13 fev 18:40liqa, manset

“Qəbələ” bu il çempion olacaq, buna yüz faiz əminəm”

 “Qəbələ” bu il çempion olacaq, buna yüz faiz əminəm”
Subotiç üç il əvvəlki ayrılığın səbəbini gizlətmədi

Ölkə futbolsevərləri Daniel Subotiçi yaxşı xatırlayır. 2013/14 mövsümündə komandaya Yuri Syomin rəhbərlik edəndə ucaboy futbolçu Marat İzmayılov, Lorentso Ebesilyo, Leonardo, Dodo, İbrahima Niasse ilə yanaşı “qırmızı-qaralar”ın aparıcı futbolçularından hesab olunurdu. Əzmkar oyunu, vurduğu qollar və verdiyi ötürmələrlə qəbələli azarkeşlərin sevgisini qazana bilmişdi. Həmin mövsüm “Qəbələ” klub tarixində ilkə imza atmağa nail oldu. Premyer-liqanın bürünc mükafatçısı adını qazanan bölgə təmsilçisi kubokun finalında “Neftçi”yə məğlub olsa da, ilk dəfə avrokuboklara qatılmağın sevincini yaşadı. Lakin “Şiroki Briyeq”lə oyunlarda komandada nə Ebesilyo qalmışdı, nə Marat, nə də Daniel. Küveyt “Qadsiya”sından gələn təklifi geri çevirə bilməyən hücumçu pullu ölkəyə yollanmağı üstün tutdu. Bir ildən sonra səsi “Şerif”dən gəldi. Moldovadakı karyerası ilyarım sürdü və Subotiç yenidən “Qəbələ”yə qayıtdı. Bir halda ki, bizə tanış futbolçudu, deməli, ona veriləcək suallar da kifayət qədərdi. İki ilyarım ərzində başına gələnlər, o vaxt “Qəbələ”dən ayrılmaq səbəbi, hazırkı komandasıyla ölkə çempionatının səviyyəsi – bir sözlə, danışmaq üçün xeyli mövzu vardı.
- “Qəbələ”yə pulsuz başa gəldin, yoxsa keçidinə görə “Şerif”ə pul ödənildi?
- “Şerif”lə müqaviləmin müddəti yanvarda başa çatdı. Və bundan cəmi iki gün sonra “Qəbələ”ylə müqavilə bağladım. Yəni azad agent statusu ilə gəldim.
- İki ilyarımdan sonra yenidən “Qəbələ”dəsən. Çox şey dəyişib?
- Əvvəla onu deyim ki, yenidən “Qəbələ”yə qayıtdığım üçün xoşbəxtəm. Sanki evimə qayıtmışam. Çünki vaxtilə burda heç vaxt unutmayacağım əla mövsüm keçirmişdim. Həm klubda, həm də kənarda özümə çoxlu dost qazanmışdım. Ayrılanda da hamı ilə əl sıxıb getmişdim. Bəli, geridə qalan vaxt ərzində müsbət dəyişikliklər olub. Səviyyəli futbolçular, fantastik baş məşqçi gəlib. Hədəf də yüksəlib. O vaxt çempionluq maksimum hədəf sayılırdısa, indi qarşımızda konkret olaraq qızıl medalları qazanmaq tələbi durur. Bir futbolçu üçün bundan yaxşı motivasiya ola bilməz.
- “Qəbələ”yə dönüşün necə baş tutdu? Uzun sürən danışıqların nəticəsiydi, yoxsa bir anın içində oldu?
- “Qəbələ” rəhbərliyi ilə ilk gündən indiyə qədər xoş münasibətim olub. Hətta 2014-cü ildə komandanı tərk edəndən sonra da əlaqəni kəsməmişdik. Bəzi rəsmilərlə arada danışırdım. Düzünü desəm, bundan öncəki transfer dönəmlərində də “Qəbələ”yə qayıtmaq mövzusunu müzakirə edirdik. Xüsusilə “Şerif”də oynadığım dönəmdə bura dönməyi arzulayırdım. Amma rəhbərlik imkan vermirdi. Ötən qışda və yayda “Qəbələ”ylə anlaşmaq istəsəm də, “Şerif”lə müqaviləm olduğu üçün bu baş tutmadı. Amma bu dəfə danışıqlarımız qısa sürdü. Karyeramın ən tez keçidi oldu. İki gün danışan kimi, “gəlirəm” dedim. Hər şey bir göz qırpımında baş verdi.
- 2014-ün yayında bu komandada qalmaq istəməyib Küveytə üz tutmuşdun. Hansı səbəbdən qayıtmağa razı oldun? Hədəflər böyüyüb, komanda ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış edib, buna görə?
- Dedim axı, “Qəbələ”yə dönmək söhbəti çoxdan var idi. Sadəcə, alınmırdı. Əlbəttə, seçimimdə komandanın hədəfləri, son illər əldə etdiyi nailiyyətlər də müəyyən rol oynadı. Hətta Avroliqanın qrup mərhələləri olmasaydı belə, gələcəkdim. Çünki bir il ərzində klubda peşəkarların çalışdığını və işə necə münasibət göstərdiklərini görmüşdüm. Həm də daim oynaya biləcəyim ünvana yollanmaq istəyirdim. Bununla yanaşı, “Qəbələ”yə tarixində ilk çempionluq sevincini yaşatmaq arzusundayam. Artıq çempion olmağın, Çempionlar Liqasında oynamağın vaxtı çatıb. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
- Qış fasiləsində “Qəbələ” ilə hazırlıq keçmədin. Bu sənə problem yaradacaq?
- İnanmıram ki, hansısa problem yaratsın. Çünki “Şerif”lə hazırlıq keçmişdim. Sadəcə, yeni komandaya öyrəşmək, baş məşqçinin tapşırıqlarını tam yerinə yetirmək üçün müəyyən vaxta ehtiyacım var. Bu da uzağı 1-2 həftə çəkər. Amma fiziki hazırlığımda hər hansı nöqsan görmürəm. Burdakı təcrübəli və bacarıqlı komanda yoldaşlarım uyğunlaşma dövrünü geridə qoymaq üçün mənə çox kömək edirlər.
- Qarşına bombardir olmaq hədəfi qoymusan?
- Düzünü desəm, bombardirlikdə gözüm yoxdu. Əsas məqsəd “Qəbələ”ni çempion etməkdi. Bunun üçün isə hücumçu kimi borcumu yerinə yetirib qol vurmalıyam. Nə qədər qol vursam, o qədər xeyrimizə olacaq. Çempionluq, yoxsa bombardirlik arasında seçim etməli olsam, təbii ki, birincini seçərəm.
- Çempionluq yolunda əsas rəqibiniz “Qarabağ”dı. Olduqca təcrübəli, oturmuşmuş heyətə malik və son 3 ilin çempionu olan komanda. Öz aramızdı, asan olmayacaq.
- “Qəbələ” bu il çempion olacaq, buna yüz faiz əminəm. “Qarabağ”a böyük hörmətim var, fantastik komanda, layiqli rəqibdi. Olduqca yaxşı heyətə malikdilər. Bilirəm ki, çempionluğu azı bizim qədər istəyirlər. Amma bu il “qızıl” bizimdi.
- 3 il öncə ilə müqayisədə “Qəbələ”də ciddi dəyişikliklər olub. İstər futbolçu, istərsə də məşqçilər baxımından. “Köhnə qvardiya”dan kimlər qalıb?
- Əlbəttə, böyük dəyişikliklər olub. Heyətin 90 faizi dəyişib. Ancaq köhnələrdən də qalanlar var. Biri David Pietrzkieviçdi. O vaxt Davidlə olduqca yaxşı münasibətimiz vardı. Digərləri ilə də münasibətim yaxşıdı. Lakin Pietrzkieviçi çoxdan tanıyıram, istər-istəməz daha yaxındı.
- Keçək əsas suala. 2014-ün yayında “Qəbələ”ni tərk etməyin çoxlarını təəccübləndirdi. Nə baş vermişdi? “Qadsiya”nın təklifinə “yox” deyə bilmədin, yoxsa bilmədiyimiz səbəbi var idi?
- Gizlətmirəm, gedişimin tək səbəbi maliyyə şərtləriydi. Elə bir təklif irəli sürmüşdülər ki, ondan imtina etmək üçün axmaq olmalıydım. Düzdü, “Qəbələ” də şərtləri yaxşılaşdırmışdı. Amma Küveyt variantı həmin dönəm üçün ən yaxşısı idi. Həm də Asiyada oynamaqla karyerama yenilik qatmaq istəmişdim.
- Küveytdə qolları sıralamağına baxmayaraq, Asiyadakı karyeran cəmi 1 il sürdü. Nəyə görə o cür müqaviləyə arxa çevirib getdin?
- Küveytdə insanlar futbolun xəstəsidi. Onlar futbolla yaşayırlar. Hər dəfə dolu tribunalar qarşısında oynamaq bir başqa ləzzət idi. Səmimi desəm, orda keçirdiyim bir ildən çox razı qaldım. Və bunu hər yerdə deyirəm. Sadəcə, şəxsi həyatımdakı bəzi məsələlərə görə Avropaya qayıtmalıydım. Nə qədər istəsəm də, qala bilməzdim. Açığı, yeni baş məşqçinin gəlişi də qərarıma təsir etdi. Sonradan Orta Asiya ölkələrindən müəyyən təklif olsa da, geri çevirdim. Avropaya qayıtmalıydım.
- Eyni sualı “Şerif” haqda da verim. Moldovada da qollar vururdun, azarkeşlərin rəğbətini qazanmışdın. Orda nə baş verdi?
- “Şerif”ə keçməyimin özü gözlənilməz oldu. Dediyim şəxsi işləri yoluna qoya-qoya bir də baxdım ki, avqust ayıdı. Belədə təklif göndərənlərin arasında yalnız “Şerif” variantı qalmışdı. Məcbur olub sərfəli müqavilə şərtlərinə görə “OK” dedim. Amma sonradan başıma döydüm. Moldovada keçirdiyim ilyarımı karyeramın itirilmiş hissəsi hesab edirəm. 17-18 ayın yalnız ilk 3 ayı mənim üçün maraqlı, cəlbedici oldu. Lakin sonradan doğru ünvana gəlmədiyimi anladım. Komandadan ayrılmaq istəsəm də, məni satmaq istəyirdilər. Həm də baha qiymətə. Ona görə də ilişib qalmışdım. Xatırlamaq istəmədiyim əcaib hadisələr baş verdi.
- Yəni o qədər dəhşətlidi ki, mətbuata açıqlaya bilmirsən?
- Detalları söyləməyəcəm. Amma klubda çalışan bəzi rəsmilər və baş məşqçi ilə ciddi problemlər yaşadım. Klubun prezidenti möhtəşəm biridi. Oturub onunla saatlarla söhbət etməkdən zövq almaq olar. Bir dəfə də olsun, mənə problem yaratmadı, narazılığım olmadı. Amma onun güvəndiyi insanlar... Komandanın aparıcı, ən çox qol vuran futbolçusu idim. Yeni baş məşqçi gəldi və heç bir səbəb göstərmədən məni yanında oturtdu. Klubun siyasətini, bəzi insanların nə etmək istədiyini anlaya bilmirdim. Komandaya gələndə məni bəh-bəhlə qarşılayan direktor ayrıldığımı biləndə əlimi sıxıb quru “sağ ol” da demədi. Halbuki aldığım pulun qarşılığını artıqlaması ilə ödəmişdim. Azarkeşlərlə yaxşı münasibət qurmuşdum. Nə isə, “Şerif” mövzusu mənim üçün qapanıb. Əsas odu, evimdəyəm.
- Küveyt, Moldova və Azərbaycan futbolu, çempionatları arasındakı fərqlərdən danışa bilərsən?
- Moldova futbolunun adını tutmayın. “Şerif”lə “Zimbru” xaric, digərlərinin ayaqüstə durmaq imkanı yoxdu. Sadəcə, çempionat davam etsin deyə, oynayırlar. Azarkeşlərin sayı yox səviyyəsindədi. Meydançaların durumu haqda söz demək artıq olar. Vaxtımı boşuna itirdim orda. Moldova futbolu Azərbaycan futboluyla müqayisəyə gəlməyəcək qədər geridədi. Amma Küveytlə Azərbaycan futbolu təxminən eynidi. Orda da burdakı kimi texnikalı futbola üstünlük verirlər, ildən-ilə vəziyyət yaxşılığa doğru dəyişir, güclü komandaları var. Ən əsası, azarkeşlər futbolla nəfəs alır.
- Köhnə-yeni komandanın heyətində cari mövsümdə 2 oyunda forma geyməyə imkan tapmısan. Çempionatın səviyyəsi 3 il əvvəlki ilə müqayisədə dəyişib?
- Müəyyən mənada zəiflədiyini deyə bilərəm. “Bakı”, “Xəzər Lənkəran” və “Simurq”un olmaması çempionata əməlli-başlı təsir edib. Baxıram ki, iddialılardan yalnız “Qarabağ”la “Qəbələ” qalıb. Amma nə edək? Yalnız vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid etmək qalır.
- O vaxt “Qəbələ”nin formasını geyəndə sevgilin də yanında idi. Bu dəfə deyəsən, tək gəlmisən.
- Bəli, bu dəfə təkəm. Sevgilimin şəxsi biznesi var, ona görə də daim yanımda ola bilməyəcək. Arada gəlib-gedəcək, amma istəsək də, Azərbaycanda qalması mümkünsüzdü.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar