06 may 14:18liqa

“Azərsun Arena”da kimin üzü güləcək?

“Azərsun Arena”da kimin üzü güləcək?
Əliyar Ağayev “Neftçi”yə uğur gətirmir
Premyer-liqanın 26-cı turunun maraqla gözlənilən qarşılaşması “Azərsun Arena”da olacaq. Sabah saat 19.00-da “Qarabağ”la “Neftçi” münasibətlərinə aydınlıq gətirəcək. Düzdü, “köhlən atlar” artıq çempionluğu təmin edib. Bu üzdən xal itkisi Qurban Qurbanovun yetirmələri üçün faciə sayılmayacaq. Ancaq “Neftçi” üçün eyni sözləri demək olmaz. “Ağ-qaralar” hazırda Avroliqa uğrunda çarpışan komandalardan biridi. Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, qələbə flaqmana hava-su kimi vacibdi. Bununla belə, ağdamlıların matça barmaqarası yanaşacağını söyləmək doğru olmaz. Çünki tərəflər arasında əzəli rəqabət var. Matçın prinsipiallığını artıran məqamlar da yetərincə çoxdu. Bu üzdən “Azərsun Arena”da keçiriləcək qarşılaşma maraqlı mübarizə vədi verir.
Azərbaycan derbisi
“Qarabağ”la “Neftçi” müstəqillikdən bu yana bütün çempionatlıarda iştirak edən və elitanı tərk etməyən iki komandadı. Elə buna görə də əzəli rəqabətin da tarixi xeyli əvvələ dayanır. Tərəflər çempionluq sayında da kəllə-kəlləyə gəlir. “Ağ-qaralar” 8, “köhlən atlar” isə 6 dəfə ölkənin ən güclüsü adını qazanıb. Bundan başqa, son 8 ildə qızıl medallar uğurnda mübarizədə bu iki komandanın hegemonluğu diqqəti çəkir. Ardıcıl 5 dəfə çempion olan “Qarabağ”dan öncə “Neftçi” 3 il ardıcıl “qızıl”a yiyələnmişdi. Başqa sözlə, Qurban Qurbanovun komandası paytaxt təmsilçisinin uğurlu seriyasını qırdı və özü daha uzun seriya yaxaladı. Tərəflər eyni zamanda ilklər baxımından da rəqabətdədi. Deyək ki, “Neftçi” ilk dəfə Avroliqanın qrupuna vəsiq qazanmaqla “cığır açdı”. “Qarabağ” isə burda sabitlik, arıdıcıllıq nümayiş etdirdi və ən önəmlisi, Çempionlar Liqasına düşməklə tarixi ilki gerçəkləşdirdi. Bir sözlə, Azərbaycan derbisi sayılan qarşılaşma sadaladığımız məqamlar baxımından prinsipillıq daşıyır.
Qurban Qurbanov yenə ənənəsinə sadiq qalacaq
“Qarabağ”ın “Zirə” ilə səfər qarşılaşmasından (2:1) öncə bəzi tərəddüdlər səslənirdi. Çoxları “Qarabağ” çempionluğu təmin etdikdən sonra Qurbanovun artıq əsas heyətə yox, ehtiyat qüvvəyə güvənəcəyini düşünürdü. Ancaq belə olmadı. Yadınızdadısa, Qurban bəy “Sumqayıt”la oyunda (1:0) “qızıl”ı təmin etdikdən sonra belə bir açıqlama vermişdi: “Futbolçuların əksəriyyəti neçə illərdi fasiləsiz oynayır. Məni əsas narahat edən onların fiziki yorğunluğu yox, loru dillə desək, uğurlardan sonra “çaşmaq” ehtimalıdı. Səviyyəsindən asılı olmayaraq, bütün çempionluqlar hamı üçün şirindi. Mən həmişə deyirəm ki,uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Daha əvvəl də bu durumla qarşılaşmışıq. Komandanı tonusda saxlamağa çalışacağıq”. Bu isə o demək idi ki, Qurbanov əsas heyət üzvlərinin durumunu lazımi səviyyədə saxlamaq üçün sırf ehtuyatda qalan, az şans qazananlara güvənməyəcək. Əslində “Qarabağ”ın çalışdırıcısı elə bir addım atsaydı, rəqiblərin işinə yarayacaqdı. Lakin yuxarıda vurğuladığımız kimi, Qurbanov buna şərait yaratmadı. Odu ki, “Neftçi” ilə görüşdə də “Qarabağ”ın əsas heyətlə mübarizə aparacağı şübhə doğurmur. Əvvəla, komanda əzəli rəqibə uduzmaq istəmir. İkincisi, “ağ-qaralar”la görüş çempionluq təmin olunmasından sonra ilk ev oyunudu. Komanda bu üzdən müsbət nəticəni hədəfləyib. Ola bilər, həmin qarşılaşma cari mövsüm üçün son ev matçı olsun. Təbii, bağlanış turunda “Qəbələ” “doğma divarlar” arasında oynamağa qərar verərsə.
“Ağ-qaralar”ın Avroliqa hədəfi
Qış fasiləsindən sonra “Neftçi” premyer-liqada uğurlu çıxış edir. “Ağ-qaralar” kubokda da bu yüksəlişi davam etdirməyə yaxın idi. Ancaq “Qəbələ” ilə səfərdə qazanılan üstünlük evdə sürpriz şəkildə əldən verildi. Bu öz yerində. Ancaq Əhmədovun komandası elə məhz həmin “Qəbələ”ni 3 gün sonra çempionat matçında məğlub etdi. Bununla da flaqman kubok görüşündəki nəticənin qəza olduğunu göstərdi. Lakin 25-ci turda “Neftçi”nin 3-cü yerə yüksəlmək şansı var idi. Bununla belə, “Keşlə”yə məğlubiyyətdən sonra komanda yerində saydı. “Ağ-qaralar”ın bəxti onda gətirdi ki, ötən tur “Zirə” də məğlub oldu. Əks halda paytaxt klubu 4-cü pilləni də qəsəbə təmsilçisinə təhvil verəcəkdi. “Neftçi” hazırda bütün diqqətini Avroliqaya yönəldib. Bu üzdən “ağ-qaralar”a ən azı dördüncülüyü qorumaq və “Keşlə”nin finalda uduzmasını arzulamaq qalır. Odu ki, hər bir xalın necə əhəmiyyət daşıdığını izah etməyə ehtiyac yoxdu. Bu məqam flaqamanın “Qarabağ”la görüşdə bütün gücünü ortaya qoyacağından xəbər verir.
“Neftçi” sindromu qırmaq arzusundadı
Tərəflərin cari mövsümdə baş tutan 3 qarşılaşmasında “Neftçi” qələbəyə həsrət qalıb. İlk duel premyer-liqanın 1-ci turuna təsadüf edib. Həmin vaxt “ağ-qaralar”ı Elxan Abdullayev çalışdırırdı. “Bakcell Arena”da keçirilən və 4800 tamaşaçının izlədiyi oyunda “Qarabağ” 3:1 hesablı qələbəyə sevindi. Əliyar Ağayevin əsas söz sahibi olduğu həmin oyunda “köhlən atlar”ın heyətində Mahir Mədətov dubl etdisə, digər qolu Dino Ndlovu vurdu. “Neftçi”ni darmadağından Rahid Əmirquliyevin avtoqolu xilas etdi. Yeri gəlmişkən, Ağayev “ağ-qaralar”dan Hüqo Barqasla Kiril Petrovu “sarı”yla cəzalandırmışdı. Tərəflərin 14-cü tura təsadüf edən görüşünü isə artıq hakimlik karyerasını bitirən Fariz Yusifov idarə etdi. Yeri gəlmişkən, bu, sabiq FİFA referisinin çempionatda son oyunu oldu. “Azərsun Arena”da reallaşan və 3800 tamaşaçının qeydə alındığı matçda Maksim Medvedevin qolu yeganə oldu. O oyunda yalnız Miçel sarı vərəqə aldı. Əzəli rəqiblər 20-ci turda yenidən “Bakcell Arena”da üz-üzə gəldi. Bu dəfə oyun İnqilab Məmmədova həvalə olunmuşdu. 4000 tamaşaçının izlədiyi qarşılaşmada qol səsi çıxmadı. Yeganə sarı vərəqə isə “Neftçi”nin heyətində Emin Mahmudova göstərildi. Göründüyü kimi, bu mövsüm baş tutan 3 qarşılaşmanın ikisində “Qarabağ” qalib gəlib, bir oyun heç-heçə yekunlaşıb. Odu ki, “Neftçi” ən azı məğlubiyyətlərdən birinin əvəzini çıxmaq niyyətindədi. Ümumiyyətlə, “ağ-qaralar” son 9 oyunda bu rəqibi məğlub edə bilmir.
“Qarabağ” üçün düşərli təyinat
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov derbini Əliyar Ağayevə etibar edib. Yuxarıda vurğuladığımız kimi, rəqiblərin çempionatın açılış turundakı duelində də FİFA referisi iş başında idi. Ağayev bu mövsüm premyer-liqada 15 oyun idarə edib. Bu matçlardan 6-da meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb, 3 oyun heç-heçə bitib. Ümumilikdə 52 dəfə sarı vərəqəyə görə əlini cibinə atıb. Belə ki, 28 dəfə meydan sahiblərinə, 24 dəfə isə qonaqlara rəsmi xəbərdarlıq edib. Cəmi 1 penalti təyin edib, 1 “qırmızı” göstərib. Maraqlıdı ki, həm qırmızı vərəqəni, həm də penaltini “Neftçi”nin əleyhinə verib. FİFA referisi 5-ci turda “Zirə” ilə qarşılaşmada (1:2) Mirabdulla Abbasovu iki “sarı”dan sonra meydandan qovub. 12-ci turda isə “Qəbələ” ilə dueldə (2:3) “ağ-qaralar”ı 11 metrlik cərimə zərbəsi ilə cəzlandırıb və Ruslan Qurbanov sabiq komandasını məyus edib. Ağayev “Neftçi”nin 5, “Qarabağ”ın 2 oyununda görünüb. “Ağ-qaralar” həmin qarşılaşmaların 3-də məğlub olub, 1-də qalib gəlib, 1 heç-heçə edib. Ədalət təmsilçisinin ayağı “Qarabağ”a düşərli olub və “köhlən atlar” hər iki matçda qələbə qazanıb. Onun bu dəfə hansı komandanın qələbəsini qeydə alacağı maraq doğurur. Hər halda, ağdamlılar bu təyinatdan narazı olmamalıdı. Ancaq “Neftçi” haqda eyni sözləri demək çətindi. Əsas odu ki, maraqla gözlənilən qarşılaşmada idarəçiliklə bağlı ciddi qüsurlar olmasın.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar