10 may 19:42liqa

“Qəbələ” – “Qarabağ” oyunu ilə bağlı qərar gələn həftəyə qaldı

“Qəbələ” – “Qarabağ” oyunu ilə bağlı qərar gələn həftəyə qaldı
Birinci divizionun mükafatçıları Şüvəlanda təltif olunacaq
Məlum olduğu kimi, növbəti mövsümdən AFFA-nın “Nike” şirkəti ilə əməkdaşlığı olacaq və bütün komandalara bu şirkətin topları pulsuz paylanılacaq. Ümumiyyətlə, Avropada məhz belə bir təcrübə var ki, böyük şirkətlə müqavilə bağlanılır və həmin şirkət çempionatı toplarla təmin edir. Artıq qarşıdakı “futbol ili”ndə bizdə də qeyd olunan təcrübədən yararlanacaqlar. Halbuki əvvəllər PFL topları gətirir, klublar isə daha sərfəli qiymətə bu qurumdan alırdı. Özü də həm elita, həm də birinci divizionda eyni toplardan istifadə olunurdu. Maraqlıdı, “Nike” şirkəti ilə əldə olunan razılıq təkcə premyer-liqa üçün nəzərədə tutulub? Birinci divizion komandaları buna görə yenə də PFL-ə müraciət etməlidi? Görəsən, təşkilatçı qurumun anbarında hazırda top varmı?
Sualları PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq: “Hələ ki bu məsələ açıq qalır. AFFA-dan bizə deyilməyib ki, birinci divizion komandalarına top veriləcək, ya yox. Yəqin ki, mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Hazırda bu haqda məndə bir məlumat yoxdu. Düzdü, əvvəllər bu baxımdan kömək edirdik. Əsas məqsəd isə eyni toplardan istifadə olunması idi. Çünki daha öncə hərə özü üçün fərqli şirkətin toplarını sifariş edirdi, bu da problemlər yaradırdı. Ondan sonra qərar verdik ki, eyni toplardan istifadə olunsun. Klublar isə bəzən bunu tapmaqda çətinlik çəkirdi, yaxud da baha qiymətə əldə edirdi. Bu üzdən qərar verdik ki, gətirək, bizdən götürsünlər. Son mövsümdən etibarən divizionda da bunu tətbiq etməyə başladıq. Təxmini sayı bilirdik. Ona uyğun da sifariş verirdik. Hazırda bizdə cüzi sayda top olar. Çünki onlar hazırkı mövsüm üçün olanlardı. Klublar mövsümün əvvəlində, bir də qış fasiləsinə gedərkən alırdılar. Yəni sıradan çıxanlar olur. Mövsümün gedişində nadir hallarda müraciət edirlər”.
Yeri gəlmişkən, Aslan bəydən son turun “Qəbələ” – “Qarabağ” matçının yerinin dəyişdirilməsi ilə bağlı qərarın verilib-verilmədiyini də soruşduq. Belə ki, həmin məsələyə 26-cı turdan sonra aydınlıq gələcəyi deyilmişdi. PFL rəsmisi 27-ci turdan sonra qərarın bəlli olacağını söylədi.
Şahgəldiyev birinci divizonun mükafatlandırılması ilə bağlı isə bunları dedi: “Birinci divizionun son turunda, yəni bu həftə mükafatlandırma olacaq. Bildiyiniz kimi, artıq ilk iki yerin sahibi bəllidi. “Qaradağ Lökbatan” – “Ağsu” oyunu daha tez başlayacaq. “Şüvəlan” – “Xəzər” matçı bundan gec start götürəcək. Lökbatan təmsilçisi də həmin oyuna gələcək və “Xəzər”lə “Qaradağ Lökbatan”ın üzvləri Şüvəlanda təltif olunacaq. Qalır 3-cü pillənin sahibi. Bu yerə “Şüvəlan” və MOİK-in şansı var. Şüvəlan təmsilçisi üçüncülüyü təmin edərsə, onun da medalını digər iki mükafatçı ilə birgə təqdim edəcəyik. Ancaq MOİK “bürünc”ü qazansa, bu komandanın təltif olunmasını başqa vaxt həyata keçirəcəyik. MOİK-in oyunu erkən başlaya bilməz. “Şüvəlan” – “Xəzər” və “Binə” - MOİK matçları eyni saatda start götürməlidi. Bu hər iki komandanın üçüncülük şansının olması ilə bağlıdı”.
Sonda onu da bildirək ki, premyer-liqanın növbəti turunun üç oyunu eyni saatda başlayacaq. Söhbət “Zirə” – “Kəpəz”, “Neftçi” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” matçlarından gedir. Hər üç qarşılaşma saat 19.00-da strat götürəcək və “CBC Sport” paytaxt derbisini yayınlayacaq. “Keşlə” – “Qarabağ” matçı isə 17.00-da başlayacaq və adı çəkilən telekanal bu görüşü də ekranlara daşıyacaq. Təbii, son iki turun oyunlarının eyni vaxtda keçiriləcəyi daha öncədən açıqlanmışdı. Bu isə idman prinsiplərinin qorunması üçündü. Sadəcə, “Keşlə” – “Qarabağ” görüşü turnir cədvəli baxımından əhəmiyyət daşımadığından bu qarşılaşmanın erkən start götürməsində problem yoxdu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar