13 fev 18:27liqa, manset

Vaqif Cavadov mövsümü AZAL-da bitirəcək

Vaqif Cavadov mövsümü AZAL-da bitirəcək
“Karyeramı başa vurandan sonra futbol həyatımda rastlaşdıqlarım haqda kitab yazmağı düşünürəm”

Qış fasiləsində “Sumqayıt”dan ayrılandan sonra klubsuz qalan Vaqif Cavadovun ölkə xaricinə yollanacağı gözlənilsə də, növbəti dayanacaq AZAL oldu. Halbuki yığmanın sabiq üzvü hər dəfə qəzetimizə açıqlamasında əcnəbi klublarla danışıq apardığını, tezliklə yenidən legioner həyatı yaşayacağını bildirirdi. Görünür, Şüvəlan daim Bakının mərkəzində yaşamağa vərdiş etmiş Cavadov üçün ölkə xarici kimi bir şeydi. Əvvəllər xaricə yollanmaq istəməyən futbolçularımıza “Biləcəridən o yana gedə bilmirlər” deyirdiksə, Vaqifin sayəsində artıq Şüvəlanı da bu sıraya aid etmək olar. Hücumameyilli yarımmüdafiəçi klubsuz qaldığı dönəmdə Tərlan Əhmədov formada qalmaq üçün ona AZAL-ın məşqlərinə qatılmağı təklif etmişdi. Hətta buna görə Vaqif qəzetimiz vasitəsilə baş məşqçiyə təşəkkür də ünvanlamışdı. Görünür, Əhmədovun bu jesti orta sahə oyunçusuna təsir edib və birvaxtlar Türkiyədə, Hollandiyada və Rusiyada top qovan Cavadov hazırda aşkar autsayder olan AZAL-ı çətin drumdan qutarmaq, loru dildə desək, hörmətə hörmətlə cavab vermək üçün “təyyarəçilər”ə qoşulmaq fikrinə düşüb. Birvaxtlar ölkənin ən perspektivli futbolçusunun son addımına və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onunla söhbətləşdik.
- Biz gözləyirdik ki, səs-sorağın başqa ölkədən gələcək. Ancaq sən fərqli addım ataraq, premyer-liqanın autsayderinə üz tutdun. Səbəbini bilmək istərdik.
- Hələ AZAL-la münasibətləri rəsmiləşdirməmişik. İnşallah, həftənin birinci günü müqaviləyə qol çəkəcəm.
- Hər halda, bu gün anlaşma əldə olunsaydı, qarşıdakı turda meydana da çıxa bilərdin.
- Müqaviıləyə bu gün qol çəksəydim belə, yenə “18-lik”də olmayacaqdım. Hazır olmayan futbolçu komandaya xeyir verə bilməz.
- Bəs ötən dəfə açıqlamanda bildirmişdin ki, formada qalmaq üçün məşqləri davam etdirirsən...
- Fərdi hazırlıq başqa, kollektivlə məşq etmək başqa. Fərdi məşq etməklə fiziki durumu istənilən səviyyədə saxlamaq qeyri-mümkündü. Bu üzdən heç olmasa 5-6 gün normal məşq etməliyəm.
- Yenidən legioner həyatı yaşamağına nə mane oldu?
- Mətbuatda bəzi yazıları oxuyanda əsəbləşirəm. Yazırlar ki, Vaqifin ölkə xaricinə yollanmaq fikri olmayıb. Sadəcə, özünü reklam etmək üçün Avropa və Rusiyaya yollanacağını söyləyir. Birincisi, mənə bu yaşda reklam lazım deyil, az-çox müyyən çevrələrdə tanınıram. İkincisi də mənim belə fikrim olmasaydı, niyə özüm-özümü bu qədər yubadırdım? Hamı kimi mən də üçüncü dövrənin ilk turundan meydana çıxardım. Agentlərim bəzi klublarla danışıq aparmasaydı, müəyyən variantlar olmasaydı, vaxtında qərarımı verib premyer-liqa matçlarında oynayardım. Sadəcə, ortaya bəzi nüanslar çıxdı ki, o da qərarıma təsir göstərdi. Ümid edirəm ki, cari mövsümün sonunda istəyimə çatıb, ölkə xaricinə yollanacam.
- Artıq bu qış üçün legioner həyatı yaşamayacağın dəqiqləşib. Belə olan halda danışıq apardığın klubların adlarını çəkə bilərsən?
- Bu guya nəyi dəyişəcək?
- Hər halda, klubların adlarını çəkməklə müəyyən qaranlıq məqamlara aydınlıq gətirmiş olarsan.
- “Anji”nin mənimlə maraqlandığını və nəyə görə Mahaçqala klubuna yollanmadığımı açıqladım. Bu məsələ böyük rezonans doğurdu. Hətta qonşu ölkələrin mətbuatı da bununla bağlı xəbərlər paylaşdı. “Orenburq” dedim, bizim jurnalsitlər, demək olar ki, hər gün Rusiya klubunun rəhbərliyinə zəng vurub, onları narahat edirdilər. Bilmək lazımdı ki, peşəkar klubların rəhbərliyi yalnız transfer işlərinə nöqtə qoyulandan sonra məsələyə münasibət bildirirlər. İndi durub o biri klubların da adını çəksəm, sabahdan onları da narahat edəcəklər. Odu ki, bu sualı cavabsız qoysam, daha yaxşıdı. Yaxşı olardı ki, real olan şeydən danışaq. Birinci gün AZAL-la anlaşacağıq. Buna görə mənə dəstək olanlara, tənqid edənlərə bir söz demək istəyirəm: bu mənim şəxsi qərarımdı və heç kim də buna qarışa bilməz. Əsas da odu ki, bu addımımla yaxın dostum olan Tərlan Əhmədova kömək etmiş olacam.
- Necə düşünürsən, səni niyə bu qədər tənqid edirlər?
- Onu məndən yox, məni tənqid edənlərdən soruşmaq lazımdı. Futbolçu karyeramı başa vurandan sonra futbol həyatımda rastlaşdıqlarım haqda kitab yazmağı düşünürəm. Həmin xatirələrdə bütün kartları açacam və bəzilərinin əsl simasını ictimaiyyətə göstərəcəm.
- AZAL-ın maliyyə durumu da çox ağırdı. İddialı klublarda böyük pullar görmüş futbolçu qəpik-quruşa qane olacaq?
- Ötən mövsümün əvvəlində “Sumqayıt”a keçəndə, indi də AZAL-ı seçəndə pulu fikirləşməmişəm. Əsas istəyim futbol oynamaq olub.
- “Sumqayıt”la müqavilə bağlayanda da az tənqid olunmadın. Bəzi mütxəssislər bunu geriyə addım kimi dəyərləndrimişdi. İndi də autsayder...
- Ötən yay mətbuata verdiyim müsahibələrdə dəfələrlə demişdim ki, “Sumqayıt” cari mövsümdə bir çox klublara başağrı olacaq. Komanda qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. Şükür Allaha, dediklərim özünü hələ ki doğruldur. Samir Abasovun komandası ilk dəfə klubun tarixində fasiləyə 4-cü pillədə yollanmağı bacardı. Bunda hardasa, mənim də zəhmətim var ki, buna görə şadam. Sabiq komandam hazırda da turnir cədvəlində həmin pillədədi. Ümid edirəm ki, çempionatın sonunda istəklərinə nail olacaqlar.
- Adın AZAL-la yanaşı hallanandan sonra sosial şəbəkələrdə “bu gedişlə Cavadov növbəti mövsümdə birinci dəstədə top qovacaq” kimi fikirlər paylaşırlar. Yazılanlar sənə necə təsir edir?
- Hər kəsin öz fikri var. Buna da hörmətlə yanaşmaq lazımdı. Ola bilsin, mən sabah heç birinci divizionda yox, həvəskarlar liqasında çıxış etdim. Bunun kimə nə aidiyyatı var? Məni birinci divizionda görmək istəyənlər yəqin ki, arzularına çatmayacaqlar. Kimin nə yazması mənə maraqlı deyil, sadəcə, nəsə yazanda orda məntiq olmalıdı. Bir də hamıdan xahiş edirəm, tənqidlə təhqirin sərhəddini bilsinlər. Sağlam tənqidi mən də normal qəbul edirəm.
- Dekabrda “Sumqayıt”dan ayrılmağının səbəbini soruşduqda “yenidən milliyə dönmək üçün daha iddialı kluba keçmək istəyirəm” söyləmişdin. Səncə, 4-cü pillədə olan komandanın futbolçusu yığmanın baş məşqçisindən dəvət almırsa, sonuncu pillədə qərarlaşan komandada top qovmaqla bunu bacaracaq?
- Mən yenə həmin fikirdəyəm. Yenidən ölkənin əsas komandasının şərəfini qorumaq istəyirəm. Qarşıdakı aylarda bunu bacarmasam, ümid edirəm ki, yayda ölkə xaricinə yollanandan sonra millinin qapıları yenidən mənim üzümə açılacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar