08 may 14:09liqa, reportaj

“Səbail” tiri-dirəyi saydı, “Zirə” 2018-də qələbəylə tanış oldu

“Səbail” tiri-dirəyi saydı, “Zirə” 2018-də qələbəylə tanış oldu
Samir Əliyev: “Müəyyən islahatlar aparacağıq”
103. Səbail – Zirə 0:1 (0:1)

1. Emil Balayev – 5,0
26. Kamal Qurbanov – 5,0
(23. Ayron Stati, 64) – 4,5
4. Rahil Məmmədov – 4,5
15. Nikoloz Apakidze – 5,0
5. Kərim Diniyev – 5,0
20. Eltun Yaqublu (k) – 5,0
11. Elman Taqayev – 4,5
29. Yevgeni Koçuk – 4,5
13. Faruk Miya – 5,5
18. Aqşin Qurbanlı – 4,5
(92. Vahid Orazsahedov, 80) – qiymətsiz
17. Vüqar Nadirov – 5,0
(7. Fəhmin Muradbəyli, 65) – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
6. Murad Ağayev
8. Aqşin Muxtaroğlu
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
99. Maudo Jarjue
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Faruk Miya

1. Anar Nəzirov (k) – 5,5
18. Yani Urdinov – 5,5
39. Sadiq Quliyev – 5,5
4. Vüqar Mustafayev – 5,0
14. Tellur Mütəllimov – 5,5
8. Milan Duriç – 5,5
11. Viktor İbokoyi – 5,0
(38. İlkin Muradov, 67) – 4,5
9. Aleksandr Dedov – 5,0
87. Müşfiq İlyasov – 5,5
17. Vüsal İsgəndərli – 6,0
(29. Comal Uilyams, 80) – qiymətsiz
43. Riçard Qadze – 5,5
(77. Mirsahib Abbasov, 72) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
10. Orxan Əliyev
16. İbrahim Aslanlı
47. Əmrah Bayramov
88. Elşən Abdullayev
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
Qol: M.İlyasov, 16 (V.İsgəndərli).
Vərəqələr: V.İbokoyi, 9 (qeyri-idman hərəkəti). E.Taqayev, 11 (qeyri-idman hərəkəti). R.Qadze, 33 (qeyri-idman hərəkəti). N.Apakidze, 56 (qeyri-idman hərəkəti). S.Quliyev, 85 (qeyri-idman hərəkəti). M.Abbasov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
5 may. Bakı. Bayıl Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyunun gərgin keçəcəyi gözlənilən idi. “Səbail” son turda “Sumqayıt”ı yenmiş, “Zirə” isə “Qarabağ”a ciddi müqavimət göstərərək, yalnız son saniyələrdə buraxdığı qolla məğlub olmuşdu. Ancaq digər tərəfdən, debütant qəsəbə təmsilçisi üçün düşərli rəqib sayılırdı. Ayxan Abbasovun komandası ilk üç dövrədə baş tutan qarşılaşmaların 2-də qələbə qazanıb, 1-də heç-heçə etmişdi. Maraqlıdı ki, "Zirə"nin premyer-liqadakı son qələbəsi də “Səbail” üzərində olmuşdu. 14-cü turda "Bayıl Arena"da gerçəkləşən görüşdəki qələbə topunun müəllifi Adil Nağıyev olmuşdu ki, müdafiəçi bu dəfə matçı cəza üzündən buraxırdı. Bəribaşdan 11 oyunluq qələbəsiz seriyanın “Bayıl Arena”dan “Bayıl Arena”ya qədər davam etdiyini vurğulayaq.
İlk təhlükəli vəziyyəti 8-ci dəqiqədə “Səbail” yaratdı. Koçuk – Qurbanlı – Miya - Taqayev paslaşmasını sonuncu cərimə meydançasının həndəvərindən zərbə ilə tamamladı, ancaq Nəzirov topu kornerə çıxardı. Bir qədər sonra tir qonaqları qoldan xilas etdi. Vüqarın vuruşunun qarşısını İbokoyi cərimə meydançasının bir neçə santimetrliyində əllə kəsdi. Miyanın cərimə zərbəsindən sonra isə top tirdən döndü. “Zirə”nin cavabı 14-cü dəqiqəyə təsadüf etdi. Duriçin uzaqdan zərbəsinə Balayev əla reaksiya göstərərək, qola imkan vermədi. Ancaq qolkiper cəmi 2 dəqiqə sonra kobud səhvlə yadda qaldı. O, Vüsal İsgəndərlinin cinah asması zamanı “mən” deyə qışqıraraq topa çıxsa da, Müşfiq İlyasovun başla öldürücü zərbəsinə əngəl ola bilmədi. Beləliklə, sabah 22 yaşı tamam olacaq yarımmüdafiəçi özü-özünü təbrik etməklə yanaşı, premyer-liqada ilk qoluna imza atdı.
Meydan sahibləri dərhal “status-kvo”nu bərpa edə bilərdi. Eltunun müdafiədən göndərdiyi uzun ötürmədən sonra qapıçı ilə üzbəüz qalan Nadirov aşırma vuruşla topu Nəzirovun başının üzərindən tora atmaq istədi. Di gəl ki, top bu dəfə də tirdən döndü. 33-cü dəqiqədə “Səbail”in cərimə meydançasında mübahisəli vəziyyət yarandı. Müşfiqin ötürməsindən sonra Qadze rəqibin süni oyundankənar vəziyyət yaratmaq planını pozaraq, Balayevlə təkbətək çıxdı. O, Emili keçməyə cəhd edərkən, topu bir qədər irəli buraxdı və özünü yerə atdı. Hakim futbolçunun simulyasiyasına aldanmadı. Hərçənd azacıq da olsa, təmas var idi. Uzun ötürmələrdən tez-tez istifadə edən “Səbail” 38-ci dəqiqədə daha bir əlverişli fürsəti boşa verdi. Aqşin ara ötürməsi ilə Vüqarı zərbə mövqeyinə çıxarsa da, təcrübəli hücumçu ləngidi və zərbə anını qaçırdı.
İkinci hissəyə də “Səbail” fəal başladı. 48-ci dəqiqədə Miya fərqlənə bilərdi. Cərimə meydançasında nəzarətsiz qalan uqandalının vuruşundan sonra top Nəzirovu da keçdi, ancaq son anda onu “sığortalayan” Sadiq qola izn vermədi. Bundan sonra mübarizə əsasən meydanın mərkəzində getdi. Hücumların səngidiyini, “Zirə”nin hesabı qorumağa çalışdığını görən Samir Əliyev bir saatı geridə qoyduqdan sonra “vuran ayaqlar”ı dəyişdi. Ancaq Orazsahedovla Fəhminin oyuna qoşulması da heç nəyi dəyişmədi. Düzdü, 78-ci dəqiqədə Kərimin uzaqdan zərbəsi, Koçukun son dəqiqələrdə standart vəziyyətdən sonra dirəkdən dönən vuruşu qonaqları xeyli həyəcanlandırdı. Beləliklə, qış fasiləsindən sonra keçirdiyi oyunlardan bir neçəsində hesabı açmasına rəğmən, üstünlüyünü əldən verən “Zirə” bu dəfə qapısını toxunulmaz saxlaya bildi ki, nəticədə qələbəsizlik sindromuna son qoyuldu. 2018-ci ildəki ilk qələbə qəsəbə təmsilçisinin azalmağa başlayan Avroliqa şansını yenidən artırdı.

Gözdən qaçmadı
* Havanın isti olduğunu nəzərə alan İnqilab Məmmədov 25-ci dəqiqədə su fasiləsi elan etdi. Özü “Zirə”lilərdən su alıb içdikdən sonra qabı top daşıyan uşaqla uzaq yan xətdə “xidmətdə olan” hakimə - Rahil Ramazanova göndərdi.
* 18-ci dəqiqədə Qadze yerdə qalsa da, Çodarov rəqibə "oyna, oyna" göstərişi verdi, ancaq hücumçusunun qalxmadığını və “Səbail”li futbolçunun hərəkət etmədiyini görüb narazı şəkildə “çıxar” dedi.
* AFFA nümayəndəsi Maşallah Əhmədov oyuna ailə üzvlərini də gətirmişdi. Qarşılaşma bitdikdən sonra həyat yoldaşı və azyaşlı oğlu ilə stadiondan ayrılıb marşrut avtobusuna mindilər.

Reaksiyalar
Elnur Çodarov: “Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının əzmkar olduğu göz qabağındadı. Bunda da baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına olur-olsun, qələbə qazanmalıydıq. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Azarkeşlərimizə, rəhbərliyimizə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan iki oyunu da, inşallah, udacağıq. Ümumiyyətlə, son iki qarşılaşmada komandamızın oyununda dəyişiklik hiss olunur. Sirr deyil ki, itkilərimiz var idi. Elə olub ki, yanvardan sonra 9-10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq. Qələbənin dadını yaddan çıxarmamışdıq, sadəcə, çoxdan hiss etmirdik. Doğrudan da qələbə şirin şeydi. Ayxan müəllim də bunu oyundan sonra vurğuladı. Vüsal İsgəndərliyə tez-tez barmaq işarəsiylə “3” göstərib xəbərdarlıq etməyimə gəlincə, ehtiyat edirdik. Vüsalın 3 sarı vərəqəsi vardı. Ona deyirdik ki, dördüncünü alıb cəzalı duruma düşməsin. Vüsalı itirmək istəmirdik”.
Samir Əliyev: “Hava isti olsa da, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə vaxt idi udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərdən istifadə etmirsənsə, udmaq şansın azdı. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazlığım yoxdu. Bacardıqlarını ortaya qoydular. Artıq nəsə tələb etmək olmur. Bilirəm ki, "Zirə" son qələbəsini məhz bizimlə oyunda, elə “Bayıl Arena”da qazanmışdı. Nə deyim, bu, futboldu. Qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin qarşılaşmalara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudu, qızğın mübarizə gedir. Kimlər daha hazırlıqlı, daha yaxşı formadadısa, onlara şans verməyə çalışırıq. Bundan sonra rəhbərliklə müzakirələr aparıb ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq. İcarədə olan futbolçular var. Danışıqlar gedir. İstəyirik ki, bizdə icarədə oynayan futbolçuları saxlayaq. Futbolçuların əksəriyyətinin klubla müqavilələrinin müddəti bitir. Hər kəs istəyir ki, anlaşmasını yeniləsin, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdu. Qış fasiləsinə qədər olan "Səbail"i indiki komandayla müqayisə etmək istəmirəm. O vaxt başqa sistem idi, indi başqa. Üstəlik, heyətdə dəyişikliklər olub, yeni futbolçular gəlib. Onu deyə bilərəm ki, yaxşı təcrübə qazandıq. Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik. İki turdan sonra gələcək planlarımız bilinəcək. Hər şey növbəti mövsüm üçün hədəflərdən asılı olacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar