14 fev 15:17liqa, reportaj

“Kəpəz” Gəncədə də uduzdu

“Kəpəz” Gəncədə də uduzdu
Azarkeşlər “Şahin, istefa” şüarı səsləndirdi

70 Kəpəz (Gəncə) – Qarabağ (Ağdam) 0:1 (0:0)
30. Davud Kərimi – 5,5
13. Şəhriyar Rəhimov – 4,5
25. Şəhriyar Əliyev – 5,0
15. Azad Kərimov – 5,0
21. Novruz Məmmədov – 5,0
5. Kərim Diniyev – 5,0
18. Tural Axundov (k) – 4,5
(6. Ceyhun Cavadov, 72) – 4,0
10. Dario Federiko – 4,5
19. Orxan Əliyev – 4,5
(77. Serjinyo, 67) – 4,5
17. Nicat Qurbanov – 4,5
(80. Tural Rzayev, 66) – 4,0
90. Jülyen Ebah – 4,0
Ehtiyat oyunçular
88. Tadas Simaitis
7. Vüqar Bəybalayev
23. Tural Nərimanov
68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Davud Kərimi

13. İbrahim Şehiç – 5,0
25. Ansi Aqolli – 5,0
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,0
18. İlqar Qurbanov – 5,5
2. Qara Qarayev – 5,0
(91. Coşqun Diniyev, 68) – 5,0
20. Riçard Almeyda – 6,0
10. Muarem Muarem – 5,5
8. Miçel – 5,0
22. Əfran İsmayılov – 5,0
(6. Dino Ndlovu, 46) – 5,0
11. Mahir Mədətov – 5,5
(44. Ağabala Ramazanov, 69) – 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
15. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Riçard Almeyda
Qol: M.Mədətov, 65 (İ.Qurbanov).
Vərəqə: A.Ramazanov, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
12 fevral. Gəncə. Şəhər stadionu. 2000 tamaşaçı (25000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.


“Kəpəz” 2017-ci ildə ilk dəfə “doğma divarlar” arasında oyuna çıxırdı. Çempionatın ikinci yarısına bərbad start verən “sarı-göylər” 3 oyunda 3 məğlubiyyət acısı dadmışdı. Bəziləri problemi baş məşqçi ilə bağlayır, onun istefasının faydalı olacağını düşünür. Bir sıra azarkeşlər isə futbolçuların çıxışındakı aşkar enişin səbəblərini kənar amillərlə əlaqələndirir. Bir sözlə, “Kəpəz”də durum heç də ürəkaçan deyil. Bu mənada “qara zolağ”a düşən Şahin Diniyevin komandasının Gəncədə uğursuz axara son verib-verməyəcəyi maraq doğururdu. Hərçənd bu hədəfin “Qarabağ”la görüşdə reallaşması o qədər də asan məsələ deyildi. Qarşısına ardıcıl 4-cü dəfə çempionluq məqsədi qoyan “Qarabağ” Gəncəyə də 3 xal ardınca yollanmışdı. Bir sözlə, çətin durumdan çıxmaq arzusunu reallaşdırmaq istəyən “Kəpəz” doğma azarkeşləri önündə liderə başağrı olmalıydı.
Heyətlərə nəzər saldıqda bəzi məqamlar diqqəti çəkdi. Belə ki, hər iki komandanın start “11-liy”i ötən turla müqayisədə fərqli idi. Ən diqqəti çəkən məqam isə Diniyevin qapıçı seçimi idi. Mütəxəssis Simaitisin son vaxtlar “çərçivə”də buraxdığı səhvlərdən təngə gələrək, qapını Kərimiyə tapşırmışdı. Bundan başqa, “Sumqayıt”la görüşdə sonradan meydana çıxan Jülyenlə Nicat bu dəfə ilk dəqiqələrdən meydanda idi. Qurbanov isə Ağabala, Coşqun və Dinonu ehtiyatda saxlamış, Mahir, Muarem və 4 oyunluq cəzasını başa vuran Riçarda start heyətində yer vermişdi.
Oyuna qonaqlar fəal başladı. Artıq 5-ci dəqiqədə Əfranın zərbəsindən sonra top müdafiəçiyə dəyib istiqamətini dəyişməsəydi, hesab açıla bilərdi. Çox keçmədən Almeyda diqqət mərkəzinə düşdü. Onun cərimə meydançasının xətti üzərindən vuruşu o qədər də qüvvətli alınmasa da, təhlükəli idi. Bu dəfə “köhlən atlar”ın sevinməsinə Kərimi imkan vermədi. 14-cü dəqiqə Riçard yenidən meydan sahiblərini narahat etdi. Onun ötürməyənbənzər zərbəsindən sonra fərqli trayektoriya cızan “mərmi” cüzi fərqlə hədəfdən yan keçdi. Ümumiyyətlə, bu cür örtükdə texnikalı oyun sərgiləmək, qısa ötürmələrlə hücum qurmaq asan məsələ deyildi. Belədə isə “Qarabağ”ın əl-qolu müəyyən mənada bağlanırdı. “Kəpəz” ilk 25 dəqiqədə rəqib qapısına təhlükəli həmlə edə bilmədi. Qurbanovun yetirmələri sanki ənənəvi taktikanın effekt vermədiyini görüb, qol arzusunu reallaşdırmaq üçün daha çox uzaqdan zərbələrə üstünlük verməyə başladı. Belə epizodların biri 22-ci dəqiqədə yaşandı, lakin Əfranın qüvvətli vuruşunda cüzi dəqiqlik çatmadı. Bundan 3 dəqiqədə sonra meydan sahiblərinin ifasında ilk yaddaqalan epizodun şahidi olduq. Kərim uzaqdan bəxtini sınasa da, top az fərqlə qapının yanından keçdi. “Köhlən atlar” bunun cavabını çox gecikdirmədi. Riçardın ötürməsindən sonra Mahir topu bir toxunuşla tora qovuşdurmağa yaxın olsa da, Əliyevin həlledici müdaxiləsi hesabın açılmasına mane oldu. 32-ci dəqiqədə isə Muarem – Kərimi duelindən sonuncu qalib ayrıldı. Həmin vəziyyətdə qapıçının komandasını qoldan xilas etməsi alqışalayiq idi. İlk yarıda sonuncu təhlükəli vəziyyəti “Kəpəz” yaratdı. Əla əks-hücumu Ebah korladı.
Fasilədən sonra Əfranın Dino ilə əvəzləndiyini gördük. Belədə Ndlovu hücumun sivri ucunda qərarlaşdı, Mədətov yarımmüdafiənin sağına çəkildi. Əslində İsmayılov ilk yarıda pis təsir bağışlamamışdı və onun əvəzlənməsi gözlənilməz oldu. Yalnız oyunsonrası mətbuat konfransında Qurban Qurbanov dəyişikliyin səbəbini deyənə qədər. 50-ci dəqiqədə Miçel cərimə meydançası daxilində Əliyevlə mübarizə zamanı yerdə qalsa da, nə “Qarabağ”lının penalti istəyi, nə də meydan sahiblərinin simulyasiyaya görə sarı vərəqə tələbi hakim tərəfindən qəbul olundu. Bir saatın tamamında Dino ilə paslaşmanın ardından Riçard “çərçivə”ni nişan alsa da, dəqiq olmadı. Cəmi 1 dəqiqə sonra “sarı-göylər” hesabı açmağa yaxın idi. Əks-hücum zamanı Dario qapı önünə asma etdi, Orxan ani toxunuşla topu Maksimin başı üzərindən aşırıb, Nicatı zərbə mövqeyinə çıxardı. Lakin sonuncunun yaxın məsafədən fərqlənməsinə Bədavinin həlledici müdaxiləsi mane oldu. “Qarabağ”ın növbəti həmləsi isə qolla nəticələndi. Muaremin asmasından sonra İlqar topu mərkəzə qaytardı və Mahir başla fərqləndi. Qol epizodundan öncə Mədətovla Xəlilovun mübarizəsi zamanı hər ikisi yerdə qalmışdı və meydan sahiblərinin buna görə hakimə kəskin etiraz etdiyini də vurğulayaq. Həmçinin “sarı-göylər”in Muaremin asması zamanı topun havada olarkən meydanı tərk etməsi ilə bağlı da narazılığı vardı. Çox keçmədən Dino Miçelin asmasından sonra topu “çərçivə”yə yönəltsə də, Kərimi yaxşı oynadı. Qolkiper 85-ci dəqiqədə Ağabalanın da fərqlənməsinə imkan vermədi. Hər halda, Davud, oyun təcrübəsinin azlığına rəğmən, bu oyunda heç də pis təsir bağışlamadı. Bununla belə, “Kəpəz” 3-cü dövrədə ardıcıl 4-cü məğlubiyyətini aldı.
FARİZ, HİDAYƏT

Reaksiyalar
Qurban Qurbanov: “Həm çətin, həm də maraqlı oyun oldu. Futbolçular bu gün meydanda əsl xarakter nümayiş etdirdilər. Belə şəraitdə çox yaxşı oyun sərgilədilər. Meydança amili ürəkaçan deyildi. Açığı, nə süni, nə də bu cür ot örtüklü futbol meydançalarının heç biri ilə razılaşmıram. Əfranda da problem oldu. Futbolçularıma minnətdarlığımı bildirirəm. Öz azarkeşlərimizi də unutmaq istəmirəm, onlar da möhtəşəm idilər. Ancaq gəncəli fanatlar məni və “Qarabağ”ı xüsusi hörmətlə qarşılayıblar. Bu rəqibimizin ardıcıl 4-cü məğlubiyyəti idi. Ancaq nəzərə almaq lazımdı ki, məğlubiyyətlərdən 3-ü səfərdə qeydə alınıb. Şahin Diniyevə və komandasına gələcək oyunlarda uğurlar arzulayıram. Ağabalanın epizoduna gəlincə, düşünürük ki, orda sarı vərəqəlik heç nə yoxdu. Ola bilər ki, hakim "sarı"nın olduğunu düşünür. Ancaq biz öz etirazımızı edəcəyik. Artıq protokola da yazmışıq”.
Şahin Diniyev: “Bu gün meydanda bir-birinə güzəştə getməyən iki komanda var idi. Qələbə qazanmaq, xal almaq istəyirdik, sadəcə, rəqibin ustalığı buna mane oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Düşünürəm ki, heç-heçə ədalətli nəticə olardı. Futbolçular da artıq yavaş-yavaş ayılır. Futbolçularım meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Deyiləsi bir söz yoxdu, irəli baxmaq lazımdı. Bizim evdə oyunlarımız çoxdu. Nəticə qazanacağıq. Mən özüm haqda bəy tərifi desəm, düz çıxmaz. Hansısa azarkeş istefa verməyimi istəyə bilər. Hər azarkeş özünə görə haqlıdı. Futbolçularımızın nəyə qadir olduğunu özüm bilirəm. Getmək çox asandı. Amma qalıb mübarizə aparmaq lazımdı. Onu da deyim ki, mən kreslodan bərk yapışmamışam. Rəhbərlik desə, gedəcəm. “Qarabağ” kimi komandaya qarşı belə oynadıqsa, deməli, növbəti oyunlarda uğur qazana bilərik. Hazırda komandanı tək qoyub getmək ağılsızlıq olardı. Davuda gəlincə, ümidləri doğrultdu. Tadas Simaitisin üzərində psixoloji təzyiq var. Kərimi də heç bir səhvə yol vermədi. Ancaq onu da deyim ki, Tadasın üstündən xətt çəkməmişik. Bizə böyük köməyi dəyib”.
Gözdən qaçmadı
* Oyundan əvvəl baş hakim hər iki komandanın kapitanları arasında püşk atdıqdan sonra “Kəpəz” meydançanın sağ, ağdamlılar isə sol tərəfində keçməli olsalar da, yanlışlığa yol verdilər. Görüşün start fitini çalmağa hazırlaşan Ömər Paşayev dərhal komandaları öz mövqelərinə göndərərək yanlış anlaşılmanı aradan qaldırdı.
* “Kəpəz”in son turlardakı uğursuz çıxışına baxmayaraq, Gəncənin icra başısı Elmar Vəliyev komandanı tək buraxmamışdı. Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyevin atası yalnız ikinci hissədə stadiona gəldi.
* Stadionun ot örütüyü acınacaqlı vəziyyətdə idi. İstər futbolçular, istərsə də qapıçılar tez-tez butslarının altını təmizləməyə vaxt ayırırdılar. Xüsusən qapıçılar bu mənada çox əziyyət çəkirdi.
* Fasilədə “Qarabağ”ın ehtiyatdakı oyunçularının isinmə hərəkətlərini yerinə yetirərkən topdaşıyan uşaqlarla “kvadrat” oynaması maraqlı görüntü idi.
* Final fitindən dərhal sonra bir qrup yerli azarkeş “Şahin, istefa” şüarını səsləndirməyə başladı. Bunu görən Diniyevin köməkçisi Xaliq Mərdanov həmin azarkeşlərə sərt reaksiya verərək, onlara tribunadan aşağı düşməyi təklif etdi. Bununla belə, polislər aranı sakitləşdirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar