13 may 12:53liqa

Avroliqa yolunda son iki sınaq

Avroliqa yolunda son iki sınaq
Şahin Diniyev “Neftçi”ni daha şanslı sayır
Premyer-liqanın başa çatmasına cəmi 2 tur qalıb. Turnir cədvəlində vəziyyət elədi ki, artıq klubların yarısı üçün çempionatın bitdiyini demək olar. Bunlar "Qarabağ", "Keşlə", "Səbail" və "Kəpəz"di. "Köhlən atlar" finişə 4 tur qalmış çempionluğu təmin etdi və ardıcıl 5-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. "Keşlə" və "Səbail"in isə turnir cədvəli baxımından Avroliqaya yollanmaq şansı yoxdu. Premyer-liqanın debütantı üçün əslində yüksək yer tutub AL-ə vəsiqə qazanmaq elə də böyük əhəmiyyət daşımırdı. Çünki UEFA-nın tələbi belədi ki, klub avrokuboklarda iştirak üçün minimun 3 il peşəkar statuslu çempionatda çıxış etməlidi. Kubokun finalına adını yazdıran "Keşlə" isə ümidini məhz "ikinci cəbhə"nin qalibi olmağa bağlayıb. Bu komanda kuboku götürsə, 4-cü yeri tutanın AL-ə getməyəcəyi aydındı. "Kəpəz"ə gəlincə, Gəncə təmsilçisinin artıq sonuncu yerdən xilası mümkün deyil. Reqlamentə görə, "sarı-göylər" elitanı tərk etməlidi. Ancaq "Kəpəz" İcraiyyə Komitəsindən xoş xəbər gözləyir.
Biri medal, üçü AL haqda düşünür
Qalan 4 klubdan "Qəbələ" AL-ə vəsiqəni, başqa sözlə, "bürünc"ü təmin edib. Sadəcə, "qırmızı-qaralar" qarşıdakı iki turda "gümüş" uğrunda mübarizə aparacaq və mümkün 1 xal digər matçların nəticəsindən asılı olmayaraq, həmin məqsədin gerçəkləşməsi deməkdi. Yeri gəlmişkən, Roman Qriqorçukun yetirmələrinin də kubokun finalçısı olduğunu xatırladaq. Çempionatda əsas intriqa nöqtəsi isə Avroliqaya qalan iki vəsiqə ilə bağlıdı. Buna iddia edən "Sumqayıt", "Neftçi" və "Zirə" üçün son iki tur həyati əhəmiyyət daşıyır. Kimin daha şanslı olduğunu saf-çürük edərkən statistik məqamlara, komandaların hazırkı durumuna və başqa nüanslara nəzər salmağı lazım bildik. Onu da qeyd edək ki, hazırda "Sumqayıt"la "Neftçi"nin 40, "Zirə"nin isə 38 xalı var. "Kimyaçılar" şəxsi oyunlardakı üstünlüyə (1:0, 1:2, 2:0, 2:2) görə "ağ-qaralar"dan öndədi.
Sumqayıt
"Gənclik şəhəri" təmsilçisi qarşıdakı iki turda evdə oynayacaq. Bu baxımdan Samir Abasovun komandasını şanslı saymaq olar. Ancaq rəqiblər baxımından "Sumqayıt"ın işi elə də asan deyil. Belə ki, "kimyaçılar" "Qəbələ" və "Zirə"ni sınağa çəkəcək. Hansı ki, bu iki komanda üçün də qarşıdakı oyunlar əhəmiyyətlidi. "Qəbələ" ən azı 1 xal qazanıb "gümüş"ü rəsmiləşdirmək istəyir. Çünki son turda "qırmızı-qaralar" "Qarabağ"la üz-üzə gələcək və bu üzdən gümüş medal hədəfini "Sumqayıt"la oyunda geeçəkləşdirmək niyyətindədi. "Qəbələ"nin gücünü də nəzərə alsaq, "kimyaçılar"ın qələbə arzusunun reallaşması çətin görünür. Özü də cari mövsümdə "Sumqayıt" bu rəqibdən 3 dueldə cəmi 1 xal qopara bilib (0:1, 0:1, 1:1). Son turda "Zirə" ilə qarşılaşmanın hansı səviyyədə keşəcəyini isə təsəvvür etmək çətin deyil. Təbii, Avroliqaya vəsiqə baxımından həmin oyun həlledici olarsa. "Qartallar" ötən tur qələbə qazanmaqla uzun müddət davam edən uğursuz seriyanı bitirdi. Bu üzdən "Zirə"nin düşərgəsində ab-havanın yüksək olduğunu təsəvvür etmək olar. "Sumqayıt" isə əksinə, son 3 oyunda qələbəyə həsrətdi. Bu, psixoloji baxımdan da komandaya təsir edə bilər. "Sumqayıt"ın "Zirə" ilə cari mövsümdə baş tutan duellərində (1:3, 2:1, 1:1) bərabərlik hökm sürür. Maraq üçün "kimyaçılar"ın ötən "futbol ili"nin son iki turunda hansı nəticələrə imza atdığını da xatırladaq. Səfərdə "Qarabağ"a uduzan (1:2) Abasovun yetirmələri evdə "Qəbələ"ni eyni hesabla üstələmişdi. Göründüyü kimi, keçən il "Sumqayıt" son iki turda maksimum nəticə göstərə bilməyib. Amma həmin vaxt rəqiblərdən birinin "Qarabağ" olduğunu da yaddan çıxarmayaq.
Neftçi
"3-lük"də ən şanslı komanda "Neftçi"di. Hərçənd "ağ-qaralar" hər iki qaşılaşmanı rəqib meydanında keçirəcək. "Kəpəz"lə qarşılaşma onsuz da səfər matçıydı. "Səbail"lə duel isə "Bakcell Arena"nın təmirə bağlanması üzündən rəqibin stadionunda gerçəkləşəcək. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu iki komanda üçün qalan iki tur formal xarakter daşıyır. Həm də "Neftçi"nin hər iki rəqibi turnir cədvəlinin son pillələrində qərarlaşıb. Ötən turda "Qarabağ"ı məğlub edən "ağ-qaralar"da əhval-ruhiyyə də yüksək səviyyədədi. Özü də Tərlan Əhmədovun komandası bu rəqiblərlə duellərdə aşkar favoritdi. Cari mövsümdə "Neftçi" "Səbail"ə 1 oyunda məğlub olubsa (0:1, 4:0, 2:0), "Kəpəz"ə cəmi 1 xal verib (0:0, 1:0, 1:0). Nəzərə alaq ki, hər iki uğursuz nəticə Elxan Abdullayevin dönəminə təsadüf edib. Odu ki, "ağ-qaralar"ın yolunun daha rahat olduğunu deyə bilərik. Hə, "Neftçi"nin ötən mövsümün son iki turunda hansı nəticələrə imza atdığını da yada salaq. Həmin vaxt flaqman həm "Zirə"yə (0:3, texniki məğlubiyyət), həm də "Qarabağ"a (1:2) məğlub olmuşdu. Başqa sözlə, bu müqayisə heç də paytaxt təmsilçisinin xeyrinə deyil.
Zirə
Ötən tur "Səbail"ə qalib gələn "Zirə" həm uğursuz axara son qoydu, həm də Avroliqa şansını bir qədər artırdı. Düzdü, Ayxan Abbasovun komandası əsas rəqiblərindən 2 xal geri qalır. Ancaq növbəti turda "qartallar" evdə "Kəpəz"lə qarşılaşır. Heç şübhəsiz, qəsəbə təmsilçisi "doğma divarlar" arasında keçirəcəyi bu oyuna 3 xal gözü ilə baxır. "Zirə" cari mövsümdə gəncəlilərə cəmi 1 xal verib (3:0, 3:0, 0:0). "Sumqayıt"la son turdakı duel haqda isə "kimyaçılar"ın şansını dəyərləndirərkən ətraflı bəhs etdik. Yeri gəlmişkən, ötən mövsümün son iki turunda "Zirə" yaxşı nəticə göstərib. "Neftçi"ylə oyunda texniki qələbəyə sevinən "qartallar" AZAL-ı 3 cavabsız qolla yenib. Elə həmin nəticələr komandanı Avroliqaya daşımışdı. Çox güman, Abbasovun komandası tarixin təkrarlanmasını arzulayır və bunun üçün çalışacaq.
Mütəxəssis fikri
Göründüyü kimi, "Neftçi"nin Avroliqa şansı daha yüksəkdi. "Sumqayıt"la "Zirə"nin perspektivi isə aşağı-yuxarı eynidi. Məsələylə bağlı mütəxəssis fikri öyrənməyi də lazım bildik. Şahin Diniyev bunları dedi: "Fikrimcə, "Neftçi"nin şansı daha yüksəkdi. "Zirə" ilə "Sumqayıt" öz aralarında oynayacaqlar. Sumqayıtlıların "Qəbələ" ilə də çətin oyunu var. "Neftçi"nin isə daha asan matçları qalıb. Ancaq şanslar yalnız kağız üzərindədi. Heç bir qarşılaşma asan olmayacaq. Komandalar maksimum xala köklənəcək. Lakin "Zirə" ilə "Sumqayıt"dan birinin 6 xal əldə etməsi mümkünsüzdü. Çünki bir-biri ilə qarşılaşacaqlar. Hə, "Keşlə"nin kuboku götürüb 4-cü yeri önəmsiz etməsi də bir variantdı. Özü də paytaxt klubu son vaxtlar sərgilədiyi oyunla iddiasını ortaya qoya bilib".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar