13 fev 18:37liqa, manset

Bu dəfə AZAL-ın haqqını yedilər

Bu dəfə AZAL-ın haqqını yedilər
Qış fasiləsindən sonra bərbad idarəçiliklə yadda qalan hakimlər haqlı olaraq əsas tənqid hədəfinə çevrildi. Bir sıra oyunlarda kobud, eləcə də nəticəyə təsdir edən səhvlərə yol verən ədalət təmsilçilərindən bəziləri cəzalandı. Premyer-liqanın 17-ci turunda da yanlış qərarların şahidi olduq. Ancaq budəfəki səhvlər ötən turlarla müqayisədə “toya getməli idi”. Bununla belə, “Qəbələ” – AZAL görüşündə qonaqların haqlı penaltisinin “yeyilməsi” ümumilikdə hakimlərin işinə kölgə saldı. Halbuki digərləri onlara tapşırılan işin altından pis-yaxşı çıxmağı bacarmışdılar. Baş tutan 4 oyunda 18 sarı, 1 qırmızı vərəqə qeydə alındı. Turda cəmi 1 penalti təyin edildiyini də vurğulayaq.

İNQİLAB MƏMMƏDOV, Qəbələ - AZAL
Qəbələdəki oyunda verilməyən penalti olmasaydı, Məmmədovun idarəçilyini normal adlandırmaq mümkün idi. Qeyd etdiyimiz epizod isə 73-cü dəqiqədə yaşandı. Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı qarşısında açıq-aşkar Daniel Subotiçin əlinə dəysə də, hakimin fiti susdu. Halbuki epizod düz Məmmədovun gözü önündə baş vermişdi. Həmin qapının arxasında qərarlaşan Rəvan Həmzəzadə də baş hakimi düzgün məlumatlandırmadı. Halbuki Məmmədov digər qərarlarında haqlı idi. Belə ki, istər penalti, istərsə də Omeqa Robertsə göstərilən qırmızı vərəqə yerindəydi. Yeri gəlmişkən, 33-cü dəqiqədə Ruslan Qurbanov iki dəfə rəqibin cərimə meydançasında yerdə qalsa da, ədalət təmsilçisi haqlı olaraq, hər iki vəziyyətdə 11 metrlik cərimə zərbəsi təyin etmədi. Düzdü, xeyli sayda vərəqə göstərdi. Lakin buna görə onunla mübahisə etməyə dəyməz. Məmmədovun tez-tez əlini cibinə atması həm də futbolçular arasında gərginliyin daha da qızışmasının qarşısını alırdı.

RAUF CABBAROV, Qarabağ – Zirə
Bu görüşdə baş hakimin işi çox olmadı. Elə buna görə də hansısa səhvdən, diqqəti çəkən yanlış qərardan danışmağa dəyməz. Sakit məcrada keçən görüşdə Cabbarov cəmi bir dəfə sarı vərəqəyə görə əlini ciinə atdı. Bu isə qarşılaşmada hər hansı gərginliyin olmamasından xəbər verir.

RƏHİM HƏSƏNOV, Sumqayıt - Kəpəz
Düzdü, oyun sürətli alındığından FİFA referisi üçün matçı idarə etmək o qədər də asan olmadı. Bununla belə, Həsənov qarşılaşmanın öhdəsindən gəlməyi bacardı. Ümumilikdə 5 dəfə “sarı” üçün əlini cibinə atan ədalət təmsilçisi sərt oyuna imkan verir, vərəqədən maksimum az istifadə etməyə çalışırdı. Ancaq mübahisə doğuran məqamlar da oldu. 52-ci dəqiqədə Jülyen Ebah başla fərqlənərkən laysmanın ofsayd qərarına etiraz mənasız idi. Ən çox narazılıq isə “Sumqayıt”ın 3-cü qolundan öncə yaşandı. Belə ki, 61-ci dəqiqədə Şəhriyar Xəlilovun qapıya zərbəsindən sonra top Azər Salahlıdan geri döndü. Həmin epizodda Azərin əllə oynadığına görə “Kəpəz”lilər penalti tələb etsə də, hakim davam işarəsi verdi. Əslində Salahlı əllərini sinəsinə sıxmışdı və o vəziyyətdə ədalət təmsilçisinin 11 metrlik cərimə zərbəsi təyin etməməsini yanlış qərar adlandırmaq çətindi.

ƏLİYAR AĞAYEV, İnter - Neftçi
Dzüdü, FİFA referisi gərgin və prinsipial matçda nəticəyə təsir edən səhvə yol vermədi. Ancaq müəyyən yanlış qərarlar diqqəti çəkdi. İlk yarıda “Neftçi” 2:0 hesabı ilə öndə olarkən, Maksim Vaylo bir neçə dəfə topu oyuna daxil edərkən vaxtı uzatsa da, hakim ona nə şifahi xəbərdarlıq etdi, nə də vərəqə göstərdi. İkinci hissədə isə iki epizodu qeyd etmək olar. Belə ki, 51-ci dəqiqədə top Zurab Xizanişvilinin əlinə dəydi, lakin oyunu saxlamadı. Bu da “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin əsəbləşməsinə səbəb oldu. 70-ci dəqiqədə isə Slavik Alxasov topu bilərəkdən əllə saxladı. Amma FİFA referisi ona “sarı” göstərmədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar