13 fev 18:32liqa, manset

“Kəpəz”də nə baş verir?

“Kəpəz”də nə baş verir?
Üçüncü dövrəyə uğursuz start verən, ardıcıl 3 oyunda meydanı başıaşağı tərk edən “Kəpəz”in başının üstünü qara buludlar alıb. Artıq neçə vaxtdı kuluarlarda Gəncə təmsilçisinin düşərgəsində “oyunlar” getdiyi barədə söz-söhbətlər dolaşır. İlk vaxtlar “sarı-göylər”in futbolçuları, məşqçilər korpusu, rəsmiləri yayılan xəbərləri dedi-qodu adlandırıb, bunun kimlərinsə uydurması olduğunu söyləyirdilərsə, “Sumqayıt”la matçdan sonra gəncəlilərin baş məşqçisi oyunsonrası mətbuat konfransında açıq-aydın etiraf etdi ki, kimlərsə onun istefasını istəyir: “Gedişimi kimlər istəyir? Bilirəm kimlərdi, bir yerdən idarə olunurlar”.
Artıq kartlar yavaş-yavaş açılır. Vaxt ötdükcə, komanda məğlubiyyətləri sıraladıqca masa arxasında oturanlar açıq oynamağa qərar verirlər. Bir tərəfdə Şahin Diniyev, qarşıda isə adları hələ ictimaiyyətə açıqlanmayan, ancaq daim Gəncə futbolunda söz sahibi olmağa çalışan mister X və yaxın çevrəsi. Əslində Diniyevin üstüörtülü eyhamından bilmək olur ki, ona qarşı kampaniya aparan həmin qara qüvvələr kimlərdi. Ancaq hələ ki heç kim qarşıdurmanı açıq müstəviyə çıxarmaq istəmir. Belədə isə itirən “Kəpəz” və Gəncə futboludu. Vəziyyət artıq o həddə çatıb ki, ölkənin ikinci ən böyük şəhərinin azarkeşləri də iki cəbhəyə bölünüb: Diniyevi dəstəkləyənlər və onun istefasını tələb edənlər. Belə qarışıq vəziyyət isə sonda tarixi ənənələri olan, ölkənin ən titullu klublarından sayılan “Kəpəz”in gələcəyini şübhə altına salır.
Komandanı bu vəziyyətdən çıxarmağın yeganə yolu bir-birinə əks olan tərəfləri “atəşkəsə” dəvət etmək, ən azı mövsümün sonuna kimi düşərgədə ab-havanı yoluna qoymaqdı. Bu missiyanı isə heç şübhəsiz, Gəncə futbolunun ağsaqqaları öz üzərlərinə götürməlidi. Onlardan biri hazırda klubun Müşahidə Şurasının üzvü olan Müzəffər Qasımovdu. Dünən Müzəffər bəylə əlaqə saxlayıb “Kəpəz”in son durumuna və düşərgədə baş verənlərə münasibət bildirməsini istədik. Ancaq Qasımov fikir bildirməkdən çəkindi: “Mən heç nə deyə bilmərəm. Komanda daim Bakıda, mən isə Gəncədəyəm. Bilirsiz ki, mən Müşahidə Şurasının üzvüyəm və bu səbəbdən fikir bildirməyim düz çıxmaz. Şahin müəllimin söylədiklərinə gəlincə, bu il Diniyevi heç bir dəfə də olsun görməmişəm. Onun söylədikləri ilə də tanış deyiləm. 2017-ci ildə “Kəpəz”in heç bir oyununu canlı izləmədiyimdən düşərgədə nələrin yaşandığını, ayrı-ayrı futbolçuların necə təsir bağışladığını bilmirəm. Mənimlə komandanın düşərgəsi arasında yüzlərlə kilometr məsafə var. Mən orda nə baş verdiyini hardan bilim? Gəncə təmsilçisinin Bakıda məskunlaşması çox söz-söhbətə səbəb olsa da, mən o işə qarışmıram”.
Müzəffər bəyin klubun düşərgəsində yaşananlardan xəbərsiz olduğunu görüncə (bu fakt bir daha göstərir ki, əksər klublarda Müşahidə Şurası oyuncaq qurumdu), şuranın digər üzvü, eyni zamanda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq: “Açığı, komandanın son matçlarda sərgilədiyi oyun azarkeşlər kimi, rəhbərliyi də qane etmir. Sanki futbolçular özlərini toparlaya bilmirlər. Halbuki ötən yay məhz bu kollektiv Avroliqada mərhələ adlamaqla, Gəncə futbolu adına tarix yazdı. 1959-cu ildən, yəni Gəncədə peşəkar futbolun əsası qoyulandan bu bir ilk idi. Şəraitlə bağlı da heç bir narazılıq yoxdu. “Sumqayıt”la matçdan sonra fərdi qaydada, demək olar, əksər futbolçularla görüşüb söhbət etdim. Onlara bildirdim ki, hansısa probleminiz varsa, heç nədən çəkinmədən söyləyin. Hamısı da heç bir çatışmazlığın olmadığını qeyd etdilər. Başda Şahin müəllim olmaqla, məşqçilər korpusu ilə müzakirələr apardıq. Çox qəribədi ki, komanda uğursuzluğa düçar olsa da, ortada bunu şərtləndirəcək hansısa problem yoxdu. Diniyevin açıqlamasına gəlincə, bilsək ki, komandanın daxilində çaxnaşma yaratmaq istəyən qüvvələr var, biz o saat onlara qarşı kəskin tədbirlər görərik. Bu gün “Kəpəz”ə kənar qüvvələrin təsir mexanizmi deyərdim ki, sıfırdı. “Kəpəz”in Gəncədə yox, Bakıda məskunlaşması da çox söz-söhbətə səbəb olub. Azarkeşləri başa düşürəm, onlar istəyir ki, komanda gözləri önündə olsun. Bir komandanın ki, əvəzediciləri Şəmkirin hansısa kəndində məşq edir, belə olan halda əsas komanda nə etməlidi? Gəncədə normal şərait olsa, “Kəpəz” doğma şəhərdə qalar da, paytaxta niyə üz tutur? Üçüncü dövrənin iki oyununu təqvimə uyğun səfərdə oynamalıydıq. “Zirə” ilə matç isə Gəncədə baş tutmalıydı. Sadəcə, hava şəraitinə görə yerdəyişmə etdik. Həmin qarşılaşma Gəncədə oynanılsaydı, meydanın ot örtüyü tam sıradan çıxacaqdı. Növbəti turda “Qarabağ”ı “doğma divarlar” arasında qəbul edəcəyik. Sonda bir daha təkrarlamaq istəyirəm: hansısa kənar qüvvə komandanın daxilinə çaxnaşma sala bilməz. “Kəpəz” bir ailədi, azarkeşlər, şəhər ictimaiyyəti də bu ailənin bir üzvüdü. Gəncədə futbola olan sevgi haqda nəsə söyləmək artıqdı. Bunu hamı bilir. Ümid edirəm ki, tezliklə komanda “qara zolaq”dan çıxacaq”.
“Sarı-göylər”in lizenziyalaşdırma üzrə sabiq meneceri Nofəl Əzizov isə uğursuzluğa görə Şahin Diniyevi qınamağın yersiz olduğunu vurğuladı: “Futbolda bəzən belə hallar yaşanır. Ən böyük klublar belə, bir də görürsən ki, ardıcıl bir neçə oyunda meydanı xalsız tərk edir. Komandanı, baş məşqçini qınamaq da düz deyil. Nə daim bir yerdə məskunlaşırlar, nə də məşq etməyə daimi ünvanları var. Klubda çalışanda da bu fikirləri söyləyirdim. Azarkeşlərin də nəticə tələb etmək haqqıdı. Onlar da istəyir ki, daim dəstəklədikləri komanda yüksək pillələrdə olsun. Hamı düşüb Şahin müəllimin üstünə, ancaq onluq heç nə yoxdu. Baş məşqçinin son oyundan sonra səsləndirdiyi fikirlərlə tanışam. Və bilirəm ki, bizi nəzərdə tutmayıb. Təxmini hamı bilir ki, Şahin müəllim bu sözlərlə kimin “bostanına daş atır”. Ancaq sizi əmin edirəm ki, bu şəxs Mehman Allahverdiyev deyil. Diniyevin sözlərinin kimə ünvanlandığını bilənlər çoxdu, o cümlədən mən. Sadəcə, bununla bağlı mətbuata açıqlama vermək istəmirəm. Diniyevdə heç bir günah görmürəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar