15 may 00:13liqa, reportaj

“Zirə” əzmkar qələbəylə Avroliqa şansını qorudu

“Zirə” əzmkar qələbəylə Avroliqa şansını qorudu
Yunis Hüseynov: “Kəpəz” diviziona düşsə, orda çıxış edib-etməyəcəyi bilinmir”
108. Zirə - Kəpəz (Gəncə) 2:1 (1:1)

1. Anar Nəzirov (k) – 5,0
18. Yani Urdinov – 5,5
3. Jozef Bum – 5,5
5. Adil Nağıyev – 5,0
14. Tellur Mütəllimov – 6,0
4. Vüqar Mustafayev – 5,5
8. Milan Duriç – qiymətsiz
9. Aleksandr Dedov – 6,0
87. Müşfiq İlyasov – 5,0
(38. İlkin Muradov, 46) – 5,0
17. Vüsal İsgəndərli – 6,0
(7. Sadio Tounkara, 65) – 5,5
43. Riçard Qadze – 6,5
(39. Sadiq Quliyev, 84) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
10. Orxan Əliyev
16. İbrahim Aslanlı
29. Comal Uilyams
77. Mirsahib Abbasov
98. Elçin Əliyev
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Riçard Qadze

22. Sergey Litovçenko – 5,0
13. Şəhriyar Rəhimov (k) – 5,5
4. Şəhriyar Əliyev – 5,0
5. Tural Nərimanov – 5,0
11. Kamran Abdullazadə - 4,5
20. Tərzin Cahangirov – 5,5
8. Samir Zərgərov – 6,0
91. Dario Federiko – 5,5
7. Roman Hüseynov – 5,0
(6. Ceyhun Cavadov, 82) – qiymətsiz
10. Tural Rzayev – 5,5
(9. İlkin Sadıqov, 81) – qiymətsiz
21. Murad Səttarlı – 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
2. Yusif Cəfərov
18. Tural Cəlilov
48. Dieqo Qusmao
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Samir Zərgərov
Qollar: R.Qadze, 42 (1:0, V.İsgəndərli). Ş.Rəhimov, 45+2-p. (1:1). T.Mütəllimov, 75 (2:1, A.Dedov).
Vərəqələr: K.Abdullazadə, 42 (qeyri-idman hərəkəti). J.Bum, 55 (qeyri-idman hərəkəti). M.Səttarlı, 60 (qeyri-idman hərəkəti). S.Zərgərov, 90+3 (hakimi aldatmağa cəhd) – sarı. M.Duriç, 9 (aqressiv hərəkət). K.Abdullazadə, 80 (qeyri-idman hərəkəti, ikinci sarı) – qırmızı.
Hakimlər: RAMİL DİNİYEV, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Arif Fərəcov (Bakı).
12 may. Zirə. İdman Kompleksinin stadionu. 1110 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Cari mövsüm Zirədə keçirilən son oyun qonaqlar üçün heç nə ifadə etməsə də, meydan sahibləri üçün olduqca önəmliydi. Qələbə fonunda Avroliqaya vəsiqə qazanmaq şansını qorumaq mümkün idi. Görüş kəşfiyyatsız başladı. Elə ilk dəqiqədə İlyasovun zərbəsi qonaqları həyəcanlandırdı. Bir dəqiqə sonra Federikonun sağ cinahdan yerlə qapıya paralel ötürməsini ram etməkdə çətinlik çəkən Nəzirov zirəlilərin ürəyini ağzına gətirdi. Samirlə Müşfiqin qarşılıqlı qeyri-dəqiq zərbələri də ilk 10 dəqiqəyə sığdı. Bu hələ harasıdı?! Az sonra “Zirə” azlıqda qaldı. Komandası üçün taleyüklü qarşılaşmada heç bir ehtiyac olmadan Şəhriyar Əliyevi kəlləylə yerə sərən Milan Duriç meydandan qovuldu. Hadisələr gözünün önündə cərəyan edən Ramil Diniyev yarımmüdafiəçiyə qırmızı vərəqə göstərməyə bilməzdi. 10 nəfərlə qalsalar da, “qartallar” daha istəkli oynayan tərəf idi. Onsuz da başqa variant yox idi. Prinsipcə heç-heçə də hazırkı durumda “Zirə” üçün məğlubiyyətdən fərqlənmirdi. 5 dəqiqəlik intervalla Mütəllimov və Dedovun uzaqdan zərbələri təhlükəli olmasa da, cinah asmasını tamamlayan Qadzeyə azca dəqiqlik çatmadı. Yarımsaatın tamamında Riçard rəqiblə mübarizədə yerdə qalsa da, hakimin fiti susdu.
Tədricən təşəbbüs gəncəlilərin tərəfinə keçdi. Ərazi üstünlüyünə yiyələnən “Kəpəz” əsasən standart vəziyyətlərdən fərqlənməyə çalışırdı. Ancaq son ötürmələr dəqiq olmadığından real qol vəziyyəti yaratmaq mümkün olmurdu. Əvəzində ani əks-hücumda “Zirə” hesabı açdı. Rəqibdən topu oğurlayan İsgəndərlinin gözəl ötürməsiylə qapıçıyla duelə çıxan Qadze onu aldadıb, topu tora qovuşdurdu. Amma bakılıların sevinci çox çəkmədi. Referi növbəti dəfə “qartallar”ın qəzəbinə tuş gəldi. Belə ki, ədalət təmsilçisi Nağıyevin Federikonun asmasının qarşısını əllə kəsdiyinə işarə verərək, penalti təyin etdi. Meydan sahiblərinin laysmandan imdad diləməsi də bir fayda vermədi. “Nöqtə”yə yaxınlaşan Rəhimov “status-kvo”nu bərpa etdi.
“Zirə” ikinci hissəyə əvəzetməylə başladı. İlk 45 dəqiqədə çox zəif təsir bağışlayan Müşfiqin yerinə İlkin meydana çıxdı. 52-ci dəqiqədə Riçard növbəti dəfə diqqət mərkəzinə düşdü. Dedovun havalandırdığı topu qapıya ünvanlayan Qadze cüzi fərqlə “çərçivə”yə düşə bilmədi. 4 dəqiqə sonra Urdinov yüzfaizlik şansı qaçırdı. Yani yaxın məsafədən “dəri kürə”ni Sergeyin üstünə tuşladı. Hə, çox keçmədən “qartallar” toru silkələdi. Ancaq hakim bu epizodda Bumun oyundankənar vəziyyətdə olduğunu bildirərək, qolu hesaba almadı.
Zirədə hava soyuq olsa da, matçda hərarət get-gedə artırdı. Bir saatın tamamında Hüseynov Nağıyevlə mübarizədə yerdə qalsa da, referi ikinci dəfə yerli komandanın qapısına penalti təyin etmədi. Bir qədər sonra Tounkara da döyüşə atıldı. 70-ci dəqiqədə Qadzenin növbəti zərbəsi qapının üstündən keçdi. 73-cü dəqiqədə “Zirə” yenə fərqlənməyə yaxın oldu. Mustafayevin “mərmi”sini Litovçenko dəf etdisə, Qadze yaxın məsafədən qapını dəqiq nişan ala bilmədi. Hücumçunun bacarmadığını müdafiəçi etdi. Mütəllimov Dedovun hava ötürməsini saxlamadan tora qovuşdurdu – 2:1.
“Kəpəz”ə növbəti zərbəni Kamran vurdu. Abdullazadə Qadzeyə qarşı kobud oyuna görə 2-ci sarı vərəqəni alaraq, paltardəyişmə otağının yolunu tutdu. Buna qədər dəyişiklik etməyən Yunis Hüseynov dərhal iki əvəzetməni həyata keçirərək, İlkinlə Ceyhunu meydana buraxdı. “Zirə”nin məşqçilər korpusu isə hesabı qorumaq məqsədiylə Riçardı Sadiqlə əvəzlədi. 88-ci dəqiqədə Zərgərovun təhlükəli vuruşundan sonra top cüzi fərqlə qapının üstündən keçdisə, az sonra Cahangirovun uzaqdan zərbəsi dəqiq olmadı. “Zirə” əlavə vaxtda 3-cü topu da vura bilərdi. Ancaq Litovçenko Tounkaranın fərqlənməsinə imkan vermədi. Budu, final fiti səslənir və “Zirə” yenidən 4-cü pilləyə yüksəlir…
SƏRXAN

Gözdən qaçmadı
* Tural Cəlilovun adı “Kəpəz”in ehtiyat oyunçuları sırasında göstərilsə də, futbolçu 90 dəqiqə boyunca görüşü mülki formada media sektorundan izlədi.
* “Kəpəz”in mətbuat katibi Azad Mustafayev yenə Bakıya gəlməmişdi. Bu üzdən Yunis Hüseynovla konfrans otağına Mustafayevin “Zirə”dəki həmkarı Elmar Abdullazadə gəldi.
* Gəncə klubunu cəmi 6-7 nəfər dəstəkləyirdi. Onların da səsini nadir hallarda eşidirdik.
* İlk hissə başa çatandan sonra “Zirə”nin ortayaşlı azarkeşləri hakimi təhqirlərə məruz qoydu. Qəzəbi soyumayan futbolsevərlər AFFA nümayəndəsi Arif Fərəcovun da üstünə düşdü. Komissar isə hakimin səhvlərinin qeyd olunduğunu işarə etməklə vəziyyətdən çıxmağa çalışdı.
* Oyunun gedişində “Kəpəz”in futbolçularından birinin yerdə qaldığını görə bir azarkeşin “yumurtla, sonra durarsan” sözləri tribunada gülüşə səbəb oldu.
* Əvəzetmələr köhnə tablo vasitəsi ilə həyata keçirilirdi. Buna heç elektron tablo da demək olmazdı.
* Final fitindən sonra qalib komandanın sevincini görməyə dəyərdi. Əksəriyyət nədənsə Urdinovla Mütəllimovu təbrik edirdi. Ən çox diqqətçəkən məqam “Zirə”nin masajçısı Baba Əfəndiyevin sevincini akrobat kimi aşmaqla qeyd etməsi oldu.

Reaksiyalar
Yunis Hüseynov: “Ağır oyun keçdi. “Zirə” Avroliqaya vəsiqə uğrunda mübarizə aparırsa, bizim sonuncu yeri tutacağımız dəqiqləşib. Buna baxmayaraq, bu gün futbolçularda əzmkarlıq var idi. Qələbə qazanmaq istəyirdik. “Zirə” 10 nəfərlə qaldıqdan sonra 15-20 dəqiqə zəif oynadıq. Amma meydanda say bərabərliyi olanda başabaş oyun gedirdi. Ümumilikdə komanda pis təsir bağışlamadı. 8 futbolçumuz zədəliydi. Rəqibin motivasiyası yüksək idi. Bu üzdən 10 nəfərlə də hücuma atılırdılar. AFFA İcraiyyə Komitəsinin iclasından sonra futbolçuları motivasiya etmək çox çətin idi. Oyunçularımız bu gün elitada qalıb-qalmamaq məsələsinə görə psixoloji cəhətdən gərgindi. İmkanlarımız oldu, ancaq fərqlənə bilmədik. Qarşıda bizi “Neftçi”ylə ağır oyun gözləyir. Zədələrə görə cinah yarımmüdafiəçisini müdafiəçi kimi oynadırdım. Şəhriyar Əliyev də axsaya-axsaya oynayırdı. İynə gücünə meydana çıxmışdı. Əvəzetmələri erkən etməyin mənası yox idi... Bizə hələ heç nə deyilməyib. Elitada qalmağı çox istərdik. Gəncədə indi ciddi infrastruktur işləri gedir. Bütün jurnalistləri “Neftçi”ylə oyuna dəvət edirəm. Özünüz də şahid olarsız ki, stadionun ərazisində necə işlər gedir. Həm süni, həm təbii meydan salınır. Komandanın məskunlaşacağı bazanın təmiri prosesi gedir. Hansı qərarı verəcəklərsə, buna hörmətlə yanaşacağıq. Premyer-liqada regionlarımızdan nə qədər çox komanda olsa, bir o qədər yaxşıdı. Futbolçular azarkeşlərin qarşısında çox məsuliyyətli olur. Azarkeş olmayan stadionda məsuliyyət olmur. Onda da futbol geriyə gedir. 10 min azarkeş və ya boş tribuna qarşısında oynamaq eyni deyil. “Kəpəz” diviziona düşsə, orda çıxış edib-etməyəcəyi bilinmir. Tural Cəlilov zədələndiyindən son anda adı iştirak ərizəsindən çıxarıldı. Divizionda oynamağı özümüzə sığışdırmırıq? Yox, bu, həmin çempionata hörmətsizlik olar. Sadəcə, bu qədər işin qarşılığında... Heç vaxt demərəm ki, hansısa komanda yox, biz elitada oynayaq. İstərdik ki, premyer-liqada iştirakçıların sayı artsın. Amma reallıq buna imkan vermir. “Kəpəz”in köklü klub kimi elitada qalmasını istərdik. Bu illər ərzində diviziondan premyer-liqaya çıxan olmayıbsa, bir il də gözləmək olardı”.
Elnur Çodarov: “Əvvəlcə bizə sonadək dəstək olan azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz” qış fasiləsindən sonra hər komandaya başağrı olur. İlk dəqiqələrdə qırmızı vərəqə planlarımızı pozdu. Ancaq ümumilikdə yaxşı oyun getdi. Son saniyəyədək maraqlı mübarizə izlədik. Əzmkarlığa görə futbolçulara təşəkkür düşür. Bu gün vacib olan 3 xalı əldə etdik. Hələ Avroliqaya vəsiqə qazanmaq şansımız var. “Zirə” artıq özünə gəlib. Son turda “Sumqayıt”a qalib gəlməklə məqsədimizə çatmağa çalışacağıq. Amma uduza da bilərik. Sona kimi vuruşacağıq. Milan Duriçin epizodunu görmədim. Bilərəkdən rəqibi vurubsa, buna görə cəzalanacaq. Futbolçularda özünəinam yaranıb. 11 oyunluq uğursuz seriyadan sonra qələbələrin dadını çıxarırıq. İndiki durumda oyunçuları mükafat o qədər də maraqlandırmır. “Neftçi”nin bu tur qalib gəlməsi bizi kədərləndirmir. Biz öz oyunlarımıza fikir veririk. Udublarsa, təbrik edirik. Çempionatın əvvəlindən məqsədimiz Avroliqaya vəsiqə qazanmaq olub. “Sumqayıt”la oyun həlledici olacaq”.
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Buy Steroids Online
Buy 100% Legal Steroids

<a href="https://buylegalsteroid.us/#">Buy Steroids</a>
<a href="https://buylegalsteroid.us/#">Buy Steroids</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar