08 may 14:00liqa, reportaj

Statistika məhv oldu, “Neftçi” “Sumqayıt”a çatdı

Statistika məhv oldu, “Neftçi” “Sumqayıt”a çatdı
104. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 0:1 (0:1)
13. İbrahim Şehiç – 6,0
25. Ansi Aqolli – 5,5
(10. Pedro Enrike, 68) – 5,5
5. Maksim Medvedev (k) – 6,0
32. Elvin Yunuszadə - 6,0
30. Abbas Hüseynov – 6,5
7. Rahid Əmirquliyev – 6,0
(90. Ramil Şeydayev, 76) – qiymətsizz
8. Miçel - 6,0
77. Vild-Donald Gerye – 5,5
91. Coşqun Diniyev – 5,0
(2. Qara Qarayev, 46) – 5,5
99. Dani Kintana – 6,0
11. Mahir Mədətov – 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
14. Rəşad Sadıqov
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
44. Ağabala Ramazanov
66. Cavid Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abbas Hüseynov

1. Səlahət Ağayev – 6,0
5. Anton Krivotsyuk – 6,0
15. Ruslan Abışov (k) – 6,5
25. Kiril Petrov – 6,5
21. Məhəmməd Mirzəbəyov – 6,0
8. Emin Mahmudov – 6,0
10. Derlis Meza Kolli – 6,0
(6. Rəşad Sadiqov, 89) – qiymətsiz
11. İqnasio Herrera – 5,5
(93. Soni Mustivar, 80) – qiymətsiz
17. Rəhman Hacıyev – 7,0
7. Namiq Ələsgərov – 6,5
22. Mirabdulla Abbasov – 6,5
(9. Lukas Qomes, 67) – 4,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
12. Mayk Kampaz
13. Fransisko Qarsiya
26. Ömər Buludov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Qol: R.Hacıyev, 37 (M.Abbasov).
Vərəqə: Miçel, 43 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı.)
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
6 may. Bakı. Azərsun Arena. 3000 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Hesabat turunda “Neftçi”nin əsas rəqiblərindən “Zirə”nin qalib gəlməsi, “Sumqayıt”ın ağır Gəncə səfərindən xalla dönməsi “ağ-qaralar”ı məğlub olmamağa məcbur edirdi. Minimum hədəfi Avroliqaya vəsiqə, maksimum məqsəd “bürünc” olan bakılılara qələbə hava-su kimi lazım olsa da, rəqibin adının “Qarabağ” olması işi çətinləşdirirdi. İş burasındadı ki, bakılılar bu rəqibi düz iki ilyarım əvvəl məğlub edə bilmişdi. Sonuncu dəfə 2015-ci ildə, noyabrın 29-da, Əsgər Abdullayevin baş məşqçisi olduğu dönəmdə ağdamlılar üzərində zəfər çalan “Neftçi” o vaxtdan bəri bu rəqiblə oyunda qələbənin nə olduğundan xəbərsiz idi. Üstəlik, bakılılar “Azərsun Arena”dan heç vaxt 3 xalla qayıda bilməmişdi. Daha bir maraql fakt “Qarabağ”ın cari mövsümdə cəmi bir dəfə, oktyabrın 22-də, yəni 9-cu turda “Qəbələ”yə boyun əyməsiydi.
Bütün bu və başqa statistik göstəriciləri göz önünə gətirəndə, “Neftçi”nin 1 xalı bayram edəcəyini düşünmək çətin deyildi. Elə oyunun əvvəli də buna doğru aparırdı. Topa nəzarət edən, qol vurmaq üçün bütün mümkün vasitələrdən istifadə edən meydan sahiblərindən fərqli, qonaqlar əsasən müdafiədə etibarlı oynayıb, şansını əks-hücumlarda snamağa çalışırdı. Təxminən 20 dəqiqə oyuna nəzarət edən tərəf “köhlən atlar” olsa da, sonradan “Neftçi”nin hücumlar təhlükəli görünməyə başladı. Cinahlardan qurulan hücumlar qapı qarşısına asmalarla nəticələnirdi ki, bu yolla qol vurmaq mümkün olmurdu. Rəqibin cərimə meydançasına daxil olmağın çətinliyini anlayan ağdamlılar qolu uzaq məsafədən zərbələrdə axtarırdı. 30-cu dəqiqədə Coşqunun endirdiyi zərbəyə Səlahət əla reaksiya göstərdisə, 5 dəqiqə sonra Miçelin təxminən eyni məsafədən, eyni cür vuruşu qapının yanından keçdi.
“Neftçi”nin qapısına qol vurmağın çətinliyini görən Coşqun qolun öz qapısına vurulmasına şərait yaratdı. Diniyev gözüyumulu vəziyyətdə Şehiçə ötürmə etmək istəyərkən, top Mirabdullaya qismət oldu. Hücumçu paxıllıq etməyib əlverişli mövqedə olan Rəhmana ötürmə edincə, texnikal yarmmüdafiəçi az qala toru deşəcək zərbə ilə hesabı açdı.
Coşqunun səhvi ona baha başa gəldi. Qurban Qurbanov fasilədə onu əvəzləməklə bir növ səhvdən nəticə çıxarmalı olduğuna dair dərs verdi. İkinci 45 dəqiqənin ümumi mənzərəsinə gəlincə, üstün tərəf yenə “Qarabağ” idi. Ağdamlılar meydanda istədiyini edir, hesabı bərabərləşdirmək üçün bütün variantlara əl atırdılar. Lakin nə qapı qarşısına asmalar, nə uzaqdan zərbələr, nə də hiyləgər ara ötürmələri ilə istəyə çatmaq mümkün olmurdu. Bunu görə Qurbanov Ramil Şeydayevi də döyüşə atıb, iki hücumçu ilə oynamağa qərar verdi. Lakin bu dəyişiklik də səmərə vermədi. Əksinə, “Neftçi”nin həvəskar səviyyəli forvardı Lukas Qomes “köhlən atlar”ı meydanın mərkəzinə dəvət edə bilərdi. Di gəl, kürəyində “9”u daşıyan futbolçu Şehiçlə üzbəüz qaldığı epizodda 7 metrlik qapının yox, “Forza Neftçi”nin azarkeşlərinin yer aldığı tribunanı meydandan ayıran torunu silkələdi.
“Neftçi” bu qələbə ilə bütün statistik göstəriciləri alt-üst etmiş oldu. Üstəlik, “Sumqayıt”la xalların sayını bərabərləşdirdi ki (40), bu, “bürünc” yolunda irəliyə atılmış ciddi addm oldu.
HƏBİB

Gözdən qaçmadı
* Hakimin start fitindən əvvəl “İmarət”çilər üç gündü hazırladıqları xoreoqrafiyanı stadiona toplaşanlara nümayiş etdirdi. İri həcmli parçaya azarkeş şəkli həkk olunmuşdu. Həmin azarkeş isə əynindəki gördəkçənin bir tərəfini yuxarı qaldırıb, əynindəki əsgər maykasını nümayiş etdirirdi..
* “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev qəzetimizə açıqlamasında “Azərsun Arena”da 400-500 nəfərlə təmsil olunacaqlarını desə də, oyunun əvvəlində tribunadakı yerləri boş qalmışdı. Yalnız 8-ci dəqiqədən etibarən “İmarət”çilərin səsinə səs verdilər ki, sayları deyildiyi kimi, 400-500 nəfər olardı.
* Mirabdulla əvəzlənib meydanı tərk edəndə öncə “İmarət”in, daha sonra “Forza Neftçi”nin üzvlərini alqışladı.
* 72-ci dəqiqədə “Forza Neftçi”nin üzvləri yaxınlıqlarında olan İbrahim Şehiçə serb dilində atmaca atınca, “Qarabağ”ın qolkiperi dönüb tərs-tərs rəqib fanatlara baxdı. Lakin heç bir ağır cavab vermədən, hirsini onları alqışlamaqla soyutdu.
* Hakimin final fitindən sonra “İmarət”çilərin qəzəbini anlamaq çətin deyildi. Bakılıların qələbəsi onları üzmüşdü deyə, “Neftçi”, gəl bura, burdan çıxış yox” müraciətini anlamaq çətin deyildi. Qonaq futbolçuların çağırışa məhəl vermədiklərini görüncə, üzlərini sevimli komandalarının futbolçularına tutdular: “çempion buraya, əllər havaya”.
* “Forzalılar”ın sevinci yerə-göyə sığmırdı. Bir həftə əvvəl “Keşlə”yə məğlub olan futbolçuların bu dəfə son 5 ilin çempionunu udması onları göyün yeddinci qatına qaldırmışdı. Odu ki, komanda üzvlərini yanlarına çağırıb, bəstələrlə qələbəni qeyd etdilər, daha sonra ayrıca Ruslan Abışovu səsləyib, kapitana ayrıca təşəkkür etdilər. Ruslan isə əynindəki futbolkanı tribunaya atmaqla qarşılıq verdi.
* Oyunun son dəqiqələrində Miçellə Ramil Şeydayev arasında müəyyən gərginlik yaşandı ki, yaxnlıqdakı Pedro Enrike futbolçuların “qanının arasına” girdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar