13 fev 18:35liqa

Moldovalı futbolçu “İnter”in çempionluğu və ölkə kubokunu bilərəkdən uduzduğunu iddia edir

Moldovalı futbolçu “İnter”in çempionluğu və ölkə kubokunu bilərəkdən uduzduğunu iddia edir
“İnter”in və Moldova millisinin sabiq futbolçusu İon Testimitsianu ölkəsinin mətbuatına geniş müsahibə verib. Müdafiəçi paytaxt təmsilçisində top qovduğu 2008/09 mövsümünə də toxunub. Daha doğrusu, şok iddialarla çıxış edib. Futbolçu yaxşı məvacib müqabilində “bankirlər”ə keçdiyini deyib: “İnter”ə 34 yaşımda yollanmışam. Onlara təcrübəli futbolçular lazım idi. Leonid Kuçuk (“Şerif”in sabiq baş məşqçisi) isə məni buraxmaq istəmirdi. Çünki həmin vaxt “Şerif” Çempionlar Liqasının təsnifat mərhələsində oynayırdı və mən məşqçilər korpusuna çox lazım idim. Azərbaycanda isə mənə həmin dövr üçün çox yüksək maaş təklif etdilər. Təbii ki, ora gedib pul qazanmaq istədim. Buna acıqlanan Kuçuk isə məni ÇL-in “Aktobe” ilə cavab oyununda ehtiyatda saxladı. “Şerif” 4:0 hesabı ilə qalib gəldi. Qarşılaşmadan sonra Kuçuka yaxınlaşıb dedim: “Görürsüz, mənsiz də qələbə qazana bilirsiz”. Onu çox özündənrazı və yaxşı əhval-ruhiyyədə yaxaladım. Cavabı isə belə oldu: “Seçim sənindi, hara istəyirsən, get”.
İon jurnalistin “çempion olmağa yaxın idiz, amma titul uğrunda Aleksey Savinov və Vadim Boretsin oynadığı “Bakı”ya yenildiz” sualına maraqlı cavab verib. Onun sözlərinə görə, “İnter həmin mövsüm çempionluğu və ölkə kubokunu bilərəkdən verib: “Həmin vaxt, demək olar ki, bütün mövsümboyu 1-ci yerdə idik. “Bakı”dan həmişə bir və ya iki xal öndə gedirdik. 2008/09 mövsümündə biz “Bakı”nı ilk oyunda 3:1 hesabı ilə məğlub etdik, ikinci oyunda isə 0:1 uduzduq. Çox yaxşı kollektivimiz var idi. Bunu nəticəsidi ki, ölkə kubokunun finalına vəsiqə qazandıq. Həmin vaxt komandaya gəldim və uşaqlara dedim: “Mən bura Azərbaycan çempionu olmaq üçün gəlmişəm. İstəyirəm arzumu reallaşdırım”. Lakin son 4 oyunda qərib şeylər baş verdi. Belə ki, mövsümboyu əla oynayan, komandanı irəli daşıyan Oleq Şışkini və Kiyev “Dinamo”sundan gəlmiş Valentin Belkeviçi heyətə daxil etmirdilər. Bu barədə heç bir açıqlama vermirdilər, məsələyə aydınlıq gətirmirdilər. Səbəbsiz yerə son 4 oyunda adıçəkilən iki oyunçu heyətdən kənarda qaldı. Bildiyim qədər “İnter” rəhbərliyinin həmin vaxt böyük borcları var idi. Bu üzdən də çempionluğu və kuboku bilərəkdən uduzdu. Mən heyrətlənmişdim və hətta klubun idman direktoruna da yaxınlaşdım. Ona bildirdim ki, müqaviləyə uyğun mənimlə hesablaşın. Sonra evə döndüm. Bir müddət sonra isə mənə poçtla gümüş medal göndərdilər. Amma özümü ürəyimdə Azərbaycan çempionu hiss edirəm. Kubokun finalına isə televizordan baxdım. Oyuna baxa-baxa, sadəcə, gülürdüm. Çünki həmin qarşılaşmada da “İnter” bilərəkdən uduzmuşdu. Oleq Şışkin matçdan sonra mənə zəng etdi və dedi: “Vanya, biabırçılığı gördün?”
Qeyd edək ki, 2008/09 mövsümündə ölkə çempionu “Bakı” olmuşdusa, kuboku “Qarabağ” qazanmışdı. Testimitsianunun açıqlaması kifayət qədər ajiotaj doğurur. Bu üzdən həmin dönəmdə “İnter”də olmuş şəxslərin fikirlərini öyrənməyi lazım bildik. Əvvəlcə 2008/09 mövsümündə “bankirlər”lə gümüş medallara sahib çıxan, hazırda isə “Sumqayıt”da baş məşqçi kimi çalışan Samir Abasovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: “Onun verdiyi açıqlama, sadəcə, biabırçıdı. İki futbolçunun adını çəkməklə İon yalançı olduğunu üzə çıxarıb. Oleq Şışkin “İnter”ə gələndən sonra əsasən əvəzedici komandada oynayıb. O necə əsas heyət üzvü olub ki? Əvəzedici komandada da meydana çıxdığı bir sıra oyunlarda qırmızı vərəqə alıb. Testimitsianunun Oleq haqda bəh-bəhlə danışmasına baxmayın. O, heç də yaxşı futbolçu deyildi. Heç vaxt əsas heyət üzvü olmayıb. Biz özümüz də “Şəfa”da onun oyunlarını izləyirdik. O cümlədən Belkeviç də əsas heyət oyunçusu deyildi. Onun da “İnter”dəki karyerasının çox hissəsi əvəzedici komandada keçib. Onu mövsümün sonlarına yaxın komandaya gətirmişdilər. Elxan Abdullayev Ukraynada olanda özü ilə ordan gətirmişdi. O yaxşı futbolçu olsa da, əsas oyunçulardan deyil. Valentinə Allah rəhmət eləsin. Super oynayırdı. Arada meydana çıxır, şans qazanırdı. Amma əsas komandada bərkiyə bilmirdi. Həm də baş məşqçi Valentin Xodukin əsas heyət oyunçularını tez-tez dəyişmirdi. Oyunların satılması, çempionluq və kuboku qəsdən uduzmağımız kimi məsələlər boş şeydi. Pul və borclar məsələsinə gəlincə, bu da doğru deyil. Həmin dönəmdə klubun maliyyə imkanları çox yaxşı idi. Kiməsə borc yox idi. Əksinə, Kaxaber Tsxadadzenin dönəmində müəyyən sıxıntılar yaşandı. Onu da yoluna qoydular. Mən gedəndən sonra 1 il də hansısa problem olmayıb. Elə oldu ki, müəyyən müddət başqa klubda oynadım. Həmin vaxt “İnter”dən zəng edib deyirdilər ki, gəl, maaşını al. Bilərəkdən hansı ağılsız çempionluğu əldən verər? “Bakı” ilk pilləni ona görə tutdu ki, biz “Qarabağ”la 1:1 oynadıq. Həmin görüş Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməliydi. Biz də ora köklənmişdik. Amma görüş Quzanlıda baş tutdu. Oyunu heç nədən ora saldılar. Gedib Quzanlıda əziyyət çəkdik. “Bakı” da “Simurq”a qalib gəlib bizi keçdi".
Məsələ ilə bağlı “İnter”in sabiq prezidenti Georgi Nikolovla da danışdıq: “Testimitsianu ağzına gələni danışıb. Başa düşmürəm, bizim kimə borcumuz vardı? “Bakı”ya, yoxsa “Qarabağ”a? Son turda biz "Bakılı" ilə oynayırıdıq, lider "Bakı" isə "Muğan"la. Rəqibimiz 4:0 hesabı ilə qalib gələrək çempion oldu. Amma əslində hər şey daha erkən başlamışdı. Yadınızdadısa, çempionatın sonlarına yaxın "Qarabağ" ev oyunlarını Quzanlıda keçirməyə qərar verdi. Ondan sonra vəziyyət dəyişdi. Kubokun finalından sonra Samir Abasovun sabiq komandası "Qarabağ"a oyun satdığını söyləməyimə gəlincə, bu, emosional şəkildə deyilmiş fikirlər idi. Samirin belə iş tutacağına inanmıram. Mən onun kimi döyüşkən futbolçu görməmişəm. Hətta oyunların birində başından ağır zədə almasına baxmayaraq, 3 gün sonra yenidən meydana çıxdı. Həmin mövsüm Samir “İnter”in ən yaxşı futbolçularından biri idi. Sizcə, mən onu oyun alğı-satqısında ittiham edə bilərəm? Ona qarşı haqsızlıq etmiş olaram. Bəli, kubokun finalında penaltiyə səbəb oldu. Amma bu hamının başına gələ biləcək bir şeydi. Bir sözlə, borca görə oyun satmaqdan söhbət gedə bilməz. Testimitsianun illər sonra hansı səbəbdən belə açıqlama verdiyini anlamıram".
Xatırladaq ki, 2008/09 mövsümündə "Bakı" 62 xalla çempion olub. Bir xal az toplayan "İnter" gümüş, hesabında 53 xal olan "Simurq" bürünc medal qazanıb. Ölkə kubokunun finalında isə "İnter" "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar