30 noy 14:44liqa

Roman Qriqorçuk – Qurban Qurbanov duelində ikinci pərdə

Roman Qriqorçuk – Qurban Qurbanov duelində ikinci pərdə

 

Topaz premyer-liqasının 13-cü turuna bazar günü start verildi. İlk oyun günündə iki qarşılaşma baş tutdu. "Kəpəz” evdə "Neftçi”ni məğlub etdisə (2:0), AZAL-la "Sumqayıt” Şüvəlanda "sülh”ə razılaşdı (1:1). Dünən isə daha bir görüş keçirildi. "Zirə” doğma azarkeşləri önündə "İnter”lə heç-heçə etdi (1:1). Bu günkü qarşılaşma ilə tura yekun vurulacaq. Mərkəzi qarşılaşmanda "Qarabağ”la "Qəbələ” üz-üzə gələcək. Çempionluq yolunda ən önəmli matçlardan biri hesab olunan bu görüşü də digər 3 oyun kimi "CBC Sport” vasitəsilə canlı yayınlanacaq.

 

Topaz premyer-liqası

2-ci dövrə, 13-cü tur

29 noyabr
52. Qarabağ – Qəbələ
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov, Əliyar Ağayev, Orxan Məmmədov.
Hakim-inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 16: +8=5-3, 24-13.

2006/07 - 3:2; 2007/08 - 2:1; 2008/09 - 0:0; 2009/10 - 0:0, 1:1; 2010/11 - 3:0; 2011/12 - 0:1, 1:1; 2012/13 - 1:2, 1:0; 2013/14 - 4:3, 3:0; 2014/15 - 2:0, 0:1; 2015/16 - 1:1, 2:0.

Cəzalı: yoxdu.

"Futbol+”in proqnozu: 35-35-30

Suraxanı. Azərsun Arena. Saat 19.00

 

1. Qəbələ 12 8 4 0 27-4 28

2. Qarabağ 12 9 1 2 24-5 28

3. İnter 13 6 6 1 21-12 23

4. Kəpəz 13 3 6 4 9-11 15

5. Zirə 13 4 3 6 11-14 15

6. Sumqayıt 13 3 5 5 12-18 14

7. Neftçi 13 3 0 10 9-29 9

8. AZAL 13 0 5 8 5-25 5

Bombardir: Baqali Dabo (Qəbələ) – 7.

 

Hələ çempionat start götürməmiş hər kəs qızıl medallar uğrunda mübarizənin məhz "Qarabağ”la "Qəbələ” arasında gedəcəyini proqnozlaşdırırdı. "Azərsun Arena”da keçiriləcək qarşılaşma hər detalı ilə böyük maraq doğurur. Turnir cədvəlinin zirvəsində qərarlaşan və cari mövsüm məğlubiyyət acısı yaşamayan "Qəbələ” qalib gəlsə, "qış çempionluğunu” rəsmiləşdirəcək. Düzdü, heç-heçə də "qırmızı-qaralar”ı zirvədə saxlayır. Lakin Roman Qriqroçukun yetirmələri çempionluq yolundakı əsas rəqibini yenməklə, "şərikli lider” ifadəsindən qurtulmaq niyyətindədi. "Qarabağ” isə qalib gəlməklə ikinci pilləni "Qəbələ”yə təhvil verib, qışa lider kimi yollanmaq imkanı qazanacaq. Belə deyək, qarşılaşmanı 6 xallıq oyun kimi də qiymətləndirmək olar. Həm "Qarabağ”, həm də "Qəbələ” həftəiçi Avroliqada məğlubiyyət acısı yaşayıb. Qitənin ikinci dərəcəli klub turnirində 1/16 final şansını 3-cü turda itirən Qriqorçukun yetirmələri "Anderlext”ə uduzdusa (1:3), "Qarabağ” "Slovan”la gsəfərindən ağır məğlubiyyətlə (0:3) dönərək, pley-off arzusunu olduqca çətinə saldı. Bu isə qəbəlilərdən daha çox, Qurban Qurbanovun komandasının əhval-ruhiyyəsinə təsir edib. Bununla belə, "köhlən atlar” doğma meydan amilindən yararlanmağa çalışacaq. Ağdamlılar 3 xalı qazansa, ilk dövrədəki 0:2 hesablı yenilginin qisasını almış olacaq. Həmin görüşdə fərqlənən Baqali Dabonun zədə üzündən bu matçı buraxcağını da bildirək. Qurbanovu isə zədəli Rəşad Sadıqovun yoxluğu qayğılandırır. Hə, matç baş məşqçilər baxımından da diqqət mərkəzindədi. Son illər ölkəmizi beynəlxalq arenada yaxşı tərəfdən təmsil edən iki çalışdırıcının növbəti duelindən kimin qalib ayrılacağına 90 dəqiqə aydınlıq gətirəcək. Təbii, bu cür oyunlarda start heyəti, fiziki hazırlıq, oyunun gedişindəki rotasiyalar böyük önəm daşıyır. Lakin razılaşaq ki, "Qarabağ”la "Qəbələ”nin budəfəki mübarizəsində psixoloji durum da həlledici amillərdən biri olacaq. Məhz bu sadalananlara görə baş məşqçilərin üzərinə böyük yük düşür. Həmçinin ayrı-ayrı futbolçular arasında müqayisə baxımından da Suraxanıdakı matçın əhəmiyyəti böyükdü. Prinsipial qarşılaşmanın baş hakimi FİFA referisi Rəhim Həsənovdu. Bu rəqiblərin ilk duelini də məhz Həsənov idarə etmişdi. Ümid edək ki, ölkənin futbol ictimaiyyətinin marağında olan görüşə ədalət təmsilçisinin işi kölgə salamayacaq.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar