14 fev 14:57liqa, manset

Ramaldanov haqsız yerə qovulduğunu düşünür

Ramaldanov haqsız yerə qovulduğunu düşünür
“Fikirləşdim ki, ikinci qolu vurduq, yəqin qələbə qazanacağıq”

“Qəbələ” “Zirə” ilə səfər matçında yalnız iki qızıl xal yox, həm də “Qarabağ”la qarşılaşma ərəfəsində müdafiəçi Rasim Ramaldanovu itirdi. Dünən yeni komandasının heyətində debüt edən futbolçu elə ilk oyundaca qırmızı vərəqə alaraq meydandan qovulub. 2:2 bitən qarşılaşmadan sonra Ramaldanov media nümayəndələrinin suallarını cavabladı.
- Matç dramatik alındı, xüsusilə də sonluğu və cəmi 1 xal qazandız.
- Oyuna hazır idik. Bilirdik ki, bizi çətin 90 dəqiqə gözləyir. Qalib gəlməyi qarşımıza məqsəd qoymuşduq. Əsas istəyimiz bu idi. Üç xal vacib idi. İki dəfə hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik.
- Son dəqiqədə buraxılan qol azlıqda qalmağın nəticəsidi?
- İkinci qolu vurduğumuzu gördüm. Rəqibin bərabərlik qolunu görmədim. Fikirləşdim ki, artıq ikinci topu vurmuşuq və qələbə qazanacağıq. Amma olmadı...
- Premyer-liqaya dönüşün həyəcan yaratmışdımı?
- Həyəcan yox idi. Komanda ilə məşqlərdə iştirak edirəm, uyğunlaşmağa çalışıram. Özümü rahat hiss edirəm. Yaxın vaxtlarda tam uyğunlaşacam. Heç bir həyəcan yoxdu.
- İkinci sarı və qırmızı vərəqə epizodunda rəqibi tutmuşdun?
- Əvvəlcə sarı vərəqə verdi, üstündən 5-10 dəqiqə keçməmiş ikinci “sarı”nı göstərdi. İkinci “sarı” verilməli deyildi. Baş hakim də həmin epizod zamanı vərəqə vermək istəmirdi. Amma köməkçi-hakimin işarəsi ilə bu qərarı qəbul etdi. Düzgün qərar deyildi. Biz mübarizə aparırdıq. Baş hakimə də narazılığımı bildirdim. Artıq gec idi, vərəqə göstərilmişdi.
- Doğma meydanda “Neftçi” və AZAL-la keçirilən oyunlarda “Qəbələ”nin lehinə qərarlar verilmişdi. Bu dəfə əksinə addım atıldı. Hakimlərin bu cür qərarları nədən qaynaqlanır?
- Hakimlərin idarəçiliyi haqda danışmaq istəmirəm. Öz sədrləri, rəhbərləri var. Yəqin ki, hər şeyi müzakirə edəcəklər.
- Baş məşqçi sizə bir irad bildirmədi?
- Heç nə demədi.
- Növbəti turda “Qarabağ”la vacib oyuna çıxacaqsız və mərkəz müdafiəçiniz yoxdu. Rafael Santos mövsümü başa vurub, Vernidub isə zədəlidi. Baş məşqçi kimə güvənə bilər?
- Əlbəttə, çətin olacaq. Baş məşqçi yəqin kimisə tapar və mərkəz müdafiəçisi mövqeyində çıxış etməyi tapşırar. Oyuna qədər həmin futbolçunu hazırlaşdıracaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- İlk oyununda qırmızı vərəqə almağın nədən irəli gəlirdi?
- Heç kim istəməz ki, debütü qırmızı vərəqə ilə yadda qalsın. Mənə dəstək vermək əvəzinə, meydandan qovulmağım yaxşı hal deyil. Birinci oyunumu belə yarımçıq tərk etməməliydim.
- Bir müddət Gürcüstan çempionatında çıxış etdin. Dönüşündə gördüklərin gözlədiklərinlə üst-üstə düşdü?
- Hakimlərlə bağlı danışmaq istəmirəm. Hər şey göz qabağında baş verdi. İndi oyunun videotəkrarına da baxacağıq. Dediyim kimi, meydandan qovulmalı deyildim.
- Komandan ikinci qolu vurduqdan sonra dəhlizdə var gücünlə qışqırdın. Sanki vurulan qolu “sığortan” hesab edirdin...
- Sevinmişdim ki, qələbə qazanırıq. Çünki komanda mənə görə azlıqda qalmışdı. Bu məqam qolu elə qeyd etməyimə səbəb oldu. Fikirləşdim ki, ikinci qolu vurduq, yəqin qələbə qazanacağıq. Amma son saniyələrdə bərabərlik qolunu buraxdıq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar