbə zamanı Hüseynov topu istədiyi kimi uzaqlaşdıra bilmədi. Topa sahib çıxan Krnetanın zərbəsində isə dəqiqlik çatışmadı. Matçın növbəti 10 dəqiqəlik periodu hər iki komandanın ifasında sönük oyunla yadda qaldı. Həm “Qəbələ”, həm də “Zirə” tez-tez top itkisinə yol verir, oyunun tempi aşağı düşürdü. İlk dəqiqələrdən qonaqların heyətində Zenyov özünə bənzəmirdisə, meydan sahiblərindən Xəlilzadə topu tez-tez itirir, kiçik follarla yadda qalırdı. Görüşdə ikinci təhlükəli vəziyyəti də 17-ci dəqiqədə Abbasovun yetirmələri yaratdı. Bu dəfə də rəqibin, daha dəqiq desək, ilk 20 dəqiqənin ən zəif bəndi olan Zenyovun mərkəzdə topu itirməsindən onra Amadunun cərimə meydançasının kənarından vurduğu zərbəni Bezotosni dəf etdi. Sürətin olmadığı, hər iki komandanın kiçik follarla bir-birinə hücum qurmağa imkan vermədiyi ilk yarıya gözəllik qatan yeganə məqam “Qəbələ” azarkeşlərinin mahnı oxuması və “Zirə” tərəfdarlarının onlara cavabları idi. Qonaq azarkeşlər fəal olsalar da, komanda bundan ilhamlana, hücumla yarımmüdafiə arasında istədiyi əlaqəni yarada bilmirdi. Ev sahiblərindən isə yalnız Qadze və Məmmədov fəallığı ilə seçilirdi. Hər ikisi dayanmadan pressinq edir, topu ələ keçirəndən sonra komanda yoldaşları boş mövqeyə açılana kimi onu özlərində saxlayır, imkan düşdükcə sürətli keçidlər reallaşdırırdı. “Zirə”də çatışmayan cəhət topu ələ keçirəndən sonra meydanın rəqibə aid hissəsində çoxala bilməmələri idi. Sükut 37-ci dəqiqədə pozuldu. Təmkin topu itirəndən sonra onu ələ keçirən Zenyov sürəti hesabına irəliləyərək rəqibin cərimə meydançasına girdi və uzaq dirəyin yanında boş qalan Subotiçə ideal ötürmə verdi. Sonuncu isə çətinlik çəkmədən toru silkələdi. Ardınca Amadunun uzaqdan zərbəsini Subotiç dəf etdi. 44-cü dəqiqədə qonaqlar daha bir qol vurub, fasiləyə rahat yollana bilərdi. Amma Zenyovdan əla ötürmə alan Ozobiç topu düz qapı xəttinin üzərində dayanan Krnetanın üstünə vurdu.
Hesabda geri olan “Zirə” ikinci hissəyə fəal başladı. Çox keçmədən bu öz nəticəsini verdi. Künc nöqtəsindən ötürülən topu qonaqlar istədiyi kimi uzaqlaşdıra bilmədi. Krnetanın zərbəsindən sonra “mərmi” müdafiəçiyə dəysə də, qayıdan topu İbokoyi qapıdan keçirdi və tarazlığı bərpa etdi. Qoldan sonra bir az sakitləşən “qartallar” 61-ci dəqiqədə rəqibini azlıqda yaxaladı. Amma fasilədən sonra meydana çıxan Tağıyev perspektivli hücumu məntiqi sonluğa çatdıra bilmədi. “Qəbələ”nin ikinci hissədəki ən real qol vəziyyəti 70-ci dəqiqəyə təsadüf etdi. Meydana çıxandan sonra cəmi bir dəfə “radarlara düşən” Arazın ötürməsi Zenyova çatsa da, eston hücumçunun zərbəsini Anar dəf etdi və epizod sonunda Latifu topu qapı xəttindən geri qaytardı. Qonaqlar 74-cü dəqiqədə daha bir zərbə aldı. Belə ki, Qadzenin qapıçı ilə üzbəüz qalmasına Ramaldanov mane oldu. Ağayev isə Rasimə ikinsi “sarı”dan sonra avtomatik qırmızı vərəqə göstərərək, debüt matçında onu meydandan qovdu. Qonaqlar azlıqda qalsa da, hücumlarını davam etdirirdi. “Zirə” isə sanki heç-heçəyə razıymış kimi geri çəkilib, rəqibi əks-hücumda yaxalamaq imkanı gözləyirdi. 78-ci dəqiqədə Kvekveskirinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının üstündən keçdi. 5 dəqiqə sonra isə Subotiçin başla zərbəsində dəqiqlik çatışmadı. Son dəqiqələr dramatik alındı. Belə ki, 88-ci dəqiqədə “Qəbələ” ikinci qolu vurmağa müvəffəq oldu. “Zirə”nin meydanın özünə aid hissəsində topu itirməsindən sonra Cavid müdafiənin arxasına qaçan Ozobiçə mükəmməl ötürmə verdi. Xorvat yarımmüdafiəçi eyni gözəlliklə komandasının ikinci, özünün isə çempionatda 10-cu qolunu vurdu. Əslində qoldan sonra çoxları hər şeyin bitdiyini zənn edirdi. Amma cücəni payızda, hesabı isə hakimin final fitindən sonra sayarlar. Oyuna əlavə olunan dəqiqələrdə bütün komanda ilə hücuma keçən “Zirə” tarazlığı bərpa edə bildi. 4-cü uzatma dəqiqəsində yenə standart vəziyyətdən sonra, yenə Krneta topa yüksəldi və onun başına sürtünən top Qadzeyə qismət oldu. Qapıçı ilə üzbəüz qalan qanalı hücumçu isə “çərçivə”ni dəqiq nişan aldı – 2:2. Hərçənd ötürmə anında ofsaydla bağlı ciddi şübhələr var. Bununla da sona qədər vuruşan “Zirə” 1 xal qazandı, “Qəbələ” isə 2 qızıl xal itirdi. Bu cütlüyün mübarizəsində qazanan tərəf həm də “Qarabağ” oldu.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
• Saat 16.30-da başlamalı olan matç 6 dəqiqə gecikmə ilə start götürdü.
• Oyunu izləyənlər arasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da var idi.
• Sevimli komandalarını dəstəkləməyə gələn qonaqların da xeyli azarkeşi Zirəyə təşrif buyurmuşdu.
• Görüş boyunca fəal olan “Qəbələ”nin azarkeşləri həm də tez-tez hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlədirdi. Onların bu hərəkəti 70-ci dəqiqədə klubun meneceri Səbuhi Səfiyarlını da özündən çıxardı. Səbuhi bəy hətta onlara yaxınlaşıb belə etməmələriylə bağlı göstəriş verdi.
• Rasim Ramaldanov meydandan qovulandan sonra qonaq azarkeşlər Əliyar Ağayevi daha bir neçə dəfə təhqir etdilər.

Reaksiyalar
Roman Qriqorçuk: “Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Uşaqlar yaxşı oyun sərgilədilər. Lakin elə şeylər var ki, bu gün bizim əleyhimizə işlədi. Bu üzdən 2 xal itirdik. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydança bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Hansı ki, buraxmamalıydıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər. Narahat olmağa əsas yoxdu. Yaxşı oyun göstərmişik. Amma nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdü, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil. Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədi. İki müdafiəçimiz zədəlidi. Bu gün də Rasimi itirdik. Əhvalımızı korlamamlı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki”.
Ayxan Abbasov: “Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Ona görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik. Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdi. Üstəlik, evdə oynayırdıq. “Qəbələ” də güclü komandadı, son illər öz sözünü deməyi bacarıb. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçulu sistemə keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı oynayacaqlar. Çalışacağıq xallarımızın sayını artıraq. “Qarabağ”la aramızda hansısa münasibətin olduğunu deyirlər. İlk dəfə özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşanmışdı. Vaxtilə AZAL - “Qarabağ” matçında da eyni söz-söhbətlər yaranmışdı. Həmin oyunda “Qarabağ” rəqibinə uduzmuşdu. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budu. Bizim sponsorumuz başqa, onlarınkı başqa. Bizə pul verən, nəzarət edən başqa, onlarda başqa. “Qarabağ” güclüdü və onlara qarşı oynamaq çətindi. Bu gün onlara rəqib yoxdu. “Qəbələ” də çempionluğa oynayır, amma “Qarabağ” tam fərqli oyun göstərir. Düzdü, “Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. “Qəbələ”də elə adamlar var ki, münasibətimiz yaxındı. “Qarabağ”da da münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm “Qəbələ”dən 3 oyunçu almışdıq. O demək idi ki, onlara oyun verməliyik? Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündülər. Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. “Qəbələ” də qapımızda ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki “Qəbələ”nin bu baxımdan problemi olduğunu bilirdik. Qol buraxmağımız isə anidən oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudu, şansını qaçırmadı. Elvin Məmmədov “Qarabağ”la görüşü zəif keçirdi. Açığı, onu meydana buraxmaq istəmirdim. Amma özü çox oynamaq arzusunda idi. 4 gündən bir meydana çıxırdı, yorulmuşdu. Əks-hücumdan oynamaq istəyirdik. Elvin Məmmədov birinci hissədə istədiyim kimi oynamadı. 3 hücumçu buraxmışdım. Uduzmaq istəsəydim, 3 hücumçu ilə oynayardım? “Real” – “Barselona” matçında da bəzən vərəqə olmur. Bəzən də 3-4 qırmızı vərəqə qeydə alınır. Oyun belə gətirib, vərəqə verilmirsə, buna biz nə edək? Özümüz futbolçulara vərəqə paylayaq? “Qarabağ”ın ciddi qol vəziyyətləri olmurdu. Sadəcə, müdafiədən çıxa bilmirdik. Futbolçularımızda “Qarabağ”a, “Qəbələ”yə qarşı qorxu hissi var. Güclü legionerlər də Azərbaycanda bu komandanı tanıyır. “Zirə”ni yavaş-yavaş tanıyacaqlar. Oyun vermək, oyun almaq bizə yaddı. Çıxıb meydanda bu cür artistlik eləmərik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar