15 may 00:09liqa, reportaj

“Neftçi” inamlı qələbə ilə 3-cü pilləyə yüksəldi

“Neftçi” inamlı qələbə ilə 3-cü pilləyə yüksəldi
Samir Əliyev texniki zonadan qovuldu
107. Neftçi (Bakı) – Səbail 3:1 (2:0)

1. Səlahət Ağayev – 5,5
5. Anton Krivotsyuk – 5,5
15. Ruslan Abışov (k) – 6,0
25. Kiril Petrov – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
8. Emin Mahmudov – 5,5
10. Derlis Meza Kolli – 5,0
(6. Rəşad Sadiqov, 85) – qiymətsiz
11. İqnasio Errera – 5,5
(93. Soni Mustivar, 65) – 5,5
17. Rəhman Hacıyev – 6,5
7. Namiq Ələsgərov – 6,0
22. Mirabdulla Abbasov – 5,5
(9. Lukas Qomes, 78) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
12. Mayk Kampaz
19. Fransisko Qarsiya
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

25. Elxan Əhmədov – 4,0
23. Ayron Stati – 4,0
4. Rahil Məmmədov – 4,0
15. Nikolos Apakidze – 4,0
5. Kərim Diniyev – 4,0
20. Eltun Yaqublu (k) – 4,0
3. Tamazi Tsetsxladze – 4,5
6. Murad Ağayev – 3,5
(13. Faruk Miya, 46) – 5,0
7. Fəhmin Muradbəyli – 4,0
29. Yevgeni Koçuk – 5,5
(88. Orxan Qurbanlı, 84) – qiymətsiz
92. Vahid Orazsahedov – 4,0
(18. Aqşin Qurbanlı, 57) – 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
17. Vüqar Nadirov
26. Kamal Qurbanov
98. Kamran Əliyev
99. Maudo Jarjue
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: N.Ələsgərov, 33 (1:0, İ.Errera). R.Hacıyev, 36 (2:0, M.Abbasov). L.Qomes, 80 (3:0, E.Mahmudov). Y.Koçuk, 83-p. (3:1).
Vərəqələr: D.Meza Kolli, 38 (qeyri-idman hərəkəti). E.Yaqublu, 42 (hakimin qərarına etiraz). A.Krivotsyuk (hakimin qərarına etiraz, oyundan sonra) – sarı.
Hakimlər: RAUF CABBAROV, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
12 may. Mərdəkan. Dalğa Arena. 500 tamaşaçı (6700 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Neftçi” qələbə üçün əlindən gələni edəcəkdi. “Sumqayıt”ın “Qəbələ” ilə oyunda xal itirməsi möcüzə sayılmayacaqdı və 3 xal “ağ-qaralar”ı 3-cü pilləyə daşıyacaqdı. “Səbail” üçün bu oyun formal xarakter daşıdığından Əhmədovun komandasının işi bir qədər də rahat idi.
Start fitindən dərhal sonra "Neftçi"nin qələbə istəyi özünü göstərdi. Lakin "ağ-qaralar" ehtiyatı da əldən vermək fikrində deyildi. "Səbail"in isə əks-hücumlara bel bağlayacağını öncədən proqnozlaşdırmaq olardı. Oyunda ilk yaddaqalan epizod 8-ci dəqiqəyə təsadüf etdi. Rəhman qapı önünə ötürmə etdi, İqnasio uzaq küncü nişan alsa da, müdafiəçi topun qarşısını kəsdi. Flaqmanın daha çox həmlələr etməsinə baxmayaraq, Əliyevin komandası rəqibə real qol vəziyyəti yaratmağa imkan vermirdi. Temp o qədər yüksək olmasa da, 33-cü dəqiqədə hesab açıldı. İqnasionun cinahdan ötürdüyü topu Namiq saxlayıb qapıya ünvanladı. Zərbəsi güclü olmasa da, Rahilə çarpan top istiqamətini dəyişdi, Elxan "kürə"yə toxundu, ancaq müdaxiləsi yetərsiz qaldı. Cəmi 3 dəqiqə sonra "ağ-qaralar" yenidən rəqib qapısına yol tapdı. Mirabdulladan topu qəbul edən Rəhmanın cərimə meydançasının həndəvərindən effektli vuruşundan sonra qapıçı topa reaksiya belə göstərmədi. Son saniyələrdə Koçukun zərbəsi yaddaqalan olsa da, dəqiq deyildi.
“Səbail” ikinci yarıya dəyişikliklə başladı. Muradın əvəzinə Faruk meydana çıxdı. Hissənin əvvəllərində Vahidin yaxın məsafədən başla fərqlənməsinə Səlahət mane oldu. “Neftçi” bunun cavabını Mirzəbəyovla verdi. Lakin cinah müdafiəçisinin vuruşundan sonra top “çərçivə”dən aralı keçdi. 52-ci dəqiqədə isə İqnasio yaxşı fürsət yaxalasa da, zərbəsi o qədər də yaxşı alınmadı. Az sonra “ağ-qaralar” yenidən “Səbail”in azsaylı azarkeşlərini həyəcanlandırdı. Namiqin qayçıvari vuruşu effektli olmadı, Derlisin təkrar vuruşu zamanı isə Tamazi topun qarşısını kəsdi. Bundan sonra Əliyevin yetirmələri xeyli fəallaşdı. 62-ci dəqiqədə Fəhmin əla imkanı bərbad zərbəylə boşa verdi. Bu dəqiqələrdə təzyiqi artıran “Səbail” iki epizodda hesab arasındakı fərqi azaltmağa yaxın oldu. Əvvəlcə Miyanın, ardınca Statinin zərbələrinin qarşısını müdafiəçilər aldı. Ancaq Tərlan Əhmədovun Mustivarı döyüşə atmasından sonra yenidən oyun bərabərləşdi. 70-ci dəqiqədə Mirabdulla iki dəfə diqqət mərkəzinə düşdü. O əvvəlcə ötürmə vermək əvəzinə zərbə vursaydı, çox güman, rəqibi mərkəzə dəvət edəcəkdi. İkinci epizodda isə vuruşundan sonra top müdafiəçiyə tuş gəldi. 74-cü dəqiqədə Petrov az qala avtoqol müəllifi olacaqdı. Ukraynalı Səlahəti görmədən geriyə ötürmə etdi, bu zaman Ağayev qapını tərk etmişdi. Ancaq Səlahət var gücünü ortaya qoyub, son anda özünü çatdırdı və topun xətti keçməsinə imkan vermədi. Hakim sərbəst zərbə təyin etsə də, Eltunun 7 metrdən vuruşundan sonra top “canlı səddə” dayanan Abışovdan geri qayıtdı. “Vurmayana vurarlar” prinsipi 6 dəqiqə sonra işə düşdü. Mahmudovun ötürməsindən sonra Qomes bir toxunuşla topu tora qovuşdurdu. Ancaq bu da matçdakı son qol olmadı. 83-cü dəqiqədə Səlahət cərimə meydançasında Miyaya qarşı kobud oynadı. Hakimin təyin etdiyi penaltini Koçuk dəqiq zərbəylə tamamladı. Qalan dəqiqələrdə isə real qol vəziyyəti görmədik. Beləliklə, 3 xalı hesabına yazan “ağ-qaralar” 3-cü pilləyə yüksəldi.

Gözdən qaçmadı
* Start fitindən öncə ehtiyatda olan futbolçular yerlərini səhv salmışdılar. "Neftçi"lilər qonaqlara, "Səbail"in üzvləri isə meydan sahiblərinə məxsus ehtiyat oyunçular skamyasında yer almışdı. Ancaq sonradan tərəflər yerini dəyişdi.
* "Forza Neftçi" yenə də fəal dəstək nümayiş etdirirdi. Məşhur mahnıya müəyyən düzəliş edən azarkeş qrupu onu belə oxuyurdu: "Yandırdın qəlbimi aman, ey şanlı flaqman, məni dərdə salan, yar..."
* 42-ci dəqiqədə top "Neftçi"nin futbolçusundan çıxsa da, laysman əks tərəfə aut olduğuna işarə etdi. Buna əsəbləşən Samir Əliyev yan xətt hakiminə barmaq silkələyib, kobud ifadələrlə, sərt şəkildə etiraz etdi. Çalışdırıcı hakimin xəbərdarlığına rəğmən, narazılığını davam etdirincə, referi onu tribunaya göndərdi. Yeri gəlmişkən, həmin epizodda Eltun Yaqublu da etiraza görə "sarı" aldı. Özü də hakim onu vərəqə göstərmək üçün yanına çağırsa da, "Səbail"in kapitanı məhəl qoymadı. O ədalət təmsilçisinin özünün yaxına gəlməsini istədi. Nəhayət, Cabbarov futbolçuya yaxınlaşıb "sarı"nı göstərdi. "Səbail" azarkeşləri isə bir neçə dəfə "hakim satqın" deyə qışqırdılar.

Reaksiyalar
Samir Əliyev: “Təbii, uduzmaq istəmirdik. Sadəcə, rəqibin ustalıq səviyyəsi sözünü dedi. Futbolçularıma heç bir narazılığım yoxdu. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə “Neftçi”nin ehtiyatda oturan 4 legionerinin məvacibi bəlkə də bizim ümumi komandanın maaşından çoxdu. Odu ki, bu komandaları müqayisə etmək doğru deyil. Rəqibi təbrik edirəm. Texniki zonadan uzaqlaşdırıldığım vəziyyətə gəlincə, hakimlər haqda danışmaq istəmirəm. Şəxsi fikrim belədi ki, bu gün Rauf Cabbarov başda olmaqla köməkçilərinin səviyyəsi budu. Əlbəttə, düzgün etmədim, əsəblərimə hakim ola bilmədim. Ona görə də haqlı olaraq texniki zonadan kənarlaşdırıldım”.
Tərlan Əhmədov: “Komandamı, azarkeşləri təbrik edirəm. Fanatlarımız uzun məsafə qət edib, gəlib bizə dəstək oldular. Biz də onları sevindirmək istədik. 8 aylıq işimin bəhrəsini görməyə çalışıram. Bu gün 3-cü yerə şansımız varsa, ondan yararlanmaq istəyirdik. Bunun üçün mübarizə apardıq. Oyundan razı qalmadım, ancaq nəticədən razıyam. İstədiyim futbolu bu gün görə bilməsəm də, komandanın apardığı ümumi mübarizə, kompakt oyun məni razı saldı. Bəlkə də üzərimizdə təzyiq var. Çünki komanda 3-cü yer uğrunda vuruşur. “Neftçi”ni 7 ay öncə qəbul edəndə 1 xalı var idi. Bu gün artıq liderlər qrupundayıqsa, deməli, təzyiq altındayıq. Qələbə bizə vacib lazım idi və onu qazandıq. Oyunun gedişində digər matçların nəticəsi ilə maraqlanmırdım. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, bizim oyun bitənə qədər başqa komandaların nəticəsi nə olur-olsun, bizə deyilməməli, nə mənə, nə də futbolçularıma sirayət etməlidi. Sırf öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə başverənlər mənim üçün qapalı idi. Fikrimi ora yönəltsəydim, öz oyunumu unuda bilərdim. Bu üzdən qadağa qoymuşdum ki, heç kim o tərəfə nəzər salmasın. Bu gün nəticə qazanırıqsa, deməli, söz-söhbət bizə təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuların hamısını göndərmək lazımdı. İlk dəfə burda deyirəm. Gəldiyim gündən indiyə qədər nə “mənə zaman verilsin”, nə də “bu komandanı mən yığmamışam” deməmişəm. Həmin futbolçularla oynadım. Və ilk gündən təzyiqin çox olacağını, qələbə qazandıqca da artacağını bilirdim. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər”.
Rəşad Sadiqov: “Avroliqaya düşmək şansımız artıb. 7-ci yerdən 3-cü pilləyə qədər irəliləmişik. Buna baxmayaraq, Gəncədə çətin səfər oyunumuz var. "Səbail”lə matçın ilk 15 dəqiqəsi komanda üçün ağır keçdi. Qoldan sonra daha da rahatlaşdıq və layiqli qələbə qazandıq. Futbolçularla oyunlardan öncə özüm də danışıram. Söhbət edirik ki, gəzən söz-söhbətin, başverənlərin futbolçulara aidiyyatı yoxdu. Həmişə demişəm ki, heç bir şeyə qarışmayın, futbolunuzu oynayın. Çünki biz "Neftçi”ni təmsil edirik. Bu ada layiq şəkildə çıxış etməliyik... Bəzi oyunlarda oynayıram, bəzən də ehtiyatda qalıram. Komanda qələbə qazananda digər matçlarda da həmin heyətlə oynayır. Baş məşqçi qalib heyəti çox vaxt dəyişmir. Ona görə də heç bir problem yoxdu. Düzü, “Neftçi”dən gedəcəyim halda karyeramı bitirməyimlə bağlı fikirləşirəm. Qərarımı 1 həftəyə açıqlaya bilərəm. Ancaq “Neftçi”dən təklif olsa, komandada qalaram və kömək etməyə çalışaram. Məşqçi işləmək? Yox, istəmirəm. Əsəblərim gərgin olduğuna görə məşqçilik mənim üçün çətin məsələdi. Hər komandada 22-25 futbolçu olur. Hər birinin kaprizi ilə oynamalısan. Hamısının xarakteri eyni olmur. İstəmirəm ki, əsəblərimi daha da korlansın. Futbolda qalıb-qalmayacağım haqda da hələ tam qərar verməmişəm. Karyeramı başa vurandan sonra bir az fikirləşəcəm. Mən istərdim ki, Tərlan Əhmədov “Neftçi”də qalsın. Komandaya birlikdə gəlmişik. Biz gələndə komandanın 1 xalı var idi, 7-ci yerdə idi. Baş məşqçi məni də dəvət etdi. Əlimizdən gələni də edirik. Növbəti turda "Kəpəz”lə qarşılaşacağıq. Sonuncu yerdə olsalar da, Gəncə səfəri çətin olur. Orda qələbə qazanmaq asan deyil. Ancaq qalib gəlməyə çalışacağıq. Başqa şansımız yoxdu”.
FARİZ
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar