16 may 10:21liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...debütü...

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hələ yanvarda, hakimlərin Antalya toplanışında “Futbol+”ə verdiyi müsahibədə bir çox məqamlara toxunmuşdu. Bəndənizin ünvanladığı “yeni kəşflər gözlənilirmi” sualına Məmmədov təxminən bu cür cavab vermişdi: “Məni ən çox sevindirən bəzi premyer-liqa üzü görməyən hakimlərin özlərini yaxşı tərəfdən göstərməsidi. Onlardan Vüqar Həsənli və Rəşad Əhmədovu fərqləndirə bilərəm. Çox güman, çempionatın ikinci yarısında onlara şans veriləcək”.
Xaqani bəyin dediyi Vüqar Həsənli ilə Rəşad Əhmədov bir neçə tur öncədən dördüncü hakim kimi təyinat alırdı. Qalırdı baş hakim kimi debüt etmələri. Bu isə 27-ci tura, yəni bəzi suallara aydınlıq gələndən sonraya təsadüf etdi. “Keşlə” – “Qarabağ” oyunu xüsusi prinsipiallıq daşımırdı. Meydan sahiblərinin premyer-liqadan Avroliqaya vəsiqə qazanmayacağı çoxdan dəqiqləşib. Bakılıların ümid yeri ölkə kubokunadı. “Qarabağ” isə çempionluğu mövsümün başa çatmasına 4 tur qalmış təmin etdiyindən, sonrakı qarşılaşmalar formal xarakter daşıyır. Odu ki, Rəşad Əhmədovun məhz bu oyuna təyinat alması hardasa gözlənilən idi.
“Keşlə”nin son 5 ilin çempionunu darmadağın etdiyi qarşılaşmadan Əhmədov üzüağ çıxmağı bacardı. Hər halda, kobud səhvlərlə diqqəti çəkmədiyi dəqiqdi. Oyundan sonra da baş məşqçilərin idarəçiliklə bağlı iradı olmadısa, deməli, Rəşad özünü şanslı saya bilər. Maraqlıdı, matçdan əvvəl hakimdə hansısa həyəcan var idi? Premyer-liqa oyunu ilə birinci divizion görüşü arasında çox fərq var? Rəşadın atası, ötənlərin məşhur hakimi Rövşən Əhmədovun oğlunun idarəçiliyi ilə bağlı mövqeyi necə olub? Səbəbkarın dilindən eşidək: “Desəm ki, çox rahat idim, həyəcan yox idi, əlbəttə, yalan olar. Təbii, müəyyən qədər həyəcanlı idim. 2008-ci ildən hakimlik etsəm də, premyer-liqada debüt edirdim. Amma çalışırdım ki, həyəcanı içimdə boğum, işimə təsir etməsin. Fikrimcə, oyunu izləyənlər də həyəcanlı olduğumu, yaxud nədənsə çəkindiyimi görmədi. Mümkün qədər qətiyyətli olmağa çalışırdım. Əlbəttə, premyer-liqa ilə birinci divizon və ya əvəzedicilərin çempionatı arasında müəyyən fərqlər var. Ən böyük fərq sürətdi. Bir də futbolçuların ustalıq səviyyəsi. Ona görə də epizodlara yaxın olmağa, daha çox qaçmağa çalışırdım. Öz idarəçiliyim haqda nəsə deməyim doğru olmaz. Oyundan sonra videoyazıya baxdım. Kiçik səhvləri gördüm, amma faciəvi bir şey görmədim. Əsas odu, nəticəyə, yekun nəticəyə təsir edən nöqsanlarım olmadı. Atam da mövqe seçimi ilə bağlı məsləhətlərini verdi, diqqətimdən yayınan məqamları söylədi”.
...azarkeşi...
Premyer-liqa oyunlarında tanınmış şəxsləri görmək jurnalistlər üçün yağlı materialdı. Ən pis halda şəklini çəkib, ictimaiyyətə məlumat verirsən. Müsahibə almaq imkanı yarananda isə bir başqa aləm olur. İndiyə qədər nazirlərin arasında ən çox rastımıza çıxan fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub. Bu da səbəbsiz deyil. Heydərov “Qəbələ”nin himayədarıdı və imkan düşdükcə komandasının oyunlarını canlı izləyir.
Artıq daha bir naziri azarkeş hesab edə bilərik. Söhbət “Sumqayıt”ın Müşahidə Şurasının sabiq sədri, “Azərikimya”nın İdarə Heyətinin sabiq rəhbəri, bir müddət əvvəl ekologiya və təbii sərvətlər naziri təyin olunan Muxtar Babayevdən gedir. Babayev komanda üçün həssas sayılan məqamda, yəni “Qəbələ”ylə çətin görüşdə “Kapital Bank Arena”ya təşrif buyurmağı özünə borc bilmişdi. Matçın şənbə gününə təsadüf etməsi, üstəgəl, saat 19.00-da başlaması da nazir üçün göydəndüşmə olmuşdu.
Düzdü, Muxtar bəy “Azərikimya”da çalışdığı müddətdə daim “Sumqayıt”la maraqlanar, əlindən gələn köməki göstərməyə çalışardı. Gözləmək olardı ki, nazir postunu tutandan sonra futbol və “Sumqayıt” onun üçün arxa plana keçəcək. Amma yox. Üstəlik, daim ayaqüstə görməyə alışdığımız qonaq bu dəfə VİP-lojada qərarlaşmışdı.
Görəsən, klub rəsmilərinin bundan xəbəri var idi? Nazirin stadiona gələcəyi haqda öncədən məlumat verilmişdi? Babayevin tribunada peyda olması klub rəhbərliyi üçün gözlənilməz olmadı ki? Suallara cavabı klubun mətbuat katibi Rəşad Məmmədovdan almağa çalışdıq: “Muxtar Babayev, demək olar, hər ey oyununda stadionda olur. İstisna hallarda gəlməyə bilər. Amma ümumi götürsək, komandanın sadiq azarkeşlərindən sayılır. Ona görə də budəfəki gəlişi təəccüblü görünmədi. Gələcəyi haqda məlumat verilmişdi, ya yox – bunu dəqiq deyə bilmərəm. Çünki bu cür işlərlə klub rəhbərliyi məşğul olur. Oyundan əvvəl deyə bilmərəm, amma dəfələrlə olub ki, matçdan sonra komanda üzvləri ilə görüşüb. Bu dəfə görüşüb-görüşmədiyini dəqiq bilmədim”.
...yoxluğu...
“Kəpəz”in premyer-liqa ilə vidalaşacağı haqda qərarın verilməsi, görünür, klubda çalışanların əhval-ruhiyyəsinə və iş fəaliyyətinə təsirsiz ötüşməyib. Bəlkə də buna görəydi ki, klubun mətbuat katibi Azad Mustafayev “Zirə”ylə oyun üçün Bakıya gəlməyə ehtiyac duymamışdı. Ya da “Kəpəz”in elitada qalmayacağını bildiyindən, əlavə xərc çəkməyi gərəksiz saymışdı. Bildiyiniz kimi, komanda üzvləri Bakıdakı oyunlara paytaxtda hazırlaşır. Mətbuat katibi isə Gəncədə yaşayır. Bu isə o deməkdi ki, Mustafayev Gəncədən Bakıya gəlib-qayıtmaq üçün 50 manat xərcə düşməliydi. Daha doğrusu, klub bu məbləği qarşılamalıydı. Azad məlum qarşılaşmada görünməyincə, Yunis Hüseynovun mətbuat konfransını “Zirə”nin sözçüsü Elmar Abdullazadə açıq elan etdi.
Təbii, yazdıqlarımız ehtimaldı. Kənardan görünən və ağla gələn ilk fikir. Amma reallığı bilmədən məsələnin üstündən keçmək olmaz. Odu ki, Azad Mustafayevin özü ilə söhbətdə əsl səbəbi üzə çıxarmağa çalışdıq: “Dediklərinizin heç biri səbəb deyil. “Kəpəz” elitanı tərk etdi, ya etmədi – bu mənim işimdi. Son tura qədər üzərimə düşən öhdəliyi yerinə yetirməliyəm. Sadəcə, oyundan əvvəl ortaya şəxsi problemlər çıxmışdı. Onları həll etmək üçün isə Gəncədə qalmalıydım. Belədə ilk olaraq Elmar Abdullazadəyə zəng vurub, bu işdə mənə yardım edə bilib-bilməyəcəyini soruşdum. Sağ olsun, heç bir problemin olmadığını dedi. Elmarın razılığını alandan sonra isə klub rəhbərliyi ilə danışıb, vəziyyəti başa saldım, onlar da Bakıya gedə bilməməyimi anlayışla qarşıladılar. Yəni pul, yaxud motivasiyasızlıqla bağlı deyildi. Sırf şəxsi problemimə görə gedə bilməmişdim”.
...təhqiri
Hazırda premyer-liqada çalışan gənc məşqçiləri birləşdirən ortaq cəhət var: hamısı çılğındı. Samir Abasov da əsəblərinə hakim ola bilmir, Ayxan Abbasov da, Samir Əliyev də.
Abasovla Abbasov mövsümün gedişində hərəyə iki dəfə hakimlərin sərt üzünə tuş gəlmişdi. Ayrı-ayrı vaxtlarda iki dəfə texniki zonadan qovulmuş və bir neçə oyunu kənardan izləmək məcburiyyətində qalmışdılar. Bu dəfə növbə Əliyevin idi. Düzdü, Samir bəy digər iki həmkarı qədər özünə əl qatmır. Amma bəzi oyunlarda hakim qərarlarına sərt reaksiya göstərsə də, ona güzəşt olunub. Lakin 27-ci turda bağışlanılmadı. Necə deyərlər, hər şeyin bir həddi var.
İlk hissənin sonlarına yaxın top “Neftçi”nin futbolçusuna dəyib meydanı tərk etsə də, laysman Knyaz Əmiraslanovsəhvən aut qərarını “ağ-qaralar”ın xeyrinə verdi. Samir Əliyev gözünün qarşısında baş verən epizoda biganə qala bilməyincə, Əmiraslanovu “gəlişigözəl” sözlərə qonaq etdi. Hakimi söyməsi azmış kimi, etirazını davam etdirincə, əsas söz sahibi Rauf Cabbarov “Səbail”in çalışdırıcısını texniki zonadan qovdu.
Əliyev oyunsonrası mətbuat konfransında düzgün etmədiyini və haqlı olaraq qovulduğunu etiraf etdi. Düşünmək olardı ki, bu sözlərin sahibi təhqir etdiyi Knyaz Əmiraslanovdan üzr istəyib. Amma yox. Əlaqə saxladığımız laysman belə bir halın yaşanmadığını söylədi: “Oyunda belə halla olur. Ola bilsin, Samir Əliyev həmin an əsəblərinə hakim ola bilmədi. Burda böyüdüləcək bir şey görmürəm. O ki qaldı qarşılaşmadan sonra üzr istəməsinə, xeyr, bu baş vermədi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar