15 may 00:15liqa, reportaj

“Keşlə” çempionu 16 dəqiqəyə diz çökdürdü

“Keşlə” çempionu 16 dəqiqəyə diz çökdürdü
106. Keşlə - Qarabağ (Ağdam) 3:0 (3:0)
1. Kamran Ağayev (k) – 5,5
33. Tərlan Quliyev – 5,5
27. Adrian Skarlatake – 5,5
3. Denis Silva – 5,5
2. Sərtan Taşkın – 5,5
40. Nemanya Stoyanoviç – 5,0
4. Slavik Alxasov – 5,5
7. Vaqif Cavadov – 6,0
(21. Herve Tçami, 79) – qiymətsiz
10. Sezar Meza Kolli – 6,0
(39. Əlibəy Məmmədli, 72) – 4,5
9. Pərdis Fərcad-Azad – 6,5
(88. Məmməd Quliyev, 66) – 5,0
14. Andre Klennon – 5,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
22. Məqsəd İsayev
66. Murad Qayalı
90. Ebrima Sohna
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Pərdis Fərcad-Azad

1. Anton Kanibolotski – 3,5
77. Vild-Donald Gerye – 3,5
25. Ansi Aqolli (k) – 4,0
32. Elvin Yunuszadə - 3,5
30. Abbas Hüseynov – 4,5
7. Rahid Əmirquliyev – 4,0
91. Coşqun Diniyev – 3,5
(70. Nicat Süleymanov, 77) – 4,0
11. Mahir Mədətov – 4,0
8. Miçel – 4,0
22. Əfran İsmayılov – 3,5
(98. Ruslan Hacıyev, 53) – 4,0
90. Ramil Şeydayev – 3,5
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
12. Şahruddin Məhəmmədəliyev
17. Elçin Rəhimli
21. Arif Daşdəmirov
48. İbrahim Qədirzadə
66. Cavid Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abbas Hüseynov
Qollar: A.Klennon, 4 (1:0, P.Fərcad-Azad). P.Fərcad-Azad, 8 (2:0). S.Alxasov, 16 (3:0, V.Cavadov).
Vərəqələr: A.Klennon, 40 (hakimi aldatmağa cəhd). N.Stoyanoviç. 51 (qeyri-idman hərəkəti). Ə.Məmmədli, 85 (qeyri-idman hərəkəti). V-D.Gerye, 75 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
12 may. Bakı. İnter Arena. 2000 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ”la sabiq hakim Rövşən Əhmədovun ulduzu heç vaxt barışmırdı. Hətta yadınızdadısa, 8 il əvvəl klub rəsmi saytı vasitəsilə bəyanat yayaraq, mingəçevirli referini onlara qarşı birtərəfli mövqeyə görə ittiham etmiş, bir daha onu öz oyunlarında görmək istəmədiklərini bildirmişdi. “Keşlə” ilə oyunda da fit mingəçevirli hakimin – Rövşən müəllimin oğlu Rəşadın əlindəydi. O, 90 dəqiqənin sonunda fitini səsləndirəndə “Qarabağ” meydanı xəcalət təri tökərək tərk etdi. Çünki son illər premyer-liqada hegemonluq edən, ardıcıl 5 çempionluq qazanan komanda 6 ildən sonra ilk dəfə darmadağına məruz qalmışdı. Premyer-liqada sonuncu dəfə 2012-də Vaqif Sadıqovlu AZAL Qurban Qurbanovun komandasını böyük hesabla (6:2) yenmişdi...
Düşünəndə ki, bu komanda ayyarım-iki ay sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq, həyəcanlanmamaq mümkün deyil: “Qarabağ” sanki “tökülür”. Pedro Enrike elə şənbə günü ölkəsinə yollanıb, Riçard Almeyda yolüstədi, Rəşad Sadıqov yox, Maksim Medvedov yox, Qara Qarayev yox, Dani Kintana yox... “Keşlə” ilə oyunun protokolunda ehtiyat skamyada təcrübəlilərdən təkcə Şehiçlə Daşdəmirov vardı, qalanı “uşaq-muşaq” idi. Təbii ki, komandada arxayınlıq, motivasiyasızlıq var. Amma istənilən halda, 18 ildə, konkret 54 oyunda cəmi bir dəfə səni 2 top fərqiylə uda bilən komandadan 12 dəqiqə ərzində 3 cavabsız qol yemək nə “Qarabağ”a yaraşdı, nə də komandanın baş məşqçisi Qurban Qurbanova.
İlk dəqiqələrdən hiss olundu ki, çempionlar sanki meydana yarıyuxulu çıxıblar. Təəccüblüdü ki, komanda üzvlərində anlaşılmazlıq var idi. Artıq 4-cü dəqiqədə Qurbanovun cinahdan mərkəzə atdığı Aqolli kapitanlıq bir yana, müdafiəçiyə yaraşmayan mövqe səhviylə darmadağının əsasını qoydu. Pərdisin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Klennon Maksimovun həmyerlisi Kanibolotskiyə şans vermədi. 8-ci dəqiqədə Pərdis rəqibin cərimə meydançasının həndəvərində ikili mübarizəni qazandı, yıxıldı-durdu, bir-iki metr irəliləyib topu aşırma zərbə ilə irəli çıxan Kanibolotskinin başının üzərindən tora göndərməklə baxımlı qola imza atdı. Qurban Qurbanov yetirmələrini ayıltmağa çalışsa da, 16-cı dəqiqədə “qatar birdəfəlik getdi”. Təktoxunuşlu ötürmələrlə rəqibin mərkəzini keçən “Keşlə” Vaqifin cinahdan oyuna qoşduğu Slavikin özünəməxsus şəkildə, ayağının çölü ilə fırlatdığı qolla fərqi 3 topa çatdırdı. Düzdü, top yolüstü Yunuszadənin başına da toxundu. İstənilən halda, qol Alxasovun ayağına yazıldı.
Maraqlıdı ki, 3-cü qol da “Qarabağ”ın “qeyrət damarı”nı tərpətmədi. Əksinə, “Keşlə” təhlükəli vəziyyətləri sıralayırdı. 23-cü dəqiqədə Vaqifin qüvvətli zərbəsini Kanibolotski dəf edərək kornerə çıxardı. Bu ikili 32-ci dəqiqədə yenidən diqqət mərkəzinə düşdü. Ukraynalı qolkiper topu oyuna daxil edərkən kobud səhvə yol verdi. Pərdis topu ələ keçirib onu Cavadova ötürdü ki, Kanibolotski real qol vəziyyətini önləməklə səhvini qismən düzəltmiş oldu. Az sonra künc zərbəsindən sonra Skarlatakenin fərqlənməsinə son anda topu qapı xəttindən çıxaran Abbas əngəl oldu. 38-ci dəqiqədə isə “Qarabağ” birinci hissədə yaratdığı ilk və yeganə təhlükəli vəziyyətlə yadda qaldı. Bu dəfə Abbasın 20 metrdən vuruşunu Kamran fantastik seyvlə tirin üstündən aşıra bildi. Topun tirə üstdən toxunduğunu da əlavə edək. 40-cı dəqiqədə Vaqif əla ötürmə ilə Klennonu qapıçıyla təkbətək çıxardı. Di gəl ki, yamaykalı topla səliqəsiz davrandı, daha sonra Kaniboltskiyə toxunmamış özünü yerə atdı. Gənc referi hücumçunun simulyasiyasına aldanmadı.
İkinci hissədə “Keşlə” nisbətən sakitləşdi. Bununla belə, üstün olan tərəf yenə meydan sahibləri idi. 62-ci dəqiqədə Vaqifin pressinqi bəhrə verdi. Mərkəzdə topu ələ keçirən yarımmüdafiəçi sürətlə irəli şığıdı və rəqibin cərimə meydançasına daxil olub qüvvətli zərbə endirdi. Top qapıdan cüzi fərqlə aralı keçdi. Bir qədər sonra “Qarabağ” fərqi azaltmağa yaxın oldu. Cinah ötürməsini hücuma dəstək verən Yunuszadə sinəsiylə saxlayıb dərhal da zərbə endirdi. “Çərçivə”yə düşməyən topu Miçel tora sala bilərdi. Ancaq ispaniyalının bir metrdən müdaxiləsi nəticə vermədi. 80-ci dəqiqədə isə oyuna sonradan qoşulan Məmmədin zərbəsi yaddaqalan oldu. Kanibolotski gənc yarımmüdafiəçinin uzaq küncə ünvanladığı topu əla reaksiya ilə kornerə göndərdi. Beləliklə, 16 dəqiqəlik qol şousuyla azarkeşlərinə çempion üzərində qələbənin sevincini yaşadan Yuri Maksimovun komandası evdə keçirdiyi ardıcıl 3-cü oyunda da 3 xal qazandı.
MİRAĞA

Gözdən qaçmadı
* Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov premyer-liqada debüt etdi.
* İlk yarıda Vaqif Cavadovun komanda yoldaşı Denis Silvayla sözü çəpləşdi. Bunu görən Yuri Maksimov Vaqifi səsləyib ona barmaq silkələdi. Baş məşqçinin bu hərəkəti isə futbolçunu özündən çıxardı. Əsəbi şəkildə əl işarəsiylə “məni əvəzlə” dedi. Fasilədə ukraynalı mütəxəssis futbolçuya iradını çatdırmaq üçün meydanın mərkəzinə qədər irəlilədi. Oyunu VİP-dən izləyən Vaqifin atası Füzuli Cavadov da oğluna səslənib sakitləşməyi tələb etdi. Maraqlıdı ki, Vaqif 79-cu dəqiqədə əvəzlənəndə Maksimov yetirməsinin əlini sıxdı və hər ikisi güldü.
* Sevimli komandalarının darmadağına məruz qalmasına baxmayaraq, “İmarət”in üzvləri sona qədər futbolçuları dəstəklədi. Amma fanatların bir davranışı təəccüblü qarşılandı. Qurşaqdan yuxarı soyunan azarkeşlər bir ara arxalarını meydana çevirdilər.

Reaksiyalar
Qurban Qurbanov: “Əvvəlcə rəqibi yaxşı oyun və qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, fikirlərim neqativdi. Futbolçular nəticə barədə düşünmürdü. Bəlkə mən də belə idim. Səhvlərimiz nə idi, burda açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçular meydana konsentrasiyasız çıxmışdı. Görünür, çemodan əhval-ruhiyyəsindəydilər. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Baxmayaraq ki, hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, o birində isə yox. 0:3 hesabıyla uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu. Kimi meydana buraxıramsa, onun öz tapşırığı olur. O, həmin tapşırığı yerinə yetirməlidi. Qol buraxmaqdan heç vaxt narahat olmamışam. Rəqib öz texniki üstünlüyündən istifadə edib qol vurursa, buna görə oyunçumu günahlandırmıram. Lakin rəqib komanda səhvdən yararlanıb qol vurursa, bunu yalnız diqqətsizliklə bağlamaq olar. İkinci hissədə əvəzedici heyətin bir neçə üzvünə şans verdim. 15-30 dəqiqəylə bir şey demək olmaz. Onlar bizimlə təlim-məşq toplanışında olublar. İnanılacaq oyunçulardı. Deyə bilmərəm, növbəti mövsümdə əsas komandada olacaqlar, ya yox. Bunun üçün öz üzərlərində çox çalışmalıdılar. PAOK-un Pedro Enrike üçün 5 milyon avro tələb etdiyi barədə xəbərlə Yunanıstan mətbuatından tanış deyiləm. Amma doğrudu, bu, Pedronun müqaviləsində yazılıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi”.
Yuri Maksimov: “Yetirmələrim bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. “Qarabağ” isə çempionluğu təmin etmişdi deyə rahat idi. İstənilən halda, “Qarabağ” hər zaman təhlükəli rəqibdi. Oyunçularımı parlaq qələbə münasibəti ilə təbrik edirəm. Vaqif Cavadova irad bildirməyimə gəlincə, bəlli oyun sistemimiz var. Buna uyğun oynamaq lazımdı. Halbuki 3:0-dan sonra uşaqlardan bəziləri fərdi oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz. Ukrayna mətbuatında Kiyev klublarından birinə keçəcəyimi yazıblar? Mən belə bir xəbərlə qarşılaşmamışam”.
Buy 100% Legal Steroids
8 Best Legal Anabolic Steroids For Sale

<a href="https://buysteroidslegal.info/#">Shop For The Best Legal Steroids Online</a>

Buy 100% Legal Steroids
How To Buy Legal Steroids

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar