10 may 19:10liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Həmzəzadə daha çox “fərqləndi”
Topaz premyer-liqasının 26-cı turunda hakim idarəçiliyi ürəkaçan olmadı. Oyunların əksəriyyətində hakim səhvlərinə rast gəlindi. Bu mənada Rəvan Həmzəzadə həmkarlarından daha çox “fərqləndi”.
RƏHİM HƏSƏNOV, Kəpəz – Sumqayıt
Rəhimin ədalətli və ədalətsiz qərarları var idi. Düzdü, “Kəpəz”in penaltidən fərqləndiyi epizodda Vurğun Hüseynov həqiqətən də rəqibə qarşı kobud oynamışdı. Yəni referi doğru qərar verdi. Matçın sonlarında “Sumqayıt”ın qolundan bir neçə saniyə əvvəlki – hansı ki, epizodun davamında hesab bərabərləşdi – epizod isə mübahisəli idi. Sanki top meydanı sumqayıtlılardan tərk etmişdi, ancaq yan xətt hakimi autu qonaqların lehinə işarə etdi. Hakimin ikinci hissəyə 5 dəqiqə artırmasıyla bağlı da mübahisə etmək olar. Yox, Həsənov çox yox, əksinə, az vaxt əlavə etdi. Halbuki “Kəpəz” vaxtı “öldürmək” üçün bütün vasitələrdən istifadə edirdi.
İNQİLAB MƏMMƏDOV, Səbail – Zirə
Çimərlik referisi çox qaçmaq və epizodlara yaxın olmaqla oyunun “ip”ini əldən verməməyə çalışsa da, gözündən qaçan məqamlar oldu. 33-cü dəqiqədə Rahil Məmmədovun başla zərbəsindən sonra top cərimə meydançasında Müşfiq İlyasovun əlinə dəysə də, hakim penalti təyin etmədi. Elə həmin dəqiqədə “Səbail”in cərimə meydançasında mübahisəli vəziyyət yarandı. Müşfiqin ötürməsindən sonra Riçard Qadze rəqibin süni oyundankənar vəziyyət yaratmaq planını pozaraq, Emil Balayevlə təkbətək çıxdı. Halbuki ötürmə anında Riçard irəlidəydi. “Zirə”nin hücumçusu Emili keçməyə cəhd edərkən, topu bir qədər irəli buraxdı və özünü yerə atdı. İnqilab onun simulyasiyasına aldanmadı. Hərçənd cüzi də olsa, təmas var idi. Hakimin ilk yarıya az vaxt əlavə etməsi də qeyd olunmalıdı. Birinci hissədə su fasiləsinə və həkimin iki dəfə meydana girməsinə rəğmən, cəmi 1 dəqiqə artırıldı. İnqilab Məmmədovun bir epizodda köməkçisi Mübariz Haşımovun səhv aut qərarını dəyişdiyini də əlavə edək. Dərhal da tələsik qərar verdiyini anlayan yan xətt hakimi əlini sinəsinə qoymaqla həm həmkarından, həm də qərarına etiraz edən "Səbail”lilərdən üzr istədi.
RƏVAN HƏMZƏZADƏ, Qəbələ - Keşlə
Şəkili referi cari mövsümdə ən zəif oyunlarından birini idarə etdi. Elə bil Həmzəzadəyə nəsə olmuşdu. Sanki ikinci dəqiqədə yerə yıxılmaqla matça nəzarəti əldən verdi. Əvvəlcə "Qəbələ"nin, ardınca isə "Keşlə"nin penaltisini "yedi". Skarlatake Ozobiçi "biçir", fit susur, Ramaldanov Cavadovu cərimə meydançasında yerə sərir, xəttin üstündən cərimə zərbəsi təyin edir. Sanki bununla əvvəlki səhvini “sığortalamağa” çalışdı. Bir epizodda isə “üstünlük” prinsipini pozdu. Ozobiçə qarşı kobudluq olsa da, top "Qəbələ"də qalmışdı və ani əks-hücum şansı var idi. Ancaq Rəvan fitini səsləndirməklə yerli fanatların qəzəbinə tuş gəldi. Laysmanların isə iki dəfə meydan sahiblərinə qarşı aut qərarı etiraza səbəb oldu.
ƏLİYAR AĞAYEV, Qarabağ – Neftçi
FİFA referisinin meydan sahiblərinə rəğbəti hiss olunurdu. Ancaq birmənalı şəkildə onun “Qarabağ”a “işlədiyini” iddia etmək insafsızlıq olar. 8-ci dəqiqədə top “Neftçi”nin cərimə meydançasında Məhəmməd Mirzəbəyovun əlinə dəysə də, referi davam işarəsi verdi. Görünür, Ağayev qarşılaşmanın prinsipiallığını və topun Kiril Petrovun başından qapı istiqamətinə yox, əks tərəfə getdiyini nəzərə alıb “bəsit penalti” vermək istəmədi. Üstəlik, 19-cu dəqiqədə “Neftçi”nin penalti tələbinə göz yummaqla özünü “sığortaladı”. Namiq Ələsgərovun qapı qarşısına göndərdiyi topun qarşısını Ansi Aqolli qoluyla kəsdi. Alban müdafiəçi qoluyla sifətini gizlətməyə çalışdığını bildirsə də, fakt cərimə meydançasında qarşısı əllə kəsilən top qapıya gedirdi. Bu iki mübahisəli epizodu və “Qarabağ”a yüngül rəğbətini nəzərə almasaq, Əliyar derbiyə xələl gətirmədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar