10 may 19:08liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...azarkeşi...

Bunu deməklə turun ən fəal azarkeşliyinə yox, diqqətçəkən azarkeşinə vurğu vururuq. Əlbəttə, “Qarabağ” – “Neftçi” oyununda tribunalarda müşahidə etdiyimiz ab-havanın, dəstəyin analoqu ola bilməz. Həmin gün “Azərsun Arena” xarici çempionatlar keçirilən stadionları xatırladırdı. Həm ağdamlı, həm də bakılı fanatların verdiyi dəstək, sadəcə, möhtəşəm idi.
Turun diqqətçəkən azarkeşi (azarkeşləri yox ha!) Qəbələdə idi. Qonaq komandanı – “Keşlə”ni dəstəkləmək üçün Bakıdan bölgəyə yollanan Elnur Yusifov adlı azarkeş 90 dəqiqə boyunca sol qapının arxasındakı tribunada tək dayanıb, klubun bayrağını yelləməklə diqqətləri üzərinə çəkdi. Yanında kimsə yox idi, tək dayanıb komandasını uğura səsləyirdi. Bu həmin Elnur Yusifovdu ki, Qəbələyə əvvəlki səfərdə də tribunada eyni mənzərənin yaranmasına səbəbkar olmuşdu. Elə Gəncədə də gözümüzdən yayınmamışdı.
Maraqlıdı, kimdi bu şəxs? Niyə səfər oyunlarına tək gedir? Səfər xərclərini kim qarşılayır? Sualları səbəbkar özü cavabladı: “Mən komandaya bu gün yox, hələ “İnter” adlanan vaxtdan azarkeşlik edirəm. Düzü, əvvəl “Bakı”da idim, təxminən 8 il “Bakı”ya dəstək verirdim. Sadəcə, komanda dağılmamışdan əvvəl, üzr istəyirəm, övladım dünyaya gəldi, başım bir az qarışıq oldu. Sonra “Bakı” çempionatı tərk etdi. Həmin vaxt “İnter”in fanklubunda olan Əhməd Manafov yanlarında olmağı təklif etdi, razılaşdım. Hazırda “Keşlə” fanklubunda üç rəhbərdən biriyəm. Əhməd, Eldar və mən. Səfərlərə niyə tək gedirəm? Belə alınır, bir də baxırsan, uşaqların vaxtı, imkanı olmur. Getməmişdən əvvəl klub rəsmilərinin də xəbəri olur. Açığı, xərcləri özüm qarşılayıram. Sadəcə, klub mənə hansısa mənada dəstək olur. Məsələn, bu dəfə Qəbələdən Bakıya qayıdanda komandanın avtobusunda gəldim. Sağ olsunlar, təklif etdilər. Bundan başqa, iri həcmli bayraqları komandanın avtobusu ilə yola salmışdım. Əvvəl bütün oyunlara gedirdik. Sadəcə, indi çempionat oyunlarının “Keşlə” üçün önəmi qalmayıb. Ona görə də gücümüzü “Qəbələ” ilə final qarşılaşmasına saxlamışıq. Klub rəhbərliyi ilə avtobus ayırmaqla bağlı söhbətimiz olub. Ola bilsin, növbəti mövsümdə bu yöndə hansısa yenilik olsun. Fanklub rəhbəri kimi maaş alıram? Bəli, alıram, niyə gizlədim ki? Azad azarkeş qrupu deyilik axı, “Keşlə” fanklubuyuq”.
...qonağı...
Stadionlara ailə-uşaqla gəlmək indi-indi dəbə minir. Legionerlərin ölkəmizə axın etməsindən sonra həyat yoldaşlarının və övladlarının tribunalarda görünməsi zərif cinsin nümayəndələrini ümidləndirdi. Odu ki, indi az qala hər çempionat oyununda stadionda xanımlara rast gəlmək olur. Yığmanın və “Qarabağ”ın avrokubok matçlarında isə qadınların sayı daha da artır.
Lakin futbol təsərrüfatında çalışanlar, məsələn, sabiq futbolçular, yaxud hazırda top dalınca qaçanlar, ya da klubda işləyənlər bunda maraqlı deyil. Yəni ailə üzvlərinin söyüş söyülən stadionlara daxil olmasına razılıq vermirlər. Təbii, mentallıqla bağlı olan bir şeydi. Səndə də var, məndə də, bir başqasında da. Odu ki, bu cür mənzərə ilə rastlaşanda gözlərimizə inana bilmirik. Necə ki, eyni hissləri “Səbail” – “Zirə” matçında əməkdaşımız yaşayıb.
Deməli, Mirağa oyunun AFFA nümayəndəsi olan Maşallah Əhmədovu stadiona xanımı və azyaşlı övladı ilə gəldiyini görüb. Matçı birgə izləyən Əhmədovlar ailəsi oyun başa çatandan sonra Bayıldan şəhərin mərkəzinə Mirağa ilə eyni avtobusda gəliblər. Əhmədovların ümumi söhbətindən nəticə çıxaran əməkdaşımızda onların eyni ailənin üzvləri olmasında şübhə yeri qalmayıb. Burda qeyri-adi heç nə yoxdu, əksinə, təqdirəlayiq haldı. Maraqlı olan ötənlərin məşhur futbolçusu, hazırda iş adamı kimi tanınan Maşallah bəyin şəxsi avtomobilindən yox, ictimai nəqliyyatdan istifadə etməsidi. Görünür, Əhmədovun bir müddət əvvəl məhbus həyatı yaşaması və yenidən azadlığa çıxması onu maşınsız qoyub.
Dünən əlaqə saxladığımız Maşallah Əhmədov yazılanları dandı: “Ailəmlə yox, oğlumla olmuşam. Daha doğrusu, qardaşımın oğluydu. O da futbolla maraqlanır, özü də “Vətən”in üzvüdü. 10 yaşı var. Futbol üçün ürəyi gedir. Bu cür davam etsə, gələcəkdə yaxşı futbolçu olacaq. Hər oyuna apara bilmirəm. Vaxt olmur ki. Birinci dəfə idi özümdə stadiona aparırdım. Maşınım var, niyə yoxdu ki? Sadəcə, məsafə yaxın idi deyə sürücünün gəlməsinə ehtiyac duymadım. Bayıldan Dənizkənarı Parka yol az olduğu üçün avtobusla getməyə üstünlük verdik”.
...xoreoqrafiyası
“Qarabağ” – “Neftçi” oyununda qarşı tribunalarda yaşanan ab-hava inanılmaz idi. Bəzən adam düşünür ki, kaş bütün görüşlərdə bu cür ola. Həm azarkeşlərin çoxluğu, həm komandalarına verdikləri dəstək, həm də tribunada yaratdıqları xoş mənzərə.
Düzdü, “Forza Neftçi”nin üzvləri tribunadakı yerlərini 8-ci dəqiqədə tutdu. O vaxta kimi “İmarət”çilər qeyri-adi addımla yadda qalmışdılar. Hakimlər futbolçularla meydana ayaq basanda İbrahim Şehiçin qoruduğu sağ qapının arxasındakı tribunada taxtaya bərkidilmiş və tədricən yuxarı qaldırılan parça hamının diqqətini çəkdi. “İmarət”in üzvlərinin hazırladığı xoreoqrafiya idi. Üzü bağlı, yalnız gözləri görünən azarkeş əynindəki gödəkçəni qaldırıb altındakı əsgər maykasını göstərirdi.
Təbii, vətənpərvərlik mövzusunda düşünülmüş əl işi idi. Lakin bunun niyə məhz “Neftçi”ylə oyuna təsadüf etdiyini və konkret nə üçün nəzərdə tutulduğunu müəyyənləşdirə bilmədik. “İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyevlə söhbətdə məsələnin məğzini öyrəndik: “Günlərdi həmin xoreoqrafiyanın üzərində işləyirdik. Bəribaşdan deyim ki, kifayət qədər yaxşı məbləğ sərf olunmuşdu. Xərcini özümüz qarşılamışdıq, belə deyim, aramızda pul yığmışdıq. “Qarabağ” rəhbərliyinə də təşəkkür etmək istəyirik. Düzdü, şəkli uşaqlar özləri çəkmişdi. Amma bunu stadionda etmək və bir neçə dəfə sınamaq üçün klub rəhbərliyi şərait yaratdı. Üstəlik, ideyamızın həyata keçməsinə maneə törətməmək üçün polislərə də müraciət etmişdilər. Təxminən 3-4 gün həmin xoreoqrafiyanın üstündə əziyyət çəkildi. Oyunun başlamasına 3 saat qalmış işlər yekunlaşdı. Açığı, çatdırmayacağımızla bağlı narahatlıq var idi. Şəklin mənası odu ki, həmin maskalı azarkeş “İmarət”in üzvüdü. Köynəyi qaldırıb, altdakı hərbi geyimi göstərir. Bu isə bizim devizimizin mənası deməkdi: bu gün tayfa, sabah batalyon. Fikir verdizsə, ingilis dilində cümlə yazılmışdı. Onun tərcüməsi də “bir komandadan daha artıq, bir azarkeşdən daha artıq” demək idi. Xoreoqrafiyanın daha baxımlı alınması üçün 55 ədəd tüstü qabları da alınmışdı. Daha çox azarkeş gəlsəydi, yaxşı olardı, tribuna boş görünməzdi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar